Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-368/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 Mursaqulu oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X7 iştirakı ilə 16 avqust 1997-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, Şəhidlər Xiyabani küçəsi, ev 68-də qeydiyyatda olmaqla yaşayan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. “AAAF park” yaşayış kompleksində kirayə yaşamış, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Yadigar Abiyevin vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs2 sonuncunun oğlu X16 Respublikasında yerləşən hərbi akademiyalardan birinə tələbə kimi düzəldəcəyini vəd verərək aldadıb, bu məqsədlə 16 avqust 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Naxçıvan” kafesində 2000 manat, 18 avqust 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Naxçıvan” kafesində 1500 manat, 30 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Naxçıvan” kafesinin yaxınlığında yerləşən marketin içərisində olan “Milliön” ödəmə terminalından adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492- 4446 seriyalı “Leo bank” kartına göndərilmiş 1362 manat, ümumilikdə vahid niyyətlə 4862 manat pulunu alıb ələ keçirərək, vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanış olduğu X1 oğlu X17 Respublikasında yerləşən universitetlərdən birinə tələbə kimi düzəldəcəyini vəd verərək aldadıb, bu məqsədlə 04 avqust 2022-ci il tarixdə saat 11:29 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi “Araz” marketin içərisində olan “Milliön” ödəmə terminalından adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı “Leo bank” kartına göndərilmiş 500 manat, həmin tarixdə saat 20:04 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsi “Al” marketin içərisində olan “Milliön” ödəmə terminalından adında olan "xxxx" ASC- yə məxsus 4098-5844-6492- 4446 seriyalı “Leo bank” kartına göndərilmiş 378 manat, 06 avqust 2022-ci il tarixdə saat 15:13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsi “Al” marketin içərisində olan “Milliön” ödəmə terminalından adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı “Leo bank” kartına göndərilmiş 410 manat, 07 avqust 2022ci il tarixdə saat 15:23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsi “Al” marketin içərisində olan “Milliön” ödəmə terminalından adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı “Leo bank” kartına göndərilmiş 500 manat, 10 avqust 2022-ci il tarixdə saat 01:43 radələrində Bakı şəhəri, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sağ tərəfində yerləşən “Araz” marketin içərisində olan “Expressbank” ödəmə terminalından adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492- 4446 seriyalı “Leo bank” kartına göndərilmiş 100 manat, 12 avqust 2022-ci il tarixdə saat 20:07 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsi “Al” marketin içərisində olan Milliön” ödəmə terminalından adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı “Leo bank” kartına göndərilmiş 126 manat, 17 avqust 2022ci il tarixdə saat 18:36 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zaqulba qəsəbəsi, R.İmanov küçəsi “Zaqulba” marketin içərisində olan “Milliön” ödəmə terminalından adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı “Leo bank” kartına göndərilmiş 95 manat, 29 avqust 2022-ci il tarixdə saat 19:47 radələrində ünvan 1 ünvanında yerləşən “Araz” marketin içərisində olan “Emanat” ödəmə terminalından adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı “Leo bank” kartına göndərilmiş 100 manat, 04 sentyabr 2022-ci il tarixdə saat 17:23 radələrində ünvan 1 ünvanında yerləşən “Araz” marketin içərisində olan “Emanat” ödəmə terminalından adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı “Leo bank” kartına göndərilmiş 125 manat, 09 sentyabr 2022-ci il tarixdə saat 22:10 radələrində ünvan 1 ünvanında yerləşən “Araz” marketin içərisində olan “Emanat” ödəmə terminalından adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı “Leo bank” kartına göndərilmiş 362 manat, həmçinin 12 sentyabr 2022-ci il tarixədək hissə-hissə olmaqla 1217 manat, ümumilikdə vahid niyyətlə 3913 manat pulunu alıb ələ keçirərək, vədinə əməl etməyib zərərçəkmiş şəxs Yadigar Abiyevə həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs1 sonuncunun oğlu X10 Rusiya Federasiyasında yerləşən İdman Akademiyasına tələbə kimi düzəldəcəyini vəd verərək aldadıb, bu məqsədlə 18 iyul 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən “Bro” marketin yaxınlığında həmin dövrün məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları, 28 iyul 2022- ci il tarixdə saat 19:50 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 100-də mobil telefon vasitəsi ilə adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492- 4446 seriyalı “Leo bank” kartına göndərilmiş 300 manat, 29 iyul 2022-ci il tarixdə saat 17:58 radələrində həmin ünvanda mobil telefon vasitəsi ilə adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı “Leo bank” kartına göndərilmiş 100 manat, 03 avqust 2022-ci il tarixdə saat 19:13 radələrində ünvan 2 ünvanında yerləşən “A+” marketin içərisində olan “Milliön” ödəmə terminalından adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı “Leo bank” kartına göndərilmiş 450 manat, 19 avqust 2022-ci il tarixdə saat 14:13 radələrində yaşadığı evdənmobil telefon vasitəsi ilə adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı “Leo bank” kartına göndərilən 200 manat və 14 sentyabr 2022-ci il tarixdə saat 21:58 radələrində eyni qayda ilə yaşadığı evdə mobil telefon vasitəsi ilə adında olan "xxxx" ASC-yə məxsus 4098-5844- 6492-4446 seriyalı “Leo bank” kartına göndərilən 525 manat, ümumilikdə vahid niyyətlə 1915 manat pulunu alıb ələ keçirərək, vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 qızma həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Lənkəran şəhəri, Şəhidlər Xiyabani küçəsi, ev 68-də qeydiyyatda olsa da hazırda Xırdalan şəhərində kirayədə tək yaşayıram. Mahiyyəti üzrə deyə bildirmişdir ki, 2022-ci ildə "xxxx" xaricdə təhsil MMC-nin direktoru vəzifəsində işləmişdir. MMC-nin əsas fəaliyyət istiqaməti attestatla məktəbi bitirən abuturiyentləri Türkiyə və digər ölkələrdə yerləşən universitetlərə qəbul olunmasını təşkil etməkdən ibarət olmuşdur. Belə ki, 2022-ci ilin avqust ayının ortalarında tanış olduğu Yadigar Abiyev ona müraciət edərək, oğlu X17 Respublikasında yerləşən universitetlərdən birinə qəbul etməyini ondan xahiş etmişdir. Bunun üçün Yadigardan əvvəlcə 1200 manat pul istəmiş Yadigar razılaşmışdır. 04 avqust 2022-ci il tarixdə onun "xxxx" ASC-yə məxsus 4098- 5844-6492-4446 seriyalı “Leo bank” kartına 500 manat pul göndərmişdir. Bir neçə gün sonra yenidən 500 manat da göndərmişdir. O, ümumilikdə Yadigar Abiyevdən 04 avqust 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixinədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə vahid niyyətlə 3913 manat pulunu almışdır. Pulu alan zaman həm Yadigardan əli ilə həm də kartına göndərtməklə almışdır. O, X6 Türkiyə Respublikasında yerləşən universitetlərdən birinə maliyyə fakültəsinə düzəldəcəyinə söz vermişdir. O, 04 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Yadigardan aldığı pulu isə işi düzəldə bilmədiyi üçün şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2022-ci ilin avqust ayında Yadigar Abiyevin oğlunu Türkiyə Respublikasında yerləşən universitetə qəbul etdirmək üçün pul aldığı vaxtlarda Yadigar qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs2 da onunla tanış etmişdir. Rəfail də oğlu Rəhimi Türkiyə Respublikasında yerləşən hərbi akademiyalardan birinə düzəltməyi xahiş etmişdir. O da razılaşmış, bunun üçün Rəfaildən 3500 manat pul istəmişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşmışdır. 16 avqust 2022-ci il tarixdə X12 yanında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Naxçıvan” kafesində 2000 manat pul almışdır. Daha sonra yenə həmin kafedə 1500 manat almışdır. Bundan sonra yenə avqust ayının axırlarında yenə də Rəfail ilə görüşmüşdür. Rəfail ilə Naxçıvan kafesinin yanında yerləşən mağazadan ödəmə terminalından 1362 manat pulu kart hesabına göndərtmişdir. O, Rəfaildən 16 avqust 2022ci il tarixdən 30 avqust 2022-ci il tarixinə kimi olan müddət ərzində 4862 manat pul almışdır. Həmin pulu da tutulduğuna görə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs1 adlı qadın ona zəng vurmuşdur. Oğlunu Rusiya Federasiyasında yerləşən İdman Akademiyasına qəbul etdirmək üçün köməklik edə biləcəyini soruşmuşdur. O isə köməklik edə biləcəyini deyib bəzi sənədləri Səkinədən istəmişdir. Həmin işin düzəlməsi üçün əvvəlcədən müəyyən miqdarda pul verməyini bildirmişdir. Səkinə sonra ona yaşadığı yerin məkanını “Whatsapp” sosial şəbəkəsində göndərib yaşadığı ünvana gəlməyini xahiş etmişdir. 18 iyul 2022-ci il tarixdə Səkinənin yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi “Bro” marketin qarşısına gəlmişdir. Səkinə ona oğlunun doğum haqqında şəhadətnaməsini, şəxsiyyət vəsiqəsini, orta təhsil haqqında attestatı vermişdir. Həmin pulu və sənədləri aldıqdan sonra həmin işə başlayacağını bildirmişdir. Daha sonra hər dəfə Səkinədən işin düzəlməsi üçün müxtəlif məbləğlərdə pul istəmişdir. Ona pul göndərməsi üçün istifadəsində olan 4098-5844-6492-4446 saylı “Leobank” kartını göndərmişdir. Səkinə isə 14 sentyabr 2022-ci il tarixinə kimi ona ümumilikdə 1575 manat məbləğində pul göndərmişdir. O isə həmin pulu şəxsi istifadəsi üçün xərcləmişdir. O, Səkinədən 200 ABŞ dolları pulu almamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2005-ci il təvəllüdlü oğlu Fərhad Abiyev məktəbi bitirdikdən sonra ali məktəbə imtahan verib qəbul ola bilmədiyi üçün ali təhsil almasından ötrü oğlunu Türkiyə universitetlərindən birinə düzəltmək Fikrinə düşmüşdür. Bununla bağlı oğlu Fərhadla birlikdə məktəbi bitirən bir neçə nəfər şagirdin Türkiyədə universitetə qəbul olmalarını bilib həmin şagirdlərin vasitəsi ilə Türkiyə universitetinə tələbə düzəltməklə məşğul olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Ceyhun Məmmədovla ilk görüşü zamanı ona bildirmişdir ki, oğlu Fərhadı Türkiyədə universitetə düzəltmək üçün 1000 manat pul verməlidir. Bu səbəbdən də o, 04 avqust 2022-ci il tarixdə Ceyhun Məmmədovun hesab nömrəsinə Buzovna qəsəbəsi, R.İmanov küçəsində yerləşən Araz marketdə olan milliön ödəmə terminalı vasitəsi ilə 500 manat pul göndərmişdir. Bir neçə gün sonra Buzovna qəsəbəsi, Naxçıvan küçəsində yerləşən Al marketdə yerləşdirilmiş Milliön ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs 500 manat pul göndərmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs ondan universitetlə bağlı müxtəlif bəhanələr gətirərək ümumilikdə 3913 manat pul almışdır. O, qeyd olunan məbləğin əksəriyyətini Buzovna qəsəbəsi ərazisində yerləşən marketlərdə olan ödəmə terminalları vasitəsi ilə göndərmişdir. Bəzi hissəsini isə mobil tətbiq vasitəsi ilə göndərmişdir. Sonuncu 217 manat pulu da öz mobil telefonunda olan “Birbank” mobil tətbiq vasitəsi ilə yaşadığı evdə olarkən göndərmişdir. Bundan başqa onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 da öz oğlunu Türkiyədə universitetə düzəltdirmək istədiyi üçün Rəfaili də Təqsirləndirilən şəxsla tanış etmişdir. Görüş zamanı həmin şəxs Rəfailə Türkiyə universitetlərinə çoxlu sayda tələbə düzəltdiyini deyərək onlarda tam inam yaratmışdır. Bundan sonra həmin gün qonşusu Zərərçəkmiş şəxs2 onun yanında Buzovna qəsəbəsi, Naxçıvan küçəsində yerləşən “Naxçıvan” adlı kafedə Təqsirləndirilən şəxs 1500 manat da pul vermişdir. Pulu Hacıya verən zaman isə oğlu Rəhim Nəsirova aid sənədləri də Hacıya vermişdir. Bir müddət sonra Rəfail ilə birlikdə yenə də Təqsirləndirilən şəxsla Buzovna qəsəbəsi, Naxçıvan küçəsində yerləşən “Naxçıvan” adlanan kafesində görüşmüşdülər. Rəfail bu dəfə də onun yanında Hacıya 1500 manat pul vermişdir. Lakin, həmin vaxtdan bir ay keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs xəbər çıxmadığına görə eyni zamanda telefon vasitəsi ilə əlaqə saxlaya bilmədiyinə görə aldanıldığını başa düşüb bu barədə polisə müraciət etmək qərarına gəlmişdir. Ona dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 2, mənzil 36-da qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsi ev 100-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs təxminən 3 il bundan əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanımış, həmin şəxs Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən “AF MALL” ticarət mərkəzində “HM xaricdə təhsil” şirkətin rəhbəri kimi ofisdə fəaliyyət göstərmişdir. O, həmin şəxsə ilk dəfə 2019-cu ildə müraciət etmişdir. Təqsirləndirilən şəxs isə oğlunu Türkiyə Respublikasına təhsil alması üçün göndərmiş, ondan həmin vaxt 2500 manat pul almış, həmin vaxtlar təcrübəsiz olduğu üçün Hacının onu aldatmasını bilməmişdir. Hacı oğlunu Türkiyə Respublikasına təhsil almağa göndərsə də işi tam olaraq görməmiş, işi yarımçıq həll etmişdir. O isə həmin vaxtlar bu barədə şikayət etməmişdir. 29 sentyabr 2022-ci il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsini yazmışdır. Təxminən 2022-ci ilin iyul ayında digər oğlunu Rusiya Federasiyasının İdman Akademiyasına qəbul etdirmək üçün həmin şəxslə danışmaq qərarına gəlmişdir. Ancaq mobil nömrəsini bilmədiyi üçün Hacının “İnstaqram” sosial şəbəkəsində olan səhifəsinə daxil olub, mobil nömrəsini tapmış və zəng vurmuşdur. Oğlunu Rusiya Federasiyasında yerləşən İdman Akademiyasına qəbul etdirmək üçün köməklik edə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə buna köməklik edə biləcəyini deyib bəzi sənədləri ondan istəmişdir. Həmin işin düzəlməsi üçün əvvəlcədən müəyyən miqdarda pul verməyini bildirmişdir. O, ilkin olaraq 200 ABŞ dolları verə biləcəyini bildirmişdir. Hacıya yaşadığı yerin xəritəsini “Whatsapp” sosial şəbəkəsində göndərib yaşadığı ünvana gəlməsini xahiş etmiş, təxminən 18 iyul 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən “Bro” marketin qarşısına gəlmişdir. O, Hacıya oğlunun doğum haqqında şəhadətnaməsini, şəxsiyyət vəsiqəsini, orta təhsil haqqında attestatı və 200 ABŞ dollar pul vermişdir. Hacı həmin pulu və sənədləri ondan aldıqdan sonra həmin işə başlayacağını bildirərək onu inandırmışdır. O, pulu və sənədləri Hacıya verdikdən sonra onun işini tez bir zamanda həll edəcəyini bildirmişdir. Bundan bir neçə gün keçdikdən sonra 28 iyul 2022-ci il tarixdə Hacı ona yenidən “Whatsapp” sosial şəbəkəsində zəng vuraraq, işin həll olunması üçün əlavə olaraq 300 manat pul istəmişdir. O, isə öz mobil telefonu vasitəsi ilə Hacının ona göndərdiyi 4098-5844-6492-4446 saylı “Leobank” kartına 28 iyul 2022-ci il tarixdə saat 19:50 radələrində yaşadığı evdən 300 manat pul göndərmişdir. Həmin günün səhərisi, yəni 29 iyul 2022-ci il tarixdə yenidən ona zəng vuraraq, əlavə hansısa bir işin görülməsi üçün ondan 100 manat da pul istəmişdir. O, eyni qayda ilə Hacının 4098- 5844-6492-4446 saylı “Leobank” kartına 29 iyul 2022-ci il tarixdə saat 17:58 radələrində yaşadığı evdən 100 manat da pul göndərmişdir. Daha sonra 03 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində anasıgildə olan zaman Hacı yenə də ona zəng vuraraq, işin həll olunması üçün əlavə olaraq da 450 manat pul istəmişdir. O isə həmin günü saat 19:13 radələrində ünvan 3 ünvanında yerləşən “A+” adlı marketin içərisinə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə Hacının 4098-5844- 6492-4446 saylı “Leobank” kartına 450 manat pul göndərmişdir. Daha sonra 19 avqust 2022-ci il tarixdə yenidən ondan işin həll olunması üçün əlavə 200 manat da pul istəmişdir. O isə yaşadığı evdən mobil telefonu vasitəsi ilə Hacının 4098-5844-6492-4446 saylı “Leobank” kart hesabına xx.xx.2022-ci il tarixdə saat 14:13 radələrində 200 manat pul göndərmişdir. Sonuncu dəfə isə eyni qayda ilə ondan 14 sentyabr 2022-ci il tarixdə təhsil haqqının ödənilməsi üçün ondan 525 manat da pul istəmişdir. O, yaşadığı evdən mobil telefonu vasitəsi ilə Hacının 4098-5844-6492-4446 saylı “Leobank” kartına xx.xx.2022-ci il tarixdə saat 21:58 radələrində 525 manat da pul göndərmişdir. Bununla da 18 iyul 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixinədək ümumilikdə ondan 1915 manat məbləğində pul almışdır. Hər dəfəsində bu gün sabah deyərək işin həll olunacağını demişdir. Bundan sonra o, Hacıdan verdiyi pulu tələb etməyə başlamışdır. Lakin, Hacı ona pulu verəcəyini desə də onu aldatmışdır. Sonra məcbur olub Hacı ilə görüşüb verdiyi sənədlərin əslini almışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdiyini düşünüb polisə şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2005-ci il təvəllüdlü oğlu X13 orta məktəbi biritdikdən sonra ali təhsilini davam etdirmək üçün Türkiyyə Cümhuriyyətində yerləşən universitetlərin birinə düzəltmək fikrinə düşmüşdür. Bu barədə ətrafında olan şəxslərlə maraqlandıqda onunla qonşuluqda yaşayan Abıyev X5 universitetinə tələbə düzəltməklə məşğul olan tanışı olmasını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Yadigar ona zəng vuraraq Türkiyədə yerləşən universitetə tələb düzəldən tanışı Təqsirləndirilən şəxs ilə Buzovna qəsəbəsində yerləşən Naxçıvan kafesində görüşəcəyini bildirmiş və onu da görüşə dəvət etmişdir. O, təxminən saat 20:00 radələrində “Naxçıvan” kafesinə getmiş, orada daxil olanda Yadigarı əvəllər tanımadığı orta boylu, qara bəniz, arıq bədən quruluşlu, saqqallı, 26-27 yaşlı oğlanla oturub söhbət etdiyini görmüşdür. Yadigar ona yanında əyləşən şəxsi göstərib tələbə düzəldən şəxsin bu olduğunu işarə etmişdir. Bundan sonra o, masada əyləşmiş, Yadigarın yanında əyləşən şəxs özünü ona Hacı kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs oğlu barədə məlumat verib oğlunu bir dəfə Hərbi məktəbə öz sənədlərini verməsini, lakin test imtahanını keçə bilmədiyini, oğlunu X3 şəhərində yerləşən “Harb okulu”na düzəltmək istədiyini bildirmişdir. Hacı ona oğlunu həmin məktəbə düzəldə biləcəyini, lakin bunun üçün 3500 manat pul lazım olduğunu bildirmişdir. Hacı ondan oğlunun orta məktəb şəhadətnaməsinin, şəxsiyyəti vəsiqəsinin, ağ biletinin surətlərini, ata və ana tərəfindən oğluna razılıq verilməsi barədə sənədləri istəmişdir. Həmin vaxt Hacı ilə razılaşıb istədiyi məbləği gedib evdən gətirəcəyini, sənədləri isə qısa müddət ərzində düzəldəcəyini bildirmişdir. Bundan sonra yaşadığı evə gedib oradan 3500 manat pul götürüb kafeyə qayıtmışdır. O, kafedə Yadigarın yanında 35 ədəd Təqsirləndirilən şəxs yüz manatlıq əskinaslardan ibarət ümumilikdə 3500 manat pul vermişdir. 2 gün sonra 18 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxsla Naxçıvan kafesində görüşmüş, Hacıya sənədlərin surətini vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona 20 gün ərzində oğlunu Türkiyəyə oxumağa göndərəcəyini söz vermişdir. Bundan sonra mütamadi olaraq istifadəsində olan mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng vuraraq işin nə yerdə olması ilə maraqlanmışdır. Təxminən 20 gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona universitetin hesabın nömrəsinin şəkilini göndərib həmin hesaba əlavə 1362 manat pul göndərmək lazım olduğunu bildirmiş, həmin pulun məktəbə çatacağmı demişdir. Həmin gün axşam saat 20:00 radələrində Təqsirləndirilən şəxsla Naxçıvan kafesində görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs ona qeyd olunan pulun öz kart hesabına köçürtməli olduğunu demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə yaxınlıqda yerləşən marketə gedib orada “Milliön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adma olan “Leobank” kartına 1362 manat pul köçürtmüşdür. Həmin pulun qəbzi ondadır. Həmin vaxt da Təqsirləndirilən şəxs ona 2-3 günə işin həll olunmasını deyib ona söz vermişdir. Bundan sonra mütamadi olaraq Təqsirləndirilən şəxsla əlaqə saxlamış, Hacı hər dəfə ona işin qısa müddətə alınacağını söz vermişdir. Lakin, Hacı bu günə qədər nə oğlunu universitetə düzəltmiş, nədə ki, pulunu geri qaytarmışdır. Sonradan Hacının onu aldatdığını və pulunu ələ keçirdiyini düşünmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmış icraata Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Zərərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizələrdən görünür ki, cinayət nəticəsində onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir, sonuncudan şikayətçidirlər. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadələrinin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, mütəxəssis rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməlləri Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X9 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməmiş, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X11 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxslərə izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X11 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-368/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-368/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver