Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-373/2024 07.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1952-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonu Qaracallı kəndində qeydiyyatda olan, barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Bakı şəhəri, Qaradağ rayonu, Müşfıqabad qəsəbəsi, yeni məhəllə, ev 13, mənzil 19-da yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə saat 15:25-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan BMW X5 markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 24,6-cı kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş, yəni nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın, lazım gəldikdə sürücü başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda bu tələblərə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış, avtomobili sağdan birinci zolaqda dayandığı yerdən arxaya doğru 5 km/saat sürətlə idarə edərkən avtomobilin arxasında yolu həmin zolaqda çəpəki formada soldan sağa doğru keçməkdə olan Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsi ilə vurmuş, nəticədə ehtyatsızlıqdan piyada Zərərçəkmiş şəxs soltərəfli Vİİ- Vİİİ-İX qabırğaların az yerdəyişən sınıqları, sol bazu, sol bud nahiyələrinin sıyrıqları, döş qəfəsi, sol baldır nahiyələrinin qançırları ilə müşayiət olunan, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 21 sentyabr 2023-cü il tarixdə saat 15:25 radələrində etibarnamə əsasında idarə etdiyi özünə məxsus olan BMW X5 markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində Bakı-Şamaxı yoluna çıxıb, Bakı istiqamətində hərəkət etmək istəmişdir. Təkərin havasının az olduğunu hiss edib, avtomobili sağ zolaqda saxlayıb təxminən 5 km/saat sürətlə arxa-arxaya hərəkət etdirmişdir. Təkər təmiri sexinin qarşısına yaxınlaşarkən birdən avtomobilin arxa hissəsinə nəyinsə toxunduğunu hiss edib avtomobili saxlamışdır. Həmin vaxt avtomobildə tək olmuşdur. Yerə düşdükdə avtomobilin arxa sağında yeznəsi Zərərçəkmiş şəxs görmüş və Seyfəddin xəsarət aldığı üçün onu avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Müayinə zamanı Seyfəddinin ciddi xəsarəti olmadığı ona bildirilmişdir. Həkim tərəfindən yazılan dərmanları alıb Zərərçəkmiş şəxs vermişdir. Bir neçə gündən sonra o, polis idarəsinə çağırılmışdır. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır və əməlindən peşmandır. Məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 21 sentyabr 2023-cü il tarixdə saat 15:25 radələrində Bakı- Şamaxı-Yevlax yolunun 24,6-cı kilometrliyində Bakı istiqamətli yolun sağ tərəfində yolun sağı ilə asta yerişlə yolu çəpinə səkiyə doğru keçmək istəmişdir. Həmin vaxt onu arxadan maşın vurmuşdur. Onu vuran “BMW” markalı avtomobilin sürücüsü qaynı Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili arxa-arxaya hərəkət etdirərkən onu yolun kənarına yaxın yerdə avtomobilin arxa sağ tərəfi ilə vurmuşdur. Akif onu hadisə yerindən xəstəxanaya aparmış və orada ona tibbi yardım göstərilmişdir. Xəstəxanada həkimlərə yıxılaraq xəsarət aldığını bildirmişdir. Akif ona müəyyən maddi yardım göstərmiş, lakin müalicəsini tam davam etdirmədiyi üçün Akifdən şikayətçi olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyan tam şəkildə ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini, hazırda Təqsirləndirilən şəxsla barışdığını və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X3 Şəxsin Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 2125 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər soltərəfli Vİİ-Vİİİ-İX qabırğaların az yerdəyişən sınıqları, sol bazu, sol bud nahiyələrinin sıyrıqları, döş qəfəsi, sol baldır nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdilər, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli 8/2952 nömrəli rəyindən görünür ki, BMW X5 markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə nriayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. xx.xx.2023-cü il tarixdə verilmiş BB 257952 nömrəli sürücülük vəsiqəsinin surətindən dən görünür ki, Təqsirləndirilən şəxs “B” dərəcəli sürücülük vəsiqəsi var. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində bildirilir ki, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini, hazırda sonuncu ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona vurmuş olduğu ziyanı tam şəkildə ödəmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir (CPM-193.2). Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinə təqsirləndirlən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən, barəsində olan cinayət işinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-373/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-373/2024
07.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver