Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-373/2023 05.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmuş, hazırda Beyləqan rayonu, Beyləqan şəhəri, Dövlət ittihamçısı küçəsi, ev 76-da qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsi, ev 16-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 noyabr 2022-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə yerləşən Zərərçəkmiş şəxs məxsus yeni tikilən fərdi yaşayış evinin həyətində olan otağa qanunsuz daxil olaraq oradan 1600 manat dəyərində 6 metr uzunluqda 5x10 ölçüdə olan 35 ədəd taxtaları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1600 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, hazırda taksi sürücüsü kimi işləyib ailəsini dolandırır. Zərərçəkmiş şəxs qonşuluqda yaşayan şəxs kimi tanıyır. Rəhimlə münasibəti olmasa da, qonşu kimi tanıyır. 01 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs qonşuluğunda yaşayan Elmanla söhbət edəndə sonuncu dayısı Rəhimin evinin həyətində taxta olduğunu həmin taxtaların təxminən 500 manat dəyərində olduğundan oğurlayıb satdıqdan sonra əldə etdiyi pulun 250 manatını ona verməyini, qalan 250 manatını isə özünə götürməyini təklif etdikdə Elmanın təklifi ilə razılaşmışdır. Həmçinin, o Rəhimin evində yaşayış olmadığını ona bildirmişdir. O isə səhəri günü yəni, xx.xx.2022-ci il tarixdə təxminən günorta radələrində Saray qəsəbəsində tikinti materialları bazarının yaxınlığına gedərək, oradan tanımadığı bir QAZ-24 markalı avtomobil tapmış, taksi sürücüsü ilə danışaraq taxta material olmasını və taxtaları evdən həmin tikinti materialları bazarına 10 manata daşımasını xahiş etdikdə onlar birlikdə gəlib Rəhimin evinin qarşısında dayanmışdır. Evin qarşısında qoyulmuş dəmir listi açaraq evin həyətinə daxil olmuşdur. Girişdən sağ tərəfdə yerləşən tikiliyə daxil olmuşdur. Oradan təxminən 15-20 arası taxtaları götürmüş və özü ilə gətirdiyi maşına yığmışdır. Həmin taxtaları gətirib Saray qəsəbəsində yerləşən tikinti materialları bazarında 280 manata satmışdır. Satdıqdan sonra Elmana zəng vurub, həmin taxtaları 500 manata yox, 280 manata satıldığını bildirmişdir. Elman isə ona inanmayaraq taxtaları baha qiymətə satdığını və yalan danışdığını bildirdikdə o, Elmana həqiqətən də taxtalara görə 280 manat pul aldığını demişdir. Bundan sonra Elman ona telefonda nalayiq söyüşlər söymüş, o isə buna görə Elmana pul verməyəcəyini dedikdə Elmar bu barədə dayısı Rəhimə məlumat verəcəyini ona bildirmişdir. Rəhim həmin günün axşamı ona zəng vuraraq taxtaları geri qaytarmağı tələb etmiş, o isə Rəhimə taxtaları satdığını bildirmişdir. Bundan sonra Rəhim ona bir neçə dəfə də zəng vursa da Rəhimin telefon zənglərinə cavab verməmişdir. Bundan sonra 03 fevral 2023-cü il tarixdə isə Abşeron RP-nin Saray PB-nin əməkdaşları onu oğurluqda şübhəli kimi saxlamış və polis idarəsinə gətirib təhvil vermişlər. Sonda o, əməlindən peşman olduğunu və zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 2A-da qeydiyyatda olmaqla yaşayır. Hazırda işləmir və təqaüd alır. Onun Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə 6 sot torpaq sahəsi var. Həmin torpaq sahəsində özünə ev tikdirir və həmin tikili hal hazırda yarımçıqdır. Həmin evdə yaşayış yoxdur. Belə ki, 02 noyabr 2022-ci il tarixdə bacısı oğlu Şahid1 onun yaşadığı evə gələrək, yeni tikdirdiyi evin köməkçi tikilisində saxladığı taxtaların oğurlandığını bildirmişdir. Həmin taxtaları evin tikintisində istifadə edilməsi üçün saxlamışdır. O, dərhal evə gəlib baxdıqda həqiqətən də evinin həyətində köməkçi tikilidən taxtaların oğurlanmasını aşkar etmişdir. Bundan sonra Elmardan həmin oğurluq hadisəsinin yaşadığı məhəllədə kim tərəfindən edilməsini soruşduqda Elmar isə həmin məhəllədə Rahil adlı şəxsin oğurluq etməsindən şübhələndiyini bildirmişdir. Lakin, Elmar bu barədə şübhələndiyini, tam olaraq Rahilin oğurluq etməsindən məlumatlı olmadığını bildirmişdir. O, Elmardan Rahilə zəng vurmasını xahiş etmiş, Rahil ilə danışmışdır. Rahildən evinin həyətindən taxta oğurlayıboğurlamamasım soruşduqda Rahil qətiyyətlə evinin həyətindən taxta oğurlamadığını bildirmişdir. Bundan sonra yenə də Rahildən ona düzünü deməsini, əks təqdirdə polisə məlumat verəcəyini bildirdikdə Rahil oğurluq etmədiyini, polisə şikayət etməyini demişdir. Bundan sonra oğlu Ramindən evindən oğurluq olması faktı barədə DİN-nin 102 xidmətinə məlumat verməyi xahiş etmişdir. Bundan sonra hadisə yerinə Abşeron RPİ-nin Saray PBnin əməkdaşları gəlmişdilər. Polis əməkdaşları onun ərizəsini alaraq hadisə yerinə baxış keçirmişdilər. Səhəri gün isə kamera görüntüsünə baxaraq hadisənin kim tərəfindən oğurlanmasını aşkar etməyə çalışmışlar. Həmin kamera görüntüsündə bir ədəd açıq göy rəngli Qaz-24 markalı avtomobilin evin qarşısına gəlməyini görmüşlər. Həmin maşının Saray qəsəbəsində yerləşən tikinti materialları bazarında dayandığını bilib, bazara gəlmişlər. Orada həmin avtomobilin sürücüsünü tapmışlar. Ondan bir gün əvvəl Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədən taxta aparıb-aparmamasını soruşmuşlar. Həmin sürücü isə bir nəfər şəxslə dediyi ünvana gəldiyini təsdiq etmiş, oradan həqiqətən də taxta götürdüyünü bildirmişdir. Onlar sürücüdən həmin taxtaları bazarda kimə satıldığını soruşmuşlar. O, tanımadığı bir nəfər şəxsi göstərib taxtaların həmin şəxsdə olmasını bildirmişdir. Bundan sonra onlar taxtaları alan şəxsin yanına getmişlər. Satıcı bir nəfər şəxsin gətirib taxtaları ona satmasını və bunun müqabilində 280 manat pul verdiyini demiş, o isə həmin taxtaları görüb tanımış, ona məxsus olduğunu bildirmişdir. O, taxtaları alan şəxsdən özünə aid taxtaları götürmüşdür. O, ilkin olaraq evindən həm taxtaların oğurlanması həm də dəmir armaturların oğurlanması barədə məlumat versə də, armaturlar oğurlanmamışdır. Armaturlar köməkçi tikilidə qalmışdır. Ümumilikdə 1600 manat dəyərində taxtalar oğurlanmışdır. Həmin taxtalar 5x15 ölçüdə, 6 metr uzunluqda ümumilikdə 30 ədəd taxta olmaqla təxminən 3-4 kub metr ölçüdə olmuşdur. Ümumilikdə onaə 1600 manat dəyərində ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxs trəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, İmişli rayonu, Muradxanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Yaşayış məhələsində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Belə ki, özünəməxsus bəyaz gecə rəngli Qaz-31029 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur və həmin maşınla Abşeron rayonu, Saray qəsəbəsində yerləşən tikinti materialları bazarının qarşısında dayanır, bazarın qarşısında müştəri olduqda sifariş qəbul edərək ünvanına çatdırır. Əsasən, oradan tikinti materialları alan müştərilərin materiallarını aparır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, 02 noyabr 2022-ci il tarixdə eyni qayda ilə Saray qəsəbəsində yerləşən tikinti materialları bazarının qarşısında müştəri axtaran zaman həmin vaxt adını sonradan öyrəndiyi Rahil adlı şəxs ona yaxınlaşmışdır. Evinin həyətində taxtaların olmasını deyib, həmin taxtaları dayandığı bazara gətirmək istədiyini bildirmiş və o da razılaşmışdır. O, xidmət haqqı kimi 10 manat pul alacağını bildirmişdir. Rahil onun maşınına minmiş və birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Yaşayış məhəlləsinə gəlmişlər. Rahil evi göstərib həmin evin qarşısında saxlamağı bildirmişdir. O, maşını saxlamış, Rahil isə maşından düşüb, dəmir şiferdən olan həyətin qapısını açıb içəri daxil olmuşdur. Oradan dəqiq sayını bilmədiyi taxtaları çıxardıb, onun maşınının dam hissəsində olan yük yerinə yükləmişdir. Həmin taxtaları isə gətirib, bazarın qarşısında boşaltmışdılar. Rahil həmin taxtaları bazarda kiməsə aparıb satmışdır. O, həmin şəxsin taxtaları oğurlaması barədə məlumatı olmamışdır. Rahil ona taxtaların özünə aid olmasını bildirmişdir. O da taksi kimi Rahilin taxtalarını bazara gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 1985E-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Təxminən bir ildir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən tikinti materialları mağazasında tikinti materiallarının alqı-satqısı ilə məşğul olur. O, həmin mağazada işlənmiş və köhnə tikinti materiallarını alıb satmaqla məşğul olur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, 02 noyabr 2022-ci il tarixdə eyni qayda ilə Saray qəsəbəsində tikinti materialları mağazasında olan zaman adını sonradan bildiyi Rahil adlı şəxs onun yanma gələrək özünə məxsus işlənmiş taxtaların olmasını deyib satmaq istədiyini bildirmişdir. Aralarında olan razılığa əsasən, həmin taxtaları 280 manata almağa razılaşmışdılar. Təxminən 25-30 ədəd taxtaları həmin şəxsdən qəbul etmişdir. O, Rahildən aldığı taxta materialların qeydiyyatını aparmaq üçün şəxsiyyət vəsiqəsini istəmiş, lakin Rahil şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Buna görə də Rahilin adını və soyadını, telefon nömrəsinin qeydiyyat dəftərində qeydini aparmışdır. Həmin materalları şəxsiyyət vəsiqəsi olmadan qəbul etmişdir. Səhəri gün yəni, 03 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs adlı şəxs ona yaxınlaşıb özünə məxsus taxtaların tanımadığı şəxs tərəfindən oğurlanaraq ona satıldığını bildirmişdir. O isə həmin taxtaları aldığını satan şəxsin isə Rahil adlı şəxs olmasını və aldığı taxtalara görə Rahilə 280 manat pul verdiyini bildirmişdir. Rəhim isə həmin taxtaların ona aid olmasını, həmin taxtaların Rahil adlı şəxs tərəfindən oğurlanmasını və satıldığını bildirmişdir. O da həmin taxtaların oğurluq olmasını bilib sahibinə qaytarmışdır. Əlavə olaraq o, taxtaların Təqsirləndirilən şəxs aid olduğunu, lakin onların oğurluq olmasından məlumatı olmadığını bildirmişdir. Məhkəmə gedişatında Təqsirləndirilən şəxs ondan aldığı 280 manat pulu qaytarmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, Sumqayıt şəhəri, M.Hüseynzadə küçəsi, 22-ci məhəllə, ev 17-də qeydiyyatd olmaqla Abşeron rayonu, Saray qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun dayısıdır, onunla münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs da tanıyır, həmin şəxslə münasibəti yaxşı olmuşdur. 02 noyabr 2022-ci il tarixdə təxminən saat 17 radələrində işdən evə qayıdıb gələn zaman dayısı Zərərçəkmiş şəxs məxsus evin şiferdən düzəldilmiş qapısının araları vəziyyətdə olmasının şahidi olmuşdur. O, dərhal dayısı ilə telefon əlaqəsi saxlamışdır. Rəhimin evinin həyətinin qapısının açıq olmasını deyib evə gəlib-gəlməməyini soruşmuşdur. Rəhim isə evin həyətinə girmədiyini bildirmişdir. O, bundan sonra dayısının evə gəlmədiyini bilib, evin həyətinə daxil olub evin həyətinə kiminsə qanunsuz daxil olubolmamasını və evdən oğurluq hadisəsinin baş verib- verməməyini yoxlamışdır. O, evin həyətinə daxil olub köməkçi tikilidən taxtaların oğurlanmasının şahidi olmuşdur. Bu barədə təkrar dayısına zəng vurub evin həyətindən oğurluq hadisəsi olması barədə məlumat vermişdir. Bundan sonra dayısı evin həyətinə gəlmiş, həqiqətən də evin həyətində olan köməkçi tikilidən taxtaların oğurlanmasının şahidi olmuşdur. Bundan sonra dayısı ondan həmin oğurluq hadisəsinin yaşadığı məhəllədə kim tərəfindən edilməsi barədə soruşmuş, o isə həmin məhəllədə Rahil adlı şəxsin yaşamasını, Rahili tanıdığını, həmin şəxsin oğurluq etməsindən şübhələndiyini bildirmişdir. O, ancaq bu barədə şübhələndiyini deyib, tam əmin olmadığını demişdir. Bundan sonra dayısı ondan Rahilə zəng vurmağını xahiş etmiş, dayısı Rahil ilə danışmışdır. Rahildən evinin həyətindən taxta oğurlayıboğurlamamasını soruşmuşdur. Rahil isə qətiyyətlə dayısının evindən taxta oğurlamadığını bildirmişdir. Bundan sonra dayısı yenə də Rahildən düzünü deməyini, əks təqdirdə polisə məlumat verəcəyini bildirmişdir. Rahil oğurluq etmədiyini, polisə şikayət edə biləcəyini bildirmişdir. Bundan sonra dayısı evindən oğurluq olması faktı barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra hadisə yerinə Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları gəlmiş, Zərərçəkmiş şəxs ərizəsini alıb, hadisə yerinə baxış keçirmişlər. Səhəri gün isə Rəhim ilə birlikdə kamera görüntüsünə baxaraq hadisənin kim tərəfindən oğurlanmasını aşkar etməyə çalışmış, həmin kamera görüntüsündə bir ədəd açıq göy rəngli Qaz-24 markalı avtomobilin evin qarşısına gəlməsini görmüşlər. Bundan sonra dayısına bu barədə məlumat vermiş, sonra işdə olduğu üçün həmin şəxslərlə heç yerə gedə bilməmişdir. O, sonradan həmin taxtaların Sarayda yerləşən tikinti materialları bazarında satıldığını bilmişdir. Həmin taxtaları dayısı gedib həmin şəxsdən geri almışdır. Daha sonra polis əməkdaşları oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini müəyyən etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ərizə ünvanlayaraq ibitdai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək, o, 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməklə 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixli Sumqayıt Apelliyasiya məhkəməsinin qərarı ilə Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ləğv edilmiş və Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, istintaq orqanı tərəfindən xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 02 (iki) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu ərazisinin hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri Bakı şəhəri və Abşeron rayonu hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-373/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-373/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver