Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-373/2020 31.05.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Abşeron rayonu Görədil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu, Görədil qəsəbəsi, Ərzai dairəsi ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində yaşadıqları evdə azyaşlı övladını tənbeh edib onun üstünə qışqırdığı üçün arvadı Zərərçəkmiş şəxs ona iradını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifətinə və bədəninin müxtəlif nahiyyələrinə əllə təpiklə və taxta parçası ilə vurmaqla ona sağ bazunun aşağı 1/3-nin və sağ dirsək oynağı nahiyyəsinin bayır-arxa səthlərini əhatə edən geniş sahəli dərialtı hematoması, sağ dirsək oynağının hərəkət məhdudluğu ilə; sol bazunun orta 1/3-nin bayır səthinin və sol sağrı nahiyyələrinin geniş sahəli qançırları, sağ dirsək oynağı nahiyyəsinin arxa səthinin və sol dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrıqları xəsarətləri yetirməklə ona qəsdən sağlamlığına qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan 2 övladları var və ahıl yaşlı atasıda onlarla birlikdə yaşayır. Təxminən iki ay əvvəl Şəfiqə ona işləmək istədiyini demiş, o da arvadına onun işləməsinin lazım olmadığını, ahıl yaşlı atasına və azyaşlı uşaqlara evdə baxanın lazım olduğunu, özünün işlədiyini, kifayət qədər evi dolandıra bildiyini söyləmişdir. Şəfiqə onun sözü ilə razılaşsa da Şəfiqənin davranışında, hərəkətlərində soyuqluq hiss etmişdir. Təxminən bir ay əvvəl yaşadıqları evin həyətində kabab çəkən zaman şəxsi münasibətlər zəminində Şəfiqə ilə aralarında mübahisə yaranmış, əsəbləşib əlində olan dəmir şişlə bir dəfə onun kürəyindən vurmuş, həmin vaxtdan sonra təkrarən Şəfiqənin ona qarşı münasibətlərinin pisləşdiyini hiss etmiş, bu isə onda əsəb gərginliyi yaratmışdır. xx.xx.2020-ci il tarixdə yaşadıqları evin həyətində çay içən zaman azyaşlı qızı ona qəndqabıda konfet gətirmiş, həmin vaxtı Şəfiqə azyaşlı Zeynəbin əlində qəndqabını alıb yerə çırpmış, uşağa qışqıraraq gedib qırmızı rəngdə olan qəndqabını gətirməsini tələb etmiş, Şəfiqənin qəndqabını yerə çırpması onu əsəbləşdirmiş, ona iradını bildirmiş, qəndqabıdan yerə dağılan konfetləri əziyyətlə qazandığı pulla aldığını söyləmişdir. Bu sözündən sonra Şəfiqə ona kobud cavab qaytarmış, azyaşlı uşağın üstünə qışqırıb onu tənbeh etmiş, Şəfiqənin bu hərəkətlərinə əsəbləşdiyi üçün yerdən götürdüyü taxta parçası ilə onun kürəyinə ayaqlarına vurmuş, sonra isə əl zərbələri ilə onun başına 2-3 dəfə zərbə vurmuşdur. xx.xx.2020-ci il tarixdə Şəfiqə ilə birlikdə onun valideyinlərigilə getmiş, orada qaynı ilə aralarında mübahisə yaranmış, Şəfiqənin qardaşı bu barədə 15-ci PB-nə müraciət etmişdir. Şəfiqə ilə aralarında olan mübahisə bir neçə dəqiqə davam etmiş, Şəfiqəni döyməsini yalnız azyaşlı uşaqları görmüşdür. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin onun arvadı olmasını və ona vurulmuş maddi və mənəvi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan iki övladları vardır. Anarın əsəbi olduğundan tez-tez heç bir səbəb olmadan onunla mübahisə edir və bir neçə dəfə onu döysədə rəsmi müraciət etməmişdir. Təxminən bir ay əvvəl şəxsi münasibətlər zəmnində aralarında mübahisə baş vermiş, Anar dəmir şişlə qollarına, ayaqlarına sarğı nahiyyələrinə vuraraq onu döysədə bu barədə şikayət etməmişdir. Anar şikayət edəcəyi təqdirdə uşaqlarına işgəncə vercəyi ilə onu hədələmişdir. xx.xx.2020-ci il tarixdə evdə olan zaman Anar həyətdə təsərrüfat işləri ilə məşğul olmuş, böyük qızı 2008-ci il təvəllüdlü Zəhra atasına çay və qəndqabıda qənd, konfet gətirmiş, Anar konfet lazım olmadığını demiş, digər qızı Zeynəb qəndqabını evə aparanda ehtiyatsızlığından qəndqabı əlindən yerə düşmüş, Anar buna əsəbləşib azyaşlı Zeynəbi tənbeh edib təzyiq göstərmək istəmişdir. O, bu zaman Anarın qarşısına keçmiş, Zeynəbi vurmasına mane olmuş, bundan sonra Anar onunla mübahisə etməyə başlamış, azyaşlı qızlarının gözü qarşısında taxta parçası və lapatka sapı ilə qollarına, ayaqlarına, sarğı nahiyyələrinə, başına kürəyinə zərbələr vurmuş, həmçinin onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. xx.xx.2020-ci il tarixdə anasına zəng edib çağırmış, döyülməyi barədə ona bildirmiş, xəsarət izlərini göstərmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 23 radələrində evdə olan zaman Anar yenə onunla mübahisə etməyə başlamış, sonra birlikdə Pirşağı qəsəbəsi Sovxoz kəndində yaşayan anasıgilə getmişlər. Anar orada qardaşı Cəfərlə dava-dalaş yaratdıqları üçün Sabunçu RPİ-nin biz 15-ci PB-nə müraciət etmişlər. xx.xx.2020-ci il tarixdə mübahisələrinin təxminən 10-15 dəqiqə davam etmişdir, Anarın onu döyən zaman yanlarında yalnız azyaşlı uşaqları olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs olan əri Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın tam ödənildiyini, onunla barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə baxışında iştirak etmədiyindən, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, bacısı Şəfiqə ilə Anar 2008-ci ildə ailə həyatı qurmuş, onlar Abşeron rayonu, Görədil kəndində yaşayırlar. Son zamanlar Anarla bacısı arasında tez-tez münaqişə olmuşdur. Bir neçə gün əvvəl Anarın Şəfiqəni döyərək xəsarət yetirdiyini anasından eşitmişdir. xx.xx.2020-ci il tarixdə Anar Şəfiqə ilə birlikdə onlara gəlmiş, Anar mübahisə edərək onu döymüş bu barədə Sabunçu RPİ-nin 15-ci PB-nə müraciət etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 761 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədən üzərində aşkar edilmiş xəsarətlərsağ bazunun aşağı 1/3-nin və sağ dirsək oynağı nahiyyəsinin bayır-arxa səthlərini əhatə edən geniş sahəli dərialtı hematoması, sağ dirsək oynağının hərəkət məhdudluğu ilə; sol bazunun orta 1/3-nin bayır səthinin və sol sağrı nahiyyələrinin geniş sahəli qançırları, sağ dirsək oynağı nahiyyəsinin arxa səthinin və sol dirsək oynağı nahiyəsinin arxa səthinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında elan olunmuş ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs dəymiş ziyanın tam ödənildiyini, onunla barışdıqlarını, aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhqiqat zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs təhqiqat zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-373/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-373/2020
31.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver