Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-377/2021 17.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7,Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2002-cı ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, subay, işləməyən, Abşeron rayonu, Saray qəsəbəsi, Zərifə Əliyeva küçəsi ev 8-də yaşamış, Abşeron Rayon Məhkəməsinin hazırlıq iclasının 01.06.2021-ci il tarixli qərarı ilə 1(012)-377/2021 saylı cinayət işi üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə 2020-ci ilin iyul ayının 16-dan 17-nə keçən gecə Abşeron rayonu Saray qəsəbəsi yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 bağ evinə hasardan aşaraq qanunsuz olaraq daxil olub saxlanc yeri kimi həyətdə olan 800 manat dəyərində «Rembo 26» markalı velosipedi oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 800 manat ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı X7 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 21.07.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, K.Kərimov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, saxlanc yeri kimi oradan 270 manat dəyərində 01 ədəd tünd göy rəngli 26 ölçülü «Steel-Sport» markalı velosipedi oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 270 manat ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 21.07.2020-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu,Saray qəsəbəsi,D. Əliyeva küçəsi 6 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs5 yaşadığı evin həyətinə hasarın üstündən keçməklə daxil olaraq evin zirzəmisinin giriş qapısının yanında saxladığı 150 manat dəyərində olan bir ədəd 28-lik velosipedi oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 150 manat maddi ziyan vurmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı X7 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 04.08.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Saray qəsəbəsi Əzizbəyov küçəsi ev 3A saylı fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq,saxlanc yeri kimi oradan 350 manat dəyərində 01 ədəd ağ rəngli 26 ölçülü «Nakxus» markalı velosipedi oğurlayıb Zərərçəkmiş şəxs7 350 manat maddi ziyan vurmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 05 avqust 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu Saray qəsəbəsi, Ə. Əzimzadə küçəsindəki fərdi evin həyətinə hasardan keçməklə qanunsuz daxil olmuş,saxlanc yeri kimi həyətdə evin divarına söykənmiş bir ədəd 350 manat dəyərində “Saft” markalı velosipedi oğurlayıb, Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə17.09.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu Saray qəsəbəsi,S.İmanov küçəsi 12 saylı evin hasarından keçməklə həyətdəki qaraja qanunsuz daxil olaraq,saxlanc yeri kimi oradan sonuncuya məxsus 200 manat dəyərində bir ədəd «Stels» markalı velosipedi oğurlayıb Zərərçəkmiş şəxs4 200 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 02 oktyabr 2020-ci il tarixdə saat 07 radələrində Abşeron rayon Saray qəsəbəsi,yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinin həyətinə hasardan keçib qanunsuz daxil olaraq saxlanc yeri kimi həyətdə olan bir ədəd 350 manat dəyərində “Formula” markalı velosipedi oğurlayıb Zərərçəkmiş şəxs2 350 manat məbləğində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 9 ildir ki, Abşeron rayonu Saray qəsəbəsində valideyinləri ilə birlikdə yaşayır. Son bir neçə aydır ki, Sumqayıt şəhəri Yaşma sahəsi deyilən yerdə anası Sənubər,atası və bacısı ilə birlikdə yaşayır. Əqli və fiziki qüsuru yoxdur. Arada bir narkotik vasitə metamfetamindən istifadə edir. 2020-ci ilin yay ayında yaşadığı Saray qəsəbəsində məhəllələrin arasında xeyli yeniyetmə olduğunu görüb onlardan birinin sürdüyü velosiped xoşuna gəlmiş və 2020-ci ilin iyul ayının ortalarında Rembo markalı velosipedi sürdüyü oğlanın harada yaşadığını bilməsə də onun sürdüyü velosipedi oğurlamaq qərarına gəlmişdir. Sonra həmin oğlanın dalınca getmiş və onun daxil olduğu həyəti görmüşdür. Bu məqsədlə gecə saatlarında evin böyür tərəfindən boş sahə olduğundan hasara çıxıb görmüş ki, həyətdə kimsə yoxdur, evin qapısı bağlıdır, birinci mərtəbədə də işıq yanmır, həmin velosiped də həyətdə evin qabağında divara söykənmiş vəziyyətdədir. Yavaşca həyətə daxil olmuş və evin qırağında üzərində Rembo yazısı olan velosipedi yavaş yavaş darvazanı açıb çıxaraq velosipedi oğurlamışdır. Velosipedi yaşadığı evin yanında boş sahədə gizlətmişdir. Səhərisi günü həmin velosipedi yadında qalmayan məbləğə tanımadığışəxsə Saray qəsəbəsində satmışdır. Bundan başqa o 21.07.2020-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsində tanıdığı X7 ilə birlikdə olarkən evlərdən birində velosiped olduğunu bildiyi üçün, Natiq evin hasarından həyətə daxil olmuş, o isə hasarın qarşısında dayanaraq, gəlib gedənlərin olub-olmamasını müşahidə edirmiş. Təxminən 2-3 dəqiqə sonra Natiq velosipedi oğurlamış, qapını açaraq evin qapısından çöləçıxmış, daha sonra onlar həmin yeri tərk etmişlər. Oğurladıqları velosipedi 21.07.2020-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, H.Zərərçəkmiş şəxs7 qəsəbəsində tanımadıqlarışəxsə 65 manata satmışlar. Oğurluq yolu iləəldə etdikləri 65 manatı bölüb öz şəxsi ehtiyaclarına xərcləmişlər.Bundan başqa Abşeron rayonu Saray qəsəbəsində bir neçə evdən velosiped oğurlamışdır.Velosipedi satdığışəxsin oğurluq yolu iləəldə olunmasından xəbəri olmamışdır. Bundan başqa 2020-ci ilin iyul ayının ortalarında Abşeron rayonu Saray qəsəbəsi üzümlük yaşayış massivində velosiped oğurlamaq məqsədi ilə gəzərkən həyətin birində velosiped olduğunu görmüş bu məqsədlə 21 iyul 2020-ci il tarixə keçən gecə saat 04 radələrində həmin küçəyə gəlib evin hasarından həyətə daxil olmuş,zirzəminin qapısının qarşısında bir ədəd qara rəngli velosipedi həyətin darvazasını açıb velosipedi küçəyə çıxartmış və sürə-sürə oradan uzaqlaşmışdır. Velosipedi sürərkən təkərlərin və sükanın yaxşı vəziyyətdə olmadığını görüb həmin velosipedi oğurladığı evin yaxınlığında qamışlıq sahəyə atıb getmişdir. Bundan başqa o yenidən Abşeron rayonu Saray qəsəbəsində olan fərdi evlərin həyətindən oğurluq etmək üçün 04 avqust 2020-ci il tarixdə saat 23 radələrində evdən çıxmış və saat 03 radələrində, Ə.Əzimzadə küçəsində gəzişərkən hasardan həyətlərə boylanan zaman, hündür hasarı olan həyət evi nəzərini cəlb etmiş,hasara qalxaraq evin həyətinə girmişdir. Evin divarına söykənmiş bir ədəd Saft markalı velosipedi oğurlamaq qərarına gəlmişdir. Bundan sonra darvazanın qıfılını açmış və velosipedi həyətdən çıxararaq sürə-sürə oradan uzaqlaşmışdır.Bir neçə gün həmin velosipedi sürdükdən sonra pulu olmadığıüçün bazar ətrafında tanımadığışəxsə 120 manata satmışdır. Bundan başqa o,yenidən 04.08.2020-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsində tanıdığı X7 ilə birlikdə olarkən evlərdən birində velosiped olduğunu bildikləri üçün, Natiq evin hasarından həyətə daxil olmuş, o isə hasarın qarşısında dayanıb, gəlib gedənlərin olub-olmamasını müşahidə edirmiş.Təxminən 2-3 dəqiqə sonra Natiq velosipedi oğurlayıb, qapını açaraq, evin qapısından çöləçıxmış və daha sonra birlikdə həmin yeri tərk etmişlər. Oğurladıqları velosipedi 04.08.2020-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, H.Zərərçəkmiş şəxs7 qəsəbəsində tanımadığışəxsə 80 manata satmışlar. Oğurluq yolu ilə əldə etdikləri 80 manatı bölüb öz ehtiyaclarına xərcləmişlər. Velosipedi alan şəxsin oğurluq yolu iləəldə olunmasından xəbəri olmamışdır. Bundan başqa o yenidən Abşeron rayonu Saray qəsəbəsində 17.09.2020-ci il tarixdə saat 01 radələrində oğurluq etmək üçün Abşeron rayonu Saray qəsəbəsinə gəlmiş, həmin vaxtı Saray qəsəbəsi, yeni məhlədə yerləşən küçədə evlərdən birinin hasarım aşıb həyətə daxil olmuş,həyətdə qapısı olmayan qaraja daxil olub qarajda bir ədəd boz-qara rəngli 28- lik velosiped olduğunu görmüşdür. Həmin velosipedi götürüb həyətin dəmir qapısını açıb velosipedi çıxarıb aparmışdır. Həmin velosiped “Steels” markalı olmuşdur. Həmin gecə səhərə qədər Saray qəsəbəsində velosipedlə dolaşmış və səhər saatlarında velosipedi sürüb Bakışəhəri, 3-cü mikrorayon dairəsinə aparmışdır. Velosipedi orada tanımadığı şəxsə 60 manata satmışdır. Əldə etdiyi 60 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa yenidən oğurluq etmək məqsədi ilə 02 oktyabr 2020-ci il Abşeron rayon Saray qəsəbəsinə gəlmiş,piyada hərəkət edərkən bir fərdi yaşayış evi görmüş. Evin hasarına qalxaraq həyətə daxil olmuşdur. Orada olan markasını xatırlamadığı bir ədəd velosipedi götürərək içəridən cəftə ilə bağlanmış darvazanı açaraq velosipedlə birlikdə çölə çıxmışdır. Bir qədər velospedi sürdükdən sonra Bakı şəhər ərazisinə gəlmişdir. 2 oktyabr 2020-ci il tarixdə saat 15 radələrində oğurladığı velosipedi Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsində 25 yaşlarında arıq bədən qurluşlu, hündür boylu anket məlumatlarını bilmədiyi şəxsə 70 manata satmışdır. Velosipedi alan şəxsə özünə məxsus olduğunu demişdir.Velosipedin satışından əldə etdiyi 70 manat pulu şəxsi ehtiyacına xərcləmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, Lerik rayonu AğÇay kəndində qeydiyyatda olsada Abşeron rayonu Saray qəsəbəsi, yeni məhəllədə fərdi yaşayış evdə ailə üzvləri ilə birlikdə yaşayır.İki ay əvvəl özünə 350 manata Formula markalı 28 ölçüdə velosiped almışdır.01 oktyabır 2020 ci il tarixdə saat 23 radələrində yatmağa gedərkən velosiped həyətində olmuşdur. Səhəri gün yəni 02 oktyabr 2020-ci il tarixdə saat 9 radələrində həyətə çıxarkən velosipetin həyətdə olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir.Həmin gün saat 15 radələrində DİNnin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir.Ona baş vermiş hadisə nəticəsində 350 manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vurmaqla iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvansız evdə yaşayır. Belə ki, 2020-ci ilin iyul ayının axırlarında oğlu üçün 350 manata Saft markalı velosiped almışdır. 5 avqust 2020-ci il tarixdə saat 09 radələrində yaşadığı evin həyətinəçıxdığı zaman velosipedin oğurlandığını aşkar etmiş ona görə də DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim etməklə, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Abşeron rayon, Saray qəsəbəsi,S.İmanov küçəsi ev 12-də yaşayır.Özünə 2019-cu ilin sentyabr ayında 200 manat dəyərində 28-lik Steels markalı velosiped almışdır. 16 avqust 2020-ci il tarixdə saat 23 radələrində velosipedi həyətdə qaraja qoyub yatmağa getmişdir. Səhərisi gün yəni 17 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində velosipedin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 200 manat ziyan vurulmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim etməklə, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 elan edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, D.Əliyeva küçəsi ev 6-da ailəsi ilə birlikdə yaşayır. Təxminən 9 ay olar ki, 150 manat dəyərində olan qara rəngli 28-lik yürüş velosipedi almışdır. Gecələr həmin velosipedi evin zirzəmisinin qapısının ağzında saxlayır.21.07.2020-ci il tarixdə səhər saat 08 radələrində yuxudan oyanıb həyətə düşdüyü zaman velosipedin saxladığı yerdən oğurlandığını aşkar etmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram vurmaqla, işi ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını qeyd etmiş, cəza məslələsini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki,Abşeron rayonu Saray qəsəbəsi Kərim Kərimov küçəsində fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı həyət 3 sot torpaq sahəsindən ibarətdir. 24 iyun 2019-cu il tarixdə azyaşlı oğlu Anar Rüstəmliyə 270 manata “SteelSport” markalı 26 ölçülü tünd göy rəngli velosiped almışdır. Hər gün həmin velosipedi evin yan tərəfində açıq havada saxlayırmış. 21 iyul 2020-ci il tarixdə səhər saatlarında həyətə çıxarkən 1 ay əwəl aldığı velosipedin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Ətrafa baxarkən naməlum şəxsin həmin velosipedi həyətin giriş qapısının açaraq həyətdən çıxardığını müəyyən etmişdir. Həmin gün gözləyib səhəri günü bu barədə Abşeron RPİ- nə gələrək ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 270 manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 şikayət və tələbinin olmamasına dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı həyət 10 sot torpaq sahəsindən ibarətdir. 2019-cu ilin sentyabr ayında azyaşlı oğlu Araz Tağızadəyə 350 manata “Nakxus” markalı 26 ölçülü ağ rəngli velosiped almışdır. Hər gün həmin velosipedi evin yan tərəfində açıq havada saxlayırmış. 3 avqust 2020-ci il tarixdə oğlu velosipedi sürdükdən sonra yenə də həyətdə açıq havada saxlamışdır. Həmin günün səhəri yəni 4 avqust 2020-ci il tarixdə yuxudan oyanarkən velosipedin yerində olmadığını aşkar etmişdir. Həmin gün saat 18 radələrinədək gözləmiş ki, bəlkə kimsə sürməyə götürüb geri qaytarar. Lakin, həmin velosipedin geri qayıtmadığını görüb oğurlandığını başa düşmüşdür. Buna görə də həmin tarixdə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 350 manat dəyərində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 şikayət və tələbinin olmamasına dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi fərdi yaşayış evdə yaşayır.Yay aylarında nəvələri gəlib onunla birlikdə yaşayır. Bir il əvvəl qohumundan nəvəsi üçün 800 manata Rembo 26 markalı qara-sarı ilə qarışıq rəngli velosiped almışdır. Həmin velosipedi yaşadığı Saray qəsəbəsindəki həyətində saxlayırdı. Nəvələri yanına gələndə həmin velosipedi sürürmüş. 2020-ci ilin iyul ayının 16dan 17-nə keçən gecə həyətdən 800 manata aldığı Rembo 26 markalı velosipedin səhər saat 06-da yuxudan durandan sonra oğurlanmasını aşkar etmiş ona görə də bu barədə DİN-in 102 xidmətinə zəng vurmuşdur. Həmin velosiped yatmağa gedən zaman evin böyründə olmuşdur. Velosiped oğurlanmamışdan br gün əvvəl tanımadığı uşaq həyətə daxil olub içməyə su istəmiş və ətrafa baxmışdır.Həmin şəxsdən şübhələnir. Məhkəməyə daxil olmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 dəymiş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 fevral 2021-ci il tarixli 9/184 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs5 məxsus ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd qara rəngli 28 ölçülü velosipedin istifadə olunması nəzərə alınmaqla 2020-ci il iyul ayına olan orta bazar qiyməti təxminən 105 manat müəyyən edilir. 08.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 29.10.2020-ci il tarixli, 1(012)- 441/2020 saylı cinayət işi üzrə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 194.1-ci, X5 və Təqsirləndirilən şəxs 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs X4 və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2, 29, 177.2.3, 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 194.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, X4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, həbs etmənin əvvəlinin X4 və Təqsirləndirilən şəxs həbs edildiyi gündən hesablanması, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4cü, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.2, 29, 177.2.3, 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 194.1-ci, X5 və Təqsirləndirilən şəxs 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat təqsirləndirilən şəxslər tapılanadək dayandırılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 1(012)-441/2020 saylı cinayət işi üzrə məhkəmə istintaqından yayındığına görə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli, 1(012)-441/2020 saylı iş üzrə elan edilmiş axtarış üzrə 27.12.2020-ci il tarixdə könüllü olaraq Abşeron RPİ-nə gətirilmiş və Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 1(012)-62/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə birgə cinayət törədən X5 olduğu yeri müəyyən etmək mümkün olmadığından eyni tarixdə barəsində axtarış elan edilmiş və iş üzrə icraat yenidən dayandırılmışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, bir ədəd qara rəngli 28 ölçülü velosiped maddi sübut kimi tanınaraq, saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs5 qaytarılmışdır. İstintaq materiallarında olan ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 Fərhat oğlu, Zərərçəkmiş şəxs2 istintaqda ərizə verməklə dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər (2-ci cild, səhifə 213-217). Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs video çəkiliş aparılmaqla ifadəsi yerindən yoxlanılmış, oğurluq etdiyi yerləri əyani şəkildə ifadəsi yerində yoxlanılan zaman göstərməsi müəyyən edilmişdir Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması həm özünün izahatı, həm zərərçəkmiş şəxslərin izahatları, həm də istintaq materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində zərəçəkmiş şəxslərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hər tərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun törətdiyi cinayətlərin xarakterini, onun cinayət törədildikdən sonrakı davranışını, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Cinayət işi materiallarında olan 01 iyun 2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqda seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs barəsində 01 iyun 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qara rəngli 28 ölçülü velosiped ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qara rəngli 28 ölçülü velosiped ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 35 saat hüquqi yardıma görə 210 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-377/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-377/2021
17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver