Məhkəmə qərarları › İş №1(012)-375/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-375/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-375/2024 02.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-cı il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, Çörək zavodunda sürücü işləyən, məhkum olunmamış, Tərtər rayonu Qaradağlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdə saat 16:00 radələrində texniki cəhətdən saz vəziyyətdə olan X3 məxsus etibarnamə əsasında idarə etdiyi «İJ 27175 furqon» markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi ilə «Kristal Abşeron» istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmin maddənin tələbinə riayət etməklə baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu qaydalara riayət etməyərək, «Unibank»ın qarşısında yolu soldan sağa keçmək üçün yolun hərəkət hissəsinə daxil olaraq adi yerişlə hərəkət edən piyada X5 avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan İntiqam Əliyevin sağ döş boşluğuna qansızma, sağ ağ ciyərin cırılması, sağda qabırğaların çoxsaylı sınıqları fonunda baş vermiş baş beyin toxumasına, qişaları altına, beyin mədəciklərinə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqlarından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına, sağ döş boşluğuna qansızma, sağ ağ ciyərin cırılması, sağda qabırğaların çoxsaylı sınıqları fonunda baş vermiş baş beyin toxumasına, qişaları altına, beyin mədəciklərinə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 09 iyul 2023-cü il tarixdə işdə olmuşdur. Onun işi mağazalara, marketlərə çörək daşımaqdan ibarətdir. Saat təxminən 16 radələrində idarə etdiyi nəqliyyat vasitəsi ilə saatda təxminən 40-50 km/sürətlə Abşeron rayonu AAAF Park istiqamətindən gəlib işıqfordan sola üzü Mirsir Parkı istiqamətinə dönmüşdür. Təxminən bir qədər idarə etdiyi avtomobillə hərəkət etmişdir ki, «Unibank»ın qarşısında yolu soldan sağa doğru üzü «Unibank» istiqamətinə yolu keçmək istəyən təxminən 40-45 yaşlarında piyada kişi cinsli şəxs qəfildən onun idarə etdiyi «İJ 27175» Yük markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışdır. O, tez əyləci basaraq sükanı sola doğru çəkmişdir ki, piyadanı vurmasın. Lakin artıq gec olduğu üçün o, həmin piyadanı idarə etdiyi avtomobilin sağ hissəsi ilə vurmuşdur. Piyada həmin zərbədən yerə yıxılmışdır. O, tez idarə etdiyi avtomobili saxlayıb avtomobildən düşərək piyadaya yaxınlaşmışdır. Həmin vaxt ətrafda yığılmış tanımadığı şəxslərdən kimsə TTY-a zəng vurmuşdur. Təxminən bir neçə dəqiqə sonra TTYS-nın həkim biriqadası gəlmiş və o, ətrafa yığılmış tanımadığı şəxslərin köməkliyi ilə həmin piyadanı TTY avtomobilinə qoyduqdan sonra onu xəstəxanaya aparmışlar. O, isə hadisə yerində qalaraq DİN_nin 102-xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Təxminən bir az keçmiş hadisə yerinə Abşeron RPİ-nin polis əməkdaşları gəlmişlər, hadisəni sənədləşdirmişlər, fotoşəkillər çəkmişlər və onu izahat vermək üçün polis idarəsinə dəvət etmişlər. Əlavə olaraq bildirmişdir ki, İdarə etdiyi nəqliyyat vasitəsi işlədiyi müəssisənin rəhbəri X2 mülkiyyətindədir, onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. O, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu AAAF Park istiqamətindən gəlib işıqfordan sola üzü Mirsir Parkı istiqamətində saatda 40- 50 km/sürətlə hərəkət etmişdir. Hadisə yerinə toplaşan insanlar hadisə barədə TTY-a zəng vurub məlumat vermişlər. Hadisədən əvvəl narkotik, psixotrop maddələrdən və ya alkoqollu içkidən istifadə etməmiş, tam olaraq ayıq vəziyyətdə olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə o, tək olmuş, sərnişin olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomaşın texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomaşında heç bir texniki nasazlıq olmamışdır. Əvvəllər heç bir zaman yol-nəqliyyat hadisəsi törətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum X8 onun atasıdır. 09 iyul 2023-cü il tarixdə saat təxminən 16:40 radələrində o, yaşadığı evdə olduğu zaman bir nəfər tanımadığı şəxs zəng vuraraq, atası İntiqam Əliyevin yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını və bununla bağlı hazırda X13 xəstəxanasında olduğunu bildirmişdir. O, də, dərhal qeyd olunan xəstəxanaya getmiş və orada ona məlum olmuşdur ki, 09 iyul 2023-cü il tarixdə sat 16:00 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «İJ 27175» Yük markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron» istiqamətində hərəkətdə olduğu zaman «Unibank»ın qarşısında yolu soldan sağa keçən piyada atası X7 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq bədən xəsarətləri yetirmiş, atası Əliyev İntiqam aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat etmişdir. Bundan sonra, atası İntiqamın nəşi məhkəmə-tibbi ekspertizası müayinəsindən keçirilərək, onlara təhvil verilmiş və atası İntiqamı dəfn etmişlər. Hadisə nəticəsində atası İntiqamın müalicə olunması ilə bağlı, həmçinin vəfat etdikdən sonra dəfn edilməsi və digər xərclərini sürücü Təqsirləndirilən şəxs və onun yaxın qohumları tərəfindən qarşılanmışdır. Ona görə də hadisə ilə bağlı sürücü Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmamışdır. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, iş üzrə şahid qismində dindirilmiş Şahid istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, Nizami RPİ-nin X15 Xidmətində inspektor vəzifəsində işləyir. 09 iyul 2023-cü il tarixdə saat təxminən 16:20 radələrində o, idarə etdiyi avtomobil ilə yaşadığı ünvan 2 ünvanına gedərkən, Abşeron rayonu, Xırdalan şəhəri, «Unibank»ın qarşısında yolun orta hissəsində yol nəqliyyat hadisəsi olduğunu və çoxlu adam yığışdığını görüb, idarə etdiyi avtomobili yolun kənarında saxlayıb, avtomobildən düşmüş və hadisə yerinə yaxınlaşmışdır. Həmin vaxt orada bir «İJ 27175» Yük markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış və onun qarşısında təxminən 40-45 yaşlarında piyada kişi cinsli şəxs uzanmış, həmin vaxt kişi nəfəs almış, sağ olmuşdur. Ona görə də o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və TTY göndərilməsini istəmişdir. Bundan sonra o, Abşeron RPİ-nin YPX-nə zəng vuraraq məlumat verdim və onlar gələnədək yolu tənzimlədim. Təxminən bir neçə dəqiqə sonra TTYS-nın həkim briqadası gəldi və mən ətrafa yığılmış tanımadığım şəxslərin köməkliyi ilə həmin piyadanı TTY avtomobilinə qoyduqdan sonra onu xəstəxanaya apardılar. Bundan sonra hadisə yerinə Abşeron RPİnin polis əməkdaşları gəldilər, hadisəni sənədləşdirdilər, fotoşəkillər çəkdilər. Bundan sonra mən yaşadığım ünvana getdim. Əlavə olaraq bildirmək istəyirəm ki, hadisə yerində mənə məlum oldu ki, «İJ 27175» Yük markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə Abşeron rayonu AAAF Park istiqamətindən gəlib işıqfordan sola üzü Mirsir Parkı istiqamətinə dönmüş, «Unibank»ın qarşısında yolu soldan sağa doğru üzü «Unibank» istiqamətinə yolu keçmək istəyən təxminən 40-45 yaşlarında piyada kişi cinsli şəxs qəfildən onun idarə etdiyi avtomobilin qarşısına çıxmış və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ hissəsi ilə həmin piyadanı vurmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli 2/21701 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İbtidai istintaq zamanı “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş, bir ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 09 iyul 2023-cü il tarixdə saat 16.00-də Təqsirləndirilən şəxs idarə etdiyi «İJ 27175» Yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron» istiqamətində hərəkət edir. Avtomobilin hərəkət sürəti artaraq 40-50 km/saata çatır, «Unibank»ın qarşısında yolu soldan sağa doğru üzü «Unibank» istiqamətinə yolu keçmək istəyən təxminən 40-45 yaşlarında piyada kişi cinsli şəxs qəfildən onun idarə etdiyi «İJ 27175» Yük markalı **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxır, O, tez əyləci basaraq sükanı sola doğru çəkir, lakin artıq gec olduğu üçün o, həmin piyadanı idarə etdiyi avtomobilin sağ hissəsi ilə vurur, piyada həmin zərbədən yerə yıxılır, sürücü isə, tez idarə etdiyi avtomobili saxlayıb avtomobildən düşərək piyadaya yaxınlaşması izlənilir. Baxış keçirilən videogörüntüləri özündə saxlayan 01 ədəd dvd disk iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün cinayət işinə əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 93 saylı rəyində qeyd edilmişdir ki, 1. 1965-ci il təvəllüdlü X4 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: - Başın yumşaq toxumalarının iç səthinə ənsə nahiyəsində qansızma, beyinin sərt və yumşaq qişaları altına qansızmalar, beyin toxumasına və mədəciklərinə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınığı, başın ənsə nahiyəsinin hematoması; - Sağ döş boşluğuna qansızma, sağ ağciyərin cırılması, sağda qabırğaların çoxsaylı qapalı sınıqları, sağ körpücük sümüyünün qapalı yerdəyişən sınığı, sol saidin qançırı; Qeyd edilən xəsarətlər həyatidirlər, X4 ölümündən az əvvəl, bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür.

2. Vət. X4 ölümünə səbəb-sağ döş boşluğuna qansızma, sağ ağ ciyərin cırılması, sağda qabırğaların çoxsaylı sınıqları fonunda baş vermiş baş beyin toxumasına, qişaları altına, beyin mədəciklərinə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları olmuşdur.

3. Vət. X4 ölümü onun meyitinin meyitxanada müayinəsi bağlanandan (xx.xx.2023cü il tarixdə, saat 20:30-dan) 4-6 saat əvvəl baş vermişdir.

4. Vət. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə-Tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 93 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməli və istintaq materiallarına əlavə edilməlidir. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 avqust 2023-cü il tarixli 8/2063 nömrəli rəyində qeyd edilmişdir ki, “İj 27175” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Odur ki, məhkəmə-yol nəqliyyat ekspertizasını 07 avqust 2023-cü il tarixli 8/2063 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilməlidir. İş üzrə DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, onun sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “İj 27175” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. 03 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam“qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 128 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “İj 27175” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 128 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “İj 27175” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar