Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-37/2023 09.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Fəfayil qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1962-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, işsiz, Şəki şəhəri, M.F.Axundov küçəsi ev 6/7-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayə yaşamış, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayəti törətdiyənə görə barəsində Zaqatala rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri olan cinayət işinin baxılma mərhələsində olmasına baxmayaraq, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şəki şəhərində tanış olduğu Zərərçəkmiş şəxs1 sonuncunun həyat yoldaşı X3 adına pensiya düzəldəcəyini vəd verərək aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs1 2017-ci ilin may ayının axırlarında istintaqla müəyyən edilməmiş gündə kirayə yaşadığı ünvan 1 ünvanında 3000 manat pulu alıb ələ keçirərək, vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 sosial evlərdən birinin alınmasında köməklik edəcəyini vəd verərək aldadıb, bu məqsədlə Zərərçəkmiş şəxs1 22 fevral 2020-ci il tarixdə kirayə yaşadığı ünvan 1 ünvanında 4000 manat pulu alıb ələ keçirərək, vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 qızma həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid1 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs2 sonuncunun oğlu X5 təhsil yerini tələbə kimi daxil olduğu Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetindən Bakı şəhərində yerləşən universitetlərdən birinə dəyişdirəcəyini vəd verərək aldadıb, bu məqsədlə 05 sentyabr 2020-ci il tarixdə saat 21:18 radələrində Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanında yerləşən “Ucuz” marketin içərisində quraşdırılmış “Milliön” ödəmə terminalından tanışı Şahid2 olan pul borcunu ödəmək məqsədi ilə sonuncuya məxsus “Kapital Bank”a aid ******************** saylı hesab nömrəsinə köçürülməklə 1000 manat, 15 sentyabr 2020-ci il tarixdə isə kirayə yaşadığı ünvan 1 ünvanında 4000 manat, ümumilikdə vahid niyyətlə 5000 manat pulu alıb ələ keçirərək, vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şəki şəhəri, M.F.Axundov küçəsi ev 6/7 qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş- 93” yaşayış massivi ev 78, mənzil 25-də kirayə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, əvvəllər musiqi müəlliməsi kimi işləsə də sonradan səhhətində olan problemlərə görə işdən azad olunmuşdur. Zərərçəkmiş şəxs1 20 dekabr 2021-ci il tarixdə barəsində Abşeron RPİ-nə verdiyi şikayət ərizəsi ilə tanış olaraq demişdir ki, həmin şəxsi 2016-cı ildə Şəki rayonundan tanımış, həmin şəxsə özünü yalandan Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Ancaq Təhsil Nazirliyində işləməmişdir. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 həyat yoldaşı İlyas Rəcəbovun ürəyində qüsur olmasını, ona görə də təqaüdə çıxarmaq istədiyini ona bildirmişdir. O, Baharın həyat yoldaşına əlilliklə bağlı təqaüd düzəldə biləcəyini təklif etmişdir. Bahar onun təklifi ilə razılaşmışdır. O, Bahara təqaüd düzəltmək üçün ümumilikdə 3000 manat pul istəmişdir. Bahar ona pulu düzəldib verə bilməsi üçün bir qədər vaxt istəmişdir. O, yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində kirayə yaşadığı evdə olan zaman Bahar onunla telefon əlaqəsi saxlayıb onun yanma gəlmək və təqaüd düzəltmək üçün 3000 manat pul verəcəyini bildirmişdir. O da Baharı yaşadığı evə dəvət etmişdir. 2017-ci ilin may ayının axırlarında Bahar kirayə yaşadığı ünvan 1 ünvanına gələrək evdə ona 3000 manat pul vermişdir. O, həmin pulu Bahardan aldıqdan sonra işini tez bir zamanda həll edəcəyinə söz vermişdir. Bundan sonra Baharın işinin həll olunması istiqamətində hərəkətlər etsə də Baharın həyat yoldaşına təqaüd düzəldə bilməmişdir. Baharın verdiyi pulu isə şəxsi istifadəsi üçün xərcləmişdir. Bahar isə onun işini həll edə bilmədiyini görüb ondan pulu tələb etməyə başlamışdır. O, Bahara pulu geri qaytaracağına söz verib Baharı inandırmışdır. Ancaq Baharın pulunu xərclədiyinə görə geri qaytara bilməmişdir. Bundan sonra Bahar söhbət əsnasında 2020-ci il də sosial evlərin olmasını deyib ona həmin evlərdən birinin alınmasında köməklik edə bilib-bilməməsini ondan soruşmuşdur. O, sosial evin alınmasında köməklik edə biləcəyini bildirmişdir. Ona görə də Bahar 22 fevral 2020-ci il tarixdə əlavə olaraq kirayə yaşadığı evdə ona 4000 manat da pul vermişdir. O, həmin pulu alıb Bahar üçün sosial ev düzəltmək istəsə də həll edə bilməmiş, yenə də həmin pulu şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 da onun barəsində 29 noyabr 2021-ci il tarixdə Abşeron RPİ-nə verdiyi şikayət ərizəsi ilə tanış olaraq demişdir ki, həmin şəxsi Abşeron rayonu, Masazır qəsəbəsində dərzi kimi işləyən qohumu Şahid1 Ağasi qızının vasitəsi ilə tanımışdır. O, Şahid1 2020-ci ilin qış aylarından tanımağa başlamışdır. O, Zərərçəkmiş şəxs2 ilə tanış olmamışdan əvvəl özünü qohumu Şahid1 Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, Arzu artıq onu Təhsil Nazirliyinin əməkdaşı kimi tanımışdır. 2020-ci ilin avqust ayında Şahid1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evində qonaq olan zaman Zərərçəkmiş şəxs2 da həmin evə qonaq gəlmişdir. Bu vaxt Arzu onu öz qohumu ilə tanış edib, onu Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs2 oğlunun Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olmasını və Bakı şəhərində yerləşən universitetlərin birinə yerdəyişmə etdirmək istədiyini bildirmişdir. O, Günaya yalandan Təhsil Nazirliyində işlədiyinə görə bunu edə biləcəyini və Günaydan bu yerdəyişmənin həll olunması üçün 5000 manat pul lazım olduğunu demişdir. Günay isə onun dediyi təklifi evdə həyat yoldaşı ilə məsləhətləşdikdən sonra cavab verəcəyini bildirmişdir. O, Günaya istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri vermiş və razılaşacağı təqdirdə onunla telefon əlaqəsi saxlamasını bildirmişdir. Zərərçəkmiş şəxs2 onunla telefon əlaqəsi saxlayaraq, 5000 manat verəcəyinə razılaşıb oğlunun işinin həll etməyini xahiş etmişdir. O, Günaya təcili pulu düzəldib ona verməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 isə 5000 manat pulu hazırda düzəldə bilmədiyini, ümumilikdə 1000 manat pulunun olduğunu deyib həmin pulu ona verə biləcəyini, yerdə qalan 4000 manat pulu isə bir neçə gün ərzində düzəldib ona verə biləcəyini bildirmişdir. O da razılaşmışdır. Sonra Günaya 05 sentyabr 2020-ci il tarixdə əvvəllər tanıdığı Şahid2 məxsus Kapital Banka aid bank kartının şəklini atmışdır. Günay isə həmin kart hesabına 1000 manat pul göndərmişdir. Onu da demişdir ki, Turalı uzun müddətdir tanımış, münasibəti yaxşı olmuşdur. Turala olan borcuna görə Günaydan pulu Turalın kart hesabına göndərməsini xahiş etmişdir. Sonra Günay pulu göndərib, onunla telefon əlaqəsi saxlamışdır. Tural Şirəliyevin kim olmasını ondan soruşmuşdur. O Günaya yalandan həmin adamın iş həll edəcəyini deyib Günayı inandırmışdır. Bundan bir neçə gün sonra Günay onunla telefon əlaqəsi saxlamış və yerdə qalan 4000 manat pulu da düzəltdiyini bildirmişdir. O, Günayı kirayə yaşadığı ünvan 1 ünvanına dəvət etmişdir. Günay onun yaşadığı evə gələrək yerdə qalan 4000 manat pulu da ona vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. O, Günayı inandırıb oğlunun işini tez bir zamanda həll edəcəyini bildirmişdir. Sonra isə Günayla Gəncə şəhərinə getməli olduqlarını deyib 29 sentyabr 2020-ci il tarixdə Gəncə şəhərinə getmişdilər. O, Günaydan oğlunun şəxsiyyət vəsiqəsini alıb universitetdə yerdəyişmə məsələsini danışacağını demişdir. Sonra tək universitetə daxil olub bir neçə dəqiqədən sonra çıxmış və Günaya oğlunun məsələsini danışdığını yalandan deyib yenidən Bakı şəhərinə qayıdıb gəlmişdilər. O, həmin pulu şəxsi istifadəsi üçün xərclədiyi üçün Günayın işini həll edə bilməmişdir. Həmin puldan 1000 manat pulu Turala olan borcuna vermişdir. Yerdə qalan pulu isə şəxsi istifadəsi üçün xərcləmişdir. O, uzun müddətdir 300 manata kirayə yaşadığı üçün özünə ev almaq istəmişdir. Lakin, ala bilməmişdir. O, həmçinin Şahid2 çoxdan tanımış, münasibəti uzun müddətdir olmuşdur. Onun Turala borcu olduğuna görə Günaya Turalın kart hesabını atmışdır ki, Turala olan borcunu Günay ödəsin. Günaya da yalandan həmin şəxsin Təhsil Nazirliyinin əməkdaşı olmasını yalandan deyib həmin şəxsin işi həll edəcəyini demişdir. Əməlindən peşmandır. Cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəki rayonu, Qayabaşı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs 2016-cı ildən yaşadığı Şəki rayonunda tanımış, Təhsil Nazirliyinin əməkdaşı kimi tanımışdır. İradə ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs onun həyat yoldaşı X3 ürəyində qüsur olduğunu bilmiş, buna görə də İradə ona əlillərə təqaüd düzəldə biləcəyini deyib, ərinə də təqaüd düzəltməyi təklif etmişdir. O da İradənin təklifi ilə razılaşmışdır. Bundan sonra 2017-ci ilin may ayının axırlarında Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş - 93" ünvanında yerləşən İradənin yaşayış evinə gəlmişdir. Orada İradəyə əri İlyasa təqaüd düzəltmək adı ilə 3000 manat pul vermişdir. Həmin pulu verdikdən sonra təxminən 3 il müddətinə İradə müxtəlif bəhanələr gətirərək, ona təqaüd düzəldəcəyini uzatmışdır. O da artıq bezib İradədən pulunu tələb etməyə başlamışdır. İradə isə sonra təqaüdə düzəldə bilməyəcəyini deyib pulunu geri qaytaracağını bildirmişdir. Daha sonra 2020-ci ildə sosial evlərin olmasını deyib, həmin evlərdən birini onun üçün alınmasında köməklik edəcəyini deyib, buna görə də əlavə olaraq ondan 4000 manat pul istəmişdir. Bundan sonra yenə də o, İradə razılaşmışdır. 22 fevral 2020-ci il tarixdə İradəyə yaşadığı evdə 4000 manat pul vermişdir. Lakin, yenə də İradə onu aldatmağa davam edib, müxtəlif bəhanələr gətirməyə başlamışdır. O isə İradənin yalan danışmağını görüb verdiyi ümumi 7000 manat pulu ondan tələb etməyə başlamışdır. Lakin, İradə bu günə qədər onun pulunu qaytarmamışdır. Sonra İradə onun telefon zənglərinə cavab verməmiş, yoxa çıxmışdır. İradəni axtarmağa başlamışdır. Lakin, İradənin olduğu yeri tapa bilməmişdir. Sonra İradənin 2021-ci ildə Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən vətəndaşlara qarşı dələduzluq etməsi ilə bağlı tutulduğunu eşitmiş və buna görə də Abşeron RPİ-nə gələrək şikayət ərizəsi yazmışdır. O, həmin şəxsin anket məlumatlarını tam olaraq bilmədiyi üçün Təqsirləndirilən şəxs atasının adının Aydın olduğunu bilmiş, sonradan həmin şəxsin ata adının Əzəddin olmasını öyrənmişdir. Təqsirləndiilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, M.Əzizbəyov küçəsi ev 1-də, qeydiyyatda olmaqla V.Axundov küçəsi ev 12-də yaşayır. rəsmi olaraq xadiməçi kimi işləyib ailəsini dolandırır. 3 övladı olmaqla 1 oğlan və 2 qız övladı vardır. X2 2020-ci ildə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olmuşdur. O, oğlunun Gəncə şəhərində təhsil almasını istəməmişdir. Belə ki, onlar Abşeron rayonu ərazisində yaşadıqları üçün oğlu Ağasinin Bakı şəhərində yerləşən universitetlərin birində təhsil almasını istəmişdir. Ancaq oğlunun Bakı şəhərində yerləşən universitetlərin birinə yerini dəyişmək üçün də hər hansı addım atmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı münasibəti və ədavəti olmamışdır. O, həmin şəxsi oğlunun universitetə qəbul olmasından təxminən 1-3 ay əvvəl baldızı Şahid1 Ağasi qızının vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsində yaşamışdır. Baldızı da Masazır qəsəbəsində dərzi kimi fəaliyyət göstərdiyindən həmin şəxsi dərzidə işlədiyi zaman müştəri kimi tanımış, Təqsirləndirilən şəxs isə özünü baldızı Arzuya Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. O, artıq həmin şəxsi Təhsil Nazirliyində işləyən şəxs kimi baldızının vasitəsi ilə tanımışdır. 2020-ci ilin təxminən avqust ayının axırlarında baldızı Arzunun yaşadığı evə qonaq gələn zaman Təqsirləndirilən şəxs onların evində görmüşdür. Oğlunun Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olmasına görə həmin şəxslə söhbət etmişdir. İradədən oğlunu Bakı şəhərinə istənilən universitetə yerini dəyişə biləcəyini soruşmuşdur. İradə isə bunu edə biləcəyini ona bildirmiş və 5000 manat ondan pul istəmişdir. O, İradə danışdıqdan sonra həyat yoldaşı ilə məsləhətləşib İradəyə bir cavab deyəcəyini bildirmişdir. İradə fikirləşdikdən sonra cavab verməyi üçün 055-793- 74-14, ***- ***-**-** saylı mobil nömrələrini ona vermişdir. Evə qayıdıb həyat yoldaşı ilə məsləhətləşmişdir. Həyat yoldaşı isə ona razılıq vermişdir. Həyat yoldaşı ilə razılaşdıqdan sonra İradə ilə telefon əlaqəsi saxlamışdır. İradə ondan 5000 manat pulu təcili olaraq çatdırmağını və oğlunun sənədləşmə işini həll etməyə başladığını bildirmişdir. O, 5000 manat miqdarında pulu düzəldə bilmədiyini, ümumi 1000 manat pulunun olduğunu deyib İradəyə verə biləcəyini, yerdə qalan 4000 manatı isə düzələtməyi üçün İradədən bir neçə gün vaxt istəmişdir. İradə onunla razılaşdıqdan sonra Kapital Banka aid kart şəklini ona göndərmişdir. 05 sentyabr 2020-ci il tarixdə saat 21:18 radələrində ünvan 3 ünvanında yerləşən “Ucuz” marketin içərisində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə İradənin göndərdiyi kart hesabına 1000 manat pul göndərmişdir. Lakin, kart sahibinin adı ödəmə terminalında X9 olduğunu görmüşdür. Sonra İradə ilə telefon əlaqəsi saxlamış, 1000 manat pulu göndərdiyini və həmin şəxsin kim olmasını soruşmuşdur. İradə isə işi görən adamın Tural Alıyev adlı şəxs olduğunu bildirmişdir. Təxminən 10 gün sonra yəni, 15 sentyabr 2020-ci il tarixdə isə yerdə qalan 4000 manat pulu düzəldib, İradə ilə telefon əlaqəsi saxlamışdır. İradə onu yaşadığı evə dəvət etmişdir. O da İradənin yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” ünvanında yerləşən dəqiq ünvanını xatırlamadığı evinə getmişdir. Həmin vaxtı İradənin evində heç kim yox idi. Pulu İradəyə sayıb vermişdir. İradə ona narahat olmamağı və oğlunun yerdəyişmə işini tez bir zamanda həll edəcəyini ona inandırmışdır. Sonra İradə onunla oğlunun yerdəyişmə işini həll etmək üçün 29 sentyabr 2020-ci il tarixdə Gəncə şəhərinə getmişdilər. İradə oğlunun sənədlərini alaraq, Gəncə şəhərində harasa gedib sənədləri təsdiq etməli olduğunu demişdir. Onlar bir neçə dəqiqə İradəni gözlədikdən sonra onun yanma gəlmiş, bütün sənədləşmə işinin həll olduğunu demişdir. Ondan sonra birlikdə İradə ilə yenidən Bakı şəhərinə qayıdıb gəlmişdilər. Bundan sonra bir neçə vaxt İradədən xəbər gözləmişdir. İradədən bir xəbər çıxmamışdır. İradə ilə telefon əlaqəsi saxladıqda hər dəfə müxtəlif bəhanələrlə onu inandırıb, oğlunun işini həll edəcəyini və ondan səbrli olmağını xahiş etmişdir. Artıq bir neçə ay keçdikdən sonra İradənin onu aldatdığını, pulunu ələ keçirdiyini düşünmüşdür. İradə onu təxminən 2 ildir ki, müxtəlif bəhanələrlə aldadır, nə pulunu geri qaytarır, nədə ki, oğlunun yerdəyişmə işini həll etmişdir. Yaxın vaxtlarda isə İradəni sosial şəbəkədə Zaqatala rayon polis şöbəsi tərəfindən saxlanıldığını və dələduzluqla ittiham olunaraq həbs olunmasını xəbərini eşitmişdir. Məhz buna görə də Abşeron rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndiilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvlərim ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi ev 12-də qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq işləməsə də Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksində yerləşən 36 nömrəli binanın obyektində dərzi sexində işləyir. Belə ki, 2020-ci ildə dəqiq tarixini xatırlamadığı vaxtda işlədiyi yerin yaxınlığında gözəllik salonunda olan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt onunla münasibəti yaranmışdır. İradə özünü ona Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Ancaq İradənin dəqiq orada işləməsini bilməmişdir. Bundan sonra İradə dəfələrlə onun işlədiyi dərzi sexinə gəlib getmiş və onunla münasibətləri daha da yaxınlaşmışdır. 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs onun yaşadığı evə qonaq gəlmişdir. Həmin vaxtda isə təsadüfən qardaşının həyat yoldaşı Zərərçəkmiş şəxs2 da onların evinə qonaq gəlmişdir. Günay söhbət əsnasında X2nun 2020-ci ildə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olmasını, oğlunun Gəncə şəhərində təhsil almasını istəmədiyini bildirmişdir. Günay Abşeron rayonu ərazisində yaşadığı üçün oğlunun Bakı şəhərində yerləşən universitetlərin birinə yerini dəyişdirmək istədiyini demişdir. İradə isə Təhsil Nazirliyinin əməkdaşı kimi özünü Zərərçəkmiş şəxs2 təqdim edib Günayın oğlunun Bakı şəhərinə istənilən universitetə yerini dəyişdirə biləcəyini demişdir. İradə isə bu məsələni həll edə biləcəyini deyib Günaydan 5000 manat pul istəmişdir. Günay isə həyat yoldaşı ilə məsləhətləşib İradayə bir cavab deyəcəyini bildirmişdir. İradə fikirləşdikdən sonra Günaya cavab verməyi üçün ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrini Günaya vermişdir. Bundan sonra Günayın İradə ilə aralarında hansı danışıqların olması barədə heç bir məlumatı olmamışdır. O, sonradan eşitmişdir ki, Günay oğlunun yerini dəyişməsi məqsədi ilə İradəyə 5000 manat pul vermiş və İradə aldadıb Günayın pulunu ələ keçirmişdir. O, sadəcə İradəni Günay ilə tanış etmiş, İradənin həqiqətən də Təhsil Nazirliyinin əməkdaşı olmasını bilmişdir. Ancaq sonradan İradənin yalandan onlara Təhsil Nazirliyinin əməkdaşı olmasını bildirdiyini öyrənmiş və bir neçə nəfərə Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib onlardan pul alaraq aldatdığını öyrənmişdir. O, İradənin Günayı aldadaraq pul almasını bilməmiş, İradəni Təhsil Nazirliyinin əməkdaşı kimi tanımış, İradə özünü onlara inandırmışdır. Ona görə də o, qardaşının həyat yoldaşı ilə Günayı tanış etmişdir. İradə ilə hər hansı bir iş həll etmək məqsədi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 125 mənzil 37-də qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq Zaqatala rayonu ərazisində yerləşən fındıq bağlarında fındıq yığıb satmaqla məşğul olur. Təqsirləndirilən şəxs təxminən 2019-2020-ci illərdən tanımış, onunla münasibəti normal olmuşdur. Belə ki, həmin şəxs ondan bir neçə dəfə fındıq almış, ona görə də həmin şəxslə münasibəti yaranmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 tanımır, onunla hər hansı münasibəti və əlaqəsi olmamışdır. İradənin onunla arasında olan fındıq alış verişindən 5000 manat borcu yaranmışdır. İradə ona olan borcunun 4000 manatını ödəmiş, lakin yerdə 1000 manat borcu qalmışdır. İradə ona olan borcunu hazırda xatırlamadığı və istifadəsi deaktiv edilmiş üzərində 16 rəqəmli kodu olan “Kapital Bank” kartına göndərmişdir. Belə ki, öz kartının şəklini İradəyə atmışdır. İradə pulu onun kartına pulu göndərmişdir. Sonuncu dəfə isə İradədən pulunu istəyən zaman İradə kartına pul göndərəcəyini bildirmişdir. 05 sentyabr 2020-ci il tarixdə axşam saat 21 radələrində kartına 1000 manat pul gəlmişdir. İradə ona zəng vuraraq kartına tanıdığı bir nəfər şəxsin pul göndərdiyini bildirmişdir. O, ancaq kartına pul göndərən şəxsin kim olduğunu bilməmişdir. Bununla da onun İradə ilə arasında olan borc məsələsi bağlanmışdır. Bir neçə ildən sonra Günay adlı qadın ona zəng vurduğunu və 2020-ci ildə onun kart hesabına oğlunun işinin həll olunması ilə bağlı 1000 manat pul göndərdiyini bildirmişdir. O, ilk əvvəl nə baş verdiyini bilməsə də sonradan Günay Təqsirləndirilən şəxs adını çəkən zaman göndərilən 1000 manat pul yadına düşmüşdür. O, Günay adlı qadını tanımadığını və 1000 manat pulun İradə tərəfindən ona göndərildiyini demişdir. Günaya İradənin ona borcu olduğuna görə bir nəfər tanıdığı şəxsin ona pul göndərəcəyini İradə ona bildirmişdir. O, Kapital Banka məxsus ******************** saylı hesabın ona məxsus olmasını bildirmişdir. Həmin kartın 16 rəqəmli kodunu xatırlamamışdır. Onun hesabına pul gəlsə də ancaq Zərərçəkmiş şəxs2 tanımamış və Günay tərəfindən göndərildiyini bilməmişdir. Günaydan hər hansı məqsədlə pul məndən almamış, pulu alan və onun kart hesabına göndərtdirən Təqsirləndirilən şəxs olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli hökmü ilə 3500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və cəriməni tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 17 iyul 2021-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CMnin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4cü maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış “Million” ödəmə terminalından Şahid2 məxsus “Kapital Bank”a aid ******************** saylı hesaba göndərdiyi qəbz cinayət işi materiallarına əlavə edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Belə ki, Azərbaycan Respublikası CM-in 75.1 və 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il, az ağır cinayət törətdildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Odur ki, CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən 2017-ci ilin may ayının axırları, 22 fevral 2020-ci il tarixi və 15 sentyabr 2020-ci il tarixdə törədilmiş hər üç epizod üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi məqsədəmüvafiqdir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən 2017-ci ilin may ayının axırlarında törətdiyi birinci epizod üzrə əmlakın mülkiyyətçisinə 3000 manat məbləğində, 22 fevral 2020-ci il tarixdə ikinci epizod üzrə 4000 manat, 15 sentyabr 2020-ci il tarixlərdə üçüncü epizod üzrə isə cəmi 5000 manat məbləğində ziyan vurmuşdur. Yəni, cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübutlar “Million” ödəmə terminalından Şahid2 məxsus “Kapital Bank”a aid ******************** saylı hesaba göndərdiyi qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslərə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 41.1, 43.1.2, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. İş üzrə maddi sübutlar “Million” ödəmə terminalından Şahid2 məxsus “Kapital Bank”a aid ******************** saylı hesaba göndərdiyi qəbz cinayət işinin materiallarında saxlanılsın. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslərə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-37/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-37/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver