Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-367/2025 13.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə “TikTok” sosial şəbəkəsində tanış olan Zərərçəkmiş şəxs “iPhone 14 Pro max 1 TB” markalı mobil telefonu ilkin ödəniş 1000 manat, 6 aya aylıq 416 manat 50 qəpik ödəniş edərək nisyə satmaq adı ilə yalan vəd verib aldadaraq inandırmış, bu məqsədlə 03 mart 2024-cü il tarixdə saat 13:24-də radələrində olan müddət ərzində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 174 ünvanında yerləşən evdə olan zaman sonuncunun tanışı Əli Qüdrətovun adına olan "xxxx" ASC-yə məxsus 4127-2081-1067-5617 nömrəli plastik kartından “ABB - Mobile” mobil tətbiqi vasitəsi ilə köçürmə yolu ilə onun adına olan "xxxx" ASC-yə məxsus 4098-5844- 7298-8590 nömrəli plastik karta göndərdiyi 1000 (bir min) manat pulu alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs 1000 (bir min) manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs TikTok sosial şəbəkəsi platforması istifadəçisi kimi tanıyır və orada da tanış olmuşdur. Belə ki, Simnarənin “TikTok” sosial şəbəkəsi platformasında profili vardır və həmin profili işlətməkdə köməklik etmişdir. O, əvvəllər Qarayev metrostansiyası yaxınlığında “Chef Tantuni” kafesində işləmiş və Simnarə bir neçə dəfə həmin kafeyə gəlib oranı öz TikTok səhifəsində reklam etmişdir. 03 mart 2024-cü il tarixdə yaşadığı evdə olan zaman Simnarə ona Whatsapp yazışma proqramı vasitəsi ilə yazaraq İphone markalı mobil telefonu kreditə almaq istədiyini demişdir. Simnarə ona bildirmişdir ki, ilkin ödəniş üçün pulu olsa da, rəsmi iş yeri olmadığı üçün heç bir mağaza ona kreditə telefon satmır. O da bundan istifadə edib yalandan Simnarəyə bildirmişdir ki, guya ki, o özü də telefon satışı ilə məşğul olur və rəsmi iş yeri olmadan kreditə telefon sata bilər. Simnarə onun bu təklifinə sevinib razılaşmışdır. Danışığa əsasən ilkin ödəniş kimi 1000 manat, 6 ay isə ayda 416 manat 50 qəpik olmaqla Simnarəyə İphone 14 Pro max markalı, 1TB həcmli telefonu satmağa razılaşmışdır. O, bütün bunların hamısını yalandan uydurmuşdur ki, Simnarənin ona göndərəcəyi 1000 manat pulu ələ keçirsin. Onlar hər bir şərti danışıb razılığa gələndən sonra Simnarə onun istifadəsində olan LeoBank-a məxsus 4098 5844 7298 8590 nömrəli bank kartına 1000 manat pul göndərmişdir. Bundan sonra telefonu Simnarəyə verməmək üçün hər gün müxtəlif bəhanələr uydurub vaxtı uzatmışdır. Lakin Simnarə hər gün ondan telefonu istəyirmiş. Bu minvalla o, 18 mart 2024-cü il tarixədək vaxtı uzada bilmişdir. Həmin tarixdə Simnarə artıq onun aldatdığını başa düşmüşdür. O da ona görə məcbur olub Simnarənin nömrəsini blok etmişdir ki, ona zəng edib yaza bilməsin. Simnarənin ona göndərdiyi 1000 manat pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin yay aylarında tiktok sosial şəbəkəsində tanımışdır. Belə ki, Elgün tiktokda jeton alqı-satqısı ilə məşğul olmuşdur. O da Elgünün köməkliyi ilə bir neçə dəfə hesabdan çıxarış etmişdir. Hətta bir dəfə onlar bir məclisdə də olmuşlar. Bir sözlə Elgünü tanıdığı müddətdə Elgünün ona qarşı hər hansı qərəzli hərəkəti olmadığından Elgünə qarşı onda güvən yaranmışdır. Təxminən 2024-cü ilin aprel ayının axırlarında Elgünlə danışan zaman özünə yeni mobil telefon almaq istədiyini bildirmişdir. Elgün də ona köməklik edəcəyini, belə ki, özünün də telefon alqı-satqısı ilə məşğul olduğunu demişdir. Razılığa əsasən Elgün ilkin 1000 manat, 6 ay ayda 416 manat 50 qəpik ödəyəcəyi təqdirdə ona İphone 14 pro max markalı, 1TB həcimli telefon verəcəkmiş. Yerdə qalan təxminən 2500 manata yaxın pulu hissə-hissə ödəyəcəkmiş. O da razılaşmış və yaxını Əli Qüdrətovun “ABB” Banka aid 4127 2081 1067 5617 nömrəli plastik kartı vasitəsilə Təqsirləndirilən şəxs məxsus "xxxx"a aid 4098 5844 7298 8590 saylı plastik kartına 03 mart 2024-cü il tarixdə saat 13:24-də 1000 manat pul göndərmişlər. Onun bank kartı olmadığı üçün pulu Əli Qüdrətovun kartı vasitəsilə göndərmişdir. Lakin pul ona məxsus olmuşdur. O, pulu göndərdikdən sonra bir neçə günə Elgün telefonu mağazadan gətirəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra o, Elgündən telefonu maraqlandıqda sonuncu ona mağazada və depoda telefon qalmadığını və sifarişlə ölkə xaricindən bir neçə günə gətirəcəyini bildirmişdir. Lakin bundan bir neçə gün sonra o, Elgünlə danışdıqda sonuncunun yalanlar danışaraq vaxtı uzatmağa çalışdığını hiss etmişdir. O, Elgünün telefonu vermək niyyətinin olmadığını görmüş və gec cavab verdiyinə görə iradımı bildirdikdə Elgün ona cavab verməməyə başlamışdır. O, artıq Elgünün onu aldatdığını və 1000 manat pulunu ələ keçirdiyini başa düşdükdən sonra polisə müraciət etmişdir. Bugünkü günədək də Elgün ona cavab vermir. O, həmin pulu yaxını Əli Qüdrətovun “ABB” Banka aid 4127 2081 1067 5617 nömrəli plastik kartı vasitəsilə 03 mart 2024-cü il tarixdə saat 13:24-də göndərmişdir. Belə ki, onun Əlidə pulu olmuş və həmin puldan X2 göndəriş etmişdir. Pulu göndərən zaman Əli Qüdrətov onun yanında, yəni yaşadığı ünvan 3 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində olmuşdur. Hazırda Əli ilə əlaqəsi olmadığı üçün harada olduğunu bilməmiş və mobil telefonunu da sildiyi üçün təqdim edə bilməmişdir. Əlinin ata adını və digər anket məlumatlarını da bilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş 01 ədəd CD diskə tərəfimdən baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir ədəd “CD” fomatlı diskin üzərində “Verbatim” sözləri və logo mövcuddur. Həmin disk Abşeron RPİ-nin İŞ-nin 308 saylı xidməti otaqda olan «Lenovo» markalı kompyuter vasitəsi ilə açıldıqda 1 ədəd “8590” adlı “excel” formatlı fayl aşkar olundu. Excel formatlı 01 ədəd “8590” adlı fayl açıldıqda ekranda “İnternet”, “Unibank tədbiqi ilə CardtoCard” və “Terminal vasitəsilə əməliyyat” bölmələri mövcuddur. “İnternet” bölməsinə daxil olduqda “**********42056309” TRANZAKSİYA İD-li əməliyyatın xx.xx.2024-cü il tarixdə, saat 13:24-də "xxxx" ASC-yə məxsus “İBA MOBİLE” tədbiqi tərəfindən 1000 manat pulun mədaxil edildiyi göstərilmişdir Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs souncu dəfə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 66.2, 66.5, 68.1-ci maddələri ilə təqsirli bilinib 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış, "xxxx" KB ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş içərisində kart üzrə aparılmış əməliyyatlar barədə məlumatlar olan 01 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344- 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübutlar bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-367/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-367/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver