Məhkəmə qərarları › İş №1(012)-369/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-369/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-369/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 13 avqust 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam " qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumat verib sonuncunun inam və etibarını qazanaraq ona əlaqələrindən istifadə edib keçmiş əri X1 Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə onun himayəsinə verilmiş azyaşlı övladları 2012-ci il təvəllüdlü X5, 2013-cü il təvəllüdlü X6 və 2017-ci il təvəllüdlü X3 geri qaytarılması barədə yalan vəd verərək Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək məqsədi ilə aldadıb sonuncudan vahid niyyətlə Abşeron rayonu, Saray qəsəbəsi, “H MTK-ın” qarşısında görüşərək idarə etdiyi “Kia Sorento” markalı avtomobilində 08 fevral 2023-cü il tarixdə saat 15 radələrində 2000 manat, 09 fevral 2023-cü il tarixdə saat 20 radələrində 3000 manat və 27 aprel 2023-cü il tarixdə saat 19 radələrində 200 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 5200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bildirmişdir ki, X7 onun arvadı X2 xalası qızıdır. Salatınla münasibətləri həmişə normal olmuşdur Salatın 1-ci həyat yoldaşından ayrıldığı üçün onun 3 azyaşlı uşağı məhkəmə tərəfindən Salatına verilmişdir. Lakin sonradan Salatının 1-ci həyat yoldaşı onun uşaqlarını götürüb aparmış və ona qaytarmamışdır. Bundan sonra 1-ci həyat yoldaşı Elmin Salatını məhkəməyə vermişdir. Bununla əlaqədar Salatın ilə söhbət edərkən Salatın uşaqlarını qaytarmaq üçün ondan köməklik istəmişdir. O da Salatına köməklik edəcəyini bildirib Salatından bununla əlaqədar 5200 manat pul istəmişdir. Salatından 08 fevral 2023-cü il tarixdə yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Saray H MTK-m qarşısında məxsus “Kia Sorento” markalı avtomobilin içərsində 2000 manat, sonra isə həmin günün səhəri yəni 09 fevral 2023-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Saray H MTK-ın qarşısında 3000 manat sonra isə 27 fevral 2023-cü il tarixdə Abşeron Saray qəsəbəsində yerləşən Saray H MTK-ın qarşısında ona məxsus “Kia Sorento” markalı avtomobilin içərsində 200 manat pul almışdır. Ümumilikdə o, Salatından hissə-hissə 5200 manat pul almışdır. Pulu aldıqdan sonra məhkəmə qərarı ilə onun övladlarını Salatına qaytarması ilə əlaqədar müvafiq sorğular aparsa da, lakin sonradan alınmamış və ona görə də o, qərara gəlmişdir ki, Salatından aldığı pulları geri qaytarsın. Lakin pulun bir hissəsini o, öz şəxsi ehtiyaclarına xərclədiyi üçün pulun 1000 manatını Salatına qaytarmışdır. Lakin 4200 manat pulu o, Salatına qaytara bilmədiyi üçün Salatın da onun barəsində müvafiq orqanlara müraciət etmişdir. Hazırda o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş ziyanı tam ödəmiş və dövlət büdcəsinə 25 % ödəniş etmişdir, bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görədə cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında yaşayır. 2011-ci ilin maıt ayında o, X4 ilə ailə həyatı qurmuş, Birgə nigahdan 3 övladı olmuşdur. Lakin sonradan həyat yoldaşı Elminlə yola gedə bilmədikləri üçün 2021-ci ilin fevral ayında rəsmi olaraq boşanmışlar. Bundan sonra, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsi o, cümlədən yuxarı instansiya məhkəmələri övladları 2012-ci il təvəllüdlü Kazımlı Fatimə, 2013-cü il təvəllüdlü Kazımlı Safıya və 2017-ci il təvəllüdlü Kazımova Luheyya onun himayəsinə verilmişdir. Lakin buna baxmayaraq Elmin bununla razılaşmamışdır. 2023-cü ilin yanvar ayında Elmin uşaqlarla görüş keçirərkən uşaqları götürmüş sonradan isə evə gətirib qaytarmamışdır. Bu müddət ərzində xalası qızının həyat yoldaşı Təqsirləndirilən şəxs onun həyat yoldaşı Elminin uşaqlarını aparmasını bilmişdir. 2023-cü ilin yanvar ayının 23-dən sonra Süleyman onların evinə mütəmadi olaraq qohum olduğu üçün gəlib getmişdir. O da Süleymana bu barədə danışdıqdan sonra Süleyman ona demişdir ki, “onun yüksək vəzifəli tanışları var” və 2 gün ərzində onun övladlarını gətirəcəyini bildirmişdir. Bundan sonra, ona bununla əlaqədar 5200 manat pul lazım olduğunu demişdi. O da ailə üzvləri ilə məsləhətləşdikdən sonra qərara gəlmişdir ki, 5200 manat pulu Süleymana versin. İlk olaraq 08 fevral 2023-cü il tarixdə saat təminən 15 radələrində Abşeron rayonu, Saray qəsəbəsi yaşadığı “Eİ MTK-ın” qarşısında Süleymana məxsus “Kia Sorento” markalı avtomobildə Süleymana 2000 manat, həmin günün səhəri yəni 09 fevral 2023-cü il tarixdə saat təxminən 20 radələrində Abşeron rayonu Saray qəsəbəsi yaşadığı “H MTK-ın” qarşısında Süleymana məxsus “Kia Sorento” markalı avtomobildə Süleymana 3000 manat qalan 200 manatı isə 27 aprel 2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu Saray qəsəbəsi yaşadığım “H MTKın” qarşısında Süleymana məxsus “Kia Sorento” markalı avtomobildə Süleymana vermişdir. Bundan sonra Süleyman da ona 2 gündən sonra uşaqları gətirəcəyini demişdir. Lakin buna baxmayaraq Süleyman verdiyi sözə əməl etməyib onu aldatmışdır. Bundan sonra müxtəlif bənahələr ilə ona yaxın vaxtlarda uşaqları gətirib təhvil verəcəyini demişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Süleyman onu aldatmış və müxtəlif rəhbər vəzifəsədə işləyən şəxslərin adlarından istifadə etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. O, bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, onunla barışmış, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, dəyən ziyanın və dövlətə olan ödəməni etdiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübutdur. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində 5200 manat vurulmuş ziyanın iyirmi beş faizi miqdarını 1300 manat məbləğini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və əvvəllər hər hansı bir əsasla cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar