Məhkəmə qərarları › İş №1(012)-377/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-377/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-377/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev-14-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi, blok-4, mənzil 285-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs sonuncunun qızına əlilliyə görə təqaüd düzəldəcəyini yalandan vəd verərək aldadıb bu məqsədlə Zərərçəkmiş şəxs 2023-cü ilin dekabr ayında əvvəl yaşadığı Bakı şəhəri Nərimanov rayonu Keşlə qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində verdiyi 1000 manat, xx.xx.2024-cü il tarixdə onun yaşadığı Abşeron rayonu, Stansiya Sumqayıt, Şəfəq qəsəbəsi, bina-52, mənzil-52-də istifadəsində olan, "xxxx" ASC-dən verilmiş 4169 7388 2111 8332 nömrəli plastik bank kartına köçürtdüyü 600 manat, xx.xx.2024-cü il tarixdə iki dəfə həmin plastik bank kartına köçürtdüyü 1800 manat və 200 manat pulu vahid niyyətlə alıb ələ keçirərək, vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3600 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ildən 2023-cü ilin yanvar ayınadək Bakı şəhəri 1 saylı tibb kollecində mühafizəçi kimi işləmiş, Zərərçəkmiş şəxs da tibb kollecinin tələbəsi kimi tanımışdır. 2023-cü ilin oktyabr ayından isə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində mühafizəçi kimi işləməyə başlamışdır. 2023-cü ilin dekabr ayında təsadüfən əvvəllər Zərərçəkmiş şəxsla qarşılaşmış və Raqibin qızını əlillik müavinəti alması üçün müayinəyə gətirdiyini bilmişdir. Söhbət əsnasında Raqib onun mobil telefon nömrəsini götürmüş, təxminən 1 ay keçdikdən sonra ona zəng edərək Zərifə Əliyeva adına Milli Oftalomologiya Mərkəzində pul ilə əlilik dərəcəsinin düzəldilə biləcəyini eşitdiyini bildirib məlumatın doğru olub-olmadığını soruşmuşdur. O da Raqibə düzgün eşitdiyini, elə bir məsələnin olduğunu bildirmiş, həmin söhbət zamanı Raqibə bir nəfər üçün əliliyin düzəlməsindən ötrü 5000 manat verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs da onunla razılaşmışdır. Həmin gün Raqibin yaşadığı Bakı şəhəri Nərimanov rayonu Keşlə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə getmiş, Raqib evinin həyətində arvadı Şahid yanında ona ilkin olaraq 1000 manat pul vermişdir. Təxminən 20 gün sonra Raqib əlaqə saxlayaraq pulun qalan hisəsinin hazır olduğunu bildirdikdə, o da raqibəı həminvaxt istifadəsində olan bank kartının hesab nömrəsinin göndərərək pulu həmin kart hesabına göndərməsini istəmişdir. Həmin gün Raqib onun göndərdiyi kart hesabına 1800 manat pul köçürmüşdür. Təxminən 2 gün sonra yenidən Raqib onun göndərdiyi kart hesabına 800 manat pul köçürmüşdür. Həmin vaxt maddi sıxıntıları olduğu üçün Raqibin göndərdiyi pulları şəxsi ehtiyaclarına xərcləmiş, təxminən 2 ay sonra Raqib zəng edərək işin nə yerdə olduğunu soruşduqda o, Raqibə işin alınmadığını, pulu qaytaracağını bildirmişdir. Daha sonra işdən çıxarıldığı üçün Raqifdən aldığı 3600 manat pulu qaytara bilməmiş və hər dəfə Raqibə fərqli bəhanələr gətirərək özünə vaxt qazanıb pulu qaytarmağa çalışmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində ilk dəfə 2023-cü ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs sonuncunun yaşadığı Bakı şəhəri Nərimanov rayonu Keşlə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində 1000 manat pul aldığını, həmin vaxt Raqibin arvadı Şahid yaxınlıqda olduğunu, bundan sonra isə 2024-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs onun istifadəsində olan Kapitalbank ASC-dən aldığı 4169 7388 2111 8332 nömrəli bank hesabına 1800 manat, 600 manat və 200 manat olmaqla ümumilikdə 3 dəfəyə 2600 manat da pul göndərdiyini, həmin pullardan 1800 manat və 600 manat məbləğində pulları çıxardığı bankomatları tam xatırlamadığını, sonuncu dəfə 200 manat pulu isə Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən Rahat marketin bayır tərəfində quraşdırılmış bankomatdan kartdan çıxardığını, Əliyeva adına Milli Oftalomologiya Mərkəzində işlədiyi üçün bir çox tanışının olduğunu, həmin şəxslərin ona köməklik edəcəklərini düşündüyünü, lakin, təqaüd düzəldə bilmək üçün real bir imkanın olmadığını dərk etdikdə də həmin pulu xərcləmək niyyəti ilə göstərilən məbləğlərdə pulları aldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə ilə müraciət edərək, özünü təqsirli bildiyini, zərərçəkənə dəyən ziyanı ödədiyini, barəsində olan olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, birinci qrup gözdən əlildir və buna görə təqaüd alır. Həmçinin onun 2012-ci il təvəllüdlü qızı Fidan Rəhmənzadə də gözdən zəifdir və görmə qabiliyyəti get-gedə zəifləyir. Özü Bakı şəhər 1 saylı tibb kollecinin 2-ci kursunda təhsil alır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs isə həmin kollecdən mühafizəçi kimi tanımış və aralarında münasibət yaranmışdır. Bir müddət sonra o, Kamranın 1 sayl Tibb kollecində işləmədiyini və iş yerini dəyişdiyini öyrənmişdir. Təxminən 2023-cü ilin dekabr ayında o, qızı Fidanın əlilik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə getmiş, orada təsadüfən Təqsirləndirilən şəxslə görüşmüşdür. Görüş zamanı Kamran ona pulsuz heç bir formada əlilik düzəldə bilməyəcəyini, amma qızına əlilik düzəltmək üçün ona köməklik edə biləcəyini bildirmiş, o da Kamranla razılaşmış və qızı Fidanı müayinələrdən keçirtməyərək yaşadığı ünvana qayıtmışdır. Həmin gün Kamran ona zəng edərək yenidən onun pul vermədiyi halda heç bir formada əlilik düzəldə bilməyəcəyini bildirmişdir. Söhbət zamanı Kamran ona 5000 manat verməli olduğunu demiş və o, Kamrana hal hazırda 1000 manat pulunun olduğunu, 4000 manat pulu isə 10-15 gün ərzində tapa biləcəyini bildirmişdir. Kamran onunla razılaşmış və axşam gəlib yaşadığıı ünvandan götürəcəyini bildirmişdir. Həmin gün yəni 2023-cü ilin dekabır ayının əvvəllərində Təqsirləndirilən şəxs axşam saatlarında onun əvvəl yaşadığı Bakı şəhəri Nərimanov rayonu Keşlə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə gəlmiş o, həyat yoldaşı Şahid yanında 1000 manat pulu Kamrana vermişdir. Həmin vaxt Kamran 2024-cü ilin fevral ayına kimi qızı Fidana əlilik düzələcəyini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs onunla dəfələrlə əlaqə saxlayaraq qalan pulu tez bir zamanda verməli olduğunu, qarşıda bayram günləri olduğu üçün iş olmayacağını bildirmişdir. O, 09 yanvar 2024-cü il tarixdə hal-hazırda yaşadığı Abşeron rayonu, Stansiya Sumqayıt, Şəfəq qəsəbəsi, bina-52, mənzil-52-də yerləşən evində olarkən Kamranın "xxxx" ASC-dən verilmiş 4169 7388 2111 8332 nömrəli plastik bank kartına 600 manat pul köçürmüşdür. 11 yanvar 2024-cü il tarixdə Kamranla əlaqə saxlayaraq 1800 manat pul düzəltdiyini bildirmiş və özünə aid olan bank kartından Kamranın göndərdiyi kart hesabına yaşadığı ünvanda 1800 manat, bir neçə saat sonra isə yenə həmin bank kartına 200 manat pul göndərmişdir. Həmin vaxt Kamran qalan pulu da verməyini bildirdikdə o, Kamrana işi həll etdikdən sonra qalan pulu verəcəyini bildirmişdir. Daha sonra o, dəfələrlə Kamranla əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşduqda Kamran fərqli bəhanələr gətiməyə başlamış və 16 fevral 2024-cü il tarixdə ona işin alınmadığını demişdir. O, Kamrandan pulunu tələb etdikdə Kamran pulunun olmadığını bildirmiş və zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində uzun müddət Təqsirləndirilən şəxs tanıdığı üçün sonuncunun onu aldadacağını təxmin etməmiş, həmçinin Təqsirləndirilən şəxs Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində gördüyünə görə və onun Kamranın orada mühafizəçi işlədiyini bildiyindən ona inandığını bildirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı tam olaraq ödəmişdir, ondan şikayət və tələbi olmadığını, işə xitam verilməsini xahiş etmişdir. İstintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid İldırm qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Məmmədrıza oğlu onun həyat yoldaşıdır və birgə nigahdan iki övladları vardır. Həyat yoldaşı Zərərçəkmiş şəxs birinci qrup gözdən əlil və təqaüdçüdür. Həmçinin qızı Fidan Rəhmanova da gözdən zəifdir və get-gedə görmə qabiliyyəti zəifləyir. Təxminən 2023-cü ilin dekabr ayında o, həyat yoldaşı Raqiblə qızı Fidanın əlilik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə getmişlər. Həmin vaxt orada təsadüfən həyat yoldaşı Raqib sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə görüşmüşdür. Kamran həmin görüş zamanı Raqibə pulsuz heç bir formada əlilik düzəldə bilməyəcəklərini, amma qızına əlilik düzəltmək üçün onlara köməklik edə biləcəyini bildirmişdir. Raqib də Kamranla razılaşmış və qızı Fidanı müayinələrdən keçirtməyərək yaşadığları ünvana qayıtmışdır. Həmin gün Kamran Raqibə zəng edərək yenidən pul vermədikləri halda heç bir formada əlilik düzəldə bilməyəcəklərini, amma qızlarına əlilik düzəltmək üçün onlara köməklik edə biləcəyini bildirmişdir. Həyat yoldaşı Raqib də tanışı Kamranla razılaşmış və qızları Fidanı müayinələrdən keçirtməyərək yaşadıqları ünvana qayıtmış, həmin gün Kamran Raqibə zəng edərək yenidən pul vermədikləri halda heç bir formada əlilik düzəldə bilməyəcəklərini, bu işi düzəltmək üçün 5000 manat verməli olduğunu demiş, Raqib isə Kamrana hal-hazırda cəmi 1000 manat pulunun olduğunu, qalan 4000 manat pulu isə 10- 15 gün ərzində tapa biləcəyini bildirmişdir. Kamran da Raqiblə razılaşmış və axşam gəlib yaşadıqları ünvandan 1000 manat pulu götürəcəyini demiş, həmin gün yəni 2023-cü ilin dekabır ayının əvvəllərində Təqsirləndirilən şəxs axşam saatlarında yaşadıqları ünvana gəlmişdir. Orada həyat yoldaşı Raqib onun yanında 1000 manat pulu Kamrana vermişdir. Həmin vaxt Kamran 2024-cü ilin fevral ayına kimi qızı Fidana əlilik düzələcəyini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs Raqiblə dəfələrlə əlaqə saxlayaraq qalan pulu tez bir zamanda verməli olduğunu, qarşıda bayram günləri olduğu üçün iş olmayacağını bildirmişdir. Raqib 11 yanvar 2024-cü il tarixdə Kamranla əlaqə saxlayaraq 1800 manat pul düzəltdiyini bildirmiş və özünə aid olan bank kartından Kamranın göndərdiyi kart hesabına yaşadıqları ünvanda 1800 manat pul göndərmişdir. Daha sonra təxminən bir-iki gün sonra yenidən Kamranla əlaqə saxlayaraq əlavə də 800 manat pul düzəltdiyini bildirmiş və yenidən yaşadıqları ğımız ünvandan Kamranın kart hesabına 800 manat pul göndərmişdir. Həmin vaxt Kamran yerdə qalan pulu da verməyini bildirdikdə Raqib Kamrana işi həll etdikdən sonra qalan pulu verəcəyini bildirmiçdir. Daha sonra Raqib dəfələrlə Kamranla əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşduqda Kamran fərqli bəhanələr gətiməyə başlamış və 16 fevral 2024-cü il tarixdə həyat yoldaşı Raqibə işin alınmadığını demişdir. Raqib isə Kamrandan pulunu tələb etdikdə Kamran pulunun olmadığını bildirmiş və zənglərinə cavab verməmişdir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunub-olunmadığını müəyyən etmək üçün Azərbaycan Respublikası DİN-in BƏSİİ-yə sorğu verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal dəyən ziyanı tam olaraq ödəməsi, zərərçəkənlə barışıq əldə etməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs məhkəmədən yayındığı üçün barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 17 may 2025-ci il tarixdə tutularaq MSY-ə verilmiş, hazırda da həbsdədir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması onun özünün ifadəsi, zərərçəkənin ifadəsi və işdə olan sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə də məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs «həbs» qətimkan tədbiri ləgv edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsna məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan- «həbs» qətimkan tədbiri ləgv edilsin.Məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri-mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, cəmi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar