Məhkəmə qərarları › İş №1(012)-37/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-37/2021

19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-37/2021 19.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Yusif oğlunun iştirakı ilə xx.xx.1953-cü ildə Zəngilan rayonu, Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Zəngilan rayonu, Məlikli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Yusif oğlunun Azərbaycan Respublikası CM-nin 192.1, 247, 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Yusif oğlu xx xxxx 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X1 Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) təsisçisi olmaqla həmin tarixdən müəssisəyə faktiki rəhbərlik edərək MMC-nin həmin tarixdə təsdiq olunmuş Nizamnaməsinə əsasən Cəmiyyətin adından qərar qəbul etmək, onu təmsil etmək, etibarnaməsiz fəaliyyət göstərmək, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” Qaydalarının və “Lisenziyalar və icazələr haqqında” xx xxxx 2016-cı il tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 1 nömrəli Əlavələrinə əsasən, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya tələb olunan fəaliyyət növü kimi “Dağmədən işləri, dağ və buruq qazmalarının aparılması”na dair müvafiq İcra hakimiyyəti orqanından lisenziya almalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixdə 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Yer təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi” Qaydalarına əsasən yerin təkinin istifadəyə verilən sahələrində faydalı qazıntılar çıxarmaq hüququ verən xüsusi razılığa və ya icazəyə müvafiq olaraq “Dağ mədən ayırması” aktı almaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməli olduğu halda, bunu qəsdən etməyərək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və təsisçisi olduğu Cəmiyyət üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Abşeron rayon İcra hakimiyyəti başçısının xx xxxxx 2006-cı il tarixli 093 nömrəli sərəncamı əsasında mişardaşı istehsal etmək məqsədilə “Güzdək” əhəngdaşı yatağında dövlət mülkiyyətində olan 17 saylı “Quzu qıran” qış otlaq sahəsindən Şahid7 icarə qaydasında ayrılmış 3,5 hektar torpaq sahəsinin 1 hektarını sonuncu ilə aralarında bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqavilə əsasında icarəyə götürüb 2013-cü ilin yay aylarından başlayaraq xx xxxxxx 2018-ci il tarixədək olan müddətdə həmin torpaq sahəsində lisenziya olmadan və “dağ mədən ayırması” aktı almadan qanunsuz dağ-mədən qazma işləri aparmaqla 3024 m3 əhəngdaşı istehsal edib mişardaşı məhsulu kimi sataraq dövlətə və təbiətə xeyli miqdarda 23.284,8 manat (iyirmi üç min iki yüz səksən dörd manat səksən qəpik) məbləğində ziyan vurmuş, eləcə də yerin təkindən faktiki istifadə etməklə istismar etdiyi həmin obyektdə təbiəti mühafizə üzrə cavabdeh şəxs kimi X6 sahəsində mövcud qanunvericiliyin tələblərini yerinə yetirməli olduğu halda “Yerin təki haqqında” xx xxxxxx 1998-ci il tarixli 439-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 9, 10, 21 və 46-cı maddələrində nəzərdə tutulmuş yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, eləcə də “X6 haqqında” x xxxx 1999-cu il tarixli 678–İQ nömrəli Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən, müəssisənin, qurğular və başqa obyektlərin istismarı, ətraf mühafizəsi üzrə lahiyədə göstərilmiş, bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsini həyata keçirməli, həmin Qanunun 6-cı maddəsinə əsasən ətraf mühitin qorunmasına borclu olduğu halda qanunvericiliyin həmin tələblərini yerinə yetirməmiş, həmin əməli nəticəsində istehsal zamanı yaranan tullantıların yığılması, qorunması və toplanması təmin olunmadığından həddən artıq tozlanmaya səbəb olmaqla atmosferin çirklənməsinə, mineral xammal bazasının məhvinə və ətraf mühit üçün təhlükə yaranmasına yəni, bərpası mümkün olmayan ağır nəticələrə səbəb olmuş, eləcə də həmin əməli ilə insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarına və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin qanunla qorunan mənafeyinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Yusif oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, “xxxx” MMC-ni təsis edərək 2013-cü il tarixdən karxana fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmiş, 100 faizlik payla MMC-nin təsisçisi olsa da, müəssisənin direktoru həyat yoldaşı X4 olmuşdur. Yoldaşı direktor olsa da, faktiki olaraq bütün işlərə rəhbərlik və nəzarət onun tərəfindən həyata keçirilmiş, MMC 2 saylı Ərazi Vergilər idarəsində qeydiyyata alınmış və müəssisəyə ********** nömrəli VÖEN verilmişdir. Karxana fəaliyyəti ilə məşğul olmaq üçün “Güzdək” əhəngdaşı yatağında yerləşən Şahid7 adlı şəxsə məxsus 3,5 hektar torpaq sahəsinin 1 hektarını sahəsini istismar etmək üçün icarəyə götürmüş, karxana sahəsini icarəyə götürdükdən sonra 2013-cü ilin yanvar ayından başlayaraq ərazidə təmizlik işləri aparmış, 2013-cü ilin yay aylarında fəaliyyətə başlamaq üçün ehtiyat hissələri alaraq 1 ədəd kombayn və 1 ədəd şırımaçan maşın düzəltdirmişdir. Həmin maşınların ehtiyat hissələrini kimdən almağını və kimə düzəltdirdiyini indi xatırlamır. Sonra Fövqəladə Hallar Nazirliyinin təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçərək işləmək üçün şəhadətnamə almış, buna baxmayaraq əhəngdaşı yatağını istismar etmək üçün dağ mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziyası olmamış, eləcə də “Güzdək” yatağında dağ mədən işlərinin inkişaf planı Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən dağ mədən işləri aparmaq üçün dağ mədən ayırması aktı, ekoloji pasport və ekoloji rəy almamış, bunu da karxana sahəsini hansı sənədlər əsasında işlətmək lazım olduğunu bilmədiyindən almamışdır. Torpaq sahəsini icarəyə götürdükdən sonra lisenziya və ekoloji sənədlər olmadan əhəngdaşı yatağını 2013-cü ilin yay aylarından başlayaraq 2018-ci ilin sentyabr ayına kimi istismar edərək karxananı faktiki olaraq işlətmiş, işlədiyi dövrdə ETSN-nin əməkdaşları gəlib sənədsiz işləməyinə görə ona hər hansı irad bildirməmişdir. İşçilərlə əmək müqaviləsinin bağlanması, müqaviləyə xitam verilməsi və karxananın fəaliyyəti ilə əlaqədar qərarların qəbul edilməsi onun səlahiyyətində olmuş, fəaliyyətə başlayandan bəri hansı miqdarda mişardaşı kəsilib satıldığını dəqiq bilməmiş, Abşeron rayonunun “Güzdək” əhəngdaşı yatağında çıxarılan mişardaşını yerindən maşınlara 1 ədədini orta hesabla 18-20 qəpikdən satmışdır. 2013-cü ilin yay aylarından başlayaraq 90 metr uzunluğunda, 70 metr enində olan ərazini 3 qat qalınlığında, hər qatın qalınlığı 40 sm olmaqla istismar etmişdir. “xxxx” MMC-nin faktiki rəhbəri kimi şəkildə olan sahələri, yəni 1,2 metr dərinliyində əhəngdaşı yatağını istismar etmiş, fotoşəkildə təqdim olunan tikilinin yaxınlığında olan transformatordan əraziyə elektrik enerjisi verilmiş, işləyən zaman da elektrik enerjisi MMC-nin adına olmaqla sahəyə bu transformatordan daxil olmuşdur. İşlədiyi zaman 1000-2000 manat arasında elektrik enerjisinə görə pul ödəmiş, bu enerjinin bir hissəsi kombayn və şırımaçanın işləməsi, bir hissəsi isə fəhlələrin qaldığı yerlərin qızdırılması və digər məqsədlər üçün istifadə olunmuşdur. İstehsal zamanı yaranan tullantıların yığılması, qorunması və uçotunun aparılmasının necə olmasını bilməmiş, faydalı qazıntıların hasilatı barədə illik hesabat (5 GK) Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya və Arxiv Fonduna təqdim edilməmiş, belə bir hesabatın verilməli olduğundan xəbəri olmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış işçi qrupu tərəfindən aparılmış monitorinq zamanı 58212 manat məbləğində ziyanın hansı qaydada hesablanması barədə məlumatı olmamış, akt tərtib olunan zaman əraziyə dəvət edilməmişdir. Karxana sahəsində satışların həyata keçirilməsinin ümumi qaydası olmamış, karxanaya gələrək daş istəyən hər müştəriyə məhsul satılmış, hansı miqdarda daş istehsal olunub satılmasını bilməmiş, lakin satılan məhsullarla bağlı vergiyə vaxtlı-vaxtında ödənişlər edilmişdir. Karxana sahəsində işləyən şəxslərlə əmək müqaviləsi bağlamış, həmin dövrdə onunla Şahid3 və Şahid4 adlı şəxslər işləmişdir. Əməlindən səmimi peşmançılıq çəkir, ilk dəfə cinayət əməli törətməsini, dövlətə vurduğu maddi ziyanı bir qismini olaraq ödəməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs Yusif oğlunun məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən dövlətə vurulmuş ziyanın bir qismini olaraq ödənildiyindən sonuncuya yüngül cəza təyin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, daş karxanasında fəhlə işləyərək ailəsinin dolanışığını təmin edir. 2013-cü ilin yay aylarında daş karxanasında işləmək üçün iş axtaran zaman Təqsirləndirilən şəxs tanımış, aralarında normal münasibət olmuş, ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs istismar etdiyi karxana sahəsində 2013-cü ildən işləsə də, 2014-cü ilin noyabr ayından əmək müqaviləsi bağlayaraq Abşeron rayonu ərazisində olan “Güzdək” əhəngdaşı yatağında “xxxx” MMC-də fəhlə kimi işləməyə davam etmiş, fəhlə kimi vəzifəsi əhəngdaşı yatağının kəsilməsi zaman mişardaşını yataqdan ayırmaq, onu kənarda toplamaq, satılan daşları maşınlara yükləmək və Təqsirləndirilən şəxs tapşırıqlarını icra etməkdən ibarət olmuşdur. İşlədiyi vaxtdan karxana sahəsinə nəzarət və rəhbərliyi Təqsirləndirilən şəxs etmişdir. Təqsirləndirilən şəxs rəsmi işçisi olsa da, bəzi işçilər karxana sahəsində işin ağır olması səbəbindən günəmuzd işləmiş, yəni onlar daimi olmadığından işlədiyi müddətdə karxanada onunla bərabər işləmiş şəxslərin hamısının adları yadında qalmamış, yalnız kəndliləri Tağı və İqmətin adı yadında qalmışdır. “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs arvadı X4 olsa da, bu qadın karxana sahəsinə rəhbərlik etməmiş, formal olaraq direktor işləmiş, işlərə isə faktiki rəhbərlik və nəzarət sonuncunun əri Musa tərəfindən edilmişdir. Təqsirləndirilən şəxs istismar etdiyi karxana sahəsində işlədiyi zaman ərazidə 1 ədəd “SM 89” markalı kombayn və 1 ədəd şırım açan maşın olmuş və bu texnikalar elektrik enerjisi ilə işləmişdir. Karxana sahəsinə elektrik enerjisi bir transformatordan daxil olmuş, elektrik sərfiyyatına görə ödənişlər barədə bildiriş “xxxx” MMC-nin adına gəlmiş və Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. İşlədiyi dövrdə aylıq elektrik sərfiyyatının nə qədər olmasını, Təqsirləndirilən şəxs elektrik sərfiyyatına görə aylıq hansı miqdarda ödəniş etməsini, eləcə də karxana sahəsində hansı miqdarda əhəngdaşının istismar olunaraq mişardaşı kimi satılması barədə dəqiq məlumatı olmamış, “Güzdək” əhəngdaşı yatağında çıxarılan mişardaşı yerindən maşınlara 1 ədədi orta hesabla 18-20 qəpikdən satılmışdır. Daş karxanasının fəaliyyət göstərməsi üçün lisenziya, Dağ mədən ayırması aktı, ekoloji pasport, ekoloji rəy olub-olmaması və ya dağ mədən işlərinin inkişaf planının razılaşdırılıb-razılaşdırılmaması barədə məlumatı olmamış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən daş karxanasına gəlib baxış keçirilsə də, hər hansı nöqsan və irad bildirilməmiş, baxış keçirmək üçün gələn şəxslərin adlarını xatırlamır. Şəkildə olan sahələr “xxxx” MMC-yə məxus olmuş və 90x70x1,2 metr ölçüsündəki sahə Təqsirləndirilən şəxs müəssisəyə rəhbərlik etdiyi dövrdə kəsilmişdir. Fotoşəkildə təqdim olunan bir ədəd transformatordan elektrik xətti sahəyə daxil olmuş, karxanada işləyən zaman da elektrik enerjisi şəkildə göstərilən bu transformatordan sahəyə verilmişdir. Karxana sahəsində satışların həyata keçirilməsinin ümumi qaydası olmamış, karxanaya gələrək daş istəyən hər müştəriyə məhsul satılmış, hansı miqdarda daş istehsal olunub satılmasını isə bilməmişdir. Təqsirləndirilən şəxs karxana sahəsini kimdən və hansı şərtlərlə icarəyə götürməsini bilməmiş, 2013-cü ilin yay aylarından başlayaraq karxana sahəsində fəaliyyət dayandırılana kimi orada işləmiş, karxana 2018-ci ilin sentyabr ayına kimi fəaliyət göstərmiş və sonra fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılmış monitorinq zamanı təbiətə 58212 manat məbləğində maddi ziyan vurulması barədə tərtib edilmiş aktdan xəbəri olmamış, ziyanın hansı qaydada hesablanması bilməmiş və bu məsələlər müəssisənin rəhbəri kimi Təqsirləndirilən şəxs səlahiyyətinə aid olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sonuncunun bacısı oğlu vasitəsi ilə tanımış, aralarında normal münasibət olmuş, ədavət və düşmənçilikləri olmamışdır. Musa əvvəllər Qaradağ rayonu ərazisində olan əhəngdaşı yataqlarında işləmiş, 2012-ci ilin yanvar ayında ona müraciət edərək əhəngdaşı yatağını icarəyə götürüb mişardaşı istehsal etmək istədiyini dedikdə həmin vaxtı qardaşı Bəhramın mişardaşı istehsal etmək üçün aldığı torpaq sahəsinin bir hissəsini icarəyə verdiyini bildirmişdir. Musanı Bəhramla tanış etmiş və onlar arasında xx xxxxxx 2012ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında Musa Abşeron rayonu “”Güzdək” əhəngdaşı yatağında olan 1 ha torpaq sahəsini icarəyə götürmüş, icarə müqaviləsinin hansı şərtlərlə bağlanmasından xəbəri olmamış və müqavilə əsasında götürdüyü torpaq sahəsini Təqsirləndirilən şəxs özü işlədərək əhəngdaşı yatağını istismar etmişdir. Təqsirləndirilən şəxs ərazini istismar edən zaman vergi ödənişlərini, eləcə də elektrik enerjisindən istifadəyə görə ödənişləri “xxxx” MMC-nin adından ödəmişdir. Təqsirləndirilən şəxs əhəngdaşı yatağını istismar etmək üçün ekoloji sənədləri və ya dağ mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziyasının olub-olmamasını bilməmiş, qardaşı Şahid7 isə həmin əraziləri istismar etmədiyindən bununla bağlı lisenziya və ekoloji sənəd almamışdır. Karxana sahəsinin istismar edilməsi üçün Abşeron rayon icra hakimiyyətinin həmin torpaq sahəsinin Şahid7 verilməsi ilə bağlı sərəncamı olsa da, bunun hansı tarixdə olmasını bilməmişdir. Təqsirləndirilən şəxs icarəyə götürdüyü karxana sahəsini qardaşına geri təhvil verməmiş, onlar arasında bağlanmış müqavilənin ləğv edilməsi haqqında aralarında hər hansı sənəd olmamışdır. İcarəyə verilmiş torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən istismar olunmuş, bu ərazi ona geri qaytarılmamış, 2018-ci ilin sentyabr ayına kimi elektrik enerjisinə görə ödənişlər hamısı Musa tərəfindən cəmiyyətin adından ödənilmiş və faktiki olaraq ərazi sonuncu tərəfindən istismar olunmuşdur. 2017-ci ilin sonları və 2018-ci ilin əvvəllərində bir müddət Təqsirləndirilən şəxs xahişi ilə işin gedişatını düzgün qurmaq üçün karxana sahəsində olub tanış kimi şifahi köməklik etmiş, lakin həmin ərazilər onun tərəfindən istismar olunmamış, sonradan Musa karxananı işlədə bilmədiyi üçün fəaliyyətini dayandırmış və texnikalarını saxlamaq üçün ona təhvil vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1996-cı ilin iyun ayından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya Departamentində işə qəbul olunmuş, 2013-cü ildən isə X2 sektorunun məsləhətçi müfəttişi vəzifəsində işləyir. Məsləhətçi müfəttiş kimi vəzifəsi daş karxanalarında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin ekoloji sənədlər (dağ mədən ayırması aktı, ekoloji pasport, ekoloji rəyin olubolmaması, dağ mədən işlərinin inkişaf planının razılaşdırılıb-razılaşdırılmaması) əsasında işləyib-işləmələrini iş planına uyğun olaraq yoxlamaq, təbiətə vurulmuş ziyanın aradan qaldırılması üçün xəbərdarlıq etmək, müəssisələrin fəaliyyətinin dağ işlərinin inkişaf planına uyğun olub-olmaması, yerin təkinin və yatağın səmərəli və kompleks şəkildə istifadə olunması, ətraf mühitin çirklənməsinə nəzarət etməkdən ibarət olmuşdur. xx xxxx 2018-ci il tarixdə Ekologiya və X5 həmin tarixli 379/Ü nömrəli əmri ilə əhəngdaşı yataqlarındakı karxanaların fəaliyyəti nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup yaradılmış və o da işçi qrupun tərkibinə daxil edilmişdir. İşçi qrupun fəaliyyəti ilə əlaqədar olaraq Bakı şəhərinin Qaradağ, Xəzər və Səbail, eləcə də Abşeron rayonunun ərazisində yerləşən əhəngdaşı yataqlarında mövcud qanunvericiliyin tələblərinə riayət olunubolunmaması, təbiətə ziyan vurmuş fiziki və hüquqi şəxslərin müəyyən edilərək barələrində müvafiq tədbir görülməsi üçün monitorinq aparmağa başlamış, monitorinq nəticəsində əhəngdaşı yataqlarında yatağı kəsərək mişardaşı istehsal edən hüquqi və fiziki şəxslərin fəaliyyətində aşkar olunmuş nöqsanlar barədə müvafiq aktlar tərtib edilmişdir. “xxxx” MMCnin istismar etdiyi Abşeron rayonunun inzibati ərazisindəki “Güzdək” əhəngdaşı yatağında yerləşən karxanaya baxış keçirən zaman onun fəaliyyət göstərməsi - dağ mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziyası, eləcə də ekoloji sənədlər – dağ mədən ayırması aktı, ekoloji pasport, ekoloji rəyin olmadığı müəyyən edilmişdir. “xxxx” MMC “Güzdək” əhəngdaşı yatağında yerləşən torpaq sahəsini 2012-ci ilin yanvar ayında icarəyə götürmüş və 2013-cü ilin yay aylarından başlayaraq ekoloji sənədləri olmadan əhəngdaşı yatağını istismar etmişdir. Monitorinq zamanı “xxxx” MMC-nin ekoloji sənədlər olmadan 2013cü ilin yay aylarından sonra qanunsuz fəaliyyət göstərdiyi ərazilər müəyyən edilmiş, MMC-nin rəhbəri Təqsirləndirilən şəxs 90 metr uzunluğunda, 70 metr enində və 1,2 metr dərinliyində sahəni qanunsuz istismar etdiyindən bu sahənin hesablama ilə həcmi çıxarılmış, 7560 kub metr həcmində qeyri-qanuni əhəngdaşı istehsal edildiyindən təbiətə 58212 manat məbləğində ziyan vurulması aşkarlanmış və bundan sonra xx xxxxxx 2018-ci il tarixdə 49118 nömrəli akt tərtib edilməklə “xxxx” MMC 58212 manat məbləğində cərimə edilmişdir. İstintaq zamanı “xxxx” MMC-nin istismar etdiyi sahəyə istintaq qrupu ilə birlikdə baxış keçirilən zaman “Garmin” markalı avadanlıqla istismar olunan sahənin eni və uzunluğu ölçüldükdə həmin sahələrin aktda göstərilənlərlə eyni olması aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Ümumi yayılmış faydalı qazıntıların işlənməsi üçün yer təkinin verilməsi” barədə Qaydalarında bu barədə məlumat verilir. Belə ki, yerin təkindəki ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsinə “Yerin təki haqqında” Qanuna müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi “dağ mədən ayırması” statusuna əsasən icazə verilir. Ümumi yayılmış faydalı qazıntı yataqlarının “dağ mədən ayırması” hüdudlarından kənarda istismar edilməsi qadağandır. “Dağ mədən ayırması” aktı ümumi faydalı qazıntı yataqlarının işlənməsi üçün dağ işlərinin inkişaf planının olması şərtilə verilir. “Dağ mədən ayırması” aktı əhəngdaşı yataqlarında istismar işləri başlayana kimi alınmalıdır. Qaydaya əsasən yerin təki istifadəçisi ona verilmiş “dağ mədən ayırması” aktının tam və ya qismən olaraq başqa yerin təki istifadəçisinə verməsi qadağandır. Qanunvericilikdə hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində “dağ mədən ayırması” almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasının həyata keçirilməsi nəzərdə tutulur. Monitorinq zamanı yoxlanılan fiziki və hüquqi şəxslər isə faydalı qazıntıları öz şəxsi ehtiyaclarını ödəmək üçün deyil, sahibkarlıq fəaliyyətini həyata keçirib pul qazanmaq üçün ümumi yayılmış faydalı qazıntı, yəni əhəngdaşı yatağından istifadə etdiyi üçün onların “dağ mədən ayırması” aktını alması məcburidir. “Dağ mədən ayırması” aktını almaq istəyən fiziki və hüquqi şəxs bunun üçün ETSN-nə ərizə ilə müraciət edir. Ərizəyə yerin təkindən istifadə məqsədilə müvafiq torpaq sahəsinin ayrılmasına torpaqdan istifadəyə nəzarət edən müvafiq icra hakimiyyəti orqanının razılığını, ümumi yayılmış faydalı qazıntının çıxarılmasına verilən lisenziyanın surəti ETSN-nin Dövlət Ekspertiza İdarəsinə təqdim olunur və bu sənədlər əsasında əhəngdaşı yatağında karxana fəaliyyəti göstərmək üçün əsas olan “dağ mədən ayırması” aktı təsdiqlənərək fiziki və hüquqi şəxslərə təqdim olunur. Qanunvericilikdə nəzərdə tutulmuş sənədlər təqdim olunmadıqda və ya təhrif olunmuş formada təqdim olunduqda “dağ mədən ayırması” aktının verilməsindən imtina olunur. Bundan başqa, həmin Qaydalarda qeyd olunur ki, müəssisənin və ya fiziki şəxsin ona verilmiş “dağ mədən ayırması”nı digər müəssisəyə və ya fiziki şəxsə verilməsi qadağandır. Təqsirləndirilən şəxs və digər şəxslərin qanunsuz istismar etdiyi əhəngdaşı yataqlarında təbiətə vurulmuş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2003-cü il tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş normativlərə əsasən hesablanmışdır. Belə ki, normativə görə 1 kub metr əhəngdaşının qiyməti 7,7 manatdan hesablanması nəzərdə tutulmuşdur. Karxanalarda mişardaşı və ya tir blok kəsən şəxslər faktiki olaraq əhəngdaşı yataqlarında işləyərək ilkin əmtəə kimi əhəngdaşı almış və əhəngdaşı kəsilərək ikinci istehsal prosesi keçdiyindən əmtəə məhsulu kimi mişardaşı olmuşdur. Ona görə də əhəngdaşı yatağında mişardaşı və ya tir blokun kəsilməsi əhəngdaşının istismarı sayılmışdır. Ekoloji sənəd olan dağ işlərinin inkişaf planı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən razılaşdırılır. Bu planda istismar olunan yatağın geoloji quruluşu, əhəngdaşının keyfiyyəti və ehtiyatı, karxananın iş rejimi və istehsal gücü, texnoloji tullantıların təsərrüfatı sahəsi, karxanada əmələ gələn itkilər və onların azaldılması tədbirləri, kəsilmiş daşların yığılması qaydası və dağ istismar işlərinin aparılmasının digər qaydaları əks olunur. Daş işlərinin inkişaf planı müəssisənin adına və istifadə olunan avadanlıqların işləmə gücünə görə fərqli tərtib olunsa da, yatağın geoloji xüsusiyyətləri hamısında eynilik təşkil etmiş, yəni torpaq qatındakı süxurlar, onların qalınlığı eyni olmuşdur. “xxxx” MMC Abşeron rayon icra hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 093 nömrəli sərəncamı ilə Şahid7 verilmiş torpaq sahəsinin 1 hektarını sonuncudan icarəyə götürüb ekoloji sənədlər olmadan 2013-cü ilin yay aylarından 2018-ci ilin sentyabr ayına kimi Abşeron rayonu Güzdək əhəngdaşı yatağını istismar edərək fəaliyyət göstərmiş, nəticədə fəaliyyəti dövründə bərpası mümkün olmayan texnogen relyef yaranmış, faydalı qazıntıları çıxarmaq üçün səmərəli effektliliyə malik üsulları və işlənmə sistemləri tətbiq etmədən faydalı qazıntının normadan artıq itkisinə, kasadlanmasına və keyfiyyətinin aşağı düşməsinə yol vermiş, yerin təkindən istifadə zamanı texnoloji tullantıları toplamaq üçün tullantı anbarları təşkil etməmiş, texnoloji tullantıların həcmi normadan artıq olmuş və torpaq sahələrinin dağtexniki rekultivasiyasını aparmamışdır. Atmosferdə azot oksidlərinin 1 m3 havada qəbul edilmiş hədd norması 6 mq təşkil etdiyi halda, “xxxx” MMC-nin istismar etdiyi karxana sahəsində monitorinq zamanı bu normanın 120 mq olması müəyyən edilmişdir. Beləliklə, “xxxx” MMC fəaliyyəti nəticəsində atmosferin həddindən artıq çirklənməsinə səbəb olmuş və təbiətə geridönməz ağır ziyan vurmaqla X6 qaydalarını pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli 49118 nömrəli aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 379/Ü nömrəli əmri ilə dövlət balansında qeydiyyata alınmış “Güzdək” əhəngdaşı yatağında istismar işləri aparan “xxxx” MMC-yə məxsus daş karxanasında mövcud qanunvericiliyin tələblərinə riayət olunması məqsədilə monitorinq aparılmış və 7560 kub metr həcmində qeyri-qanuni əhəngdaşı istehsal edildiyindən təbiətə 58212 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli 49118 nömrəli aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 379/Ü nömrəli əmri ilə dövlət balansında qeydiyyata alınmış “Güzdək” əhəngdaşı yatağında istismar işləri aparan “xxxx” MMC-yə məxsus daş karxanasında mövcud qanunvericiliyin tələblərinə riayət olunması məqsədilə monitorinq aparılmış və 7560 kub metr həcmində qeyriqanuni əhəngdaşı istehsal edildiyindən təbiətə 58212 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Təsisçisi 100 faizlik payla Təqsirləndirilən şəxs olmaqla “xxxx” MMC xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri X1 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınaraq ona ********** nömrəli VÖEN verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X3 Araşdırması Departamentinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, “xxxx” MMC vergi ödəyicisi olmaqla ********** nömrəli VÖEN-dən istifadə etmiş və əsas fəaliyyəti dekorativ və tikinti daşlarının hasilatından ibarət olmuşdur. Abşeron rayon İcra hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 093 nömrəli sərəncamından görünür ki, mişardaşı istehsal etmək məqsədilə 17 saylı “Quzu qıran” qış otlaq ərazisinin daşlı və örüş hissəsindən icarə qaydasında 3,5 ha torpaq sahəsi 15 il müddətə Şahid7 verilmişdir. xx.xx.2012-ci il tarixli icarə müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixli 093 nömrəli sərəncamla Şahid7 sərəncamına verilmiş 3,5 ha torpaq sahəsinin 1 ha olan hissəsini 1 il müddətinə icarəyə götürmüşdür. Müqavilə şərtlərinə görə müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra tərəflər onun şərtlərini yerinə yetirməkdə davam edərsə, müqavilə qeyri-müəyyən müddətə uzadılmış hesab olunur. Abşeron rayon Güzdək qəsəbə bələdiyyəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən mişardaşı istehsal edən karxanalar barədə bələdiyyəyə məktub daxil olmamış və qəsəbə ərazisində “xxxx” MMC mişardaşı istismar edərək karxana fəaliyyəti ilə məşğul olmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubu ilə müəyyən olunur ki, “xxxx” MMC-nin ekoloji sənədləri olmamış, müəssisə faydalı qazıntıların çıxarılması ilə əlaqədar ekoloji sənədin alınması üçün xx.xx.2018-ci il tarixdə Nazirliyə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2018-ci il tarixli İN-X/O- 11286/2018 nömrəli məktubu ilə müəyyən olunur ki, lisenziya və icazələrin vahid reyestrində dağ mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün “xxxx” MMC-yə lisenziya verilməsinə dair məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, “xxxx” MMC xx.xx.2013-cü il tarixdə təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçərək şəhadətnamə almış, lakin “dağ işlərinin inkişafı” planının razılaşdırılması və lisenziya alınması məqsədilə Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə müraciət etməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xx.xx.2018-ci il tarixli 379/Ü nömrəli ilə əmri ilə yaradılmış komissiya tərəfindən aparılmış monitorinq nəticəsi barədə tərtib olunmuş xx.xx.2020-ci il tarixli rəydən görünür ki, “xxxx” MMC-nin təsisçisi Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixli icarə müqaviləsi əsasında “Güzdək” əhəngdaşı yatağında mişardaşı istehsal etmək üçün 1 ha torpaq sahəsini icarəyə götürüb 2013-cü ilin yay aylarından 2018-ci ilin avqust ayına kimi istismar işləri aparmışdır. “xxxx” MMC tərəfindən əhəngdaşı yatağının istismar olunması zamanı karxana fəaliyyəti göstərməyə icazə verən yerin təkindən istifadəyə dair sənədlər – Dağ - mədən ayırma aktı olmadan fəaliyyət göstərmiş, Ekoloji Ekspertiza rəyi, Ekoloji pasport və Dağ mədən işlərinin inkişaf planı olmamış və nəticədə bərpası mümkün olmayan texnogen relyef yaranmış, faydalı qazıntıları çıxarmaq üçün səmərəli effektliyə malik üsulları və işlənmə sistemləri tətbiq etmədən faydalı qazıntının normadan artıq itkisinə, kasadlanmasına və keyfiyyətinin aşağı düşməsinə yol vermiş, yerin təkindən istifadə zamanı texnoloji tullantiları toplamaq üçün tullantı anbarları təşkil etməmiş, texnoloji tullantıların həcmi normadan artıq olmuş, torpaq sahələrinin dağ-texniki rekultivasiyasını aparmamış, atmosferdə azot oksidlərinin 1 m3 havada qəbul edilmiş hədd norması 6 mq təşkil etdiyi halda, karxanada monitorinq zamanı bu normanın 120 mq olması müəyyən edilmiş, atmosferin həddindən artıq çirklənməsi və təbiətə geridönməz ağır ziyan vurulmaqla X6 qaydaları pozulmuşdur. Məhkəmə mühəndis texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 1771 nömrəli və kompleks məhkəmə texniki və məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 4103/04 nömrəli rəylərindən görünür ki, dağ-mədən işləri, dağ və buruq qazmaların aparılması üçün lisenziya, dağ mədən ayırması aktı, eləcə də digər ekoloji sənədləri olmadan Abşeron rayonu ərazisində “Güzdək” əhəngdaşı yatağında mişardaşı istehsalı ilə məşğul olduğuna görə “xxxx” MMC-nin faktiki rəhbəri Təqsirləndirilən şəxs tərəfindən “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10, 21, 41 və 46-cı maddələrinin və “Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları”nın 1.2 və 1.5-ci bəndlərinin tələbləri pozulmuşdur. Həmin rəydən görünür ki, əhəngdaşı karxanasında hasil (emal) olunmuş ümumi xammaldan (tərkibində əhəngdaşı olan dağ kütləsindən, yəni 7560 kub metrdən) faydalı qazıntılar nəticəsində alınan məhsulun (əhəngdaşına aid mişardaşının) cəmi 40 faiz (7680 m3) təşkil etdiyini nəzərə aldıqda “xxxx” MMC-yə məxsus əhəngdaşı karxanasının fəaliyyəti nəticəsində xammaldan (tərkibində əhəngdaşı olan dağ kütləsindən) alınmış əhəngdaşının miqdarı 3024 m3, təbiətə dəymiş ziyanın məbləği 23284,8 (iyirmi üç min iki yüz səksən dörd manat səksən qəpik) manat (3024 m3 x 7,7 manat = 23284,8 manat) təşkil etmişdir. “xxxx” ASC-nin Qaradağ rayon Enerji Təchizatı və Satış idarəsindən daxil olan məktubdan görünür ki, “Güzdək” əhəngdaşı yatağında istismar işləri aparan “xxxx” MMC-yə məxsus daş karxanasında “xxxx” ASC-nin dövründən, yəni 2015-ci ilin aprel ayından 2018-ci ilin sentyabr ayınadək davamlı olaraq elektrik enerjisindən istifadə edilmiş və buna görə də aylıq 1000-4000 manat arasında elektrik sərfiyyatına görə ödəniş olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yusif oğlu əvvəllər məhkum edilməmişdir. xx.xx.2020-ci il tarixli 20794, 20795 və 20796 nömrəli qəbzlərdən görünür ki, vurulmuş 23284,8 manat məbləğində ziyandan 5000 (beş min) manat X6 Departamentinin AZ93CTRE**********0002198407 nömrəli hesaba ödənilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Təqsirləndirilən şəxs Yusif oğluna qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1ci maddəsinin xaric edilməsini və dövlət ittihamının müdafiəsini Azərbaycan Respublikası CM-nin 247, 308.1-ci maddələri ilə davam etdirilməklə, Təqsirləndirilən şəxs Yusif oğlunun həmin maddələrlə təqsirli bilinib, cəzalandırılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Yusif oğluna qarşı Cinayət Məcəlləsinin 192.1, 247, 308.1-ci maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 192.1-ci maddəsi xaric edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Cinayət Məcəlləsinin 192.1-ci maddənin Qeyd hissəsində edilmiş dəyişikliyə görə xeyli miqdar dedikdə əlli min manatdan yuxarı məbləğdə məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Təqsirləndirilən şəxs CM-in 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunduğu zaman xeyli miqdar dedikdə iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ başa düşülürdüsə, CM-ə edilən dəyişiklikdən sonra xx.xx.2020-ci il tarixdən başlayaraq xeyli miqdar dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Buna görə də Təqsirləndirilən şəxs Yusif oğlu törətdiyi cinayət nəticəsində 23.284.80 manat ziyan vurduğuna görə CM-in 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Yusif oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 247 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliyi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizanın rəyi, və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs Yusif oğlunun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yusif oğlunun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 247 və 308.1-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs Yusif oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 247 və 308.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Yusif oğluna cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs Yusif oğluna cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs Yusif oğlunun şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Yusif oğlunun törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, vurduğu zərəri bir qismini ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Yusif oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Yusif oğlunun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə və CM-nin 308.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Yusif oğlunun törətdiyi cinayətlərin az ağır cinayətlər olmasını, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması və dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1 və 66.3-cü maddələrinin ümumi məzmununa görə, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Yusif oğluna təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalar qismən toplanılmaqla, qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Yusif oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 495 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Cinayət nəticəsində təbiətə və dövlətə vurulmuş 23.284,8 manat (iyirmi üç min iki yüz səksən dörd manat səksən qəpik) manat ziyandan 5000 (beş min) manat ödəniş edilmişdir. Hökmün icrasını Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Yusif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs Yusif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs Yusif oğluna təyin edilən cəzalar qismən toplanılsın və üzərində qəti olaraq, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs Yusif oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Yusif oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Yusif oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. xx.xx.2020-ci il tarixdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanununa əsasən Təqsirləndirilən şəxs Yusif oğluna qarşı elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 192.1-ci maddəsi xaric edilsin. İş üzrə 495 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrasını Bakı şəhəri, Nərimanov rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar