Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-374/2021 25.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X4 və təqsirləndirilən şəxsin müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürsonun vəkili X13 oğlunun iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2zil 03-də yaşayan, X4 Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 01.05.2021-ci il tarixdə, saat 00:10 radələrində Xırdalan şəhəri, AAAF Park yaşayış massinində yerləşən istirahət parkında Təqsirləndirilən şəxs 4-5 gün əvvəl tanıdığı, Zərərçəkmiş şəxs ilə arasında sözlə mübahisə yaranmış, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək cəmiyyətdə insanlar arasında bərqərar olunmuş davranış qaydalarına zidd olaraq, davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, azğınlıqla ifadə olunan şəxsi eqoizmini nümayiş etdirib, Zərərçəkmiş şəxs söyüb təhqir etməklə əli ilə sifət və baş nahiyəsinə zərər vurub, sol gözün ağlı qışasına qansızma ilə müşayət olunan sol gözün görmə itiliyinin zəifləməsi ilə nəticələnən sol gözaltı yumşaq toxumaların-sol üst və alt göz qapaqlarının, sol almacıq nahiyəsi də əhatə olunmaqla qançır-şişkinliyi, hər iki bazu və sol bud nahiyələrinin qançırlarıdan ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə X4 göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, AAAF Park, 1ci küçə, ev 6, mənzil 3-də yaşayır.Təxminən davadan 4-5 gün əvvəl bir nəfər adını bilmədi xanım, yaşadıqı evin eyvanına çıxaraq oradan qışqıraraq ondan siqaret istəmiş, ona siqaretinin olmaığını bidirdikdə, həmin tanımadığı şəxs ona ”siqaretin yoxdursa sən nə kişisən” demiş, bu dediklərinə görə ona irad bildirmiş, həmin vaxt adını təhqiqatda öyrəndiyi Zərərçəkmiş şəxs ona qarşı nalayıq söyüşlər söymüşdür. 30.04.2021-ci il tarixdə saat 23:30-da AAAF-Parkın istirahət parkında gəzdiyi vaxt, 01.05.2021-ci il tarixdə saat 00:05-də Rəna adlı xanımı görərək, ona yaxınlaşaraq bir neçə gün əvvəl niyə onu söydüyünü soruşduqda, Rəna “əcəb eləmişəm” demiş, o, Rənanın bu sözünə reaksiya vermədən getmək istədikdə, Rəna qolundan tutaraq getməyinə mane olmuş və yenidən ona qarşı nalayıq söyüşlər söyərək, onun sifətinə sillə atmış, bu vaxt o, əsəbləşərək Rənanın sifət nahiyəsindən əli ilə vurduqda, Rənada ona əl atdığı üçün onunla dalaşaraq yerə yıxmışdır. Sonra ətrafda olan 4-5 nəfər tanımadığı şəxslər yaxınlaşaraq onları aralaşdırmışlar. O, əlavə olaraq Zərərçəkmiş şəxs ilə aralarında yaranmış dava-dalaşın 5- 6 dəqiqə davam etdiyini, onu yalnız əli ilə vurduğunu, dava zamanı əlində hər hansı bir əşya olmadığını və həmin vaxt heç bir xəsarət almadığı üçün MTE-dan keçmək istəmədiyini bildirmişdir. Əməlindən peşmançılıq çəkir, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 01.05.2021-ci il tarixdə, saat 00:10-da yaşadığı Xırdalan şəhəri, AAAF Park yaşayış massinində yerləşən istirahət parkına gəzməyə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə səbəbindən tərəflər arasında sözlə mübahisə yaranmış, daha sonra isə bu mübahisə tərəflər arasında dava-dalaş yaranması ilə nəticələnmişdir. Yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs şəxsin cəmiyyətin fövqündə qoyaraq haqsız olmasına baxmayaraq və ictimai yer hesab edilən parkda, ətrafda çoxsaylı insanların olmasına məhəl qoymadan kobud davranış sərgiləyərək ilk əvvəl Zərərçəkmiş şəxs üzərinə gəlmiş, daha sonra isə onun sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vuraraq ona sol göz nahiyəsinə əzilmiş yarasından ibarət,sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. O, əlavə olaraq Təqsirləndirilən şəxsla aralarında davam edən mübahisə və dava-dalaşın təxminən 5-7 dəqiqə davam etdiyini, həmin vaxt ətrafda təxminən 10-12 nəfər tanımadığı şəxslərin olduğunu bildirmişdir. Hazırda təqsirləndirilən şəxs X3 şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, Xırdalan şəhəri, V.Axundov küçəsi, dalan 4, ev 3-də yaşayır. 01.05.2021-ci il tarixdə təxminən saat 00:00 radələrində Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində gəzdiyi vaxt, istiqahət parkının mərkəzinə “Zirvə” kursunun yaxılığında olduqda parkdan sək-küy gəlməsini eşidərək, arxaya baxdıqda adıları təhqiqatda məlum olan Rəna və Saleh adlı şəxslərin mübahisəsi olduğunu, Rənanın onu söyməsini və Salehin sifətinə sillə atmasını görmüş və onlara yaxınlaşdıqda Rənanın parkda olan yaşıllıq sahəsinə yıxıldığını və 4-5 tanımadığı şəxslərin onları ayırdığını görmüşdür. Həmçinin, Salehlə Rənanın arasında 01.05.2021-ci il tarixdə dava-dalaş olduqda uzaqda olduğunu və hadisə yerinə çatdıqda 4-5 nəfər tanımadığı şəxslərin onları ayırdığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 01.05.2021-ci il tarixli 871 nömrəli rəyindən görünür ki, 1983-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət -sol gözün ağlı qışasına qansızma ilə müşayət olunan sol gözün görmə itiliyinin zəifləməsi ilə nəticələnən sol gözaltı yumşaq toxumalarının - sol üst və alt göz qapaqlarının, sol almacıq nahiyəsi də əhatə olunmaqla qançır-şişkinliyi, hər iki bazu və sol bud nahiyələrinin qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə yəni 01.05.2021-ci il tarixdə qeyd olunan nahiyəyə yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan 07.05.2021-ci il tarixli tələbnamədən görünür ki, X12 oğlu barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan M-Kommunal Service MMC-nin direktoru tərəfindən verilmiş arayış və aktdan görünür ki, X7 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, AAAF park yaşayış massivində inşa edilmiş 1 saylı küçədə yerləşən 6 saylı binanın 3 saylı mənzilində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqında 01.05.2021-ci il tarixdə “AAAF Park” yaşayış kompleksində istirahət parkında baş vermiş hadisənin görüntülərini əks etdirən diskə baxış keçirilmiş, yekun protokolda qeyd olunan hallar təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs X7 barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmədə X4 həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə X4 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, X4 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan hadisənin görüntülərini əks etdirən disk iş materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 ibtidai istintaq zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X7 Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X4 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs X4 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan hadisənin görüntülərini əks etdirən disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən təqsirləndirilən şəxs X5 ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-374/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-374/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver