Məhkəmə qərarları › İş №1(012)-378/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-378/2022

25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-378/2022 25.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Abşeron rayonu, Güzdək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Güzdək qəsəbəsi, E.Heydərov küçəsi ev 25-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02-03 radələrində Abşeron rayonu, Güzdək qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs həyətində olan mağazasının giriş qapısını sındırmış qanunsuz içəri daxil olaraq, mağazadan bir blok 48 manat dəyərində «Kent 8» markalı siqareti, bir blok 22 manat dəyərində «Prima» markalı siqareti, bir blok 24 manat dəyərində «Classic» markalı siqareti, bir blok 30 manat dəyərində «LD» nazik markalı siqareti, hər qutusunun dəyəri 2,1 manat olan ümumi 52,5 manat dəyərində 25 qutu «Keno» markalı göy rəngli siqareti, hər qutusunun dəyəri 2,1 manat olan ümumi 33,6 manat dəyərində 16 qutu «Keno» qırmızı markalı siqareti, hər qutusunun dəyəri 2,6 manat olan ümumi 31,2 manat dəyərində 12 qutu «PallMall» boz markalı siqareti, hər qutusunun dəyəri 2,6 manat olan ümumi 31,2 manat dəyərində 12 qutu «PallMall» mentol markalı siqareti, hər qutusunun dəyəri 2,9 manat olan ümumi 5,8 manat dəyərində 2 qutu «LD» kompact siqareti, hər qutusunun dəyəri 2,6 manat olan ümumi 5,2 manat dəyərində 2 qutu «Rotmans» markalı siqareti, bir qutu 8,80 manat dəyərində 5 kq çəkidə «Azərşəkər» qəndi, hər kiloqramının dəyəri 12 manat olan ümumi 36 manat olan 3 kq çəkidə «Rosko» sosisləri, bir ədəd 10,50 manat dəyərində 2 litrlik «Zolotoy Solnışka» günəbaxan yağını, bir ədəd 8,90 manat dəyərində 2 litr həcmdə «Evim» günəbaxan yağı, hər birinin dəyəri 8,80 manat olan ümumi 44 manat dəyərində 5 ədəd 700 ml-lik «Orqanik» spirtli içkini, hər birinin dəyəri 11 manat olan ümumi 77 manat dəyərində 6 ədəd 700 ml-lik «Zakaz» spirtli içkini, hər birinin dəyəri 7,50 manat olan ümumi 75 manat dəyərində 10 ədəd 700 ml-lik «Kiyev» spirtli içkini, hər birinin dəyəri 5 manat olan ümumi 40 manat dəyərində 8 ədəd 700 ml-lik «İvanovka» şərab içkisini, hər birinin dəyəri 18,80 manat olan ümumi 75,2 manat dəyərində 4 ədəd 1 kq çəkidə «Vest Gold» kərə yağını, hər birinin dəyəri 5,50 manat olan ümumi 55 manat dəyərində 10 ədəd 1 kq çəkidə «Krestyanski» kərə yağını, hər birinin dəyəri 18,80 manat olan ümumi 150,2 manat dəyərində 8 ədəd «Golden Grand» kərə yağını, bir ədəd 11,60 manat dəyərində 1,745 kq çəkidə «Ana-bala» əridilmiş yağ, hər birinin dəyəri 0,70 manat olan ümumi 4,90 manat olan 7 ədəd paket suxarını, hər birinin dəyəri 0,40 manat dəyərində ümumi 3,20 manat olan 8 ədəd «Kriket» suxarını, hər birinin dəyəri 1 manat olan ümumi 4 manat dəyərində 4 paket «Mister Tum» 100 qram günəbaxan tumlarını, hər birinin dəyəri 0,70 manat olan ümumi 1,40 manat olan 2 paket göy rəngli «Mister Tum» 70 qramlıq günəbaxan tumlarını, hər birinin dəyəri 1 manat olan ümumi 3 manat olan 3 paket narıncı «Mister Tum» 100 qramlıq günəbaxan tumlarını, hər birinin dəyəri 4,50 manat olan ümumi 22,50 manat olan 5 ədəd 1 kq çəkidə toyuq məmulatını, hər birinin dəyəri 4,90 manat olan ümumi 49 manat olan 10 ədəd 1 kq çəkidə «Siyəzən broyler» toyuq məmulatını, 1 ədəd 4,40 manat dəyərində 0,994 kq çəkidə «Siyəzən broyler» toyuq məmulatını, hər birinin dəyəri 12 manat olan ümumi 84 manat dəyərində 1,300 kq çəkidə 7 ədəd «Üstdaş» servelat kolbasasını, hər birinin dəyəri 12 manat olan ümumi 144 manat dəyərində 12 ədəd «Zakaz» servelat kolbasasını, hər birinin dəyəri 4,50 manat olan ümumi 40,5 manat dəyərində 9 ədəd «Maşa və Medved» şokoladı, hər qutusunun dəyəri 8,80 manat olan ümumi 61,60 manat dəyərində 7 qutu «Beta 500 qram» çayı, hər birinin dəyəri 2,30 manat olan ümumi 4,60 manat dəyərində 2 qutu «Beta 100 qram» çayı, hər birinin dəyəri 3,50 manat olan ümumi 10,50 manat dəyərində 3 qutu balıq konservasını, hər birinin dəyəri 3,10 manat olan ümumi 18,60 manat dəyərində 6 ədəd servelat kolbasanı, hər birinin dəyəri 0,60 manat olan ümumi 1,80 manat dəyərində 3 cüt əlcəyi, hər birinin dəyəri 0,50 manat olan ümumi 2,50 manat dəyərində 5 ədəd «Gilette» lezvasını, hər blokunun dəyəri 39 manat olan ümumi 234 manat dəyərində 6 blok «Sobraniye» markalı siqareti, hər birinin dəyəri 10 manat olan ümumi 100 manat dəyərində 10 ədəd «Sim» danışıq kartlarını, hər birinin dəyəri 5 manat olan ümumi 120 manat dəyərində 24 ədəd «Sim» danışıq kartlarını, hər birinin dəyəri 5 manat olan ümumi 40 manat dəyərində 8 ədəd «Cin» danışıq kartları, hər birinin dəyəri 5 manat olan ümumi 300 manat dəyərində 60 ədəd «Sim» danışıq kartlarını, hər birinin dəyəri 2 manat olan ümumi 26 manat dəyərində 13 ədəd «Nar» danışıq kartlarını, 150 manat nağd pulu, hər birinin dəyəri 7,40 manat olan ümumi 51,8 manat dəyərində 7 ədəd «Heald Şhoulders» şampununu və hər birinin dəyəri 7,10 manat olan ümumi 142 manat dəyərində 20 ədəd «Pantene» şampunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2336 manat dəyərində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmiş, bu səbəbdən də, Abşeron rayonu, Güzdək qəsəbəsində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs evinin həyətində olan ərzaq və qeyri ərzaq mağazadan oğurluq etməyi planlaşdırmışdır. O, kənddə gəzərkən Zərərçəkmiş şəxs mağazasının bağlı olduğunu görmüş, pulu olmadığı, özünə siqaret və ərzaq məhsulları ala bilmədiyi üçün həmin mağazadan oğurluq etməyi qərara almışdır. Belə ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat 02- 03 radələrində həmin mağazanın plastik materialldan olan giriş qapısını təpiklə vurub sındırmış və həmin sındırdığı yerdən, yəni qapıdan mağazaya daxil olmuşdur. O, özü ilə qabaqcadan götürdüyü ağ rəngli kisələrə ərzaq məhsulları, (toyuq, yağ, kolbasa, qənd və sair) çoxlu sayda tütün məmulatları yığmış və kassa aparatından 150 manat pulu götürüb cibinə qoymuş,oğurladığı digər əşyaları, yəni siqaret, spirtli içki və ərzaq məhsullarını iki ədəd kisəyə yığaraq çiyninə qoyub yaşadığı evinə gətirmişdir. Həmin günün səhərisi evdə olan zaman polis əməkdaşları onlara gəlmiş və ona oğurluq etdiyi barədə bildirmiş, o da törətdiyi cinayət əməlini səmimi etiraf edərək oğurladığı bütün malları və 150 manat nağd pulu polis əməkdaşlarına təqdim edib qaytarmışdır. Əlavə olaraq göstərmişdir ki, oğurluq hadisəsini tək etmiş, bu barədə qabaqcadan və yaxud sonradan heç kimə heç nə deməmiş, həmin oğurladığı əşyaları ağ kisəyə yığaraq hər iki kisəni çiyninə qoyub yaşadığı evə aparmışdır. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, öz şəxsi həyətidə mağazası vardır və həmin mağazanın üzü küçəyədir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə səhər saat 05 raldələrində yuxudan oyanıb həyətə düşəndə görmüşdür ki, mağazanın qapısı açıq vəziyyətdədir. O, dərhal mağazaya girib orada olan kameraya baxmış və görmüşdür ki, onunla eyni məhəllədə yaşayan Təqsirləndirilən şəxs mağazanın qapısını sındıraraq, oradan mağazaya daxil olub və mağazadan 150 manat nəğd pulunu, 400 manat dəyərində Azərsell, Baksell və Nar konturları, 200 manat dəyərində Siyəzən broyler toyuqları, 350 manat dəyərində müxtəlif markalı ( Kiyyev, Orqaniq, İvanovka) spirtli içkiləri, 800 manat dəyərində müxtəlif markalı (Kent, Klassik, Sobrani, Keno) siqaretləri, 300 manat dəyərində kolbasaları və 150 manat dəyərində şampunları oğurlamışdır. Sonradan bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş və Abşeron RPİ-nin Qobu polis bölməsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2350 manat dəyərində maddi ziyan dəymiş, oğurlanmış puldan 98 manat hissəsi qaytarılsada, 52 manat pulu qaytarılmamışdır. Həmçinin oğurladığı ərzaq mallarından, yəni tez xarab olan malların müəyyən hissəsini təhqiqatçı özünə qaytarılmışdır. Əlavə olaraq göstərmişdir ki, mağazasından bir blok 48 manat dəyərində «Kent 8» markalı siqareti, bir blok 22 manat dəyərində «Prima» markalı siqareti, bir blok 24 manat dəyərində «Classic» markalı siqareti, bir blok 30 manat dəyərində «LD» nazik markalı siqareti, hər qutusunun dəyəri 2,1 manat olan ümumi 52,5 manat olan 25 qutu «Keno» markalı göy rəngli siqareti, hər qutusunun dəyəri 2,1 manat olan ümumi 33,6 manat dəyərində 16 qutu «Keno» qırmızı markalı siqareti, hər qutusunun dəyəri 2,6 manat olan ümumi 31,2 manat dəyərində 12 qutu «PalMall» boz markalı siqareti, hər qutusunun dəyəri 2,6 manat olan ümumi 31,2 manat dəyərində 12 qutu «PalMall» mentol markalı siqareti, hər qutusunun dəyəri 2,9 manat olan ümumi 5,8 manat dəyərində 2 qutu «LD» kompakt siqareti, hər qutusunun dəyəri 2,6 manat olan ümumi 5,2 manat dəyərində 2 qutu «Rotmans» siqareti, bir ədəd 8,80 manat dəyərində 5 kq çəkidə «Azərşəkər» qənd, hər kiloqramının dəyəri 12 manat olan ümumi 36 manat olan 3 kq çəkidə «Rosko» sosisləri, bir ədəd 10,50 manat dəyərində 2 litrlik «Zolotoy Solnışka» günəbaxan yağı, bir ədəd 8,90 manat dəyərində 2 litr həcmdə «Evim» günəbaxan yağı, hər birinin dəyəri 8,80 manat olan ümumi 44 manat dəyərində 5 ədəd 700 ml-lik «Orqanik» arağı,hər birinin dəyəri 11 manat olan ümumi 77 manat dəyərində 6 ədəd 700 ml-lik «Zakaz» arağı, hər birinin dəyəri 7,50 manat olan ümumi 75 manat dəyərində 10 ədəd 700 ml-lik «Kiyev» arağı, hər birinin dəyəri 5 manat olan ümumi 40 manat dəyərində 8 ədəd 700 ml-lik «İvanovka» şərab içkisi, hər birinin dəyəri 18,80 manat olan ümumi 75,2 manat dəyərində 4 ədəd 1 kq çəkidə «Vest Gold» kərə yağı, hər birinin dəyəri 5,50 manat olan ümumi 55 manat dəyərində 10 ədəd 1 kq çəkidə «Krestyanski» kərə yağı, hər birinin dəyəri 18,80 manat olan ümumi 150,2 manat dəyərində 8 ədəd «Golden Grand» kərə yağı, bir ədəd 11,60 manat dəyərində 1,745 kq çəkidə «Ana-bala» əridilmiş yağ, hər birinin dəyəri 0,70 manat olan ümumi 4,90 manat olan 7 ədəd paket suxarı, hər birinin dəyəri 0,40 manat dəyərində ümumi 3,20 manat olan 8 ədəd «Kriket» suxarı, hər birinin dəyəri 1 manat olan ümumi 4 manat dəyərində 4 paket «Mister Tum» 100 qram günəbaxan tumları, hər birinin dəyəri 0,70 manat olan ümumi 1,40 manat olan 2 paket göy rəngli «Mister Tum» 70 qramlıq günəbaxan tumları, hər birinin dəyəri 1 manat olan ümumi 3 manat olan 3 paket narıncı «Mister Tum» 100 qramlıq günəbaxan tumları, hər birinin dəyəri 4,50 manat olan ümumi 22,50 manat olan 5 ədəd 1 kq çəkidə toyuq məmulatı, hər birinin dəyəri 4,90 manat olan ümumi 49 manat olan 10 ədəd 1 kq çəkidə «Siyəzən broyler» toyuq məmulatı, 1 ədəd 4,40 manat dəyərində 0,994 kq çəkidə «Siyəzən broyler» toyuq məmulatı, hər birinin dəyəri 12 manat olan ümumi 84 manat dəyərində 1,300 kq çəkidə 7 ədəd «Üstdaş» servelat kolbasası, hər birinin dəyəri 12 manat olan ümumi 144 manat dəyərində 12 ədəd «Zakaz» servelat kolbasası, hər birinin dəyəri 4,50 manat olan ümumi 40,5 manat dəyərində 9 ədəd «Maşa və Medved» şokoladı, hər qutusunun dəyəri 8,80 manat olan ümumi 61,60 manat dəyərində 7 qutu «Beta 500 qram» çayı, hər birinin dəyəri 2,30 manat olan ümumi 4,60 manat dəyərində 2 qutu «Beta 100 qram» çayı, hər birinin dəyəri 3,50 manat olan ümumi 10,50 manat dəyərində 3 qutu balıq konservası, hər birinin dəyəri 3,10 manat olan ümumi 18,60 manat dəyərində 6 ədəd servelat kolbasa, hər birinin dəyəri 0,60 manat olan ümumi 1,80 manat dəyərində 3 cüt əlcək, hər birinin dəyəri 0,50 manat olan ümumi 2,50 manat dəyərində 3 ədəd «Gilette» lezvası, hər blokunun dəyəri 39 manat olan ümumi 234 manat dəyərində 6 blok «Sobraniye» markalı siqareti, hər birinin dəyəri 10 manat olan ümumi 100 manat dəyərində 10 ədəd «Sim» danışıq kartları, hər birinin dəyəri 5 manat olan ümumi 120 manat dəyərində 25 ədəd «Sim» danışıq kartları, hər birinin dəyəri 5 manat olan ümumi 40 manat dəyərində 8 ədəd «Cin» danışıq kartları, hər birinin dəyəri 5 manat olan ümumi 300 manat dəyərində 60 ədəd «Sim» danışıq kartları, hər birinin dəyəri 2 manat olan ümumi 26 manat dəyərində 13 ədəd «Nar» danışıq kartları, 150 manat nağd pul, hər birinin dəyəri 7,40 manat olan ümumi 51,8 manat dəyərində 7 ədəd «Heald Şhoulders» şampunu, hər birinin dəyəri 7,10 manat olan ümumi 142 manat dəyərində 20 ədəd «Pantene» şampunu oğurlanmış və baş vermiş oğurluq nəticəsində mənə ümumilikdə 2350 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Güzdək qəsəbəsində Zərərçəkmiş şəxs ərzaq mağazası vardır, həmin mağazada ərzaq və qeyri ərzaq malları satışı ilə məşğul olur və həmin mağazada satıcı işləyir. 14 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil telefona zəng vuraraq mağazadan oğurluq olduğunu bildirmiş, bundan sonra mağazaya gəldikdə mağazanın içərisinin dağınıq olduğunu görmüş,mağazaya baxış zamanı məlum olmuşdur ki, mağazadan 150 manat nəğd pulu, 400 manat dəyərində Azərsell, Baksell və Nar konturları, 200 manat dəyərində Siyəzən broyler toyuqları, 350 manat dəyərində müxtəlif markalı ( Kiyyev, Orqaniq, İvanovka) spirtli içkiləri, 800 manat dəyərində müxtəlif markalı (Kent, Klassik, Sobrani, Keno) siqaretləri, 300 manat dəyərində kolbasaları və 150 manat dəyərində şampunları naməlum şəxs tərəfindən oğurlamışdır. Bundan sonra mağazada quraşdırılmış kameraya baxdıqda məlum olmuşdur ki, qəsəbədə yaşayan Təqsirləndirilən şəxs mağazanın qapısını sındıraraq, oradan mağazaya daxil olur və oradan əmlakı gizli olaraq talayır. Belə olduqda Zərərçəkmiş şəxs bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə əmtəəşünaslıq ekspertizası qərarına əsasən ekspertin xx.xx.2022-ci il tarixli, 9/1122 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 2022-ci ilin yanvar ayına – Bir blok «Kent 8» markalı siqaret 37 manat Bir blok «Prima» markalı siqaret 21 manat Bir blok «Classis» markalı siqaret 23 manat Bir blok «LD» markalı siqaret 29 manat İki blok «Keno» markalı göy rəngli siqaret 52,5 manat Bir blok «Keno» qırmızı markalı siqaret 33,6 manat Bir blok «PalMall» boz markalı siqaret 31,2 manat Bir blok «PalMall» mentol markalı siqaret 31,2 manat İki qutu «LD» markalı göy rəngli siqaret 5,2 manat İki qutu «Rotmans» markalı göy rəngli siqaret 5,2 manat olmaqla ümumi dəyəri 269.50 manat müəyyən edilmişdir. Komisyon ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1082 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqlı hesab olunur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 67.1 və 68.1ci maddələrinə əsasən 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına və 3300 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. təyin edilib CM-nin 68.2 maddəsinə əsasən cərimə cəzası müstəqil olaraq icra edilmişdir. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.11-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 22 gün hissəsindən şərti azad edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 21-2/3-2890 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmü ilə təyin edilmiş 3300 manat miqdarında cərimə cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 7(012)-55/2014 saylı qərarı ilə aylıq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla, 01 il 11 ay 09 gün müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, 28 May – Respublika günü ünasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Qərarının 1.5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş aylıq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla, 01 il 11 ay 09 gün müddətinə islah işləri cəzasından azad edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X5 barəsindəki cinayət işi üzrə icraaat təzələnərək, istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X5 MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış bir blok «Kent 8» markalı siqaret, bir blok «Prima» markalı siqaret, bir blok «Classis» markalı siqaret, bir blok «LD» markalı siqaret, iki blok «Keno» markalı göy rəngli siqaret, bir blok «Keno» qırmızı markalı siqaret, bir blok «PalMall» boz markalı siqaret, bir blok «PalMall» mentol markalı siqaret, iki blok «LD» markalı göy rəngli siqaret, iki qutu «Rotmans» markalı göy rəngli siqaret, bir ədəd 5 kq çəkidə «Azərşəkər» qənd, bir ədəd 3 kq çəkidə «Rosko» sosisləri, bir ədəd 2 litrlik «Zolotoy Solnışka» günəbaxan yağı, bir ədəd 2 litr həcmdə «Evim» günəbaxan yağı, bir ədəd 700 ml-lik «Orqanik» arağı, bir ədəd 700 ml-lik «Zakaz» arağı, bir ədəd 700 ml-lik «Kiyev» arağı, bir ədəd 700 ml-lik «İvanovka» şərab içkisi, bir ədəd 1 kq çəkidə «Vest Gold» kərə yağı, bir ədəd 1 kq çəkidə «Krestyanski» kərə yağı, birədəd «Golden Grand» kərə yağı, bir ədəd 1,745 kq çəkidə «Ana-bala» əridilmiş yağ, 7 ədəd paket suxarı, 8 ədəd «Kriket» suxarı, 4 paket «Mister Tum» günəbaxan tumları, 2 paket göy rəngli «Mister Tum» günəbaxan tumları, 3 paket narıncı «Mister Tum» günəbaxan tumları, 3 ədəd 1 kq çəkidə toyuq məmulatı, 3 ədəd 1 kq çəkidə «Siyəzən broyler» toyuq məmulatı, 1 ədəd 0,994 kq çəkidə «Siyəzən broyler» toyuq məmulatı, 1 ədəd «Üstdaş» servelat kolbasası, 6 ədəd «Rosko» və «Zakaz» servelat kolbasası, 9 ədəd «Maşa və Medved» şokoladı, 3 ədəd «Kruis» yumurta şokoladı , bir blok «Kent 8» markalı siqaret, bir blok «Prima» markalı siqaret, bir blok «Classis» markalı siqaret, bir blok «LD» markalı siqaret, iki blok «Keno» markalı göy rəngli siqaret, bir blok «Keno» qırmızı markalı siqaret, bir blok «PalMall» boz markalı siqaret, bir blok «PalMall» mentol markalı siqaret, iki blok «LD» markalı göy rəngli siqaret, iki qutu «Rotmans» markalı göy rəngli siqaret ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi ilə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün olmaqla, cəmi 03 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut tanınmış bir blok «Kent 8» markalı siqaret, bir blok «Prima» markalı siqaret, bir blok «Classis» markalı siqaret, bir blok «LD» markalı siqaret, iki blok «Keno» markalı göy rəngli siqaret, bir blok «Keno» qırmızı markalı siqaret, bir blok «PalMall» boz markalı siqaret, bir blok «PalMall» mentol markalı siqaret, iki blok «LD» markalı göy rəngli siqaret, iki qutu «Rotmans» markalı göy rəngli siqaret, bir ədəd 5 kq çəkidə «Azərşəkər» qənd, bir ədəd 3 kq çəkidə «Rosko» sosisləri, bir ədəd 2 litrlik «Zolotoy Solnışka» günəbaxan yağı, bir ədəd 2 litr həcmdə «Evim» günəbaxan yağı, bir ədəd 700 ml-lik «Orqanik» arağı, bir ədəd 700 ml-lik «Zakaz» arağı, bir ədəd 700 ml-lik «Kiyev» arağı, bir ədəd 700 ml-lik «İvanovka» şərab içkisi, bir ədəd 1 kq çəkidə «Vest Gold» kərə yağı, bir ədəd 1 kq çəkidə «Krestyanski» kərə yağı, birədəd «Golden Grand» kərə yağı, bir ədəd 1,745 kq çəkidə «Ana-bala» əridilmiş yağ, 7 ədəd paket suxarı, 8 ədəd «Kriket» suxarı, 4 paket «Mister Tum» günəbaxan tumları, 2 paket göy rəngli «Mister Tum» günəbaxan tumları, 3 paket narıncı «Mister Tum» günəbaxan tumları, 3 ədəd 1 kq çəkidə toyuq məmulatı, 3 ədəd 1 kq çəkidə «Siyəzən broyler» toyuq məmulatı, 1 ədəd 0,994 kq çəkidə «Siyəzən broyler» toyuq məmulatı, 1 ədəd «Üstdaş» servelat kolbasası, 6 ədəd «Rosko» və «Zakaz» servelat kolbasası, 9 ədəd «Maşa və Medved» şokoladı, 3 ədəd «Kruis» yumurta şokoladı , bir blok «Kent 8» markalı siqaret, bir blok «Prima» markalı siqaret, bir blok «Classis» markalı siqaret, bir blok «LD» markalı siqaret, iki blok «Keno» markalı göy rəngli siqaret, bir blok «Keno» qırmızı markalı siqaret, bir blok «PalMall» boz markalı siqaret, bir blok «PalMall» mentol markalı siqaret, iki blok «LD» markalı göy rəngli siqaret, iki qutu «Rotmans» markalı göy rəngli siqaret ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 gün olmaqla, cəmi 03 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut tanınmış bir blok «Kent 8» markalı siqaret, bir blok «Prima» markalı siqaret, bir blok «Classis» markalı siqaret, bir blok «LD» markalı siqaret, iki blok «Keno» markalı göy rəngli siqaret, bir blok «Keno» qırmızı markalı siqaret, bir blok «PalMall» boz markalı siqaret, bir blok «PalMall» mentol markalı siqaret, iki blok «LD» markalı göy rəngli siqaret, iki qutu «Rotmans» markalı göy rəngli siqaret, bir ədəd 5 kq çəkidə «Azərşəkər» qənd, bir ədəd 3 kq çəkidə «Rosko» sosisləri, bir ədəd 2 litrlik «Zolotoy Solnışka» günəbaxan yağı, bir ədəd 2 litr həcmdə «Evim» günəbaxan yağı, bir ədəd 700 ml-lik «Orqanik» arağı, bir ədəd 700 ml-lik «Zakaz» arağı, bir ədəd 700 ml-lik «Kiyev» arağı, bir ədəd 700 ml-lik «İvanovka» şərab içkisi, bir ədəd 1 kq çəkidə «Vest Gold» kərə yağı, bir ədəd 1 kq çəkidə «Krestyanski» kərə yağı, birədəd «Golden Grand» kərə yağı, bir ədəd 1,745 kq çəkidə «Ana-bala» əridilmiş yağ, 7 ədəd paket suxarı, 8 ədəd «Kriket» suxarı, 4 paket «Mister Tum» günəbaxan tumları, 2 paket göy rəngli «Mister Tum» günəbaxan tumları, 3 paket narıncı «Mister Tum» günəbaxan tumları, 3 ədəd 1 kq çəkidə toyuq məmulatı, 3 ədəd 1 kq çəkidə «Siyəzən broyler» toyuq məmulatı, 1 ədəd 0,994 kq çəkidə «Siyəzən broyler» toyuq məmulatı, 1 ədəd «Üstdaş» servelat kolbasası, 6 ədəd «Rosko» və «Zakaz» servelat kolbasası, 9 ədəd «Maşa və Medved» şokoladı, 3 ədəd «Kruis» yumurta şokoladı , bir blok «Kent 8» markalı siqaret, bir blok «Prima» markalı siqaret, bir blok «Classis» markalı siqaret, bir blok «LD» markalı siqaret, iki blok «Keno» markalı göy rəngli siqaret, bir blok «Keno» qırmızı markalı siqaret, bir blok «PalMall» boz markalı siqaret, bir blok «PalMall» mentol markalı siqaret, iki blok «LD» markalı göy rəngli siqaret, iki qutu «Rotmans» markalı göy rəngli siqaret ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar