Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-377/2023 29.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 12, mənzil 33-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermək” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətmişdir. Belə ki, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 may 2022-ci il tarixdə, saat 18 radələrində Xırdalan şəhəri Qəzənfər Musabəyov küçəsi 22 ünvanında yerləşən "xxxx" ASC-nin 3 saylı filialında quraşdırılmış terminalda 416974******3594 nömrəli kartından təqaudunu çıxartmaq istəyən Zərərçəkmiş şəxs kömək etmək adı ilə kartını alıb pin nömrəsini öyrəndikdən sonra yalandan kartında pul olmadığını bildirərək, öz adına olan "xxxx" ASC-yə məxsus **********864951 nömrəli kartı Zərərçəkmiş şəxs vermiş, Zərərçəkmiş şəxs oradan uzaqlaşdıqdan sonra sununcunun kartını terminala daxil edib, elektron məlumat daşıyıcısından istifadə etməklə 268 manat pulunu çıxardıb gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurlamışdır. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Maddi vəziyyəti yaxşı olmadığına görə terminallardan pul çıxartmaq istəyən şəxslərə yalandan kömək etmək məqsədi ilə onların kartlarından pulları ələ keçirməklə məşğul olmaq qərarına gəlmişdir. Ona görə 2022-ci ilin may ayının əvvəllərində Xırdalan şəhərində yerləşən Kapital bankın qarşısına gəlib orada olan pul çıxartma terminalın qarşısında dayanıb kart vasitəsi ilə pul çıxardan bir yaşlı kişi ondan kömək istəmişdir. O, da həmin şəxsin kartını terminala taxmış və həmin şəxs ona kodu deyəndən sonra o, kodu yığmış, sonra həmin şəxsə yalandan kartında pul olmadığını deyib, özünə məxsus Kapital bankın kartını həmin şəxsə vermişdir. Ondan sonra terminaldan həmin şəxsin kartından çıxan 268 manat pulu götürüb oradan uzaqlaşmışdır. Həmin şəxsin kartını da bilməmişdir sonra nə etmişdir.Qeyd etmişdir ki, başqa kiminsə kartından pul çıxartmamışdır. Hazırda əməlindən peşmandır, dəymiş ziyanı ödəmişdir, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ona Kapital bank tərəfindən 416974******3594 nömrəli təqaud kartı verilmişdir. Həmişə kartından özü gedib pulumu çıxardırmış. 06 may 2022-ci il tarixdə Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Kapital banka getmiş və bankın qarşısında olan terminallara yaxınlaşıb, terminalın qarşısında dayanan təxminən 30 yaşlı bir cavan oğlana kartını verib xahiş etmişdir ki, kartında olan pulunu çıxartsın. Həmin oğlan kartı terminala daxil etmiş və ona demişdir ki, kartın şifrəsini ona desin.O, da kartının şifrəsini həmin şəxsə deyəndən sonra həmin oğlan demişdir ki, kartında pul yoxdur. Ondan sonra həmin oğlan ona kartı qaytarmış və o, da kartı cibimə qoyub oradan uzaqlaşmışdır. Səhəri günü yenidən Kapital banka gəlmiş və oradan maraqlananda ona demişlər ki, 06 may 2022-ci il tarixdə kartından 268 manat pul çıxarılmışdır. Ondan sonra özündə olan karta baxanda görmüşdür ki, həmin şəxs onun kartını götürüb və əvəzində ona Təqsirləndirilən şəxs adına olan **********864951 nömrəli kartı vermişdir. Ona görə də o, bununla bağlı müraciət etmişdir. Həmin şəxs təxminən 30-35 yaşlı, boyu təxminən 180 sm, normal bədən quruluşlu, qara saçlı, əynində göy rəngli cins şalvar və uzunqul köynək olmuşdur, başqa əlamətlərini xatırlamır, həmin şəxsi görsə tanıyacaq. Məhkəməyə zərərçəkmiş şəxs tərəfindən daxil olmuş notarial qaydada ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsində əməliyyat müvəkkili işləyir. Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Kapital bank onun xidməti ərazisində yerləşir. 07 may 2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs Abşeron RPİ-yə ərizə ilə müraciət edərək, Kapital bank tərəfindən verilmiş 416974******3594 nömrəli təqaud kartından 268 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir.Naməlum şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs adına olan **********864951 nömrəli kartı vermişdir. Bununla bağlı tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs kartından 268 manat pulu Təqsirləndirilən şəxs ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən saxlanılmış, o, Zərərçəkmiş şəxs kartından 268 manat pulu gizli şəkildə ələ keçirdiyini də etiraf etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə "xxxx" ASC-dən 2-2815 saylı məktubla daxil olmuş 06 may 2022-ci il tarixdə Xırdalan şəhəri Qəzənfər Musabəyov küçəsi 22 ünvanında yerləşən "xxxx" ASC-nin 3 saylı filialında quraşdırılmış terminalda 416974******3594 nömrəli kart ilə əməliyyat aparılan zaman qeydə alınmış görüntü olan bir ədəd disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş üzrə maddi sübut və cinayət işinin istintaq materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus və Zərərçəkmiş şəxs götürülmüş **********864951 nömrəli kart və 06 may 2022-ci il tarixdə Xırdalan şəhəri Qəzənfər Musabəyov küçəsi 22 ünvanında yerləşən "xxxx" ASC-nin 3 saylı filialında quraşdırılmış terminalda 416974******3594 nömrəli kart ilə əməliyyat aparılan zaman qeydə alınmış görüntü olan bir ədəd diskə məhkəmədə baxış keçirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti təyin edilmiş 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası üzrə 02 ay 06 gününü çəkmiş, çəkilməmiş cəzası 02 il 20 gün təşkil edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs oğlunun az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu, hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkməsini və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü Rza və xx.xx.2019-cu il təvəllüdlü Nuray adlı 2 azyaşlı övladının olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən dəymiş ziyanı tam ödəməsini, 3-cü qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, dəymiş ziyanı ödəməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmədə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğundan onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 03 sentyabr 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Abşeron rayon məhkəməsinin 03 sentyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirin seçilməsindən imtina edildiyinə görə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə barəsində 10 sentyabr 2022-ci il tarixdə axtarış elan edilərək icraat dayandırılmışdır. İş üzrə Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə könüllü olaraq istintaqa gəlmiş, ona görə də həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək barəsində “polisin nəzarəti altına vermək” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, analoji cinayət əməlini törətməsini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti təyin edilmiş 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 20 günü ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalından həbs olunduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut İş üzrə "xxxx" ASC-dən 2-2815 saylı məktubla daxil olmuş 06 may 2022-ci il tarixdə Xırdalan şəhəri Qəzənfər Musabəyov küçəsi 22 ünvanında yerləşən "xxxx" ASC-nin 3 saylı filialında quraşdırılmış terminalda 416974******3594 nömrəli kart ilə əməliyyat aparılan zaman qeydə alınmış görüntü olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti təyin edilmiş 02 il 02 ay 26 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) il 20(iyirmi) gün hissəsi ilə Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla qismən toplansın, Təqsirləndirilən şəxs qəti olaraq, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalından həbs olunduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut İş üzrə "xxxx" ASC-dən 2-2815 saylı məktubla daxil olmuş 06 may 2022-ci il tarixdə Xırdalan şəhəri Qəzənfər Musabəyov küçəsi 22 ünvanında yerləşən "xxxx" ASC-nin 3 saylı filialında quraşdırılmış terminalda 416974******3594 nömrəli kart ilə əməliyyat aparılan zaman qeydə alınmış görüntü olan bir ədəd disk cinayət işinin materiallarına saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-377/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-377/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver