Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-368/2020 27.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs, onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1962-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, 2-ci qrup əlil, evli, məhkumluğu olmayan, ünvan 1 mənzil 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yaşayan, barəsində“polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəXırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 14:00 radələrində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 37-ci maddəsinin 1-ci hissəsinin 1-c bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «X15 11116-01» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Məmmədli kəndi, H.Əliyev küçəsi ilə Digah qəsəbəsi istiqamətində hərəkətdə olan zaman həmin ərazidə yolun kənarında yerləşən “Oba” marketin qarşısındakı ərazidə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü avtomobili idarə edərək hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğuhaldabunlaraəməletməyərəkhərəkətinidavametdirmiş, nəticədəyolusoldansağapiyadakeçənBirləşmişƏrəbƏmirliyininvətəndaşı, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilinin qabaq hissəsi ilə vuraraq ona qapalı kəllə beyin travması, baş beyin silklənməsi, sağ bud sümüyünün yuxarı 1/3ninqapalıyerdəyişənsınığı, üstdodağınəzilmişyarası, qarınınküttravmasıilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarəti ehtiyatsızlıqdan yetirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, etibarnaməəsasındaidarəetdiyiOkamarkalı, **-BB-*** dövlətqeydiyyatnişanlıavtomobilləçörəkdaşımaq işi ilə məşğulolur, ona məxsus BCkateqoriyalısürücülükvəsiqəsinin müddəti 2015-ciil tarixində müddətibitmiş, lakinbirmüddətavtomobilidarəetmədiyiüçünsürücülükvəsiqəsininmüddətiniuzatmamışdır. xx xxxxxx 2019-cuiltarixdətəxminənsaat 13:20 radələrindəidarəetdiyiOkamarkalıavtomobiliiləAbşeronrayonu, MəmmədliqəsəbəsindənDigahqəsəbəsinəgedəndə Abşeron rayonu, Məmmədliqəsəbəsi, H.ƏliyevküçəsiiləDigahistiqamətindəsaatda 40-50 kmsürətləhərəkətdəolduğuzaman “Oba” marketinqarşısındankeçərkənqəflətənyolunsoltərəfindənsağtərəfinədoğruazyaşlıuşağınqaçd ığınıgörübdərhaləyləcibasıbsükanısağadöndərmiş, lakinavtomobilinqabaqbuferininsoltərəfihəminazyaşlıuşağadəydiyiüçünuşaqasfaltınüstünəyıx ılmış, o, cəldavtomobilisaxlamış, uşağınvalideynlərihadisə yerinə yaxınlaşmış, həminşəxslərinBirləşmişƏrəbƏmirliyindənturistkimiAzərbaycanagələn xarici ölkə vətəndaşları olduqları məlum olmuş, daha sonra o,vurduğuuşağıtaksiiləSabunçurayon 3 saylıxəstəxanayaaparmış, hadisəyerində onaköməklikedənşəxsdənDİN-in 102 xidmətinəzəngvurubhadisəbarədəməlumatverməyi xahiş etmiş, hadisəzamanıavtomobildətəkolmuş, yanındaheçkimolmamış, idarəetdiyiavtomobilinyüksüzvəsazvəziyyətdəolmuş, xəstəxanayagəldikdənsonrahəkimlərindediyinə görəvurduğuazyaşlıpiyadanınbudsümüyündəsınıqolduğunuöyrənmişdir.Sonda o, etdiyi əməldən peşman olduğunu, 2-ci qrup əlil olmasını, himayəsində yetkinlik yaşına çatmış üç şəxsin olmasını, dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən bunları nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclası barədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində qəbul edilmiş X11 Mohammed Busaooda məlumat verilmiş, lakin o, məhkəmənin çağrışına gəlməmişdir. İbtidai istintaq zamanı qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Fairooz X6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 2019-cuiltarixdəvalideynləriiləbirlikdəAzərbaycanRespublikasınaturistkimigəlmiş, BakışəhərindəyerləşənBufik 19 otelindəyerləşmişlər. xx xxxxxx 2019-cuiltarixdəsaat 12 radələrində MercedesVitamarkalıavtomobil iləAbşeronrayonundayerləşən “YanarDağ” qoruqkompleksinəvalideynlərivəqardaşlarıiləbirlikdəgedib, qoruqdançıxdıqdansonraisəMəmmədlikəndiistiqamətindəhərəkətdəolarkən sualmaqüçünsürücüavtomobiliMəmmədlikəndindəyerləşən “Oba” marketinqarşısındasaxlamış, anasısualmaqüçünavtomobildəndüşmüşvəavtomobilyolunukeçib “Oba” marketəgetmiş, odaavtomobildəndüşübanasınınarxasıncaavtomobilyolunukeçibgetməkistədikdəSabunçuisti qamətindənitisürətləmaşınıngəldiyinigörmüş, lakinbundansonraheçnəyadında qalmamış, özünəgəldikdəisəxəstəxanadaolduğunugörmüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs Fairooz X6 anası X14 Ekhlassı tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, özünə məxsus Vito markalı avtomobili ilə müştəri daşımaqla o, cümlədən xarici turlarla işləyir. xx xxxxxx 2019-cu il tarixdə ona X5 gələn turistləri qarşılayıb şəhərdə qaldıqları müddətdə onları lazım olan yerlərə aparılması ilə bağlı sifariş verilmişdir. O, xx xxxxxx 2019-cu il tarixdə Hava Limanından X2 və onunla birlikdə gələn ailə üzvlərini qarşılayıb özlərinin bron etdiyi Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Butik 19” otelinə gətirmiş, xx xxxxxx 2019-cu il tarixdə tur planına əsasən Ebrahimi onun həyat yoldaşı Hayatı və dörd oğlunu maşını ilə oteldən götürüb Abşeron rayonu Məmmədli kəndində yerləşən “Yanar dağ” qoruğuna gətirmiş, təxminən bir saat ərzində onlar qoruqda gəzdikdən sonra maşına əyləşmiş və onları Bakı şəhərində yerləşən Heydər Əliyev mərkəzinə aparmış, Digah qəsəbəsindən keçəndə Hayat marketin yanında su almaq üçün saxlamağı xahiş etmiş, o da yolun kənarında yolun sol kənarında yerləşən “Oba” marketin yanında avtomobili saxlamış, Hayat və onun böyük oğlu maşından düşüb “Oba” marketə getmiş, bundan sonra onun digər oğlu İsa qapını açıb düşmək istəmiş, o, qapını açıb onu maşından düşməsinə köiməklik etmiş və sonuncu ona marketə anasının yanına getdiyini bildirmiş, Ebrahim isə maşının arxasında əyləşib telefonuna baxmış, həmin vaxt Ebrahimin kiçik oğlu Abubaker maşından qəfil düşüb yolu qaçaraq marketə tərəf getməyə başlamış, o, isə salonun qapısının yanında dayanıb birdən Ebrahimində maşından düşməyini fikirləşmiş, həmin vaxt yolda hərəkət edən maşının tormoz səsini eşidib yola baxanda Oka markalı avtomobilin Abubakeri vurduğunu və sonuncunun asfaltın üstünə yıxıldığını görüb dərhal ona tərəf qaçmış, həmin vaxt Abubakeri vuran “Oka” markalı minik avtomobilinin sürücüsü və Abubakerin anası və atası oraya gəlmiş, o, Abubakeri qucağına götürmüş, sonuncunun sağ ayağının bud və sifət nahiyəsindən xəsarət aldığını görmüş, hadisəni törətmiş Oka maşınının sürücüsü sonradan adının Qurban olduğunu bildiyi şəxsin köməkliyi ilə taksi saxladıb Ebubəkri Qurban və Abubakerin qardaşı ilə Sabunçu rayonunda yerləşən xəstəxanaya aparmışlar. Orada həkimlər Abubakerə ilkin yardım göstərmiş, sonra köməklik etmək üçün səfirliyin əməkdaşlarını oraya dəvət etmiş, Qurban hadisə yerinə qayıtmış, Abubakerin atası və anası da hadisə yerində gözləmişlər, daha sonra Ebrahim arvadı ilə xəstəxanaya gəlmiş, Ebrahim və arvadı Hayat ona hadisənin sürücü tərəfindən bilərəkdən edilmədiyini demiş və sürücüyə qarşı şikayətçi olmadıqlarını və Abubakerin yolu keçərkən maşını gözləmədiyini bildirmişlər. Sonra Abubaker Bakı şəhərində yerləşən Mediclub xəstəxanasına köçürülmüş və müalicəsini həmin xəstəxanada davam etdirmişlər. X9 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X9 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2019-cu il tarixli, 20 TS N saylı rəyindən görünür ki, 2011-ciiltəvəllüdlüZərərçəkmiş şəxs bədənindəaşkaredilmişxəsarətlər – qapalıkəlləbeyintravması, başbeyinsilkələnməsi, sağbudsümüyününyuxarı 1\3-ninqapalıyerdəyişənsınığı, üstdodağınəzilmişyarası, qarnınküttravmasıbərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərildiyi qaydada xx.xx.2019-cu il tarixdə piyada qismində yolu keçən zaman avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamğılın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol-nəqliyyathadisələriekspertizasının xx xxxxxxxx 2019-cuiltarixli 23602 saylırəyindəngörünürki, «OkaSeAz 11116-01» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxshadisəninqarşısınıalmağatexnikiimkanıolmuşvəonunhərəkətlərində «YolhərəkətihaqqındaAzərbaycanRespublikasıQanunu»nun 50-cimaddəsinin 1cihissəsinintələblərinəuyğunsuzluqolmuşdur. SürücüTəqsirləndirilən şəxsavtomobilisürücülükvəsiqəsiolmadanidarəetdiyiüçünonunhərəkətlərində«Yolhərəkətihaq qındaAzərbaycanRespublikasıQanunu»nun 37-cimaddəsinin 1cihissəsinintələblərinəuyğunsuzluqolmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “sərxoşluq vəziyyətinin təyininə dair” xx xxxxxx 2019-cu il tarixli, 2/7062 saylı protokoldan görünür ki, məlum yolnəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “AB” seriyalı, 401399 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “OKA SeAZ 11116-01 minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ƏN-Vİ 761971 saylı etibarnamənin surətindən görünür ki, X1 mülkiyyətində olan “OKA SeAZ 11116-01 minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs xx.xx.2019-cu ilədək sərəncam verilməsi üçün etibarnamə vermişdir. İş materiallarında olan AzərbaycanRespublikasıDİN-nin BDYPİ tərəfindən verilmişxx.xx.2020-ciiltarixli, 377 saylı məktubdan görünür ki, 1962ciiltəvəllüdlüTəqsirləndirilən şəxsadına xx.xx.2005-ciildəxx.xx.2015-ci il tarixədək müddətdsə etibarlı olan AA 598139 nömrəli «BC» kateqoriyalısürücülükvəsiqəsiverilmişvəo, sürücülükhüququndanməhrumedilənlərsiyahısındayoxdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. O, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmişşəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxxxxx 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələrtərəfindəncinayətcəzalarınıntəyinedilməsihaqqında”AzərbaycanRespublika sıAliMəhkəməsiPlenumunun xx xxxx 2003-cüiltarixli 04 saylıqərarının 1cibəndindəqeydolunmuşdurki, məhkəmələr hərbirkonkrethaldatəqsirləndirilənşəxslərəcəzalarıntəyinedilməsinəfərdiyanaşılmalı, cinayətqanunununvəzifələrivəcəzanınməqsədindənbəhsedənCinayətMəcəlləsinin 2 və 41cimaddələrininmüddəalarınınhəyatakeçirilməsinitəminetməlidirlər. CinayətQanununədalətprinsipindənbəhsedənCM-nin 8cimaddəsinəgörəcinayəttörətmişşəxshaqqındatətbiqediləncəzacinayətinxarakterinəvəictimai təhlükəlilikdərəcəsinə, onuntörədilməsihallarına, cinayəttörətməkdətəqsirlibilinənşəxsinşəxsiyyətinəuyğunolmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. MəhkəmətəqsirləndirilənşəxsəcəzatəyinedərkənAzərbaycanRespublikasınınCinayətMəc əlləsinin 58.3-cümaddəsinəəsasənonuntörətdiyicinayətinxarakterini, ictimaitəhlükəlilikdərəcəsini, şəxsiyyətini, ocümlədəncəzasınıyüngülləşdirənvəağırlaşdıranhalları, habelətəyinolunacaqcəzanınonunislaholunmasınavəailəsininhəyatşəraitinətəsirininəzərəalm alıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan SSRİAliMəhkəməsininxx.xx.1987-ci il tarixli hökmüiləARCM-nin 226cımaddəsinin 2-cihissəsiilə (köhnəredaksiyailə) təqsirlibilinmişvəəmlakımüsadirəolunmaqla 2 ilmüddətinəazadlıqdanməhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1988ciildəBakışəhəriKirovrayonMəhkəməsinin xx.xx.1988-ciiltarixliqərarıiləAzərbaycan Respublikası CM-nin 50-2-ci maddəsinə əsasən 7 ay 2 günvaxtındanəvvəlşərtiazadedilmişdir. Odurki, ARCM-nin 83.3.3-cümaddəsinəəsasənTəqsirləndirilən şəxsAzərbaycan SSRİAliMəhkəməsinin xx.xx.1987-ci il tarixli hökmüiləməhkumluğuödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AR Bakı şəhər Sabunçu RİH başçısının Ramana qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən özbaşına tikilidə həyat yoldaşı- isgəndərova Hədiyyə Nəsrəddin qızı ilə qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, əməlindən peşmançılıq hissi keçirməsi, 2-ci qrup əlil olması, zərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənməsi, himayəsində yetkinlik yaşına çatan 3 şəxsin olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, bu peşmançılığını zərərçəkmiş şəxsin hüququ varisinə göstərdiyi mənəvi dəstəkdə bir daha ifadə etmişdir. AzərbaycanRespublikasınınCinayətMəcəlləsinin263-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşmateriallarındangörünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixində başqa yerə getmməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş istintaq orqanının çağırışlarına vaxtlı-vaxtında gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, daha sonra o, xx.xx.2020-ci il tarixdə tutularaq həbsə alınmış, və barəsində xx.xx.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı 01 gün müddət nəzərə alınaraq ona təyin olunmuş azadlıqan məhrum etmə cəzasından çıxılmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə 100 (yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmünicrasıöz səlahiyyətləri daxilində Naftalan rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş Dövlət X13 həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) ay müddətə azadlıqdanməhrumetməcəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlıqdan məhrum etmənin bir günü bərabər tutulmaqla, ona təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdanməhrumetməcəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İşüzrə100 (yüz) manatekspertiza xərciTəqsirləndirilən şəxstutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentlyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmünicrası öz səlahiyyətləri daxilində Naftalan rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş Dövlət X13 həvalə edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə 100 (yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-368/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-368/2020
27.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver