Məhkəmə qərarları › İş №1(012)-371/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-371/2021

17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-371/2021 17.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 qızının, Zərərçəkmiş şəxs5, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkil X3 iştirakı ilə, xx.xx.1978-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti ev 28 mənzil 4-də qeydiyyatda olan və həmin mənzildə yaşayan, Abşeron Rayon Məhkəməsinin 05.06.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 16.06.2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 06 fevral 2021-ci ildə saat 10:30 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrində "xxxx" MMC-yə məxsus idarə etdiyi TOYOTA PRİUS minik markalı 99PS180 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sol zolağı ilə Quba rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X8» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşıda eyni istiqamətdə nasazlıq səbəbindən dayanmış Zərərçəkmiş şəxs1 idarə etdiyi MERCEDES BENZ E200 CDİ minik markalı 99LL290 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan TOYOTA PRİUS minik markalı avtomobildə olan sərnişinlər Mahmudov X2 uzun müddətə pozulmasına səbəb olan sol tərəfli İİİ, V, Vİ, Vİİ qabırğaların qapalı, yerdəyişməyən sınıqları, sol qaş nahiyəsinin əzilmiş yarası və döş qəfəsinin dərialtı hematoması xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına, Zərərçəkmiş şəxs3 qızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan alm nahiyəsinin əzilmiş yarası və sol baldır nahiyəsinin qançırı xəsarətlərini yetirərək sağlamlığına yüngül zərər vurmasına, Zərərçəkmiş şəxs4 qızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sol ön kəsici dişin travmatik zədələnməsi ilə müşaiyət olunan alt dodağın sol hissəsinin əzilmiş-cırılmış yarası xəsarətlərini yetirərək sağlamlığına yüngül zərər vurmasına, Zərərçəkmiş şəxs5 qızma dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan sol baldırın yumşaq toxumalarının əzilməsi xəsarətlərini yetirməsinə və MERCEDES BENZ E200 CDİ minik markalı 99LL290 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs1 3800 manat maddi ziyan vurmasına və TOYOTA PRİUS minik markalı 99PS180 dövlət qeydiyyat nişanlı avtomobili əzilərək sahibi "xxxx" MMC-yə 5048 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və 30.10.2017-ci ildə ona «BCED» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 06 fevral 2021ci ildə saat 10:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrində "xxxx" MMC-yə məxsus etibarnamə ilə idarə etdiyi «TOYOTA PRİUS minik markalı 99PS180 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sol zolağı ilə 60 km/saat sürətlə hərəkətdə olarkən avtomobildə 4 nəfər tanımadığı sərnişin olmuşdur. Sərnişinlərdən 1 nəfər kişi qabaq sağ oturacaqda, 2 nəfər qadın və 1 nəfər qız uşağı isə arxa oturacaqda oturmuşdular. Qarşıda hərəkətdə olan avtomobili ötüb keçmək üçün sola manevr etmiş və bu anda sol tərəfdə hərəkəti məhdudlaşdırmaqdan ötrü qoyulmuş qırmızı rəngli konuslann qarşısında dayanmış MERCEDES BENZ E200 CDİ minik markalı 99LL290 dövlət qeydiyyat nişanlı avtomobili anidən görmüşdür. Həmin avtomobillə toqquşmamaq üçün tormoz etmiş, amma buna baxmayaraq məsafə az olduğundan idarə etdiyi avtomobilin qabaq sol hissəsi həmin avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə avtomobililər əzilmiş, avtomobilimdə olan sərnişin kişi və arxada oturmuş nəvəsi, yəni qız xəsarət almışdır. Hadisə zamanı sərxoş olmamışdır. Zərərçəkmiş şəxslərlə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və 24.04.2018-ci ildə ona «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 06 fevral 2021-ci ildə saat 10:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrində idarə etdiyi özünə məxsus MERCEDES BENZ E200 CDİ minik markalı 99LL290 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobilin mühərrikxanasmda mühərriki rejimə salan şlanq yerindən çıxdığı üçün sol tərəfdə hərəkəti məhdudlaşdırmaqdan ötrü qoyulmuş qırmızı rəngli konuslann qarşısında avtomobili dayandırmışdır ki, arxadan gələn avtomobillərdən özünü sığortalamış olsun. Qəza işıqlannı yandıraraq kapotu açıb şlanqı yerinə taxaraq sükan arxasına keçmişdir. Bu zaman dayanmış vəziyyətdə olan avtomobilinə arxadan zərbə dəymişdir. Düşüb görmüşdür ki, avtomobilin arxa hissəsi ilə toqquşan TOYOTA PRİUS minik markalı 99PS180 dövlət qeydiyyat nişanlı avtomobildir. Belə ki, həmin avtomobil maneələri vurub kənara ataraq avtomobilin arxa hissəsi ilə toqquşub. Nəticədə ona məxsus avtomobilin arxa hissəsi əzilmişdir. Hadisə zamanı sərxoş olmamışdır. Avtomobili əzilməsi nəticəsində özünə ümumilikdə 3800 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona lazımi maddi köməklik göstərilmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci ildə saat 10:30 radələrində Bakı-Quba- Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi TOYOTA PRİUS minik markalı 99PS180 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturağında özü, arxa oturacaqda sağ tərəfdə qızı Zeynallı Pərvanə ortada 2011- ci il təvəllüdlü nəvəsi Zərərçəkmiş şəxs4 və sol tərəfdə digər nəvəsi 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 sərnişin qismində oturaraq 3 zolaqlı yolun sağ zolağı ilə Quba rayonu istiqamətində hərəkətdə olarkən sərnişini olduğum avtomobilin qabaq hissəsi həmin zolaqda dayanmış MERCEDES BENZ E200 CDİ minik markalı 99LL290 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə özü və nəvəsi Zərərçəkmiş şəxs3 xəsarət almışlar. Hadisə yerindən yoldan keçən avtomobillə qızı və nəvələri ilə birlikdə Sumqayıt şəhərindəki X10 Xəstəxanasına getmişlər. Orada onları müayinə etmişlər. Özünün və nəvəsi Pərvinin baş nahiyəsində xəsarət olduğu üçün yaralara tikiş qoylaraq həmin gün evə buraxılmışlar. Həkim digər nəvəsində və qızında ciddi xəsarət olmadığını bildirmişdir. Səhhəti gecə vaxtı pisləşdiyi üçün Bakı şəhərindəki Modern Hospitalına müraciət etmişdir. Orada özünə və nəvəsi Pərvinə tibbi yardım göstərilərək evə qayıtmışlar. Hal-hazırda müalicəsi davam edir. Təqsirləndirilən şəxs tərəfindən ona lazımi maddi köməklik göstərilmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 06 fevral 2021 -ci ildə saat 10:10 radələrində atası onu və qızlarını yaşadıqları ünvandan Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə aparmaq üçün taksi sifariş etmişdir. Təxminən 5 dəqiqədən sonra taksi, yəni Təqsirləndirilən şəxs idarə etdiyi TOYOTA PRİUS minik markalı 99PS180 dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş və avtomobilin qabaq sağ oturağında atası Zərərçəkmiş şəxs2, arxa oturacaqda sağ tərəfdə özü, ortada 2011 -ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs4 və sol tərəfdə digər qızı 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 sərnişin qismində oturaraq yola düşmüşlər. Saat 10:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrində sərnişini olduqları avtomobil 3 zolaqlı yolun sol zolağı ilə Quba rayonu istiqamətində hərəkətdə olarkən avtomobilin qabaq hissəsi həmin zolaqda dayanmış MERCEDES BENZ E200 CDİ minik markalı 99LL290 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə atası Əli, qızları və özü xəsarət almışdır. Hadisə yerindən birlikdə yoldan keçən avtomobillə Sumqayıt şəhərindəki X10 Xəstəxanasına getmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona lazımi maddi köməklik göstərilmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs5 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 06 fevral 2021-ci ildə babası Əli onun anasını, bacısı Pərvini və onu yaşadıqları ünvandan Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinə aparmaq üçün taksi sifariş etmişdir. Taksi gələrək onlar taksiyə oturub yola düşmüşlər. Babası avtomobilin qabaq sağ oturağında, arxa oturacaqda isə anası, bacısı və özü oturmuşlar.Yolda sərnişini olduğu avtomobil yolda dayanmış avtomobilin arxa hissəsi ilə toqquşaraq onlar xəsarət almışlar. Təqsirləndirilən şəxs tərəfindən ona lazımi maddi köməklik göstərilmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə elan olunmuş ifadəsindən görünür ki, "xxxx" MMC-də hüquqşünas işləyir. X4 06 fevral 2021-ci il saat 10.30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayon ərazisindən keçən 16-cı kilometrində idarə etdiyi "xxxx" MMC-yə məxsus Toyota Prius minik markalı 99PS180 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində olarkən qarşıda eyni istiqamətdə nasazlıq səbəbindən dayanmış Zərərçəkmiş şəxs1 idarə etdiyi Mercedes Benz E 200 CDİ minik markalı 99 LL290 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşma nəticəsində Toyota Prius minik markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil əzilərək həmin MMC-yə 4550 manat zərər dəymişdir. Şikayətçidilər, dəymiş ziyanın ödənilməsini tələb edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 26.02.2021-ci il tarixli 323 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər -sol tərəfli İİİ, V, Vİ, Vİİ qabırğaların qapalı, yerdəyişməyən sınıqları, sol qaş nahiyəsinin əzilmiş yarası və döş qəfəsinin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən 06.02.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 26.02.2021-ci il tarixli 324 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər - alın nahiyəsinin əzilmiş yarası və sol baldır nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən 06.02.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 15.04.2021-ci il tarixli 518 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs5 bədənində aşkar olunmuş xəsarət - sol baldırın yuxan toxumalarının əziyi bərk küt əşya təsirindən 06.02.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 15.04.2021-ci il tarixli 519 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs4 bədənində aşkar olunmuş xəsarətlər - sol ön kəsici dişin travmatik zədələnməsi ilə müşaiyət olunan alt dodağın sol hissəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən 06.02.2021-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 4 mart 2021-ci il tarixli 8/442 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində TOYOTA PRİUS minik markalı 99PS180 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X8» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi TOYOTA PRİUS minik markalı 99PS180 dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs1 idarə etdiyi MERCEDES BENZ E200 CDİ minik markalı 99LL290 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün sahiblərinə qaytarılmışdır. DİN BDYP Qİİ-nin verdiyi 26.02.2021-ci il tarixli 016-22707-1221 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs 30.10.2017-ci ildə AD 134403 nömrəli «BDCE» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 25.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Abşeron Rayon Məhkəməsinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 qızı, Zərərçəkmiş şəxs5 və tərəfindən verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara maddi yardım göstərildiyinə görə onların təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4 ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Abşeron Rayon Məhkəməsinin 05.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqdan gizləndiyi üçün barəsində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon İP-in 23.06.2021-ci il tarixli 4263 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16.06.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş, 18.06.2021-ci il tarixdən Azərbaycan Respublikası ƏN-in Bakı istintaq Təcridxanasına təhvil verilmişdir. Ziyan aktına əsasən MERCEDES BENZ E200 CDİ minik markalı 99LL290 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyan 3800 manat müəyyən edilmişdir. Ziyan aktına əsasən TOYOTA PRİUS minik markalı 99PS180 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində dəymiş ziyan 5048 manat müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1-1 və ya 263.1-1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xitam olunmalı və məhkəmə zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs idarə etdiyi TOYOTA PRİUS minik markalı 99PS180 dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs1 idarə etdiyi MERCEDES BENZ E200 CDİ minik markalı 99LL290 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X5 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs "xxxx" MMC-yə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun və məhkəmə zalında həbsdən azad edilsin. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs idarə etdiyi TOYOTA PRİUS minik markalı 99PS180 dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs1 idarə etdiyi MERCEDES BENZ E200 CDİ minik markalı 99LL290 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X5 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs "xxxx" MMC-yə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah olunsun. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar