Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-368/2021 12.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibarnamə ilə idarə etdiyi X3 mülkiyyətində olan Daewoo Gentra markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobili ona verilmiş etibarnaməyə xitam verildikdən sonra özünü həmin avtomobilin mülkiyyətçisi kimi təqdim edib Zərərçəkmiş şəxs satacağına vəd verərək aldadıb bu məqsədlə sonuncunun 24.11.2020-ci il tarixdə Abşeron rayonu Digah qəsəbəsində 2000 (iki min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 24 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda iş yerində olarkən 2111 taksi xidmətindən sifariş verib taksi çağırmışdır. Oğlu Əlövsəti taksi ilə Digah qəsəbəsinə evə yola salmışdır. Yolda söhbət zamanı taksi sürücüsü oğluna bildirmişdir ki, bir tanışı var, vacib ucuz qiymətə Daewoo Gentra markalı avtomobilini satır. Taksi sürücüsü həmin şəxsin mobil nömrəsini oğluna vermişdir. Oğlu Əlövsət də həmin nömrə ilə əlaqə saxladıqda özünü Emin kimi təqdim edən şəxs həqiqətən də Daewoo Gentra markalı avtomobilini bildirib. Oğlu Emin adlı şəxslə görüşərək birlikdə onun işlədiyi avtomobil təmir sexinə gəlmişdilər. O, avtomobilə baxıb bəyənmiş və Daewoo Gentra markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq qərarına gəlmişdir. O, oğlu Əlövsət və Emin birlikdə yaşadığı Digah qəsəbəsindəki evinə gəlmişdir. Emin bildirmişdir ki, “Daewoo Gentra markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil mənə məxsusdur, ilkin olaraq 2000 manat ödə, avtomobili sənə təhvil verim, növbəti günü aramızda alqı-satqı aparılanda sənədləşmə işləri görərik”. O, Eminə inanmış və yaşadığı evin qarşısında ona 2000 manat pul vermişdir. Orada Emin avtomobili ona təhvil vermiş, lakin avtomobilə aid heç bir sənəd verməmişdir. Növbəti gün dəfələrlə Eminə zəng vursa da müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmışdır. 28.11.2020-ci il tarixdə o, Bakı şəhərində avtomobili idarə edən zaman yol polisi xidmətinin əməkdaşları onu saxlatdırmış, idarə etdiyi avtomobilin axtarışda olduğunu, mülkiyyətçisi tərəfindən axtarılıdğını bildirmişdilər. Bundan sonra avtomobili alıb cərimə meydançasına aparmışdılar. Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə müraciət etmişdir. Sonra isə Eminə zəng edib şikayət etdiyini ona bildirmişdir. Emin isə dərhal pulu qaytaracağına söz vermişdir. O, Eminə inanmışdır. Dəfələrlə polis bölməsindən onunla əlaqə saxlayıb izahat vermək üçün dəvət edildikdə Eminə inandığı üçün polis əməkdaşlarına Emindən pulunu almadığının, heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İzahat yazmağa və təkrar ərizə yazmaq üçün Mehdiabad PBnə getməkdən qəti imtina etmişdir. Sonradan dəfələrlə Eminlə əlaqə saxlamış, lakin sonuncu müxtəlif bəhanələrlə onu aldadıb pulunu qaytarmadığına görə təkrar DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir.Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunda iş yerində olarkən 2111 taksi xidmətindən sifariş verib taksi çağırmışdır. Oğlu Əlövsəti taksi ilə Digah qəsəbəsinə evə yola salmışdır. Yolda söhbət zamanı taksi sürücüsü oğluna bildirmişdir ki, bir tanışı var, vacib ucuz qiymətə Daewoo Gentra markalı avtomobilini satır, həmin şəxsin mobil nömrəsini oğluna verib. Oğlu Əlövsət də həmin nömrə ilə əlaqə saxlayıb özünü Emin kimi təqdim edən şəxs həqiqətəndə Daewoo Gentra markalı avtomobilini satdığını bildirib. X6 adlı şəxslə görüşərək birlikdə onun işlədiyi avtomobil təmir sexinə gəlmişdilər. O, avtomobilə baxıb bəyənmişdir. Daewoo Gentra markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq qərarına gəlmişdir. O, oğlu Əlövsət və Emin birlikdə yaşadığı Digah qəsəbəsindəki evinə gəlmişdir. Emin bildirmişdir ki, “ilkin olaraq 2000 manat ödə avtomobili sənə təhvil verim, növbəti günü aramızda alqı-satqı aparılanda sənədləşmə işləri görərik”. O, Eminə inanmış və yaşadığı evin qarşısında ona 2000 manat pul vermişdir. Orada Emin avtomobili ona təhvil vermiş, lakin avtomobilə aid heç bir sənəd verməmişdir. Növbəti gün dəfələrlə Eminə zəng vursa da müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmışdır. 28.11.2020-ci il tarixdə o, Bakı şəhərində avtomobili idarə edən zaman yol polisi xidmətinin əməkdaşları onu saxlatdırmışdır. İdarə etdiyi avtomobilin axtarışda olduğunu, mülkiyyətçisi tərəfindən axtarılıdğını bildirmişdilıər. Bundan sonra avtomobili alıb cərimə meydançasına aparmışdılar. Bundan sonra Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə müraciət etmişdir. Sonra isə Eminə zəng edib şikayət etdiyini ona bildirmişdir. Emin isə dərhal onun pulunu qaytaracağına söz vermişdir. O, Eminə inanmışdır. Dəfələrlə polis bölməsindən onunla əlaqə saxlayıb izahat vermək üçün dəvət edildikdə Eminə inandığı üçün polis əməkdaşlarına Emindən pulunu almadığı, heç bir şikayəti və tələbi olmadığımı bildirmişdir. İzahat yazmağa və təkrar ərizə yazmaq üçün Mehdiabad PB-nə getməkdən qəti imtina etmişdir. Sonradan dəfələrlə Eminlə əlaqə saxlamışdır, lakin Emin müxtəlif bəhanələrlə onu aldadıb pulunu qaytarmadığına görə təkrar DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Dəymiş ziyandan 1300 manat ödənilmişdir. Qalan ziyanın ödənilməsini tələb edir.Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid X2 elan olunmuş ifadəsindən göstərmişdir ki, 24.11.2020ci il tarixdə Bakı şəhərindən taksi ilə evinə gələrkən sürücü ilə söhbət etmiş, söhbət əsnasında taksi sürücüsünə ilkin ödəniş etməklə kreditlə avtomobil almaq istədiyini bildirmişdir. Tanımadığı taksi sürücüsü kiminləsə telefonla danışdıqdan sonra bildirmişdir ki, bir nəfər şəxs özünə məxsus Daewoo Gentra markalı avtomobili satır. Həmin şəxs telefonla onunla danışaraq özünü Emin kimi təqdim etmiş və onunla görüşmək istədiyini bildirmişdir. O, razılaşıb Emin adlı şəxslə Digah qəsəbəsində görüşmüşdür. Emin adlı şəxs Daewoo Gentra markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobili göstərərək özünə məxsus olduğunu və satdığını bildrmişdir. O, Emin adlı şəxsdən avtomobili neçəyə satdığını soruşduqda sonuncu ilkin ödəniş kimi 2000 manat hər ay 350 manat olmaqla 30 ay müddətinə onun özünə ödəniş edəcəyini bildirmişdir. O, Eminlə razılaşaraq birlikdə atasının usta kimi işlədiyi sexə getmişdilər, orada avtomobili yoxlatdırmışdılar. Bundan sonra birlikdə Digah qəsəbəsinə qayıtmışdılar. Emin bildirmişdir ki, “vacib pul lazımdır, 2000 manat ilkin ödənişi edin, növbəti gün alqı-satqı edib sizə etyibarnamə verərəm”. Emin inam qazanmaq üçün avtomobili evinin qarşısında saxlayıb, açarını da verib getmişdir. Növbəti gün etibarnamə verməsi üşün dəfələrlə Eminə zəng etsələrdə müxtəlif bəhanələrlə onları aldadıb gəlməmişdir. Bundan sonra o, Bakı şəhərində avtomobili idarə edən zaman YPX əməkdaşları onu saxlamış, avtomobilin mülkiyyətçisi tərəfindən axtarışa verildiyini bildirib cərimə meydançasına aparmışlar. Emin pulunu qaytaracağına yalan vəd verib onları müxtəlif bəhanələrlə aldadaraq alıb qaytarmamışdır. Məhkəmə istintaqında şahid qismində ifadəsi alınmış Şahid2 göstərmişdir ki, 09.10.2020-ci il tarixdə Samir 2 aylıq Təqsirləndirilən şəxs avtomobili idarə etmək üçün 02.11.2020-ci il tarixdə Samir tərəfindən etibarnamə ləğv edilmişdir. Lakin Emin həmin vaxtdan etibarnaməsiz avtomobili idarə etmiş və həmin avtomobili 2 ay əvvəl 2000 manata satmışdır. Heç bir etibarnamə verməmişdir. Samir tərəfdən avtomobili axtarışa verilmişdir Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12.03. 2021-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2000 manat ziyandan qismən yəni 1300 manatını ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer istintaqa məlum olmadığından 01 mart 2021-ci il tarixdə barəsində axtarış elan olunmuş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi tələbləri nəzərə alınmaqla cinayət işinin ibtidai istintaqı dayandırılmışdır. Təqsirləndirilən şəxs 28 mart 2021-ci il tarixdə saat Abşeron rayon polis idrəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon Polis İdrəsinin müvəqqəti saxlama yerinə təhvil verildiyindən həmin tarixdə cinayət işinin icraatı təzələnərək icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. 28.03.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuş, 30.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad olunaraq barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı 28 mart 2021-ci il tarixdən 30 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin edildiyindən, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Zərərçəkmiş şəxs 700 manat dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı saxlanıldığı 02 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutulmaqla cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-368/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-368/2021
12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver