Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-374/2022 17.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1984-cü ildə Lənkəran rayonunda anadan olmuş, azərbaycanlı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran rayonu Səpinəkəran kəndində qeydiyyatda olan və yaşayan, barəsində 05 may 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 yanvar 2020-ci il tarixdə, saat 19 radələrindən, saat 23:30 radələrinədək olan müddət ərzində bacısı X3 yaşadığı ünvan 1 ünvanında olan zaman Vüsalə Əjdərovanın rəfiqəsi Zərərçəkmiş şəxs evin birinci mərtəbəsində qonaq otağında divanın üstündə qoyduğu çantasının içərisindən 1600 manat dəyərində bir ədəd “Samsung” markalı, “SM-G950FD” modelli, **********69317 imey kodlu mobil telefonu çıxardıb gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ziyan vurmaqla oğurlamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 20 ildir ki, evlərin təmiri ilə məşğul olduğu üçün Abşeron rayonu Masazır qəsəbəsində yaşayan bacısı Vüsalənin evində qlıb evlərin təmiri ilə məşğul olur və arada yaşadığı rayona gedib-gəlir. Bacısı Vüsalənin oğlu hərbi xidmətə gedirmiş və ona görə 26 yanvar 2020-ci il tarixdə yaşadığı evdə qonaqlıq məclisi təşkil etmiş, orada və çoxlu qohumlar və tanışlar iştirak edirmişlər. 27 yanvar 2020-ci il tarixdə anası ilə Lənkəran rayonuna idarə etdiyi VAZ-2107 markalı, 42DN709 nömrə nişanlı avtomobil ilə getmiş və avtomobilin yük yerinə də bacısının evindən bankalar yığmışdır. Həmin bankalar da bir adiyalın içərisinə yığılmışdır. O, evdə həmin bankaları avtomobildən boşaldanda bir ədəd “Samsung S8” markalı mobil telefon adiyalın içərisində aşkar etmişdir. Həmin telefon işləyirmiş və o, telefonun içərisində olan şəkillərə baxıb telefonun Vüsalənin rəfiqəsi Xuramana məxsus olduğunu bilmişdir. Belə ki, Xuraman da həmin vaxt bacısının evində qonaqlıqda olmuşdur. O, telefonu götürüb bu barədə heç kimə deməyərək, 10-15 gün həmin telefonu istifadə etməmiş, sonra öz ***-***-**-** nömrəmi telefonun üstünə qoyaraq istifadə etmişdir. Qeyd etmişdir ki, o, bacısının evində 27 yanvar 2020-ci il tarixdə, saat təxminən 11 radələrində Lənkəran rayonuna getmək üçün evin birinci mərtəbəsində qapının yanında adiyalın içərisində olan bankaları götürüb avtomobilinə qoymuş, Lənkəran rayonunda yaşadığı evdə həmin bankaları adiyalın içərisindən çıxardanda orada telefonu görmüş və götürdüm. Sonra telefonun Xuramana məxsus olduğunu bildim, lakin telefonu özümə götürmüşdür. Aradan bir neçə gün sonra bacısı ona zəng edib rəfiqəsi Xuramanın telefonun oğurlandığını və onun bununla bağlı polisə şikayət etdiyini bildirmişdir.O, da Xuramanın artıq polisə şikayət etdiyini eşidib onun telefonunu qaytarmaqdan qorxmuşdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 26 yanvar 2020-ci il tarixdə rəfiqəsi Vüsalənin oğlu hərbii xidmətə gedəcəyi ilə bağlı evində qonaqlıq təşkil etmiş və o, da həmin gün saat 19 radələrində Vüsalənin evinə getmişdir. Ondan başqa Vüsalənin evində qohumları və tanışları da olmuşlar. Onun özünə məxsus “Samsung S8” markalı mobil telefonu əl çantasında olmuş və çantasını otaqda qoymuşdur. Axşam qonalıq qutarandan sonra o, yaşadığı evə getmiş və çantasına baxanda mobil telefonunu çantasında aşkar etməmişdir. O, bu barədə rəfiqəsi Vüsaləyə də demiş, Vüsalə də telefonunun oğurlanmasına narahat olmuşdur. Lakin o, rəfiqəsinin evinin hallanmaması üçün əvvəlki izahatımda və ifadəsində telefonunun marşrut avtobusunda çantasından oğurlandığını bildirmişdir. Lakin yaxın günlərdə o, həmin telefonunu Vüsalənin qardaşı Təqsirləndirilən şəxs istifadə etdiyini görmüş və ona məlum olmuşdur ki, telefonunu Vüsalənin evində çantasından elə Təqsirləndirilən şəxs oğurlamışdır. Lakin, o, Mehmana bu barədə heç nə deməmiş, ona görə əlavə ifadə vermək qərarına gəlmişdir.Qeyd etmişdir ki, o, içərisində mobil telefon olan çantasını evin birinci mərtəbəsində qonaq otağında divanın üstündə qoymuşdur, onun mobil telefonu çantasından oğurlanmışdır, mobil telefonun dəyəri 1600 manat təşkil edirdi. Hazırda ona vurulmuş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.Təqsirləndirilən şəxs onun qardaşıdır, Mehman Bakı şəhərində evlərin təmiri ilə məşğul olduğu üçün onun evində qalırmış, arada yaşadığı Lənkəran rayonuna gedib-gəlirmiş. 26 yanvar 2020-ci il tarixdə oğlu hərbii xidmətə gedəcəyi ilə bağlı evində qonaqlıq təşkil etmiş və qohumları, tanışları, həmçinin rəfiqəsi Xuraman da həmin tarixdə evində olmuşlarlar. Gecə qonaqlar və qohumlar evlərinə getmişlər. Aradan bir-iki gün sonra Xuraman ona demişdir ki, onun “Samsung S8” markalı mobil telefonu əl çantasında olmuş və çantasını otaqda divanın üstündə qoymuş, lakin həmin gecə evə gedəndən sonra baxmışdır ki, telefonu çantasında yoxdur. O, özü də bununla bağlı narahat olmuş və evində də telefonu axtarmış, lakin telefonu evində aşkar etməmiş, qonaqlıqda olan qohumlarına, həmçinin qardaşı Mehmana da bu barədə demiş, lakin telefon tapılmamışdır. Qeyd etmişdir ki, qardaşı Mehmanın rəfiqəsi Xuramana məxsus mobil telefonu hansı şəraitdə oğurladığını bilmir, qardaşı Mehmanın onun evindən Lənkəran rayonuna apardığı əşyaların, həmçinin bankaların arasında Xuramanın mobil telefonun olmasında heç bir məlumatı yoxdur. Rəfiqəsi Xuraman 26 yanvar 2020-ci il tarixdə saat 19 radələrində evinə gəlmiş, saat təxminən 23:30 radələrində evindən getmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Samsung S8” markalı, *3550xx/xx/616931/7* imey kodlu mobil telefonun ünvan 1 ünvanında oğurlanmışdır. İş materiallarında olan götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung S8” markalı, *3550xx/xx/616931/7* imey kodlu mobil telefon götürülmüşdür. İş materiallarında olan “Samsung” 43 Xırdalan mağazasından daxil olmuş arayışda görünür ki, istifadədə olmuş və normal vəziyyətdə olan 01 ədəd “Samsung” markalı, “SMG950FD” modelli mobil telefonun 2020-ci ilin yanvar ayına Respublikada olan orta bazar qiyməti təxminən 900 manat təşkil edir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona məxsus oğurlanmış “Samsung S8” markalı, *3550xx/xx/616931/7* imey kodlu mobil telefonu götürmüş, ona vurulmuş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 yanvar 2020-ci il tarixdə, saat 19 radələrindən, saat 23:30 radələrinədək olan müddət ərzində bacısı X3 yaşadığı ünvan 1 ünvanında olan zaman Vüsalə Əjdərovanın rəfiqəsi Zərərçəkmiş şəxs evin birinci mərtəbəsində qonaq otağında divanın üstündə qoyduğu çantasının içərisindən 1600 manat dəyərində bir ədəd “Samsung” markalı, “SM- G950FD” modelli, **********69317 imey kodlu mobil telefonu çıxardıb gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ziyan vurmaqla oğurlamış, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair məhkəmədə göstərdiyi xüsusatlar işin halları ilə təkzib olunduğundan onun özünü müdafiə xarakter daşıyan qeyri-səmimi ifadəsi kimi qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 04 may 2022-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran rayon məhkəməsinin 19 yanvar 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay islah işləri cəzasına məhkum edilmiş, Lənkəran rayon məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qərarı ilə cinayət məcəlləsinə dəyişiklik edilməsi haqqında qanuna əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəməvurulmuş ziyanın zərərçəkmiş şəxsə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçilməsi barədə 05 may 2022-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs oğlu islah işləri növündə cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmənin əvvəli qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-374/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-374/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver