Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-369/2021 20.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 1966-cı ildə Ağsu rayonunda anadan olmuş, orta təhsilli, ev- li, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 21, mənzil 2-də qeydiyyatda olan və yaşayan, barəsində21 aprel 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12500,00 manat məbləğində pulu və ödənilmiş 30,00 manat dövlət rüsumunu Zərərçəkmiş şəxs ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(012)-7648/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 3(012)-821/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə həbs tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona 10 iyul 2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, yaşadığı Bakı şəhərində xırda biznes fəaliyyəti ilə məşğul olaraq aylıq qazancı orta hesabla 200,00 - 300,00 manat müqabilində təşkil edir. O, Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(012)-7648/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 12500,00 manat məbləğində pulu və ödənilmiş 30,00 manat dövlət rüsumunu Zərərçəkmiş şəxs ödəməlidir. Belə ki, o, Zərərçəkmiş şəxs ilə 2013-cü ilin axırlarında tanış olmuş və aralarında yaranmış tanışlıq dostluq münasibətlərinə çevrilmişdir. 2016-cı ilin yay aylarında Zərərçəkmiş şəxs 12 500,00 manat məbləğində borca pul istəmiş və aralarında olan münasibətə görə Zərərçəkmiş şəxs qeyd olunan məbləği ona borca vermək qərarına gəlmişdir. 2016-cı ilin avqust ayının 9-da Zərərçəkmiş şəxs ilə birlikdə Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontoruna gedərək 12500,00 manat məbləğində pulun borc almağı barədə aralarında kredit müqaviləsi bağlamışlar. Bağlanmış müqavilənin şərtlərinə əsasən o, borca aldığı məbləği 2016-cı ilin dekabr ayının 31-dək tam olaraq Zərərçəkmiş şəxs qaytarılmasını öz öhdəsinə götürmüşdür. Müqavilədən sonra o gördüyü xırda biznes fəaliyyətində iflasa uğradığına görə qeyd edilən müddət başa çatmasına baxmayaraq borca aldığı məbləği Zərərçəkmiş şəxs qaytara bilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 2017-ci ilin qış aylarında onun barəsində aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd edilən rayon məhkəməsi tərəfindən ondan 12500,00 manat məbləğində pulun və ödənilmiş 30,00 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 24 noyabr 2017-ci il tarixli, 2(012)-7648/2017 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi icra olunmasından ötrü aidiyyəti üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və orada ona qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini könüllü olaraq icra olunmasından ötrü qanunla nəzərdə tutulmuş qaydada müddət verilmişdir. İcra dövründə məhkəmə qətnaməsi tərəfindən icra olunmadığına görə barəsində icra məmuru inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəməsi tərəfindən 20 gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin edilmişdir. Qeyd olunan rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən borclu olduğu məbləğdən heç bir ödəniş etmədiyini, borcunu vaxtında tam olaraq ödəməməyinə səbəb maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin axırlarında Təqsirləndirilən şəxs ilə tanış olmuş və aralarında yaranmış tanışlıq dostluq münasibətlərinə çevrilmişdir. Hətta 2016-cı ildə Təqsirləndirilən şəxs qızının toy şənliyində sonuncunun dəvəti ilə ailəsi ilə birlikdə iştirak etmişdir. 2016-cı ilin yay aylarında Təqsirləndirilən şəxs ondan 12500,00 manat məbləğində borca pul istəmiş və həmin vaxtlar maddi cəhətdən imkanı yaxşı olduğuna görə qeyd olunan məbləği sonuncuya borca vermək qərarına gəlmişdir. 2016-cı ilin avqust ayının 9-da Təqsirləndirilən şəxs ilə birlikdə Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontoruna gedərək 12500,00 manat məbləğində pulun ona borca verməyi barədə aralarında kredit müqaviləsi bağlamışlar. Bağlanmış müqavilənin şərtlərinə əsasən qeyd olunan məbləği Təqsirləndirilən şəxs 2016cı ilin dekabr ayının 31-dək tam olaraq ona qaytarılmasını öz öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilən müddət başa çatandan sonra, o, Təqsirləndirilən şəxs borca verdiyi məbləği dəfələrlə tələb etməyə başlasada, sonuncu müxtəlif bəhanələr gətirərək ona borclu olduğu məbləği ödəməkdən yayınmağa başlamışdır. Bundan məcburiyyət qarşısında qalaraq 2017-ci ilin qış aylarında Təqsirləndirilən şəxs barəsində aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunan rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 12500,00 manat məbləğində pulun və ödənilmiş 30,00 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair 24 noyabr 2017-ci il tarixli, 2(012)- 7648/2017 saylı qətnamə çıxarıldır. Məhkəmə qətnaməsi icra olunmasından ötrü aidiyyəti üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və orada sonuncuya qətnaməni könüllü olaraq icra olunması üçün qanunla nəzərdə tutulmuş qaydada müddət verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs icra məmurunun çağırışlarından yayındığına görə barəsində icra məmuru tərəfindən məcburi gətirilmə haqqında qərar qəbul edilərək aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinə göndərilmiş və polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təhvil veilmişdir. Təqsirləndirilən şəxs barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmə tərəfindən Təqsirləndirilən şəxs 20 gün müddətinə inzibati qaydada həbs olunmasına dair qərar qəbul olunmuşdur. O, məhkəmə qətnaməsində sonra Təqsirləndirilən şəxs tərəfindən ona heç bir ödəniş edilmədiyini bildirərək qətnamə üzrə qeyd olunan məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2(012)-7648/2017 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinəəsasən Təqsirləndirilən şəxs 12500,00 manat məbləğində pul və 30,00 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödəniliməlidir. Qeyd edilən icra vərəqəsi üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsində 05 sentyabr 2018-ci il tarixdə icraat başlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən “İcraata başlamaq haqqında” qərar və “Tələbin könüllü icrası haqqında” bildiriş 01 oktyabr 2018-ci il tarixdə iş üzrə borclu Təqsirləndirilən şəxs təqdim edilərək İcra və Probasiya Şöbəsində özünə imza etdirməklə təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs əmlak vəziyyətinin və gəlirlərin yoxlanılması ilə bağlı ayrı-ayrı vaxtlarda aidiyyəti qurumlara sorğular edilmiş, lakin borclunun adına heç bir əmlak yaxud pul vəsaiti müəyyən olunmamışdır. İcra sənədinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs dəfələrlə İcra və Probasiya Şöbəsinə dəvət edilsədə, o, icra şöbəsinə gəlməmiş və gəlməməsinin səbəbi barədə şöbəyə heç bir məlumat verməmişdir. Belə olan halda borclu Təqsirləndirilən şəxs məcburi qaydada icra şöbəsinə gətirilməsi üçün 20 dekabr 2018-ci il tarixdə təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş və qeyd edilən rayon məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 8(012)-53/2019 saylı qərardadı ilə təqdimat təmin edilmiş və qərardad icra olunması üçün 15 fevral 2019-cu il tarixdə Abşeron Rayon Polis İdarəsinə göndərilmişdir. Abşeron Rayon Polis İdarəsi tərəfindən İcra və Probasiya Şöbəsinəünvanlanmış 02 aprel 2019-cu il tarixli məktubda Təqsirləndirilən şəxs hal-hazırda yerinin müəyyən edilmədiyindən məcburi gətirilməsi mümkün olmamış, hal-hazırda borclunun yerinin müəyyən edilərək şöbəyə gətirilməsi üçün tədbirlərin davam etdirilməsi bildirilmişdir. Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 8(012)-1275/18 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşayış yerini dəyişdiyinə və olduğu yeri müəyyən etmək mümkün olmadığına görə barəsində icra məmuru tərəfindən qəbul edilmiş 24 dekabr 2018-ci il tarixli axtarış qərarıəsasında Abşeron RPİ-də 08 yanvar 2019-cu il tarixdə axtarış işi açılmışdır. İşüzrə tələbkar Zərərçəkmiş şəxs köməkliyi nəticəsində 20 fevral 2019-cu il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq icra şöbəsinə gətirilmiş və məhkəmə qərarının icrası ilə bağlı ondan izahat alınmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 3(012)-321/2019 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Borclu Təqsirləndirilən şəxs işlə təmin olunması məqsədilə X1 iş təklif olnmuş, lakin o, bu işin onun üçün münasib olmadığınıəsas gətirərək işdən imtina etmişdir. 17 iyun 2020-ci il tarixdə borclu şəxs şöbəyə dəvət olunaraq izahatı alınmış, icra sənədini icra etmədiyi üçün onun barəsində həmin tarixdə Azərbaycan Respublikası İXM-nın 528.1ci maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılmasından ötrü Abşeron Rayon Məhkəməsinə təqdim olunmuş və həmin rayon məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 3(012)-821/2020 saylı qərarı ilə borclu şəxs Təqsirləndirilən şəxs 20 gün müddətində inzibati qaydada həbs olunmuşdur. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun 80,00 manat müavinət alması müəyyən edilmiş və 16 iyul 2020-ci il tarixdə tələb müavinətın 50% miqdarına yönəlmişdir. Borclu Təqsirləndirilən şəxs işlə təmin olunması məqsədilə Abşeron Rayon Məşğulluq Mərkəzinə müarciət olunmuş, X5 7 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən verilmiş 12 avqust 2020-ci il tarixli məktubda Təqsirləndirilən şəxs 25 dekabr 2019-cu il tarixdən işsiz vətəndaş kimi qeydiyyata alındığı, həmçinin onunla X2 əlaqə nömrəsiləəlaqə saxlamaq mümkün olmadığı qeyd edilmişdir. İcra vərəqəsinin icrası ilə bağlı borclu Təqsirləndirilən şəxs yenidən şöbəyə dəvət edilmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borcluya rəsmi xəbərdarlıq edilməklə məhkəmə qətnaməsinin icrası ilə bağlı yeni müddət təyin edilərək borc məbləğinin ödənilməsi üçün borclu Təqsirləndirilən şəxs 10 gün müddət verilmişdir. Yekun olaraq borclu Təqsirləndirilən şəxs bütün bu tədbirlərdən qərəzli şəkildə heç bir nəticəçıxarmamış və icra sənədi üzrə borcun ödənilməsindən qəsdən yayınmışdır. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcun könüllü ödənilməsinə dair bildirişdən, Abşeron Rayon Məhkəməsinin inzibati xəta haqqında 17 iyun 2020-ci il tarixli, 3(012)- 821/2020 saylı qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(012)-7648/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 12 yanvar 2021-ci il tarixli, 012-419-1221 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(012)- 7648/2017 saylı qanuni qüvvəsini almış qətnaməsini bilərəkdən qərəzli şəkildə icra etməmiş və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafı, bunu tamamlayan zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsi, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən yüngülləşdirici halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. İş materiallarında olan 04 fevral 2021-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının çağırışlarına gəlmədiyindən barəsində axtarış elan edilmiş, Abşeron rayon Polis İdarəsinin 20 aprel 2021-cı il tarixli məktubundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutularaq Bakı şəhər Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 21 aprel 2021 – cı il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, beləliklə o, 02 (iki) gün müddətinə tutulmuşdur. Abşeron rayon məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətilkan tədbiri seçilməklə axtarış elan edilmiş və 23.09.2021-ci il tarixdə tutularaq Abşeron rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, həbs etmənin əvvəli axtarışla əlaqədar həbs olunduğu 23.09.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 23.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-369/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-369/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver