Məhkəmə qərarları › İş №1(012)-379/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-379/2020

21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-379/2020 21.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Xırdalan şəhər vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Kəlbəcər rayonu, Mərcimək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Mərcimək kəndində qeydiyyatda olan və Abşeron rayonu, Pirəkəşkül kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs özünə məxsus olmayan dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan BMW markalı avtomobili öz mülkiyyəti kimi təqdim edib, ona satacağını inandırıb yalandan vəd verib aldadaraq, 2017-ci dekabr ayında Abşeron rayonu Xırdalan şəhəri, Gənclər şəhərciyi yaşayış kompleksinin qarşısında 5900 (beş min doqquz yüz) manat nəğd pulunu alıb ələ keçirərək, vədinə əməl etməyib etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmişBəhruzSəfərova 5900 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o,Zərərçəkmiş şəxs təxminən 10 il olar ki, tanyır. Belə ki, o, Bakı-Sumqayıt avtomobil yolunun kənarında Abşeron rayonu ərazisində yerləşən «İst petrol» yanacaq doldurma məntəqəsində avtomobil təmiri sexində mühərrik təmiri ustası işələyirmiş. Bəhruz isə onun işlədiyi avtomobil təmir sexinə avtomobillərin mühərriyi üçün nəzərdə tutulan yağlar gətirirmiş. 2017-ci ilin noybr ayında Bəhruz özünə məxsus Mercedes markalı avtomobili satdığını və özünə başqa avtomobil almaq istədiyini demişdir. O, da Bəhruza satdıq avtomobil olduqda ona xəbər edəcəyini bildirmişdir. 2019cu ilin dekabr ayında onun işlədiyi avtomobil təmir yerinə hazırda xatırlamadığı şəxsə məxsus 2008- və ya 2010-cu il buraxılışılı mühərriyi nasaz vəziyyətdə olan ağ rəngdə olan BMW makralı avtomobil gətirmişdir. O, həmin avtomobilin mühərriyini təmir etməliymiş. Bəhruz avtomobil almaq istədiyini ona dediyinə görə 2017-ci ilin dekabr ayında o, Bəhruza zəng vurub avtomobil alıb-almadığını soruşmuşdur. Bəhruz da avtomobil almadığını demişdir. O, Bəhruza satdıq BMW makralı avtomobil olduğunu və 13000-14000 manata ala biləcəyini Bəhruza demişdir. Bəhruz da yaxış avtomobil olacağı halda alacağını demişdir. Günün dəqiqə xatırlamır 2017-ci ilin dekabr ayında o, Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyində Bəhruzla görüşmüşdür. Həmin vaxt Bəhruz Niva markalı avtomobillə gəlmişdir. O, isə Kia markalı avtomobillə gəlmişdir. Bəhruz avtomobildən düşüb onun gəldiyi avtomobilə minmişdir. Bəhruz 5900 manat pul gətirdiyini, qalan hissəsini atasından alıb verəcəyini demişdir. O, Bəhruzdan 5900 manat pulu almışdır. Bəhruz avtomobildən düşüb öz gəldiyi avtomobilə minmişdir. Onlar birlikdə onun iş yerinə getmişdir. Orada o, avtomobili saxlayıb aşağı düşüb təmir sexlərini arenda əsasında işlədən Pərvinin otağına keçmişdir. Orada Pərvinə olan 3000 manat borcumu vermişdir. O, pulu verdikdən sonra bayıra çıxmışdır. Həmin vaxt Bəhruz BMW makralı avtomobilə baxırmış. O, Bəhruza avtomobilin mühərriyini 3-4 günə təmir edib ona verəcəyini demişdir. Bəhruz da onunla razılaşıb getmişdir. Bir neçə gündən sonra Bəhruz onun yanına gəlmişdir. Bəhruz avtomobili olmadığını görüb avtomobilin harada olduğunu soruşmüş, o, da Bəhruza avtomobili elektrikin yanında olduğunu demişdir. Bəhruz da çıxıb getmişdir. Bir neçə gün keçdikdən sonra onun verəcəkləri olduğundan Rusiya Federasiyasına getmişdir. O, Rusiyadan Bəhruza gəlib onun pulunu qaytaracağını yazmışdır. BMW makralı avtomobilin kimə məxsus olmasını bilməmiş, həmin avtomobilin mühərriyi nasaz olduğundan avtomobilin sahibi təmir üçün gətirmişdir. Onun pula ehtiyacı olduğundan BMW makralı avtomobilin satılıq olduğunu Bəhruza deməkdə məqsədi ondan pul alması olmuşdur. Onun borcları olduğundan, həmin borclarımı qaytarmaq üçün Zərərçəkmiş şəxs 5900 manat pul almışdır. O, əvvəlcədən BMW makralı avtomobilin satılmadığını bilirmişdir. O, BMW makralı avtomobili satılmadığı halda həmin avtomobilin Zərərçəkmiş şəxs satıldığını deməsindən səbəb borclarının olduğu, həmin borcları qaytarmaq istəməsi olmuşdur. Son olaraq etdiyi əməldən səmimi peşman olduğunu qeyd edib, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 il olar ki, usta kimi tanıyırmış. Təqsirləndirilən şəxs Bakı-Sumqayıt avtomobilin yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində yerləşən «İST petrol» yanacaq doldurma məntəqəsində avtomobil təmiri sexində mühərrik təmiri ilə məşqul olurmuş. Onunla dostluq münasibəti olmuşdur. Təxminən 2017-ci ilin noyabr ayında o, özünə məxsus Mercedes E markalı avtomobili satmışdır. O, başqa avtomobil almaq istəyirmiş. Xəqani usta olduğundan o, bu barədə Xəqaniyə demişdir. Xəqani də satdıq avtomobil olduqda ona məlumat verəcəyini bildirmişdir. 2017-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs hazırda xatırlamadığı mobil telefon nömrəsindən onun istifadəmdə olan 077 *** ** ** və 050 *** **** saylı mobil telefon nömrələrindən birinə zəng vurub ondan avtomobil alıb-almadığımı soruşmuş, o, da avtomobil almadığımı bildirmişdir. Xəqani ona satılıq avtomobil olduğunu və pulu götürüb onun yanına gəlməsini bildirmişdir. O, da həmin vaxt bibisi oğlu X1 ilə birlikdə Niva markalı avtomobillə Xəqanin işlədiyi «İST petrol» yanacaq doldurma məntəqəsinə avtomobil təmiri yerinə getmişdir. O, Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən «Gənclər şəhərciyi» yaşayış kompleksinin qarşısına gəlib, avtomobili binanların yaxınlığında saxlamışdır. Həmin vaxt Xəqani Kiya markalı avtomobillə gəlmişdir. O, Nivadan düşüb Xəqanin oturduğu avtomobilə oturmuşdur. Xəqani ona MBV markalı avtomobil olduğunu, mühərriyinin təmirə ehtiyaca olduğunu, özü mühərriyi təmir edib ona 13000-14000 manata alacağını bildirmişdir. O, 5900 manat pulu olduğunu qalan hissəsini atasından alıb verəcəyini bildirmişdir. O, da 5900 manatı sayıb Xəqaniyə vermişdir. O, pulu verdikdən sonra onun gəldiyi avtomobildən düşüb öz avtomobilimə oturmuş və Xəqaninin arxası ilə «İst petrol» yanacaqdoldurma məntəqəsinə getmişdir. Xəqani avtomobili saxlayıb aşağı düşüb öz Pərvin adlı müdirinin yanına girmişdir. Xəqani ona bayırda gözləməsini bildirmişdir. O, şüşədən Xəqanin Pərvinlə söhbət etdiyini daha sonra isə pul verdiyini görmüşdür. Xəqani ona narahat olma, şəxsiyyət vəsiqəni verərsən, etibarnamə verəcək sözlərini demişdir. O, da atasına məxsus şəxsiyyət vəsiqəsini Xəqaniyə vermişdir. Xəqani şəxsiyyət vəsiqəsini ondan alıb etibarnamə yazdıracağını bildirmişdir. O, da Nivaya minib oradan getmişdir. Səhəri gün o, Xəqanin iş yerinə gəlmişdir. Xəqani iş yerində olmadığından getmişdir. Təkrar səhəri gün Xəqanin iş yerinə getmiş. Xəqani həmin vaxt işdə olmuşdur. O, Xəqani ilə görüşüb orada təmirdə olan ağ rəngli BMW markalı avtmobilə baxmışdır. Həmin vaxt Pərvin onu öz otağına çay içməyə dəvət etmişdir. O, avtomobilə baxdığını bildirib getməmişdir. Xəqani ona avtomobili təmir etdiyini 4-5 günə hazır olacağını bildirmişdir. 4-5 gün keçdikdən sonra o, təkrar Xəqanin yanına getmişdir. O, avtomobili Xəqaninin yanında görməyib avtomobilin harada olduğun soruşmuşdur. Xəqani ona avtomobilin elektrik ustasının yanında olduğunu bildirmişdir. O, Xəqani ilə sağollaşıb getmişdir. O, Xəqanini orada olmadığını görüb, orada olanlardan Xəqanin harada olduğunu soruşmuşdur. Onlar Xəqaninin polislə dalaşıb və Rusiyya getdiyini, həmin vaxtdan sonrada gəlmədiyni bildirmişlər. O, Pərvindən Xəqanin ona BMW markalı avtomobili satacağını və ondan 5900 manat aldığını bildirmişdir. Pərvin də həmin BMW-nin dostuna məxsus olduğunu təmir üçün Xəqanin yanına qoyulduğunu bildirmişdir. O, Pərvinə Xəqaninin onun yanına gəldiyini və ona pul verdiyini bildirdikdə, Pərvin Xəqaninin ona 3000 manat borcunun olduğunu, Hacı adlı şəxsdən 3000 manat alıb ona gətirib verdiyini bildirmişdir. Təxminən 2018-ci ilin yanvar ayının 5-də Xəqani ona Rusiya Federasiyasından mesaj yazıb gəlib onunla halalaşacağını bildirmişdir. Təqsirləndirilən şəxs 5900 manat pulu ondan BMW markalı avtomobili satacağı adı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyinin qarşısında vermişdir. Zərərçəkmiş şəxs sonda ona vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödəndiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında şahid qismində Şahid elan olunmuş ifadəsindən görünür ki, Şahid öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma dayısı oğludur. 2017-ci ilin dekabr ayının sonlarında Bəhruzun atası Əjdər hac ziyarətindən gəldiyindən o, onunla görüşmək üçün Bakı şəhərinə gəlmişdir. O, Bəhruzgildə olan zaman Bəhruz avtomobil almaq üçün bey verməyə getməli olduğunu bildirdiyinə görə o, onunla birlikdə Bəhruza məxsus Niva markalı avtomobillə Abşeron rayonu Xırdalan şəhərinə gəlmişdir. Onlar Xırdalan şəhəri ərazisində keçən Bakı-Sumqayıt avtomobil yolunun kənarında yerləşən Gənclər şəhərciyinə girmişlər. Bəhruz avtomobili şəhərciyin həyətində saxlamışdır. Bu zaman əvvəllər tanıdığı Xəqani Kia markalı avtomobillə onların yanına gəlmişdir. Xəqani Bəhruza avtomobildən düşüb onu gəldiyi avtomobilə oturmağı onun isə avtomobili onun arxası ilə idarə etməyisin təklif etmişdir. O, isə sürücülük vəsiqəmin olmadığını bildirmişdir. Bəhruz avtomobildən düşüb Xəqaninin gəldiyi avtomobilə oturmuşdur. Təxminən 10 dəqiqə söhbət etdikdən sonra Bəhruz Xəqaninin idarə etdiyi avtomobildən düşüb Nivaya oturmuşdur. Xəqani öndə Bəhruz isə arxada olmaqla birlikdə Bakı-Sumqayıt yolunun Sumqayıt şəhər istiqamətində yolun sağ kənarında yerləşən «İST-petrol» yanacaqdoldurma məntəqəsinə getmişlər. Onlar avtomobilləri yanacaqdoldurma məntəqəsinin həyətində avtomobil təmiri sexinin yaxınlığında saxlamışlar. Xəqani avtomobildən düşmüşdür. Bəhruz da avtomobildən aşağı düşmüşdür. Onlar avtomobil təmiri sexinin qarşısında ayaq üstə dayanıb söhbət etdikdən sonra Bəhruz avtomobilə oturmuşdur. O, Bəhruzdan hansı markalı avtomobili aldığını soruşmuş, Bəhruz həmin vaxt təmir sexində olan BMW markalı avtomobil aldığını və ilkin ödəniş kimi 5900 manat pulu Gənclər şəhərciyini qarşısında Xəqani ilə görüşən zaman verdiyini bildirmişdir. O, Bəhruza getməyi bildirdik də, Bəhruz Xəqaninin avtomobilsiz olduğunu, onu Gənclər şəhərciyinin yaxınlığında düşəcəyini bildirmişdir. Həmin vaxt Xəqani «İST petrol» yanacaqdoldurma məntəqəsinin rəhbərliyinin ofisinə girib çıxmış, daha sonra isə onların gəldikləri Niva markalı avtomobilə oturmuşdur. Onlar birlikdə geri Bakı şəhəri istiqamətində qayıtmışlar. Yolda Gənclər şəhərciyini qarşısında olan piyada keçidinin yanında Xəqani avtomobildən düşüb getmişdir. Onlai da Bəhruzun yaşadığı evə getmişlər. Təxminən 2-3 ay keçdikdən sonra o, Bəhruzla görüşən zaman Xəqanin onu aldatdığını, ölkəndən qaçıb getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilkin ödəniş kimi 5900 manat pulu BMW markalı avtomobili almaq üçün vermişdir. Təqsirləndirilən şəxs BMW markalı avtomobilin mühərriyində nasazlıq olduğunu, 10-15 günə təmir edib verəcəyini demişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 1476,86 (bir min dörd yüz yetmiş altı manat səksən altı qəpik) manat dövlət büdcəsinə ödəniş etmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məhkumluq haqqında arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, lakin cinayət işinin başlanması xx.xx.2013-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsində Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsi 2017-ci il tarixli Cinayət Məcəlləsinə dəyişikliklərdə əlavə olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirdiyindən hazırki halda tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 156, 321, 346, 347və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar