Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-372/2023 11.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxx 1990-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağdaş şəhəri, F.Səfərov küçəsi ev 10-da qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, Vinqtau küçəsi ev- 15, korpus-2, mənzil 818-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui- istifadə etməklə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs 2000 manat müqabilində Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsində tikinti işləri aparmasına icazə verilməsi barədə müvafiq sənədin almasına köməklik edəcəyini yalandan vəd verərək, sonuncudan xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi “Sentralni” adlanan məhəllədə 1000 manat, xx.xx.2022-ci il tarixədə Abşeron rayonu , Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən Kapital Banka aid bankomatın yanında isə 500 manat pulu alıb, vədinə əməl etməyərək, etibardan suiistifadə etmə və aldatma yolu ilə 1500 manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 3 övlad anasıdır, əvvəllər ailəsi ilə birlikdə Abşeron rayonu Fatmayi kəndində yaşasa da hal-hazırda Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, Vunqtau küçəsi ev-15, korpus-2, mıənzil 818-də yaşayır. Təxminən 3 il olar ki, Azərbaycan Respublikasında nəşr olunan müxtəlif qəzet və jurnallarda mütəxəssis kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayından əmisi oğlu Fəridin vasitəsi ilə tanımışdır. Fəridə sosial yardım alması ilə bağlı sənədlərin toplanmasında köməklik etmişdir. Həmin ərəfədə, yəni 2021 -ci ilin dekabr ayında Fərid ona əmisi oğlu Ələddinin Hökməli qəsəbəsində olan torpaq sahəsində ev tikməsinə icazə sənədi almasına köməklik etməyini xahiş etmişdir. O, da razılaşıb, Ələddinin ona zəng etməsi üçün mobil nömrəsini verməsini söyləmişdir. Bundan 1-2 gün sonra Ələddin ona zəng edib torpaq sahəsində tikintiyə icazə almasına köməklik edib-edə bilməyəcəyini soruşmuş, o, da İcra Hakimiyyətində tanışlarının olduğunu bildirib, Ələddinə tikintiyə icazə sənədini almasına köməklik edəcəyini bildirmiş və bu işin həlli üçün 2000 manat pul lazım olacağını söyləmişdir. Ələddin də bu barədə onunla şəxsən görüşüb söhbət etmək istədiyini söyləmişdir. Elə həmin günü o, nahardan sonra Xocasən qəsəbəsində Bələdiyyə binasının qarşısında Ələddinlə görüşmüşdür. Ələddin torpağa icazə sənədinin alınması üçün 1500 manat pul verə biləcəyini və həmin vaxtı üstündə 1000 manat pul olduğunu, qalan 500 manatı da sonra verəcəyini söyləmişdir. O, Əllədinin bu sözündən sonra Bələdiyyə binasına daxil olub bu işlə bağlı Xocasən kənd icra nümayəndəsi ilə görüşüb söhbət etmişdir. Həmin şəxsdə da yanvar ayının 7-dən sonra gəlib, bu barədə söhbət etməyi məsləhət görmüşdür. O da bu barədə Ələddinə söyləmişdir. Ələddin isə isə yaxın günlərdə evinin tikintisinə başlamaq istədiyini bildirmişdir. O, Ələddinə səbirli olmasını xahiş etsə də Ələddin razılaşmayıb, elə həmin günü onlar Xocasəndən geri qayıdanda Ələddin Binəqədi rayonu ərazisindəki “Sentiralni” adlanan məhəllədə taksidə 1000 manat pulu ona vermişdir. O, da həmin pulu alıb, sənəd məsələsini tez həll edəcəyini deyib, yaşadığı evə getmişdir. Ertəsi günü Ələddin ona zəng edib, sənəd məsələsini tez həll etməyini söyləmiş, o, da tikintiyə icazə sənədinin alınması üçün verməli olduğu qalan 500 manatı da ona çatdırmasını söyləmişdir. Ələddin də onu Mehdiabada çağırmış və bankomatdan 500 manat çıxarıb ona vermişdir. O, da həmin pulu alıb, yaşadığı evə qayıtmış və həmin ərəfədə uşağı xəstələndiyinə görə həmin pulları bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan az sonra, yəni 02 yanvar 2022-ci il tarixdə Ələddin ona zəng edib tikintiyə icazə sənədi barədə soruşmuşdur. O, da hər şeyin qaydasında olduğunu deyib, torpaq sahəsində tikintiyə başlamasını söyləmişdir. Ələddin də yas mərasimlərinin olduğunu deyib, tikinti işinin bir az ləngiyəcəyini söyləmişdir. Bundan bir neçə gün sonra Ələddin ona zəng edib, torpaq sahəsində apardığı tikintinin söküldüyünü bildirib, ona verdiyi pulu qaytarmağını tələb etmişdir. O, da pulu xərclədiyini söyləmiş və pul tapıb geri qaytarmaq üçün ona vaxt verməsini xahiş etmişdir. Ələddin isə gözləməyib ondan polisə şikayət etmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə bitrlikdə Bakı şəhəri Binəqədi rayonu Hökməli qəsəbəsində kirayədə yaşayır. 2 övlad atasıdır, tikinti təmir işlərində fəhlə işləyir. 2019-cu ildə yaşadığı Hökməli qəsəbəsi ərazisindən özünə 0,02ha torpaq sahəsi almışdır. Torpaq sahəsinin sənədi olmadığına görə həmin yerdə tikinti işləri apara bilmirdi. Bu barədə yaxın qohumlarının və tanışlarının da məlumatı var idi. 23 dekabr 2021-ci ildə onunla eyni qəsəbədə yaşayan əmisi oğlu Şahid ona zəng edib İnci adlı bir qadının ona aldığı torpaq sahəsində tikinti işləri aparmağına icazə sənədinin almağına köməklik edə biləcəyini söyləmiş və həmin İncinin hazırda xatırlamdığı mobil telefon nömrəsini ona verib zəng etməyini söyləmişdir. O, da İnciyə zəng etmiş və ona Hökməli qəsəbəsindəki torpaq sahəsində tikinti işləri aparmağı üçün Xocasən Bələdiyyəsindən icazə sənədi almasına köməklik etməsini xahiş etmişdir. İnci də həmin sənədin alınmasının ona 2000 manata başa gələcəyini bildirmiş və həmin vaxtı Xaçmaz rayonunda olduğunu, 2 gün sonra geri qayıdıb onunla görüşəcəyini söyləmişdir. O, da razılaşmışdır. Amma ertəsi günü, yəni 24 dekabr 2021 -ci il tarixdə saat 12 radələrində İnci ona zəng edib qayıtdığını bildirmiş və pulu götürüb görüşməyini söyləmişdir. O, da evində olan 1000 manat pulu götürüb cibinə qoymuşdur. Elə həmin günü onlar Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində görüşüb Xocasən bələdiyyəsinə getmişlər. İnci orada tanışlarının olduğunu deyib, ona həyətdə dayanıb gözləməyini söyləmiş, özü isə Bələdiyyənin inzibati binasına gedib 10-15 dəqiqədən sonra geri qayıdıb, sənədin alınması ilə bağlı danışdığını bildirmişdir. Həmçinin bu işlə əlaqədar onun torpaq sahəsinin yerləşdiyi ərazidə tikinti işlərinin aparılmasına nəzarət edən Tahir adlı şəxslə görüşmək lazım olduğunu söyləmişdir. Onlar həmin vaxtı Tahiri tapa bilməyib, taksi ilə İncinin yaşadığı Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisindəki “Sentralni” adlanan yerə getmişlər. Onlar taksidə olanda İnci Bələdiyyədə tikintiyə icazə sənədinin alınması ilə bağlı kiminləsə danışıb razılaşdığını deyib, ondan pulu istəmişdir. O, da cibimdə olan 1000 manat pulu “Sentralni” adlanan yerdə taksinin içərisində İnciyə verib getmişdir. Aralarında şifahi razılaşmaya əsasən o, qalan 1000 manatın 500 manatını tikintiyə başlayanda, 500 manatını isə evinin damını vurduqdan sonra verməli idi. Lakin 27 dekabr 2021-ci il tarixdə İnci ona zəng edib, tikintiyə icazə sənədinin alınmasında köməklik edən tanışlarını axşam evinə qonaq çağırdığını deyib ondan ona verəcəyi qalan 1000 manatı da təcili çatdırmağını söyləmişdir. O, da pulunun olmadığını söyləmişdir. İnci də ən azı 500 manat verməyini xahiş etmişdir. O, də razılaşıb, Rabitə bank kartını götürüb həmin kartda olan 500 manat pulu çıxarıb İnciyə vermək üçün yaşadığı “Sentralni”yə getmişdir. İnci ilə görüşüb kartda olan pulu çıxarıb ona vermək istəmiş, lakin oradakı bankomatlar işləmədiyinə görə İnci onu avtobusla Mehdiabad qəsəbəsinə aparmışdır. O, Mehdiabad Polis bölməsinin yanındakı “Kapital bank” bankomatından kartında olan 500 manatı çıxarıb İnciyə vermişdir. İncidə pulu alıb tikintiyə başlamağını deyib getmişdir. Həmin ərəfədə o, yaxın qohumununun vəfat etməsi ilə əlaqədar Yardımlı rayonuna getdiyinə görə tikintiyə başlaya bilməmişdir. 17 yanvar 2022-ci ildə o, geri qayıdıb həmin torpaq sahəsində tikintiyə başlamaq istəyəndə Binəqədi rayonu İcra Hakimiyyətinin əməkdaşları gəlib buna imkan verməmişlər. O, da İnciyə zəng edib bu barədə söyləmişdir. İnci də takisi pulu olmadığına görə onun yanına gələ bilməyəcəyini söyləmişdir. Həmin vaxtı o, İnci onu aldatdığını və pulunu ələ keçirdiyini başa düşmüşdür. Ona görə İncidən pulunu qaytarmasını tələb etmişdir. İnci də qaytaracağına söz versə də qaytarmamışdır. O, da bundan sonra polisə şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ailəlidir, fəhləçilik edib pul qazanır. Zərərçəkmiş şəxs onun əmisi Aqilin oğludur. Ələddin ilə eyni qəsəbədə yaşayır, münasibəti yaxşıdır. Ələddinin 2019-cu ildə yaşadıqları Hökməli qəsəbəsi ərazisindən ev tikmək üçün 0,02 ha torpaq sahəsi aldığını, lakin icazəsi olmadığına görə həmin yerdə tikinti işləri apara bilmədiyini bilirdi. O, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin dekabr ayında Bakı şəhəri “Şamaxinka” adlanan dayanacaqdan evinə getmək üçün mindiyi taksidə tanış olmuşdur. Taksidə yol yoldaşı olduqları vaxtı İnci jurnalist olduğunu və müxtəlif orqanlarda tanışlarının olduğunu söyləmişdir. O, da bunu eşidən kimi əmisi oğlu Ələddinin torpaq sahəsində tikinti işləri aparımaq üçün icazə sənədi almaq istədiyini söyləmişdir. İnci də köməklik edə biləcəyini deyib, öz mobil telefon nömrəsini ona verib əmisi oğlu Ələddinin ona zəng etməsini tapşırmışdır Bundan sonra o, nə İncinin, nə də əmisi oğlu Ələddini görməmişdir. Lakin 2023-cü ilin yanvar ayının ortalarında Ələddin ona zəng edib topaq sahəsində tikintiyə icazə sənədi almaq üçün İnciyə 1500 manat pul verdiyini, İncinin də ona tikintiyə başlamasını söylədiyini, lakin İcra Hakimiyyəti əməkdaşlarının buna imkan vermədiyini bildirmişdir. O, bunu eşidən kimi İnciyə zəng edib bu barədə soruşmuş, İnci də narahat olmamaqlarım, hər şeyin qaydasında olacağını söyləyib gözləməklərini xahiş etmişdir. Onlar də bir müddət gözləmişlər, lakin Ələddin İncinin verdiyi sözə əməl etmədiyini görüb, verdiyi pulu qaytarmasını tələb etmişdir. İnci də pulu qaytaracağını desə də qaytarmamışdır. Ələddin də məcbur qalıb bu barədə polisə şikayət etmişdir. O, İnci ilə təsadüfən tanış olmuş, İncinin Ələddini aldadıb pulunu ələ keçirəcəyini bilməmiş, İnci Ələddindən aldığı puldan ona verməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X2 vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-372/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-372/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver