Məhkəmə qərarları › İş №1(012)-373/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-373/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-373/2022 01.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakı ilə xx.xx.1996-cı ildə Cəlilabad rayonu, Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Adnalı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaq və daşımaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində istifadə etdiyi 051 *** ** ** mobil nömrəsindən istintaqa məlum olmayan şəxslin istifadə etdiyi +**********69 mobil nömrəsi ilə “WhatsApp” sosial şəbəkəsində danışıb narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə barədə razılığa gələrək, həmin şəxsin hesab nömrəsinə “Milliön” ödəmə terminalı vasitəsi ilə 100 (yüz) manat pul göndərmiş, həmin şəxs aldığı pulun müqabilində ona verəcəyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan bükümü Abşeron rayonu, Saray qəsəbəsi ərazisində “Duz gölünün” və “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanından keçən yolun kənarında gül kolunun dibində qoyduğunu bildirərək həmin yerin fotoşəklini də “WhatsAppla” göndərmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 00 radələrində göstərilən ərazidə həmin narkotik vasitəni götürmək üçün qoyulduğu yeri müəyyən edib həmin bükümü axtararkən polis ənəkdaşları tərəfindən saxlanılıb sorğu-sual edilərkən, hadisə yerində əldə etmək istədiyi narkotik vasitə qurudulmuş marixuananın qoyulduğu yeri müəyən etmək üçün ərazini axtardığını bildirmiş, polis əməkdaşlarının iştirakı ilə narkotik vasitə olan qurudulmuş marixuananın qoyulduğu yeri müəyyən edərək götürmüş və polis əməkdaşları tərəfindən Abşeron rayon polis İdarəsinin Saray polis bölməsinə gətirilərək üzərinə baxış keçirilərkən əlindəki salafan bükümdəki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına daxil edilmiş, təmiz çəkisi 17,344 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülməklə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə edib saxlama və daşıma cinayət əməlini polis əməkdaşlarının qanuni müdaxiləsi nəticəsində iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək cinayət etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, arabir narkotik vasitə qurudulmuş marixuana (nəşə) çəkməklə qəbul edir. 19 fevral 2022-ci il tarixdə, axşam vaxtı təxminən saat 21 radələrində Qızıldaş qəsəbəsində evdə olarkan və “İnstaqram” sosial şəbəkəsində videolara baxarkən ona zəng gəlmişdir. Zəng edən şəxs, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş və adının Ruslan olduğunu bildirmişdir. Həmin şəxs narkotik satışı ilə məşğul olduğunu, əgər narkotik istəsə ona sata biləcəyini demiş, o da nəşə, yəni qurudulmuş matrixuana qəbul etdiyi və almaq istədiyini söyləmişdir. Bir qədər keçəndən sonra həmin şəxs ona “WhatsApp” sosial şəbəkəsi vasitəsiylə +**********69 nömrəsindən zəng etmiş, həmin şəxs 100 manat pul göndərmək qarşılığında narkotik maddə- qurudulmuş marixuananı lazım olan yerdə qoyub, o da nartkotik maddəni onun qoyduğu yerdən götürmək barədə razılaşmışlar. Ona bildirmişdir ki, onun hesabına göndərdiyi pulu alandan təxminən bir-iki saatdan sonra narkotik maddənin qoyulduğu yeri telefonda bildirəcəkdir. Ona səkkiz rəqəmli hesab nömrəsi vermiş, o, həmin hesab nömrəsinə 19 fevral 2022-ci il tarixdə, saat təxminən 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən yadında qalmayan milliön aparatından 100 manat pulu yükləmişdir. Təxminən bir saat sonra, saat 22 radələrində naməlum şəxs ona “WhatsApp“-la zəng edib pulu aldığını bildirmiş və narkotik maddə qurudulmuş marixuananı qara rəngli selofan paketdə Saray qəsəbəsində, “duz gölü”-nün və “Azpetrol” yanacaq doldurma məntəqəsinin arasından keçən avtomaşın yolunun kənarında dekarativ gül kolunun yanında qoyulduğunu demiş və həmin yerin fotoşəklini ona “WhatsApp”-la göndərmişdir. Lökbatan qəsəbəsindən taksiyə oturub deyilən yerə gəlmiş, taksidən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında düşmüş, taksi gedəndən sonra bir qədər irəli piyada gedib göstərilən yeri axtarmağa başlamışdır. Həmin vaxt post- patrul xidməti maşını onun yaxınlığında saxlamış, o qaçmaq istəmiş, lakin polis əməkdaşları onu yaxalamışlar. Polis əməkdaşları onun telefona baxmağından və ərazini axtarmağından şünhələnmiş və nəyi axtardığını soruşmuşlar. Onlara etiraf etmişdir ki, narkotik maddənin yeri ona bildirilmiş və o həmin yeri axtarır. Polis əməkdaşlasrımn iştirakı ilə narkotik maddənin qoyulduğu yeri tapmış və o həmin yerdən narkotik maddə qurudulmuş marixuananın olduğu bükülünü götürmüşdür. Polis əməkdaşlarına həmin bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək üçün İran İslam respublikassı vətəndaşından sifariş etdiyini demişdir. Bundan sonra polis əməkdaşları onu Abşeron rayon Pois İdarəsinin Saray Polis Bölməsinə gətirmiş, Polis Bölməsindəki xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış və baxış keçirilicəyi bildirimiş, hüquq və vəzifələrim ona izah olunmuşdur. Ona üzərində hər hansı qanunla saxlanılması qadağan olunan şübhəli əşya olub-olmaması, varsa təqdim etməsi təklif olunmuşdur. Əlindəki salafan bükümdə narkotik vasitə-qurudulmuş marixuana olmasını bildirmiş və narkotik vasitənin olduğu bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülü açılaraq baxılmış, şifahi sorğu zamanı həmin narkotik vasitəni sosial şəbəkə vasitəsiylə tanış olduğu İran İslam Respublikası vətəndaşından sifariş edərək 100 manat pul qarşılığında özü qəbul etmək üçün əldə etdiyini bildirmişdir. Ondan aşkar olunmuş bir ədəd yapışqanlı lentlə bağlanmış içərisində narkotik vasitə qurudulmuş marixuana olan qara rəngli sellofan büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və iştirakçəlar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Pİ-nin PPXB-niin polis nəfəri vəzifəsində xidmət edir. 20 tevral 2022-ci il tarixdə, saat 00.05 radələrində Abşeron rayonu, Saray qəsəbəsində, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında xidməti avtomobillə postaçı yoldaşı Şahid2 ilə birlikdə xidmət apararkan Saray qəsəbəsi istiqamətində yolun sol kənarında əklimiş ekzotik bitkilərin əkildiyi yerdə bir nəfər şəxsin, əlində olan fənərlə işıq salaraq nə isə axtardığını görmüşlər. Avtomobili saxlayb həmin şəxsə yaxınlaşmaq istəyərkən həmin şəxs qaçaraq uzaqlaşmağa cəhd göstərmiş, lakin onu yaxalamışlar. Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onun şəxsiyyətini aydınlaşdırmışlar. Həmin şəxsin 1996-cı i təvəllüdlü Təqsirləndirilən şəxs olduğu məlum olmuş, Təqsirləndirilən şəxs nə üçün qaçmaı istədiyini və işıq salaraq nə axtardığını soruşduqda bildirmişdir ki, tanımadığı, özüm İran İslam Respublikası vətəndaşı kimi təqdim edərək onunla “ WhatsApp’M; danışmış şəxslə nartkotik vasitə qurudulmuş marixuana almaq barədə razılaşmış həmin şəxsin ona bildirdiyi hesaba pul göndərmiş, naməlum şəxs də ona mobil telefoı vasitəsiylə narkotik vasitənin qoyulduğu yerin şəklini atdığını və narkotik vasitən götürmək üçün işıq salaraq həmin yeri axtardığını söyləmişdir. O, yolun kənarında dağ yamacına çıxmaq üçün düzəldilmiş pilləkənin yanındakı ekzotik bitki kolunuı yanından içərisində narkotik vasitə olduğunu bildirdiyi qara rəngli sellofan bükülüm tapmış və götürmüşdür. Onlar Təqsirləndirilən şəxs və onun əldə etmək istədiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdiyi bükülüm Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə gətirib raportla Bölməniı rəhbərliyə məruzə etmişlər. Polis Bölməsindəki xidməti otaqların birində videoçəkilişl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilicəyi bildirilmiş, hüquq və vəzifələı ona izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla saxlanılması qadağa: olunan şübhəli əşya olub-olmaması, varsa təqdim etməsi təklif olunmuşdur. Cavi< Əsədli əlindəki salafan bükümdə narkotik vasitə-qurudulmuş marixuana olmasır bildirmiş və narkotik vasitənin olduğu bükümü təqdim etmişdir. Həmin bükül açılaraq baxılmış, içərisində spesifik iyli narkotik vasitə qurudulmuş marixuanay bənzər kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitər sosial şəbəkə vasitəsiylə tanış olduğu İran İslam Respublikası vətəndaşından sifari edərək 100 manat pul qarşılığında özü qəbul etmək üçün əldə etdiyii bildirmişdi) Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış və üstündən hər hansı cinay^ xarakterli əşya aşkar olunmamışdır. Aşkar olunmuş bir ədəd yapışqanlı lenti bağlanmış içərisində narkotik vasitə olan qara rəngli sellofan büküm zərfə qoyulara qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. B barədə protokol tərtib olunmuş, protokol ucadan oxunulmuş və iştirakçılar tərəfində imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edən Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən cavab alınmışdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli 1-xx-xx/3543- 22 saylı cavab məkltubundan görünür ki, +98 936 *** **** mobil nömrəsi İran İslam Respublikasının mobil şəbəkə operatoruna aiddir. Məhkəmə-kimyəvi ekstertizanın 20 fevral 2022-ci il tarixli, 7/161 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...3) Əsədli ...” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 17,344 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır(qalıq 17,294 qram - 0,05 qram narkotik vasitə qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). Ambulator məcburi- narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 1749 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Kannabioidlərin birgə qəbulu nəticəsində yarananan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji diuspanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan iki ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 17,294 qram narkotik vasitə qurudulmuş marixuana Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzası bitmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Alkatel POP4” markalı mobil telefonun yaddaşına baxış keçirilmişdir. Baxış zamanı mobil telefonun “WhatsApp” bölməsinin yaddaşında Ruslan adı ilə istifadə olunmuş +98 936 *** **** mobil nömrəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin mobil nömrənin ona narkotik vasitə satmış İran İslam Respublikası vətəndaşına aid olduğunu, həmin nömrə ilə onunla “WhatsApp”-la danışdığını bildirmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu üzəri skoç dolanmış qara rəngli sellofan bükümü təqdim etməsi, bükülünün açılıb baxılmas içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunması, həmin narkoti vasitəni Təqsirləndirilən şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edə şəxsdən 100 manat qarşılığında əldə etməsi müəyyən edilmişdir. Şahidlər Şahid2 və X2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini və xidmətləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmişlər. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 29,234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 78 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 17,294 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 78 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 17,294 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar