Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-371/2024 15.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 Kamil oğlunun, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1974-cü ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Daşkəsən şəhəri, Qaraqollar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Ə.Cavad küçəsi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə 11655,00 ABŞ dolları məbləğində pul borcunu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 iyul 2019cu il tarixli, 2(030)- 121/2019 saylı, həmçinin 19200,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,00 manat, cəmi 19228,00 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyun 2021-ci il tarixli, 2(104)-2475/2021 saylı qətnamələrinin icasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 3(012)-1054/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 aprel 2023-cü il tarixli cü il tarixli, 3(105)-149/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktlarının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 01 iyun 2023-cü il, 24 iyun 2023-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 12 iyul 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən Daşkəsən ət məhsulları dükanında qəssab işləməklə fərdi əmək fəaliyyəti ilə məşğul olur və aylıq gəliri 1200,00 manat təşkil edir. Budan başqa qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 2013-cü ildən qəssablıq fəaliyyəti ilə məşğul olduğu müddətdlərdə tanımış, aralarında olan iş birliyi zamanı ona borcu yaranmış, bir müddət sonra sonuncuya olan borcunu qaytara bilmədiyi üçün ona qarşı 2019-cu ildə Daşkəsən Rayon Məhkəməsində 11655,00 ABŞ dolları məbləğində pul tələbinə dair iddia qaldırmış, məhkəmənin 05 iyul 2019-cu il tarixli, 2(030)-121/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə 11655,00 ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qət edilmiş, həmçinin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə olan iş birliyi zamanı onlara da yaranmış borcunu sonradan ödəyə bilməmiş, belə olan halda onlar məhkəmədə iddia qaldıraraq pulunu tələb etmiş, Gəncə Apellyasiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(104)-2475/2021 saylı qətnaməsi ilə onların iddiası təmin edilərək 19200,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,00 manat, cəmi 19228,00 manat məbləğində pul vəsaiti ondan tutularaq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Abşeron rayon icra və probasiya şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamələrin icrasını təmin etməsini ondan tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından borcunu ödəməməklə məhkəmə aktlarını icra etməmiş, icra məmuru dəfələrlə onun izahatlarını almış, hətta Abşeron Rayon Məhkəməsinin 04 iyul 2022- ci il tarixli, 3(012)- 1054/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 3(105)-149/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edildikdən sonra icra məmuru qətnamələrin icrasını təmin etməsi ilə əlaqədar ona rəsmi xəbərdarlıq vermiş, o, isə hərəkətsizliyini davam etdirməklə qanuni qüvvədə olan məhkəmə aktlarını icra etməmişdir. Hazırda Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ümumulikdə olan borclu olduğu 19228,00 (on doqquz min iki yüz iyirmi səkkiz) manatdan Zərərçəkmiş şəxs2 payına düşən 5200 (beş min iki yüz) manatı tam şəkildə ödəmiş, Zərərçəkmiş şəxs3 aid olan 14028 (on dörd min iyirmi səkkiz) manatdan isə 1000 (bir min) manat Zərərçəkmiş şəxs3 ödəmiş, 13028 manat borcu qalmışdır. Digər Zərərçəkmiş şəxs1 isə olan borcundan bugünə qədər 900 manat ödəmiş, əgər Zərərçəkmiş şəxs1 onunla razılığa gələrsə şikayətçi olmazsa hazırda 3000 (üç min) manat ödəməyə imkanı var, qalan borcunu isə hər ay hissə-hissə olmaqla ödəyəcək, əks halda ödəniş etməyəcəkdir. O, əməlindən səmimi olaraq peşman olmasını, Zərərçəkmiş şəxs2 vurmuş olduğu ziyanı tam şəkildə ödəməsini və sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını, digər zərərçəkmiş şəxslərə isə borcundan qismən ödəniş etməsini nəzərə alaraq, məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 Kamil oğlu ifadəsində göstərmişdir ki, əvvəllər heyvandarlıq təsərrüfatı ilə məşğul olmuşdur. 2015-cu ilin təxminən avqust ayında tanışı X2 vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş və həmin ilin sentyabr ayında sonuncu qəssab olduğu üçün kəsib satmaq məqsədilə ondan 19700,00 (on doqquz min yeddi yüz) manat dəyərində 15 (on beş) baş iri buynuzlu heyvan nisyə almış və bir müddət sonra aldığı heyvanların dəyərini ödəməkdən boyun qaçırmışdır. Belə olan halda Taryelə qarşı Daşkəsən Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 05 iyul 2019-cu il tarixli, 2(030)-121/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə 11655,00 ABŞ dollar və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,00 manat məbləğlərində pul vəsaitlərinin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası ilə Abşeron rayon icra və probasiya şöbəsinin icra məmurları məşğul olmuşlar. Bununla bağlı borcuya dəfələrlə bildiriş təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməmişdir. Borclu bir dəfə 10 gün, bir dəfə 15 gün olmaqla, iki dəfə həbs edilmiş, həmişə də borcunu ödəyəcəyini bildirsə də onu aldatmışdır. Sonradan öyrənmişdir ki, Tarıyelin ondan başqa da çox adama borcu var, hətta bununla əlaqədar məhkumluğu olsa da, borcunu ödəməmişdir. Bundan sonra icra məmuru qətnamənin icrası ilə əlaqədar ona rəsmi xəbərdarlıq təqdim etsə də o, məhkəmə aktını icra etməmiş, uzun illərdir Bakı şəhəri, Binəqədi Rayonu ərazisində ət dükanı işləməklə fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün xeyli miqdarda pul qazanmasına baxmayaraq borcunu ödəməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona olan borcdan cəmi 900 (doqquz yüz) manat Abşeron rayon İcra Şöbəsinə pul ödəmişdir. Hazırki vaxtadək ona olan borcunu ödəyəcəyinə söz versə də, buna əməl etməmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona təklif olunan 3000 (üç min) manatı qəbul etməyə hazırdır lakin, təqsirləndirilənə etibar etmədiyindən şikayətini geri götürmək istəmir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini, onun təklifinin aldatmaq məqsədi daşıdığını və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq, barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, əvvəllər heyvandarlıq təsərrüfatı ilə məşğul olmuş və 2015-cu ilin iyun ayında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2018-ci ilin təxminən avqust-sentyabr aylarında sonuncu qəssab olduğu üçün kəsib satmaq məqsədilə ondan və şəriki Zərərçəkmiş şəxs3 23000,00 manat dəyərində 24 (iyirmi dörd) baş iri buynuzlu heyvan nisiyə almışdır. Bir müddət sonra borcundan 3800,00 manatını ödəsə də 19200,00 manatını ödəməkdən boyun qaçırmışdır. O, heyvanları geri tələb etdikdə, ona məlum olmuşdur ki, artıq həmin heyvanlar təqsirləndirilən şəxs tərəfindən satılmışdır. Belə olan halda şəriki Zərərçəkmiş şəxs3la birlikdə ona qarşı məhkəmədə iddia qaldırmış, Gəncə Apellyasiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(104)-2475/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək Təqsirləndirilən şəxs 19200,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,00 manat, cəmi manat məbləğində pul vəsaiti tutularaq onların xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası ilə Abşeron rayon icra və probasiya şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı Təqsirləndirilən şəxs dəfələrlə bildiriş təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 3(012)-1054/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 3(105)- 149/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru qətnamənin icrası ilə əlaqədar ona rəsmi xəbərdarlıq təqdim etsə də o, məhkəmə aktını icra etməmiş, uzun illərdir Bakı şəhəri, Binəqədi Rayonu ərazisində qəssabxana işləməklə fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün xeyli miqdarda pul qazanmasına baxmayaraq borcunu ödəməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona və digər Zərərçəkmiş şəxs3 olan borcu ümumilikdə 19228,00 (on doqquz min iki yüz iyirmi səkkiz) manat təşkil edir, həmin məbləğdən 5200 (beş min iki yüz) manatı onun, qalan 14028 (on dörd min iyirmi səkkiz) manatı isə Zərərçəkmiş şəxs3dur. Məhkəmə gedişatı zamanı ona dəymiş olan 5200 (beş min iki yüz) manat ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və hazırda ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi və əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs ona və digər Zərərçəkmiş şəxs2 olan borcu ümumilikdə 19228,00 (on doqquz min iki yüz iyirmi səkkiz) manat təşkil edir, həmin məbləğdən 5200 (beş min iki yüz) manatı Zərərçəkmiş şəxs2, 14028 (on dörd min iyirmi səkkiz) manatı isə onundur. Təqsirləndirilən şəxs tərəfindən həmin məbləğdən ona cəmi 1000 (bir min) manat ödənilmişdir və hazırda ondan şikayətçidir. Təqsirləndirilən borcu ödəmək niyyətində deyil, onun məqsədi məsuliyyətdən yayınmaqdır. Belə ki, onun həmin borcu ödəmək üçün yetərincə imkanı olsa da bu vaxta qədər bunu etməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq, barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə 11655,00 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,00 manat məbləğində pul vəsaitləri tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödəməsinə dair Daşkəsən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 iyul 2019-cu il tarixli, 2(030)-121/2019 saylı qətnaməsinin, həmçinin 19200,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,00 manat, cəmi 19228,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 iyun 2021-ci il tarixli, 2(104)- 2475/2021 saylı qətnaməsinin icrası təmin edilməsi ilə əlaqədar Daşkəsən rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra orada icraata başlanma haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü təmin edilməsi üçün ona Təqsirləndirilən şəxs bildirişlər təqdim edildikdən sonra onun faktiki yaşayış yerinin Abşeron rayonu, Mehdiabat qəsəbəsi olduğu müəyyən edildiyi üçün həmin qətnamələr aidiyyəti üzrə icra olunması məqsədilə Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmiş, məhkəmə aktları onun tərəfindən icraata qəbul edilərək sonuncuya yeni müddət təyin edilsə də tələb təmin olunmadığından məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin Təqsirləndirilən şəxs məxsus əmlakları aşkar etmək mümkün olmamışdır. O, dəfələrlə şöbəyə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınması ilə əlaqədar Abşeron Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 3(012)-1054/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində və Sumqayıt Apellyasiya Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 3(105)- 149/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilmiş və məhkəmə aktlarının icrasının təmin edilməsi üçün məlum qətnamələr ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərildikdən sonra oranın icra məmuru tərəfindən sonuncuya yeni müddət təyin edilməsinə baxmayaraq hərəkətsizliyini davam etdirməklə məhkəmə qətnamələrnin icrasından qərəzli yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 Vladimr oğlu Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(030)-121/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla 11655 (on bir min altı yüz əlli beş) ABŞ dolları əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyrimi) manat alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-cu il tarixli, 2(104)-2475/2021 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 19200 (on doqquz min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 28 (iyrimi səkkiz) manat olmaqla, cəmi 19228 (on doqquz min iki yüz, iyrimi səkkiz) manat alınaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmişdir. «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(030)-121/2019 saylı qətnaməsi üzrə verilmiş xx.xx.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Gəncə Apelıyasiya Məhkəməsinin xx.xx.2021-cu il tarixli, 2(104)-2475/2021 saylı qətnaməsi üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(012)-1054/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati tənbeh-həbs tətbiq edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(012)-682/2022 saylı qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs qətnamə üzrə verilmiş icra sənədlərinin icrasından yayındığına görə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddələri çərçivəsində barəsində tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(012)-298/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(105)-149/2023 saylı qərarından görünür ki, bşeron Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(012)- 298/2023 saylı qərarı dəyişdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(012)-171/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(012)-27/2022 saylı qərarından Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(012)-171/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanın çəkilməmiş 02 (iki) il, 08 (səkkiz ay), 27 ( iyirmi yeddi) gün hissəsi “8 Noyabr- Zəfər Günü münasibəti ilə aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 il azaldılmışdır. Sumqayıt şəhər Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti 02 avqust 2023-cü il tarixdə bitərək şöbənin qeydiyyatından çıxarılmışdır. “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Daşkəsən ət məhsulları” dükanına baxış keçirilmiş Təqsirləndirilən şəxs həmin dükanı işlətdiyi müəyyən edilmiş foto şəkillər çəkilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Qətimkan tədbiri seçmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSll-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(012)-171/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə maddi imkanı olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, adıçəkilən qətnamələr əsasında icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilərək izahatı alınmış, yalnız məhkəmə dövründə zərərçəkmiş Zərərçəkmiş şəxs2 5200 (beş min iki yüz) manat və Zərərçəkmiş şəxs3 1000 (min) manat Zərərçəkmiş şəxs1 900 (doqquz yüz) manat ödəsə də, Zərərçəkmiş şəxs1 3000 (üç min) manat ödəməyə imkanı olduğunu bildirmiş, lakin zərərçəkmiş şikayətçi olduğundan bundan imtina etmiş, bununla da qərəzli olduğunu bir daha sübut etmişdir. Borcun tam ödənilməməsinin onun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Təqsirləndirilən şəxs borclu olduğu vaxtdan nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş müddətə tam məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs istintaq zamanı dindirilən zaman ifadəsində fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu və 1200 manat qazanc əldə etdiyini bildirmişdir. Aylıq gəliri 1200 manat təşkil edən şəxsin dörd ilə yaxın müddətdə ödəniş etməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs borc məbləğindən qismən ödəniş etməsini (CM- 59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər də anoloji cinayəti törətməsini, məhkum olunduğu halda da həmin qətnamənin icra edilməsinə təşəbbüs göstərməməsini şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, təqsirləndirilən şəxsin rəsmi qaydada işləmədiyi və islah işləri cəzasının icrasının mümkün olmadığı, həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyi, əvəllər ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından nəticə çıxarmadığını az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 15 aprel 2024-cü il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-371/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-371/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver