Məhkəmə qərarları › İş №1(012)-378/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-378/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-378/2025 26.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Zabit oğlunun, Zərərçəkmiş şəxs-iddiaçı Zərərçəkmiş şəxs2 Cəmaləddin qızının nümayəndəsi Şahid1 Nazım qızının, Zərərçəkmiş şəxs –iddiaçı Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1972-ci ildə Naxçıvan MR Culfa rayonu Dəhli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan MR-sı Babək rayonu Dəhli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi “Can Təpə” yaşayış massivində yaşayan, barəsində «polisin nəzarəti altına vermə qismində" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, Zərərçəkmiş şəxs1 ev tikmək üçün mülkiyyətlərində torpaq sahəsi olmadığı halda Abşeron rayonu, Masazır qəsəbəsində 1,5 sot torpaq sahəsində 1-ci mərtəbəsi iaşə obyektini olmaqla iki mərtəbəli evi 25000 manata inşa etdirib vaxtında təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq bu niyyətlə Zərərçəkmiş şəxs1 2023-cü ilin aprel ayının əvvəllərində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «A+» marketin qarşısında idarə etdiyi «Mercedes G klass» markalı avtomobilin salonunda 3000 manat, 07 iyun 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı notariat ofisində 9000 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 12.000 manat pulu alıb ələ keçirərək görüntü üçün yalandan podrat müqaviləsi bağlayaraq vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, Zərərçəkmiş şəxs2 Cəmaləddin qızına ev tikmək üçün mülkiyyətlərində torpaq sahəsi olmadığı halda Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə ərazisində olan boş torpaq sahəsini göstərməklə orada fərdi ev inşa edib təhvil verəcəklərinə dair yalan vəd verib aldadaraq, Ofeliya Bağırovadan xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat ofisində görüntü üçün bağladıqları podrat müqaviləsi əsasında 9000 manat, 2023-cü ilin iyun ayının ortalarında Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə ərazisində 800 manat və həmin ilin iyun ayının ortalarında eyni ərazidə 200 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 10.000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkənlərdən heç birini aldatmaq fikri olmayaıb, Şahid2 torpağı olub, zərərçəkənlər üçün ev tikilməli idilər,verilən pulların ona aidiyyatı olmayıb, pullar İlqara verilib, Vüsalənin verdiyi puldan İlqar ona 300 manat pul vermiş, sonra da o, həmin pulu İlqara qaytarmışdır, Zərərçəkmiş şəxs2 verdiyi puldan isə ona 200 manat çatmış, o da həmin pulu iki dəfəyə özlərinə qaytarmışdır. Sadəcə olaraq o da İlqarın yanında olub, birlikdə notariusa gediblər. İddia tələblərini qəbul etmir,ziyanı ödəmək niyyətində deyil.Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin sentyabr ayında Abşeron rayonu,Masazır qəsəbəsində Çıraqlı marketin yaxınlığında 100 manata icarəyə yer götürüb ev-alqı satqısı ilə məşğul olmağa başlamışdır.Həmin ərəfədə Şahid2 ofisə gəlib demişdir ki, özü ev tikib satmaqla məşğul olur, hazırda Masazır qəsəbəsində Can Təpə adlanan ərazidə və 6 saylı orta məktəbin yaxınlığında satışa çıxartdığı evlər vardır, həmin evləri satmaq üçün müştəri tapsın.Birlikdə gedib evlərə baxmış, ünvanlarını öyrənmişdir. Təxminən 2022-ci ilin avqust ayında Vüsalə adlı xanım ona ev alınması üçün müraciət etmiş və onun makler kimi köməklik etməyi səbəbindən Masazır qəsəbəsində 39000 manata ev almışdır. Vüsalə onun ona ev tapmağı üçün 100 manat pul vermiş, lakin Vüsalə yerlisi olduğu üçün 100 manat pulu ondan almamışıdr.Bir müddət sonra 2023-cü ili aprel ayında Vüsalə onun ofisinə gəlmiş və özü üçün ev tikmək məqsədi ilə Masazır qəsəbəsində topaq istəmişdir.O, Vüsaləyə demişdir ki, hazırda onda satdıq torpaq yoxdur, tanışı İlqar adlı maklerdə torpaq sahəsi vardır, istəsə İlqarla tanış edə bilər. Həmin gün o, Vüsaləni İlqarla tanış etmiş və bir yedə İlqarın satmış olduğu Masazır qəsəbəsində yerləşən torpaq sahəsinə getmişlər. Torpaq sahəsi ümumi 4 sot olmuş, içərsində biri iki otaqlı, digəri isə iki otaqla evin bünovrəsi qoylmuşdur.Danışığa əsasən İlqar Vüsalə ilə belə razılığı gəlmişlər ki, 25.000 manat pulun müqabilində 1,2 ha torpaq sahəsinin içərisində iki otaqlı evi tam tikib təmirli vəziyyətdə təhvil verilməli olmuşdur. Beləliklə, ilkin ödəniş 10000 manat, aylıq ödəniş isə hər ay 400 manat ödənilməli olmuşdur. Bundan sonra oradan onun ofisinə gəlmiş və Vüsalə onun yanındı beh kimi 3000 manat pulu İlqara vermiş və yerdə qalan 7000 manat pulu isə bir müddət sonra ödəyəcəyinə söz vermişdir. Bir ay keçdikdən sonra o, İlqar və Vüsalə birlikdə Xırdalan şəhərində yerləşən 2 saylı notoriat ofisində görüşmüş və orada İlqarla Vüsalə 9000 manat pulun verilməsinə dair podrat müqaviləsi bağlamışlar. Həmin gün İlqar ona 300 manat pul vermişdir. Həmin pulu da sonradan İlqar ondan borc olaraq istəmiş və həmin pulu İlqarın özünə qaytarmışdır.Bundan sonra onun olanlardan xəbəri olmamışdır.Bir müddət sonra Vüsalə onunla əlaqə saxlayıb İlqarın evi tikmədiyini, işlərin getmədiyini bildirmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 ona müraciət edib Masazır qəsəbəsi Can Təpə olan ərazidə torpaq sahəsi istəmiş və o, İlqarın vasitəsi ilə onlara 1,5 ha torpaq sahəsini göstərmişdir. Ofeliyi Bağırova özləri İlqarla danışıb razılaşmışdır. Razılaşmaya əsasən 20000 manat pulun müqabilində iki otaqlı tam təmirli evi tikilib təhvil verilməli olmuşdur.Bunun müaqabilində Zərərçəkmiş şəxs2 tərəfindən İlqara ümumilikdə 9000 manat pulun verilməsinə dair Xırdalan şəhərində yerləşən 2 saylı notoriat ofisində podrat müqaviləsi bazlanmışdır.Bundan sonra Ofeliyanın əri tərəfindən ona 200 manat pul verilmişdir. Ondan sonra o, Naxçıvana getmiş, qayıdıb gələndə isə Zərərçəkmiş şəxs2 torpaq sahəsində tikinti işləri getdiyini görmüşdür. Lakin Ofelyanın əri tikintinin yarımcıq qaldığını, İlqarla danışıb pullarını geri qaytaracağı barədə razılaşdıqlarını bildirmişdir. Bir müddət sonra Ofelyanının əri ona verdiyi 200 manatı geri istəmiş və o, iki dəfəyə həmin pulu onların kart hesablarına göndərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs2 Cəmaləddin qızının nümayəndəsi Şahid1 Nazım qızı ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun anasıdır.Təxminən 2023-cü may ayının sonlarında Natiq və İlqar adlı şəxslər atası Nazim Bağırvova və ona 20000 manat müqabilində Masazır qəsəbəsi Can Təpə adlanan ərazidə torpaq sahəsində fərdi ev tikib verəcəklərini vəd etmişlər. Aralarındakı razılaşmaya əsasən İlqara Natiqə əvvəlcə 10000 manat ödənəcəkdi, 2023-cü ilin sentyabr ayında onlar evi tam hazır vəziyyətdə onlara təhvil verəndən sonra qalan 10000 manat ödəyəcəkdilər. xx.xx.2023-cü il tarixdə İlqar, Natiq, anası Ofelya və qardaşı Fərrux, o və atası Nazim Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat kontoruna getmişlər. Orada onunla İlqar arasında 10000 manata dair podrat müqaviləsi imzalanmış və İlqara 9000 manat pul vermiş, 120 manat da notariat kontoruna pul ödəmişlər. Orada Natiq və İlqardan torpağın sənədini istəmiş, Natiq də demişdir ki, torpağın sənədini yaxın günlərdə ofisdə göstərəcəklər. Əlavə olaraq soruşmuşlar ki, evin bünövrəsi nə vaxt qoyulacaq, Natiq də demişdir ki, yaxın günlərdə Naxçıvana gedəcək, bir həftəyə qayıdandan sonra işlərə başlayacaqlar. Bir həftə tamam olandan sonra atası Natiqə zəng vurub işin nə yerdə olmasını soruşmuş, sonuncu da demişdir ki, hələ Naxçıvandan gəlməyib, gələn kimi işə başlayacaqdır. Deyilən vaxt keçəndən sonra atası Natiq və İlqarla telefon əlaqəsi saxlamış və işin nə yerdə olmasını soruşmuş, İlqar və Natiq demişlər ki, bünövrə tökülüb, atası torpaq sahəsinə gedib baxmış, görmüşdür ki, evin bünövrəsi qoyulub, bundan sonra İlqar atasından əlavə olaraq 3000 manat pul istəmiş, atası 800 manat pulu İlqara 2023-cü ilin iyun ayında torpağın yerləşdiyi yerdə vermişdir. Bundan başqa Natiq atasından makler pulu istəmiş, atasıNatiqə həmin ərəfədə ofisində 200 manat pul vermişdir. Bir müddət sonra atası Nazim həmin yerə gedib baxanda görüb ki, İlqargil tikinti işlərini aparır. Həmin ərəfədə onlara məlum olmuşdur ki, İlqar onlar üçün tikdiyi evi başqa şəxsə satmışdır. Bundan sonra onlar sentyabr ayına kimi gözləmiş, lakin İlqar onlara evi təhvil verməmiş, onlar Natiqlə əlaqə saxlamış, sonuncu da demişdir ki, evi onlar üçün tikir. Lakin bir müddət sonra İlqar onlara demişdir ki, İcra Hakimiyyətindən icazə vermirlər, sənədləri qaydasında deyil, atası da Natiqlə əlaqə saxlamış, sonuncu da demişdir ki, narahat olmasın ev tikilib təhvil veriləcəkdir.Atası İlqardan pulunu tələb etdikdə sonuncu bildirmişdir ki, ona xx.xx.2023-cü il tarixədək vaxt versinlər, onlar da vaxt vermiş, həmin vaxt tamam olanda İlqar onların pulunu verməkdən imtina edib müxtəlif bəhanələr gətirmişlər. Sonradan məlum oldu ki, İlqar və Natiq onların pulunu dələduzluq yolu ilə ələ keçirmişlər. Odur ki, iddia tələbinin təmin edilməsini və ədalətli məhkəmə qərarı qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs-iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır kəndi X7 küçəsi 119 ünvanında 300 manata icarəyə obyek götürüb işlədir, orada parfumeriya mallarının satışı ilə məşğul olur. 2022-ci ilin avqust ayında qərara gəlmişdir ki, özü üçün Abşeron rayonu Masazır qəsəbəsində ev alsın. Bunun üçün sosial şəbəkədə elanlara baxmağa başlamışdır. Elanlardan birini yerləşdirən Natiq adlı maklerin yerləşdiyi evin videogörüntüsünə baxmış, həmin ev xoşuna gəldiyi üçün Natiq adlı şəxslə əlaqə saxlayıb evə baxmış, ev xoşuna gəldiyi üçün evi 39000 manata almışdır. Bundan sonra Natiqlə münasibəti yaranmış, sonuncu özünü ona Naxçıvanlı kimi təqdim etmişdir. 2023-cü ilin aprel ayında qərara gəlmişdir ki, özü üçün Abşeron rayonu Masazır qəsəbəsində torpaq sahəsi alsın, orada gözəllik salonu tikmək istəmişdir. Bunun üçün Natiqə müraciət etmiş, sonuncu da ona demişdir ki, onun şəriki və xala oğlusunda istədiyi obyekti tikmək üçün torpaq vardır. Onu İlqar adlı şəxslə tanış etmiş və o, İlqar, Natiq torpağın yerləşdiyi yerə getmişlər. Torpaq sahəsi Abşeron rayonu Masazır qəsəbəsində çox əlverişli yerdə yerləşir, torpaq sahəsinin ümumi ölçüsü 10 sota yaxın olmuş, onlar torpaq sahəsinə baxdıqda 1 sotunun içərisində onun üçün İlqar və Natiq 2 mərtəbəli obyekt tikməyə razılaşmışlar, onlara 25000 manat pul verməli olmuş, 3 ay ərzində də obyekt tam tikilərək ona təhvil verilməli olmuşdur. Təxminən 2023-cü ilin aprel ayının əvvələrində o, rəfiqəsi Yaqut, Natiq və İlqarla Masazır qəsəbəsində yerləşən A+ marketin qarşısında görüşmüş, həmin vaxt İlqara 3000 manat pulu İlqarın idarə etdiyi Mercedes G klass modelli avtomobilin salonunda vermiş, hətta həmin vaxt pul qabını İlqarın avtomobilində unutmuş, elə başa düşmüşdür ki, pul qabını itirmiş, bununla bağlı da DİN-nin 102-xidmətinə şikayət etmişdir. Sonradan İlqar özü pul qabını tapıb gətirib vermişdir. Təxminən 1 ay sonra İlqar ona zəng vuraraq demişdir ki, ona verdiyi 3000 manat pul işi başlamaq üçün kifayət etmir və əlavə 10000 manat pul istəmişdir. O da 9000 manat pul düzəldib İlqara 2023-cü ilin iyun ayında Abşeron rayonu Xırdalan şəhərində yerləşən 2 saylı notariat kontorunda podrat müqaviləsi ilə vermişdir. Həmin vaxtda İlqar ona söz vermişdir ki, 1 aya obyekti təhvil verəcəkdir. Həmin vaxt tamam olanda görmüşdür ki, İlqar heç bir iş görməyib, o da sonuncudan pulunu istəmiş, o, isə müxtəlif bəhanələr gətərib pulunu qaytarmaqdan boyun qaçırmağa başlamışdır. O hazırda pulunu tələb, iddianın təmin edilməsini və ədalətli məhkəmə qərarı qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Natiq demişdir ki, onun qohumu Vüsalə 0.5 ha torpaq sahəsinin içərisində salon tikdirmək istəyir. Bundan sonra Natiqin işlədiyi ofisə getmiş, orada Vüsalə adlı qadınla görüşmüş, bir az sonra oraya Müqabil gəlmişdir. Vüsalə demiş ki, onun 9000 manat pulu var, o da ona demiş ki, yerə baxmısınızmı, Vüsalə demişdir ki, Natiq ona yeri göstərib, ora onun xoşuna gəlmişdir. Bundan sonra o, Vüsalə və Natiq torpağın yerləşdiyi yerə getmiş, torpağın yerləşdiyi yerdə Vüsalə obyektin tikiləcəyi yeri göstərmiş və bildirmişdir ki, 4500 manat ilkin ödəniş edə bilər. O Vüsaləyə demiş ki, onun qeyd etdiyi salonu tam təmirli tikib təhvil verməyi üçün 25000 manat pul lazımdır. Vüsalə demiş ki, bankdan pul götürüb ona verəcəkdir. Səhərisi gün Vüsalə ona 4500 manat pulu Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Kapital bank terminalından çıxardıb A+ marketin qarşısında vermişdir. Bundan sonra Natiq ona demiş ki, Vüsalədən aldığı puldan ona 1000 manat pul versin. O da qeyd olunan məbləğdə pulu vermişdir. Vüsalədən aldığı puldan 1500 manatını Müqabilə şəriki olduğu üçün vermişdir. Yerdə qalan puldan 500 manatını fəhləyə vermiş ki, tikiləcək obyektin bünövrəsini qazsın, digər işlərə başlamaq üçün Vüsalədən pul istəmiş, sonuncu da hazırda əlində pulunun olmadığını və yaxın günlərdə pulu verəcəyini demişdir. Təxminən 45 gün sonra Natiq ona zəng vuraraq demiş ki, onun işlədiyi ofisə getsin. Oraya getdikdə görmüşdür ki, ofisdə yaşlı qadın və kişi vardır. Natiq onları ona Vüsalənin valideynləri kimi təqdim etmişdir. Vüsalənin atası ona 4500 manat pul vermiş,o da demişdir ki, pul azdır bu pula iş görə bilməz. Vüsalənin anası isə ona demiş ki, təxminən 10-15 günə ona əlavə 15000 manat pul verəcəkdir. O da sonuncularla razılaşdıqdan sonra 4500 manat pulu götürüb Vüsalə, Natiq və o, 2 saylı notariat kontoruna getmişlər. Orada onunla Vüsalə arasında podrat müqaviləsi imzalanmışdır. Bundan sonra Müqabillə görüşüb ona demiş ki, Vüsalə ilə müqavilə imzalamışlar. Vüsalənin atasından aldığı puldan 2000 manatını Müqabilə vermişdir. Vüsaləni təxminən 1 aya yaxın gözləmiş, lakin onun pulunu verməmişdir. Vüsalə bildirmişdir ki, onun işləri zəifdir və ona verdikləri pullarını geri istəmişdir. Bundan sonra Müqabil Vüsalənin anası ilə danışıb demiş ki, «biz belə danışmamışıq, vaxt versin ki, torpağı başqa adama sataq», Vüsalənin anası isə Müqabilə demiş ki, ona 13000 manat borcları var. Müqabil demiş ki, Vüsalə onlara 9000 manat pul verib, Vüsalənin anası isə demiş ki, qalan pul faizdir. Bundan sonra Natiq İldırım adlı şəxsi müştəri kimi onunla ofisin yanında yerləşən çayxanada görüşdürmüş, həmin vaxt İldırım yaşlı bir nəfər kişi ilə gəlmişdir. Onun da yanında Müqabil olmuş , çayxanada həmin müştərilər Müqabillə söhbət etmişlər. İldırım 2 mərtəbəli fərdi yaşayış evi almaq istədiyini demişdir. Müqabil onlara demiş ki, heç bir problem yoxdur, istədikləri evi onlara tikib təhvil verəcəkdir. İldırım istədiyi evi hansı məbləğə tikib təhvil verəcəyimini soruşmuş, Natiqlə o İldırıma 95000 manata evi tikəcəklərini bildirmişlər. İldırım həmin qiymətlə razılaşmadığı üçün Müqabil ona endirim edib 85000 manata evi 2,5 sotun içərisində tikəcəklərini bildirmişdir.Təxminən 3 günə yaxın onların söhbətləri davam etmiş, İldırım torpaq sahəsinin onun xoşuna gəlmədiyini bildirmişdir. Bundan başqa Ofelyadan 9000 manat pul almış, 1000 manatını Natiqə vermişdir. Onlar üçün Cantəpə ev tikmiş, ev sonuncuların xoşuna gəlməmiş, demişlər bu proyekti istəmirlər, evib satıb onların pulunu qaytarsın. Ofelyadan aldığı pulun hamısını tikiliyə vermiş, Ofelyanın 13000 manat borcu qalmışdır. İbtidai istintaqda şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, maklerlik edir, həmçinin fərdi yaşayış evləri tikib satışı ilə məşğul olmuşdur. Təxminən 2 il bundan öncə Rəfail adlı şəxslə tanış olmuş o, ona təklif etmiş ki, şərikinə fərdi yaşayış evləri tikib satsınlar. Rəfaillə 28000 manata Abşeron rayonu 28 May qəsəbəsində 2 sotun içərisində 1 mərtəbəli kürsülü ev almışlar. Ev təmirsiz olmuş, evi almaq üçün 28000 manat pulu o vermiş, onlar razılaşmışlar ki, evin təmir işlərini Rəfail görəcəkdir. Rəfail də razılaşdıqları kimi evi təmir etdirmiş, buna görə 15000 manat xərci çıxmışdır. Həmin evi onlar 59000 manata satmışlar, əldə etdikləri gəliri yarı bölmüşlər. Eyni qayda ilə Rəfaillə təxminən 5-6 fərdi yaşayış evini 28 May qəsəbəsində tikib satmışlar. Təxminən 1 il bundan öncə Rəfaillə o, Abşeron rayonu, Masazır qəsəbəsində Yoncalıq adlanan ərazidə Elçin adlı şəxsdən 3 sotun içərisində təmirsiz yarımtikilini Rəfaillə şərikinə 33000 manata almışlar, həmin torpağın bələdiyyə sənədi olmuş, torpağın pulunu o, özü vermişdir. Elçin təklif etmiş ki, həmin torpaq sahəsinin yanında yerləşən 6 sot torpaq sahəsini alsınlar, Elçin həmin yeri onlara 38000 manata təklif etmişdir. O, da özü Elçinə 38000 manat pul vermiş, Rəfaillə şərikinə torpaq almışlar. Onlar razılaşmışlar ki, torpağın pulunu o, versin, tikinti işlərini isə Rəfail görsün. Elçin onlara torpağı satanda demiş ki, torpağın bələdiyyə sənədi var. Elçinlə onların arasında alqı-satqı olmamış, onlar razılaşmışlar ki, torpağın sənədləri Rəfailinin adına olsun. Onlar torpağı alandan sonra Abşeron rayonu İcra Hakimiyyətinin yaxınlığında işləyən Sakit adlı şəxsə müraciət etmişlər ki, o, onlara köməklik etsin ki, onlar torpağa sənəd alsınlar. Sakit onlara söz vermiş ki, 15000 manat müqabilində torpağa sənəd düzəldəcək, onlar qiymətdə bir az endirim etməyini istəmişlər, Sakit də demiş ki, 12000 manat müqabilində torpağa çıxarış düzəldəcəkdir. Rəfail Sakitə görəcəyi işlərə görə Abşeron rayonu Masazır qəsəbəsində onun yanında 2000 manat beh kimi pul vermişdir. Sakit onlara söz vermiş ki, 3 aya sənədlər düzələcəkdir. Əlavə görüləcək işlərə görə də Sakit ondan təxminən 4000 manat pul istəmiş, o, da Sakitin kartına və əlavə əlbə-əl 4000 manat pul vermişdir. Lakin Sakit 6 ay keçməsinə baxmayaraq torpağa sənəd düzəldə bilməmişdir. Rəfaillə şərikinə Elçindən aldığı 3 sotun içərisində aldıqları evi təmir edib qurtardıqdan sonra Birgül adlı qadına 40000 manata satmışlar, onlar razılaşmışlar ki, Birgül ilkin ödəniş kimi 20000 manat pul verəcəkdir. Qalan məbləği də hissə-hissə ödəyəcəkdir. Birgül ümumilikdə ona hissə-hissə 39000 manat pul vermişdir. Birgüllə aralarında podrat müqaviləsi imzalanmışdır. O Elçindən torpağı alandan sonra orada 2 fərdi yaşayış evlərinin bünövrəsini tökmüşdür. Həmin torpaq sahəsinə gələcəkdə ev tikib satacağı barədə ev alqı-satqısı ilə məşğul olan Natiq adlı şəxsə demişdir ki, əgər kreditlə ev almaq istəyən müştəri olsa ona desin. Əvəllər Natiqlə bir neçə dəfə iş görmüş, belə ki, Natiq ona müştəri tapmış, o, da evləri satıb Natiqə xeyir vermişdir. O, Natiqlə şərikinə Abşeron rayonu Masazır qəsəbəsi Cantəpə adlanan ərazidə ofis götürmüşdür. Natiq ona müştəri tapanda ona hər evə görə 1500-1000 manat pul vermişdir. Təxminən 2022-ci ilin yay aylarında Natiq onu ofisə çağırıb bildirmiş ki, ev almaq istəyən müştəri var. Bundan sonra o ofisə getmiş və orada əvəllər tanımadığı sonradan adının Novruz bildiyi şəxslə rastlaşmışdır. Novruzla söhbət etdikdə o, kredit şərtləri ilə bir mərtəbəli fərdi yaşayış evi almaq istədiyini demişdir. O, da Novruza demiş ki, özünə məxsus olan Abşeron rayonu Masazır qəsəbəsində Can Təpə adlanan ərazidə torpağı var orada onun üçün ev tikib sata bilər. O, novruza bu təklifi etməmişdən öncə Natiq torpağı Novruza göstərmişdir. Buna görə Novruz ona demiş ki, torpağa baxıb yeri onun xoşuna gəlir və ev almaq istəyir. O, da Novruza demiş ki, 45000 manat pulun müqabilində 1.5 sotun içərisində 1 mərtəbəli fərdi yaşayış evini kredit şərtləri ilə inşa edib ona təhvil verə bilər. Novruz ilkin ödəniş kimi əlində 22000 manat pulunun olduğunu bildirmiş hər ayda 500 manat kredit ödəyə biləcəyini demiş, həmçinin bildirmiş ki, əgər evi tez təhvil versə evin pulunu tam məbləğdə ona ödəyəcəkdir və onlar razılaşmışlar. Həmin vaxt Novruz beh kimi 1000 manat pulu Natiqə vermiş və onlar razılaşmışlar ki, 3 gün sonra görüşüb notariat kontoruna getsinlər. Razılaşdıqları kimi 3 gün sonra o, Rəfail və X9 rayonu Xırdalan şəhərində yerləşən 2 saylı notariat kontorunda görüşmüşlər, orada onunla Novruz arasında podrat müqaviləsi imzalanmış və Novruz ona 21000 manat pul vermişdir. Bundan sonra o, Natiqdən Novruzun ona verdiyi 1000 manat behi almadan əlavə olaraq 500 manat pul vermişdir. Ortada qalan 20500 manat pulu da Rəfailnən yarı yarıya bölmüşlər. O və Rəfail Elçindən torpaq alanda Rəfailin əli ilə o, 16000 manat pul götürmüşlər. Novruzdan aldığı puldan 12000 manatını Rəfailin tanışı Nazimə vermişdir. Qalan pula da tikinti materialları almışlar və torpaq sahəsində işləyən ustalara vermişlər. O və Rəfail Novruzun sifarişini yerinə yetirmək üçün torpaq sahəsində qazındı işləri aparmışlar, evin təməlini qoyub beton tökmüşlər. Onlar tikinti işlərinə başlayan zaman bir nəfər əvəllər tanımadığı Ziya adlı şəxs oraya gələrək bildirmiş ki, Elçindən aldığı torpaq sahəsi ona məxsusdur. O, da ona demiş ki, torpağı Elçindən almışdır. Bundan sonra o, Elçinə zəng vurub olanları ona demişdir. Elçin də demiş ki, torpaq sahəsi ona məxsusdur. Bundan sonra Rəfail Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə şikayət etmişdir. Abşeron ravon Polis İdarəsində araşdıma aparılmış, o, Ziyadan sənəd tələb etdik də sonuncu heç bir sənəd təqdim edə bilməmiş və Ziya uzaqlaşmışdır. Bir müddət sonra həmin torpaq sahəsinə Tural adlı şəxs gələrək demiş ki, torpaq sahəsi onundur. O, da Elçinə zəng vurub oraya çağırmış, Elçin gələndən sonra Tural oradan uzaqlaşmışdır. Abşeron rayon Polis İdarəsindən onlara demişlər ki, torpağa çıxarış düzəltdikdən sonra öz işlərini görsünlər. Bir müddət sonra torpaq sahəsinə adı yadında qalmayan şəxs gələrək demiş ki, Elçindən aldığı yarım tikilini o tikdirmişdir. Bundan sonra Sakitin köməkliyi ilə onlar müəyyən etmişlər ki, həmin şəxsin 12 kvadrat metrəyə görə bələdiyyə sənədi var. Sakit onlara demiş ki, narahat olmasınlar o, İcra Hakimiyyətindən icazə almışdır. Bir müddət sonra Sakit onlara demiş ki, torpağın sənədini düzəltikdən sonra işə başlasınlar, bundan sonra o, torpağın yerləşdiyi ərazini hasara almış, bir müddət sonra torpaq sahəsinə gəldikdə görmüş ki, hasarı söküblər. Bundan sonra o, qohumu Namiqə demiş ki, o, Elçin adlı şəxsdən torpaq alıb, gündə bir adam gəlir ki, torpaq güya onundur, ona kömək etməsini xahiş etmişdir. Namiq də ona demiş ki, axşam görüşüb söhbət edəcəkdir. Bundan sonra o, işlərini aparan Ceyhunla birlikdə Namiqlə görüşmək üçün Müşviq qəsəbəsində yerləşən Vüsal şadlıq evinə getmiş və orada Namiqlə söhbət edib olanları bir daha ona bildirmişdir. Namiq də demiş ki, onun bir nəfər tanışı var onun əli hər yerə girir ona köməklik edəcəkdir. Onun yanında Namiq Müqabil adlı şəxsə zəng vurub ona dediklərini Müqabilə danışmışdır. Müqabildə Namiqə demiş ki, ona köməklik edə bilər. Bundan 2 gün sonra o, Müqabilə zəng vurub görüşmək istədiyini bildirmişdir. Müqabillə razılaşmış ki, torpaq sahəsinin yerləşdiyi yerdə görüşsünlər. Onlar razılaşdıqları yerdə o, Müqabil, Natiq, Namiq, Rəfail və digər adları yadında qalmayan şəxslərlə görüşmüşdür. Həmin vaxt Müqabil ondan torpağı kimdən və necə aldığını soruşmuş o, də ona olanları danışmışdır. Müqabil onlara demiş ki, onun bütün dövlət qurumlarında adamları vardır. Bundan sonra Müqabil və o, Sakitlə görüşmüş, Müqabil ondan soruşmuş ki, sənəd nə vaxt düzələcəkdir. O, da Müqabilin yanında Sakitə demiş ki, torpağın sənədi düzəlməsə oraya çəkdiyi bütün xərcləri ondan alacaq, Sakit də söz vermiş ki, torpağın sənədini o, düzəldəcəkdir. Hətta təklif etmiş ki, torpağın sənədini Müqabilin adına düzəldəcəkdir. Müqabil Sakitə demiş ki, onlar orada iş görə bilərmi, Sakit də demiş ki, iş görə bilərlər. Səhərisi gün onlar işə başlamışlar, həmin vaxt yenə də Ziya torpağın yerləşdiyi yerə gəlmiş, yenə də mübahisə baş vermiş, Ziya onlardan polisə şikayət etmişdir. Bundan sonra onlar polis idarəsinə getmişlər, orada Ziya uzaqlaşmışdır. Bir müddət sonra Ziya yoxa çıxmışdır. Bundan sonra onlar öz işlərini görməyə başlamışlar, iş gedə-gedə Rəfail demiş ki, torpaq sahəsinə Tahir adlı şəxs gəlib deyib ki, torpaq onundur və ev ona məxsusdur. Bundan sonra o, Müqabilə demiş və onlar bir yerdə torpağın yerləşdiyi yerə getmişlər. Torpaq sahəsində Müqabil Tahirə demiş ki, torpağı o alıb, o, polisə şikayət etmiş, orada araşdırma aparıldıqdan sonra da Tahirgil uzaqlaşmışlar. Bundan sonra yenə də öz işlərini görməyə başlamışlar. Həmin ərəfədə Tahir və İlqar adlı şəxslər torpaq sahəsinin yerləşdiyi yerə gəlib iddia etmişlər ki, güya torpaq onlara məxsusdur. Müqabildə həmin şəxslərə demiş ki, torpaq onundur, bundan sonra onlar Polis idarəsinə gəlmişlər, orada da onlara demişlər ki, gedib işlərini görsünlər. Bundan sonra onlar öz işlənə davam etmişlər. Təxminən bir neçə gün sonra Birgül ona zəng vuraraq demiş ki, Ziya adlı şəxs evə gələrək özünü orada yandırıb, usataların birini də vurmuşdur. Hətta evin polunu yandırmışdır. Bundan sonra o, Müqabillə birlikdə həmin evə getmiş, orada Rəfail, Natiq və Ceyhun olmuşdur. Onlar görmüşlər ki, Ziya özü ilə 3 nəfər əvəllər tanımadığı qadınları gətirib evə və bildirir ki, ev onundur və evdən çıxmaq istəmir. Bundan sonra onun anası da həmin evə gəlib demiş ki, evi o, tikib xərc çəkmişdir. Sonuncular ondan polisə şikayət etmiş, orada araşdırma aparılanda onlara demişlər ki, sənədlərini düzəldib işə başlasınlar. Müqabil onun bütün işlərində köməklik etdiyi üçün o, ona demiş ki, onun yanında olsun, onu bütün dövlət qurumları tanıdığı üçün hamı ona hörmət etmişdir. Rəfail ona demiş ki, o, Müqabildən uzaqlaşsın, o, da ondan səbəbini soruşduqda o, da demiş ki, Müqabil bütün işlərini bilir ona problem olacaqdır. Əgər o, Müqabillə işləyəcəksə Rəfail işdən uzaqlaşcaqdır. O, da Rəfailnən ayrılmış, həmin vaxt Rəfailin onda 48000 manat pulu qalmışdır. Rəfail orta da olan mayadan pul götürüb qızı üçün X11 adlanan ərazidə torpaq alıb ev tikdirmiş, bıından sonra o, Müqabillə işləməyə başlamışdır. Həmin ərəfədə Natiq ona və Müqabilə demiş ki, Aygün adlı qadın 2 otaqlı fərdi yaşayış evi almaq istəyir və müştərini torpağın yerləşdiyi yerə gətirdi. Aygünü mən və Müqabil qarşıladı, sonra isə Rəfail oraya gəldi. Aygün dedi ki, 1 sotun içərisində 2 otaqlı təmirli ev almaq istəyir. O da Aygünə demiş ki, 28000 manatın müqabilində ona ev tikib təhvil verə bilər. Aygün də demiş ki, fikirləşib məlumat verəcəkdir. Təxminən 3 gün sonra Natiq onu çağırmış, oraya Rəfaillə birlikdə getmişdir. Həmin vaxt ofisə Aygün gəlmiş, Natiq ona demişdir ki, Aygünün 12500 manat pulu var, qalan pulunu kreditlə ödəyəcəkdir. O da onunla razılaşmış, bundan 2 gün sonra Xırdalan şəhərində yerləşən 2 saylı notariat kontoruna getmiş, orada Aygünlə aralarında podrat müqaviləsi imzalanmış, sonra həmin puldan 1200 manatını Natiqə vermişdir. Qalan puldan Rəfailə şərikinə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən gölün yaxınlığındaki, 0.77 ha torpaq sahəsinin içərisində yerləşən fərdi yaşayış evinin təmirinə 8000 manat pul qoymuşlar. Həmin evin bələdiyyə sənədi Natiqin adınadır. Bundan sonra Natiq demişdir ki, bir nəfər qadın müştəri var, həmin qadın onun qohumudur. Natiq demişdir ki, onun qohumu Vüsalə 0.5 ha torpaq sahəsinin içərisində salon tikdirmək istəyir. Bundan sonra Natiqin işlədiyi ofisə getmiş, orada Vüsalə adlı qadınla görüşmüş, bir az sonra oraya Müqabil gəlmişdir. Vüsalə demiş ki, onun 9000 manat pulu var, o da ona demiş ki, yerə baxmısınızmı, Vüsalə demişdir ki, Natiq ona yeri göstərib, ora onun xoşuna gəlmişdir. Bundan sonra o, Vüsalə və Natiq torpağın yerləşdiyi yerə getmiş, torpağın yerləşdiyi yerdə Vüsalə obyektin tikiləcəyi yeri göstərmiş və bildirmişdir ki, 4500 manat ilkin ödəniş edə bilər. O Vüsaləyə demiş ki, onun qeyd etdiyi salonu tam təmirli tikib təhvil verməyi üçün 25000 manat pul lazımdır. Vüsalə demiş ki, bankdan pul götürüb ona verəcəkdir. Səhərisi gün Vüsalə ona 4500 manat pulu Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Kapital bank terminalından çıxardıb A+ marketin qarşısında vermişdir. O, pulu alandan sonra Natiq ona demiş ki, Vüsalə onun yaxınlarıdır. Bundan sonra Natiq ona demiş ki, Vüsalədən aldığı puldan ona 1000 manat pul versin. O da qeyd olunan məbləğdə pulu vermişdir. Vüsalədən aldığı puldan 1500 manatını Müqabilə şəriki olduğu üçün vermişdir. Yerdə qalan puldan 500 manatını fəhləyə vermiş ki, tikiləcək obyektin bünövrəsini qazsın, digər işlərə başlamaq üçün Vüsalədən pul istəmiş, sonuncu da hazırda əlində pulunun olmadığını və yaxın günlərdə pulu verəcəyini demişdir. Təxminən 45 gün sonra Natiq ona zəng vuraraq demiş ki, onun işlədiyi ofisə getsin. Oraya getdikdə görmüşdür ki, ofisdə yaşlı qadın və kişi vardır. Natiq onları ona Vüsalənin valideynləri kimi təqdim etmişdir. Vüsalənin atası ona 4500 manat pul vermiş,o da demişdir ki, pul azdır bu pula iş görə bilmər. Vüsalənin anası isə ona demiş ki, təxminən 10- 15 günə ona əlavə 15000 manat pul verəcəkdir. O da sonuncularla razılaşdıqdan sonra 4500 manat pulu götürüb Vüsalə, Natiq və o 2 saylı notariat kontoruna getmişlər. Orada onunla Vüsalə arasında podrat müqaviləsi imzalanmışdır. Bundan sonra Müqabillə görüşüb ona demiş ki, Vüsalə ilə müqavilə imzalamışlar. Vüsalənin atasından aldığı puldan 2000 manatını Müqabilə vermişdir. Vüsaləni təxminən 1 aya yaxın gözləmiş, lakin onun pulunu verməmişdir. Vüsalə bildirmişdir ki, onun işləri zəifdir və ona verdikləri pullarını geri istəmişdir. Bundan sonra Müqabil Vüsalənin anası ilə danışıb demiş ki, «biz belə danışmamışıq, vaxt versin ki, torpağı başqa adama sataq», Vüsalənin anası isə Müqabilə demiş ki, ona 13000 manat borcları var. Müqabil demiş ki, Vüsalə onlara 9000 manat pul verib, Vüsalənin anası isə demiş ki, qalan pul faizdir. Bundan sonra Natiq İldırım adlı şəxsi müştəri kimi onunla ofisin yanında yerləşən çayxanada görüşdürmüş, həmin vaxt İldırım yaşlı bir nəfər kişi ilə gəlmişdir. Onun da yanında Müqabil olmuş , çayxanada həmin müştərilər Müqabillə söhbət etmişlər. İldırım 2 mərtəbəli fərdi yaşayış evi almaq istədiyini demişdir. Müqabil onlara demiş ki, heç bir problem yoxdur, istədikləri evi onlara tikib təhvil verəcəkdir. İldırım istədiyi evi hansı məbləğə tikib təhvil verəcəyimini soruşmuş, Natiqlə o İldırıma 95000 manata evi tikəcəklərini bildirmişlər. İldırım həmin qiymətlə razılaşmadığı üçün Müqabil ona endirim edib 85000 manata evi 2,5 sotun içərisində tikəcəklərini bildirmişdir.Təxminən 3 günə yaxın onların söhbətləri davam etmiş, İldırım torpaq sahəsinin onun xoşuna gəlmədiyini bildirmişdir. Həmin ərəfədə Müqabilə bildirmişdir ki, Səyyaf adlı şəxs yaxınlıqda 4 sot torpaq sahəsini 32000 manata satır. O, Müqabil və Natiq İldırımı və onun tanışını həmin torpaq sahəsinə aparmış,həmin torpaq sahəsi İldırımın xoşuna gəlmişdir. Təxminən 4 günə yaxın söhbətlər davam etmiş, İldırımın qaynatası da torpağa gəlib baxmış, onun da torpaq xoşuna gəlmişdir. Müqabil İldırıma söz vermiş ki, torpağın çıxarışı birbaşa İldırımın adına keçəcəkdir. Səhərisi gün onlar 2 saylı notariat kontoruna getmiş, onunla İldırım arasında podrat müqaviləsi imzalanmış, İldırım ona ilkin ödəniş kimi 20000 manat pul vermişdir. Həmin puldan 1200 manatını Natiqə vermiş, 10000 manat pulu da Səyyafa o və Müqabil torpağa görə vermişdir. Ortada qalan 8800 manat pulun yarısını yəni 4400 manatını Müqabilə vermişdir. Özümə qalan puldan 2200 manatına daş almış və hazırda daş həmin torpaq sahəsindədir. Onlar Səyyafla razılaşmış ki, torpağı ona 32000 manata satacaqdır. Onlar Səyyafla razılaşmışmış ki, 21 gün sonra torpağı onun adına keçirəndən sonra ona qalan pulu verəcəkdir. Bir müddət sonra İldırım ona demişdir ki, torpağın çıxarışı onun adına keçməlidir. O da demiş ki, torpağı onun adına tam pul ödədikdən sonra keçirdə bilər. İldırım da demiş ki, Müqabilə kartına sənədə görə 1000 manat pul göndərmişdir. İldırım demişdir ki, ona bu sözü Müqabil vermişdir. Təxminən 1 aya yaxın mübahisələri getmiş, hətta İldırım və onun qardaşı onu hədələmişlər. Bununla bağlı İldırım Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə ondan şikayət etmişdir. Şikayət olunduqdan sonra məni oraya çağırılmış və məlum olmuşdur ki, günah onda deyil. Bundan sonra onlar razılaşmışlar ki, İldırımın pulunu qaytarsınlar, Müqabil və o İldırıma söz vermişlər ki, torpağı başqa şəxsə satdıqdan sonra onun pulunu qaytaracaqlar. İldırımla əsas işləri danışan Müqabil olmuşdur.Bundan başqa Ofelyadan 9000 manat pul almış, 1000 manatını Natiqə vermişdir. Onlar üçün Cantəpə ev tikmiş, ev sonuncuların xoşuna gəlməmiş, demişlər bu proyekti istəmirlər, evib satıb onların pulunu qaytarsın. Ofelyadan aldığı pulun hamısı tikiliyə vermiş, Ofelyanın 13000 manat borcu qalmışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş X6 zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 Cəmaləddin qızınının ifadəsinə analoji ifadə vermişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsii özünün qismən etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin və şahid ifadələri, işdə olan üzləşmə istintaq protokolları, eləcə də işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini,o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cinayət işi üzrə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. Məhkəmə prosesində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə prosesində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını,vurulmuş ziyanın ödədnilməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 dekabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.Məhkəmə tərəfindən bu qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və ev dustaqlığında olduğu müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmədə zərərçəkmiş şəxs-iddiaçı Zərərçəkmiş şəxs2 Cəmaləddin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyana görə 4900 manat və ödənmiş dövlət rüsumuna görə 69 manat, cəmi 4969 manat məbləğində pulun onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs –iddiaçı Zərərçəkmiş şəxs1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyana görə 6000 manat, mənəvi zərərə görə 1500 manat və ödənmiş dövlət rüsumuna görə 135 manat, cəmi 7635 manat məbləğində pulun onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Məhkəmə hər iki iddia ərizəsini əsaslı hesab edir və hesab edir ki, hər iki iddia ərizəsi təmin edilməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Cəmaləddin qızına vurulan maddi ziyana görə 4900 manat və ödənmiş dövlət rüsumuna görə 69 manat, cəmi 4969(dörd min doqquz yüz altmış doqquz) manat məbləğində pul, zərərçəkmiş şəxs –iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə vurulan maddi ziyana görə 6000 manat, mənəvi zərərə görə 1500 manat və ödənmiş dövlət rüsumuna görə 135 manat, cəmi 7635(yeddi min altı yüz otuz beş) manat məbləğində pul tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, müsadirə olunması təklif edilən alət və ya vasitə yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Cəmaləddin qızına vurulan maddi ziyana görə 4900 manat və ödənmiş dövlət rüsumuna görə 69 manat, cəmi 4969(dörd min doqquz yüz altmış doqquz) manat məbləğində pul, zərərçəkmiş şəxs –iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə vurulan maddi ziyana görə 6000 manat, mənəvi zərərə görə 1500 manat və ödənmiş dövlət rüsumuna görə 135 manat, cəmi 7635(yeddi min altı yüz otuz beş) manat məbləğində pul tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar