Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-378/2020 12.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli,himayəsində 1 azyaşlı uşaq və 1 yetkinlik yaşına çatmayan şəxs olan, məcburi köçkün, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Gecəgözlü kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Zobucuq 1 qəsəbəsi, 55 saylı evdə yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəXırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq çətənə toxumu əldə edərək yaşadığı Füzuli rayonu, Gecəgözlü kəndindəki fərdi evinin həyətində bir ədəd kol şəklində əkmiş və kustar üsulla qurudaraq topladığı narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kibrit qutusuna yığıb üzərində daşımış, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, «Düz gölü»nün yaxınlığında Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon Polis İdarəsinə gətirilərək xidməti otaqda üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən həmin bir ədəd kibrit qutusunda olan təmiz çəkisi 5,631 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə olan marixuanadan uzun müddətdir istifadə edir, təxminən xx.xx.2020-ci il tarixdə yaşadığı Füzuli rayonundan müvəqqəti olaraq işləmək üçün Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gələndə narkotik vasitə olan marixuanadan istifadə etmək üçün yaşadığı evin həyətində öz istifadəsi üçün əkdiyi bir kol qurudulmuş marixuananı kibrit qutusunun içərisinə doldurmuş, xx.xx.2020-ci il tarixdə yaşadığı evdən çıxarkən içərisində marixuana olan bir kibrit qutusunu cibinə qoymuş, Abşeron rayonu, Masazır qəsəbəsi, “Duz gölünün” yanında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron RPİ-nin əməkdaşları olduqlarını, ona narkotik vasitələrin qanunsuz əldə edilməsində və istifadəsində şübhəli olduğu bildirirərək Abşeron RPİ-nə gətirilmiş, Abşeron RPİ-də xidməti otaqların birində əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüş, qeyd olunan şəxsi axtarış polis əməkdaşları tərəfindən video çəkiliş ilə lentə alınmış, onun üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyulub Abşeron RPİ-nin 56 saylı möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və protokola imza etmiş, əlavə olaraq üzərindən aşkar edilmiş narkotik vasitənin qurudulmuş marixuana olduğunu, həmin marixuananı öz istifadəsi üçün üzərində gəzdirdiyini, üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı heç bir qanunsuz hərəkət və zor tətbiq edilmədiyini gpstərmişdir. Hazırda əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini, himayəsində 1 azyaşlı uşağının və 1 yetkinlik yaşına çatmayan şəxsin olmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Abşeron RPİnin PPXB-də polis sahə nəfəri kimi xidmət göstərir və rütbəsi polis serjantıdır. xx.xx.2020-ci il tarixdə axşam saat 20:00-da Abşeron rayonu Masazır kəndi ərazisinə PPXB-nün polis nəfəri Şahid1 ilə posta ayrılmış, həmin ərazidə xidməti maşınları Mersedes Fiton markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtopatrul avtomaşını ilə Masazır kəndi ərazisi ilə xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində xidmət aparan zaman Duz gölünün ətrafında bir nəfər şəxsin dayandığını görmüş, həmin şəxsin hərəkətlərində narkotik vasitələrin qəbulunda şübhəli olduğu bilindiyi üçün maşını yolun kənarında saxlamış, saxlanılmış şəxsə özlərini təqdim etmiş, ondan şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin üzərində olub-olmaması soruşulduqda həmin şəxs üzərində heç bir sənədinin olmadığını dedikdən sonra həmin şəxsi post yoldaşı Şahid1lə birlikdə RPİ-nin inzibati binasına gətirib raportla rəhbərliyə məruzə edilmiş və həmin şəxsin şəxsiyyəti müəyyən edilərək 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, həmin şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmetin olması bildirildikdə, o, onun cibində narkotik vasitə olan marixuananın olduğunu qeyd etmiş, bundan sonra adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərinə polis idarəsinin xidməti otağında video çəkiliş vasitəsi müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs isə həmin vaxtı əyindəki qara rəngli gödəkçəsinin sağ yan cibində olan 1 ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə qurudulmuş marixuananı təqdim edib, özünə məxsus olduğunu bildirmişdir. Həmin narkotik vasitə olan marixuanaya oxşar kütlə götürülərək elektron tərəzidə çəkilmiş, daha sonra narkotik vasitə olan marixuanaya oxşar kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılıb və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulduqdan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunduqdan sonra tərtib olunmuş protokol ucadan oxunub və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron RPİ-nin PPXB-nün polis nəfəri Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ifadəsində göstərdi ki, 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs onun oğludur, oğlu Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixədək onunla birlikdə Füzuli rayonu, Gecəgözlü kəndində yaşamış, həmin tarixdə evdən çıxaraq Bakı şəhərinə işləməyə gəlmiş, xx xxxxxx 2020-ci il tarixdə isə oğlu Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasına və gəzdirməsinə görə polis əməkdaşları tərəfindən tutulması barədə məlumat almış, əlavə olaraq oğlu Təqsirləndirilən şəxs onunla birlikdə Füzuli rayonu, Gecəgözlü kəndindəki evində yaşadığı müddətdə oğlunun həyətində marixuana kolu əkməsi hallarını görmədiyini, onun həyətində marixuana kolu olmasının şahidi olmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə Abşeron RPİ-də Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən həmin bir ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülməsi bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 4014 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs ...”yazısı olan, 01 ədəd təmiz çəkisi 5,631 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsindən görünür ki, marixuananın ümumi təmiz çəkisi - 5,631 qram, sərf edildi – 0,05 qram, qalıq – 5,581 qramdır. Həmin rəyə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 5,581 qram psixotrop maddə olan narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 1091 saylı məcburi-narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Füzuli RİHB-nin Gecəgözlü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonu ərazisində salınmış birinci Zobucuq qəsəbəsində arvadı- xx.xx.1984-cü il təvəllüdlü X1, qızı-xx.xx.2008-ci il təvəllüdlü X2, qızıxx.xx.2006-ci il təvəllüdlü X3 ilə müvəqqəti məskunlaşmış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi, evli olmaqla himayəsində 1 azyaşlı uşağının və 1 yetkinlik yaşına çatmayan şəxsin olması, məcburi köçkün olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıranhalyoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi AzərbaycanRespublikasınınCinayətMəcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, istintaq orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə həbs qətimkan tədbiri seçilərək həbsdən azad olunmuş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Füzuli rayonu hüdudlarını saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 5,581 qram narkotik vasitə olan qurudulmuş marixuana, Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən müsadirə olunmaqla hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Bundan əlavə iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayətişində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin234.1.-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla ona təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Füzuli rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polsin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi olan, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 5,581qram olan narkotik vasitə olan qurudulmuş marixuana müsadirə olunsun və hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayətişində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-378/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-378/2020
12.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver