Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-369/2020 09.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə xx.xx.1990-cı ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işsiz, orta təhsilli, Laçın rayonu, Sus kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Atyalı qəsəbəsində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1989-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işsiz, orta təhsilli, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Atyalı qəsəbəsində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən kafenin həyətində kafedə olan çoxsaylı müştərilərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, kafedə söyüşlü ifadələr işlətdiklərinə dair iradlarını bildirməsi üçün həmin kafeyə gəlmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanlarına nəlayiq ifadələr işlədərək heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol alt-üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızma, burunüstü, sol əl nahiyəsinin qançırları, sağ said, sol dirsək, sol əl nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuş və bundan sonra öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib Şirinovla birlikdə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sağ kürəküstü, döş qəfəsi, sağ said və sağ diz oynağı nahiyələrinin sıyrıqları, sağ gözaltı nahiyənin qançırı ilə müşayiət olunan sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, onun bu qərəzli xuliqanlıq hərəktləri 10-15 dəqiqə ərzində davam etməklə həmin müddətdə kafenin normal iş fəaliyyəti və orada olan şəxslərin rahatlığı və dincliyi pozulmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən kafenin həyətində kafedə olan çoxsaylı müştərilərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, kafedə söyüşlü ifadələr işlətdiklərinə dair iradlarını bildirməsi üçün həmin kafeyə gəlmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanlarına nəlayiq ifadələr işlədərək heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol alt-üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızma, burunüstü, sol əl nahiyəsinin qançırları, sağ said, sol dirsək, sol əl nahiyələrinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuş və bundan sonra öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sağ kürəküstü, döş qəfəsi, sağ said və sağ diz oynağı nahiyələrinin sıyrıqları, sağ gözaltı nahiyənin qançırı ilə müşayiət olunan sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, onun bu qərəzli xuliqanlıq hərəktləri 10-15 dəqiqə ərzində davam etməklə həmin müddətdə kafenin normal iş fəaliyyəti və orada olan şəxslərin rahatlığı və dincliyi pozulmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini aşağıdakı qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə qonşuluqda yerləşən kafedə dostu Təqsirləndirilən şəxs2 ilə oturub yemək yeyib spirtli içki qəbul edirmişlər. Həmin gün saat 21 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 kafeyə daxil olub oturduqları stola yaxınlaşaraq, söyüşlü ifadələr işlətdikləri üçün onlara öz iradını bildirmişdir. Arif kafeni işlədən Həmid adlı şəxsə kafeni bağlamasını tələb etmişdir. Bundan sonra Fuad ilə Arif arasında sözlə mübahisə baş vermiş və mübahisə zamanı Arifə “Fuad içkilidir get sonra danışarıq” demişdir. Arif kafedən çölə çıxmış və daha sonra kafeyə Arifin qardaşı Azəri daxil olmuş və kimin söyüş söydüyünü soruşmuşdur. Yenidən Azəriyə “çıx çölə sonra danışarıq” sözlərini demişdir. Azəri çölə çıxmadığı üçün sonuncunu itələyərək, kafedən çölə çıxarmışdır. Kafedən mobil telefonunu götürmüş və kafedən çölə çıxdıqda Fuad ilə Azərinin mübahisə etdiklərini görmüşdür. Bu səbəbdən mübahisə edənlərə yaxınlaşmış və mübahisə yaranmasın deyə, Arifi əli ilə itələmiş və Fuadı da götürüb oradan çıxıb getmişlər. Həmin vaxtı kafedə olan şəxslər səs-küyə toplaşaraq kafedən çölə çıxmışlar. Arif və Azəri qardaşlarını döyməmişlər, aralarında baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etmiş, həmin vaxtı orada təxminən 5-6 nəfər kənar şəxslərdə olmuşdur. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə yaşadığı evin yaxınlığında yerləşən kafedə oturub yemək yeyib spirtli içki qəbul etmişdir. Həmin vaxtı yanında dostu Təqsirləndirilən şəxs1 və «Sahib» adlı şəxslər olmuşdur. Həmin gün saat 21 radələrində əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 kafeyə daxil olub oturduqları stola yaxınlaşaraq, söyüşlü ifadələr işlətdikləri üçün onlara öz iradını bildirmişdir. Arif kafeni işlədən Həmid adlı şəxsə kafeni bağlamasını tələb etmişdir. Bundan sonra onunla Arif arasında sözlə mübahisə baş vermiş, mübahisə zamanı, Arifə “sən nəyə görə Həmidə deyirsən ki, kafeni bağlasın” sözlərini demişdir. Arif kafedən çıxmış, bundan sonra kafeyə Arifin qardaşı Azəri daxil olmuş və kimin söyüş söydüyünü soruşmuşdur. Pərviz Azəriyə cavab olaraq “çıx çölə sonra danışarıq” sözlərini demişdir. Azəri çölə çıxmadığına görə Pərviz yenidən ondan tələb etmişdir ki, çölə çıxsın və Azərini itələmişdir. Həmin vaxtı hesabı verdikdən sonra çölə çıxdıqda, Arif ilə Azərinin orada dayandıqlarını görmüşdür. Söhbət əsnasında Arif ona “sən nəyə görə mənim ünvanıma söyüş söymüsən” soruşduqda aralarında mübahisə baş vermiş və mübahisə zamanı Arif yumruqla onun çənəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra Arifi itələmişdir ki, sonuncu çıxıb getsin. Həmin vaxtı kafedə olan şəxslər səs-küyə toplaşaraq kafedən çölə çıxmışlar. Arif və Azəri qardaşlarını döyməmişlər, aralarında baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etmiş, həmin vaxtı orada təxminən 5-6 nəfər kənar şəxslərdə olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oğlu ifadəsində göstərmişdir ki, Abşeron rayonu, At-yalı qəsəbəsində yerləşən yaşadığı evin hasarına bitişik kafe vardır. Həmin kafe təxminən bir il olar ki, fəaliyyət göstərir. xx.xx.2019-cu il tarixdə saat 21 radələrində evdə olan zaman kafedə olan şəxslərin nalayiq söyüşlər söydüyünü eşidib kafeyə tərəf getmişdir. Kafeyə daxil olduqda üzdən tanıdığı qonşuluqda yaşayan Fuad adlı şəxsin kafedə söyüş söydüyünü görmüş və sonuncuya bu barədə iradını bildirmişdir. Bu zaman Fuad ona “söyüş söyürəm zor edirəm sənə nə var” demişdir. Fuadın içkili olduğunu göüb ona “sən içkilisən bu məsələni sabah aydınlaşdırarıq” demişdir. Kafedən çıxıb mağazaya siqaret almağa gedən zaman yolda qardaşı Azərini görmüşdür. Sonuncu ondan nə baş verdiyini və kimin söyüş söydüyünü soruşduqda, qardaşına “sən get evə, mən sabah özüm aydınlaşdıracam” demişdir. Mağazadan siqaret alıb qayıdan zaman, evin qarşısında qardaşının əlləri ilə sifətini tutduğunu görmüşdür. Həmin vaxtı orada təxminən 7-8 nəfər kənar şəxslərdə olmuşdur. Fuada iradını bildirərək “mən sənə dedim ki, biz sabah söhbət edərik, axı sən nəyə görə qardaşımı döyürsən” demişdir. Bu zaman Fuad sillə ilə onun sifətinin sağ nahiyyəsindən vurmuş, daha sonra Pərvizlə birlikdə sifətindən yumruq və sillə ilə vurmuşlar. Orada olan şəxslər isə onları aralaşdırmışlar, baş vermiş mübahisə, yəni dava-dalaş təxminən 10-15 dəqiqə arasında davam etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oğlu ifadəsində göstərmişdir ki, Abşeron rayonu, At-yalı qəsəbəsində yerləşən yaşadığı evin hasarına bitişik kafe vardır. Həmin kafe təxminən bir il olar ki, fəaliyyət göstərir. xx.xx.2019-cu il tarixdə saat 21 radələrində evdə olan zaman anası Minayədən qardaşı Arifin harada olmasını soruşduqda, sonuncu ona “kafedə olan şəxslərin nalayiq söyüşlər söydüyünü eşidib, Arifin kafeyə tərəf getdiyini bildirmişdir. Bu zaman evdən çıxıb qardaşının yanına getmiş və kafenin qarşısında qardaşı Arifdən kimlərin söyüş söydüyünü soruşduqda sonuncu ona “içkilidirlər fikir vermə” demişdir. Bundan sonra qardaşı Arif siqaret almaq üçün mağzaya getmişdir. Həmin vaxt kafedə olan şəxslərin qardaşı Arifin ünvanına nalayiq ifadələr işlətdiyini eşidib, kafeyə daxil olmuş və kimin söyüş söydüyünü soruşmuşdur. Həmin vaxt orada olan Təqsirləndirilən şəxs1 uca səslə qışqıraraq “birini göndərdik indi başqası gəldi” dediyinə görə aralarında mübahisə yaranmış və mübahisə zamanı Pərviz yumruqla onun sifət nahiyyəsindən bir dəfə vurmuş, daha sonra isə Təqsirləndirilən şəxs2 ona qoşularaq yumruq və təpiklə sifətindən və bədəninin müxtəlif nahiyyələrindən vurmuşlar. Kafedən çölə çıxdıqda qardaşı Arif onun döyüldüyünü görüb, həmin şəxlərə yaxınlaşaraq, aralaşdırmaq istədikdə Pərviz və Fuad qardaşı Arifidə yumruq və sillə ilə sifət nahiyyəsindən vurmuşlar. Orada olan şəxslər isə onları aralaşdırmışlar, baş vermiş mübahisə, yəni dava-dalaş təxminən 10-15 dəqiqə arasında davam etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 2253 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol alt-üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızma, burunüstü, sol əl nahiyəsinin qançırları, sağ said, sol dirsək, sol əl nahiyələrinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişdir, qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 2247 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ kürəküstü, döş qəfəsi, sağ said və sağ diz oynağı nahiyələrinin sıyrıqları, sağ gözaltı nahiyənin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 2329 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət - sol budun yuxarı 1/3-nin iç səthinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə qeyd olunan nahiyəyə yumruq yaxud təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduu üçün dərəcəsi təyin edilmir. xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqından yayındığına görə barələrində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Abşeron rayon Pİ-in xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq, Abşeron rayon polis idarəsinin MSYə təhvil verilmişdir. Abşeron rayon Pİ-in İstintaq Şöbəsinin xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə tarixdə azad edilərək, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Pİ-in xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq, Abşeron rayon polis idarəsinin MSYə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə tarixdə azad edilərək, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdıqlarına görə onların təqsirləndirilən şəxslərə qarşı şikayətləri və tələbləri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara verilmiş ittiham üzrə özlərini təqsirli bilməsələr də, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşaiyət olunan qəsdən qərəzli xuliqanlıq cinayətini törətmişlər. Yuxarıda göstərilənlərlə yanaşı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlinin törətməsi zərərçəkmiş şəxslərin ifadələri, baxış protokolu, ekspertiza rəyi, istintaq hərəkətlərinə dair digər protokollar və iş materiallarına əlavə edilmiş sənədlər, digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onların əməlini Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Müdafiə tərəfinin təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onlar ifadələri özlərini müdafiə xarakteri daşıyır və belə ifadə verməklə olar, məsuliyyətdən yayınmaq istəyirlər. Məhkəmə istintaqının sonunda təqsirləndirilən şəxslər törətdikləri əməli etiraf edərək, zərərçəkmiş şəxslərlə barışdıqlarını, hadisənin baş verməsindən peşmançılıq çəkdiklərini bildirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs1 təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən X4 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətmələrini, cəzalarının yüngülləşdirən halları, zərərçəkmiş şəxslərin şikayətçi olmadıqlarını, təyin olunan cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 2020ci ilin fevral ayının 01-dən 2020-ci ilin fevral ayının 03-dək tutulduğu 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul, Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 2020ci ilin fevral ayının 01-dən 2020-ci ilin fevral ayının 03-dək tutulduğu 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından cəzasından çıxılsın və üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul, Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-369/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-369/2020
09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver