Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-372/2021 04.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan vəkil bürosunun vəkili X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 26.04.2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Mikayıl Ələkbərov küçəsi, 8 nömrəli evin həyətində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi 50 manat borc pulu geri almaq istəyən zaman sonuncunun kobud davranışları səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs bir dəfə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan, görmə itiliyinin zəifləməsi ilə nəticələnən sağ-göz ətrafı yumşaq toxumaların sağ üst və alt göz qapaqlarının sağ göz altı nahiyə də əhatə olunmaqla qançırından ibarət sağlamlığına qəsdən Yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 3 ilə yaxın müddətdir tanıyır. Zərərçəkmiş şəxs ilə ailəvi dostluq münasibətləri mövcuddur. Həmçinin 3 il müddətində Zərərçəkmiş şəxs ilə münasibətləri normal olmuşdur və əvvəllər aralarında heç bir mübahisə baş verməmişdir. O, 3 ay bundan öncə Zərərçəkmiş şəxs 50 manat borc pul almış, həmin zamandan sonra Zərərçəkmiş şəxs borcunu geri qaytarmasını ondan tələb etsə də o, maddi durumunun aşağı olmasını əsas gətirib imkan olan zaman pulu geri qaytaracağını sonuncuya bildirmişdir. 26.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs onun mobil nömrəsinə zəng edərək yenidən borcunu ödəməyini bildirmiş, o, Zərərçəkmiş şəxs irad bildirdikdə sonuncu ilə aralarında mübahisə yaranmışdır. Həmin zaman o, Zərərçəkmiş şəxs pulunu gəlib onun yaşadığı evdən götürə biləcəyini demişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs onun yaşadığı ünvana gəlmiş və onu evdən çölə çağırmışdır. O, yaşadığı evdən çölə çıxaraq evinin həyətində Zərərçəkmiş şəxs ilə söhbət etməyə başlamış, həmin zaman Zərərçəkmiş şəxs onunla aqressiv davrandığından o, sonuncudan pulunu götürərək getməsini tələb etmişdir. Zərərçəkmiş şəxs buna baxmayaraq onun barəsində nalayiq ifadə işlətmişdir və onunla mübahisə etməyə başlamışdır. O, həmin zaman Zərərçəkmiş şəxs bu cür davranışından əsəbləşərək bir dəfə sillə zərbəsi ilə sonuncunun üz nahiyəsindən vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs onun yaşadığı ünvanı tərk etmişdir. 27.04.2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs onun barəsində şikayət etmişdir.Təqsirləndirilən şəxs ifadəsindəəlavə olaraq mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi endirdiyini, həmin zaman Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən xəsarət aldığını, mübahisəyə səbəb kimi Zərərçəkmiş şəxs onun yaşadığı ünvana gələrək borcunu istəyən zaman onunla kobud davranıb barəsində nalayiq ifadə işlətməsinin olduğunu, aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs ona heç bir müqavimət göstərmədiyini və ona heç bir xəsarət yetirmədiyini, yaşadığı evin həyətində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı orada onlardan başqa heç kimin olmadığını və mübahisənin təxminən 2-3 dəqiqə davam etdiyini bildirmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 3 ilə yaxın müddətdir tanıyır. Təqsirləndirilən şəxs ilə onun münasibətləri normal olmuşdur və əvvəllər aralarında heç bir mübahisə baş verməmişdir. O, 3 ay bundan öncə Təqsirləndirilən şəxs 50 manat borc pul vermiş, həmin zamandan sonra sonuncudan borcunu geri qaytarmasını tələb etsə də NicatMəhərrəmov maddi durumunun aşağı olmasını əsas gətirib pulu ona geri qaytarmamışdır. Bu səbəbdən 26.04.2021-ci il tarixdə o, yenidən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamış, həmin zaman sonuncu ilə aralarında sözlə mübahisə yaranmışdır. Bundan sonra Təqsirləndirilən şəxs xəstə olduğunu və səhhətində yaranmış problemlərlə bağlı yaşadığı evdən çölə çıxa bilmədiyini bildirib ondan aldığı borc pulu geri qaytarmaq üçün onu öz yaşadığı evə dəvət etmişdir. 26.04.2021-ci il tarixdə saat 22 radələrində o, Saray qəsəbəsində poliklinikanın yaxınlığında yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, həmin zaman Təqsirləndirilən şəxs evdən çölə çıxaraq kənara çəkilib söhbət etməyi ona təklif etsə də o, sonuncunun fikri ilə razılaşmayaraq pulunu geri qaytarmasını sözlə tələb etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs ilə onun arasında mübahisə yaranmış və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs anidən bir dəfə əli ilə onun sağ göz nahiyəsindən zərbə endirmişdir. O, bundan sonra NicatMəhərrəmovun yaşadığı evin həyətini tərk edərək çıxıb getmişdir. 26.04.2021-ci il tarixdə isə o, Təqsirləndirilən şəxs barəsində şikayət etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq Təqsirləndirilən şəxs mübahisə zamanı əli ilə onun sifət nahiyəsindən bir dəfə vuraraq xəsarət yetirdiyini, özünün bir müddət öncə Təqsirləndirilən şəxs 50 manat borca pul verdiyini, sonuncudan dəfələrlə həmin pulu geri qaytarmasını sözlə tələb etməyinə baxmayaraq Təqsirləndirilən şəxs maddi durumunun aşağı olmasını bildirib pulu verməkdən imtina etdiyini, bu səbəbdən 26.04.2021-ci il tarixdə yenidən Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng edərək pulunu geri qaytarmasını tələb etdiyini, həmin zaman Təqsirləndirilən şəxs onunla sözlə mübahisə edib barəsində nalayiq ifadələr işlətdiyini, daha sonra isə Təqsirləndirilən şəxs xəstə olduğunu və səhhətində yaranmış problemlərlə bağlı yaşadığı evdən çölə çıxa bilmədiyini deyib pulunu götürməsi üçün onu öz yaşadığı ünvana dəvət etdiyini, bu səbəbdən onun Təqsirləndirilən şəxs yaşadığı ünvana getdiyini və həmin zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətində sonuncudan borcunu ödəməsini tələb etdikdə aralarında mübahisə yarandığını, mübahisə zamanı Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədiyini vəsonuncuya heç bir xəsarət yetirmədiyini, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində sonuncu ilə aralarında baş vermiş mübahisə zamanı orada onlardan başqa heç kimin olmadığınıvə mübahisənin təxminən 2-3 dəqiqə davam etdiyini, şikayət və tələbinin onu döyərək xəsarət yetirən tanışı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsindən ibarət olduğunu bildirmişdir. İfadəsinin sonunda o, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın tam ödənildiyini, onunla barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin 27.04.2021-ci il tarixli 844 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan, görmə itiliyinin zəifləməsi ilə nəticələnən sağ-göz ətrafı yumşaq toxumaların – sağ üst və alt göz qapaqlarının sağ göz altı nahiyə də əhatə olunmaqla qançırı bərk-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 26.04.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir İş materiallarında olan Abşeron rayonu, Saray qəsəbə İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu ünvan 3 ünvanında qeydiyyatsız yaşayır və yaşadığı yer üzrə də müsbət xadrakterizə edilir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs oğlu ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdıqlarını, aralarında heç bir mübahisə olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, X3 cinayət məsuliyyətindən azad olunmaqla barəsində məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 04.05.2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğluna məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-372/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-372/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver