Məhkəmə qərarları › İş №1(012)-379/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-379/2021

05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-379/2021 05.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1985-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, subay, işləməyən, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədlə 20.11.2020-ci il tarixdə saat 14 radələrində kirayədə yaşadığı Zərərçəkmiş şəxs məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-167 ünvanında yerləşən «AAAF-Park» yaşayış kompleksi, 22-ci küçə, 4-cü bina, 8 nömrəli mənzildəki 1300 manat dəyərində olan 1 ədəd «Bosсh» markalı kombi istilik aparatını oğurlayıb, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayının əvvələrində AAAF-Park yaşayış kompleksində mühafizəçi işləyən kürəkəni Kənanın vasitəsi ilə Şahid2 həmin yaşayış kompleksi, 22-ci küçə, 4-cü binada yerləşən, 8 nömrəli mənzilini hər ay 250 manat ödəməklə kirayə yaşamağa götürmüşdür. Əvvəllər Bakı şəhəri və ətraf rayonlarda qapı-pəncərə quraşdırmaqla pul qazanmış, həmin mənzildə kirayədə yaşadığı müddətdə «Covid-19» pandemiyası ilə əlaqədar ölkə ərazisində karantin rejimi tətbiq edildiyinə görə iş tapa bilməyib, kirayə yaşadığı mənzilin eyvanına quraşdırılmış «Boсsh» markalı kombi istilik aparatını satıb pul əldə etmək qərarına gəlimiş və 20 noyabr 2020-ci il tarixdə həyat yoldaşı evdə olmadığı vaxtı saat təxminən 14 radələrində evin eyvanındakı həmin kombini söküb yerə qoymuş, sonra Bakı şəhəri ərazisində öz maşını ilə taksi fəaliyyəti ilə məşğul olan qohumu Şahid1 zəng edib, kirayə yaşadığı evdəki kombi istilik aparatını təmirə aparmaq üçün maşını ilə onun yaşadığı ünvana gəlməsini xahiş etmiş, bir neçə dəqiqədən sonra Qalib idarə etdiyi qara rəngli «Nissan Sanny» markalı avtomobili ilə onun yanına gəlmiş, o da Şəmsətdingilin evindən sökdüyü “Bocsh” markalı kombi istilik aparatını Qalibin maşının yük yerinə qoyub, sonuncu ilə birlikdə Bakı şəhəri 3-cü mikrorayon bazarının yaxınlığındakı əvvəldən tanımadığı, kombi istilik aparatlarının təmiri və satışı mağazasına aparıb, orada işləyən adını bilmədiyi şəxsə 350 manata satmışdır. Oğurluqdan əldə etdiyi pulları bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmiş, təxminən bir həftədən sonra Şəmsətdin ona zəng edib kirayədə qaldığı mənzilindəki kombi istilik aparatının yerində olmadığını bildirib, ondan həmin kombinin harda olduğunu soruşmuş, o, kombini xarab olduğuna görə təmirə apardığını söyləsə də Şəmsətdin ona inanmayıb kombini oğurladığını deyib, ondan şikayət edəcəyini söyləmiş, bundan sonra o, Şəmsətdinə həmin kombini söküb, 350 manata satdığını etiraf etmiş və bir neçə günə yeni kombi aparatı alıb yerinə quraşdıracağını deyib, polisə şikayət etməməsini xahiş etmiş, Şəmsətdin isə razılaşmayıb şikayət edəcəyini bildirmiş, o da polisin onu axtaracağını hiss edib, anadan olduğu Masallı rayonuna getmişdir. Qohumu Şahid1 və kombi istilik aparatını alan şəxsin həmin kombinin oğurlanmış əmlak olduğunu bilməmiş, o, Qalibə kombini xarab olduğuna görə təmirə apardığını, kombini alan şəxsə isə kombinin özünə məxsus olduğunu demişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvüləri 2017-cı ildə Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF-Park» yaşayış kompleksi, 22-ci küçə, 4-cü binanın 2-ci mərtəbəsindəki 8 nömrəli mənzili alıb onun adına sənədləşdirmişlər. O, bir müddət öz ailəsi ilə həmin mənzildə yaşadıqdan sonra Bakı şəhərinə valideyinlərinin qonşuluğunda yaşamağa getmişdir. Bundan sonra «AAAF-Park» yaşayış kompleksindən aldıqları mənzil boş olduğuna görə həmin mənzili kirayə vermək qərarına gəlmişlər. 02 oktyabr 2020-ci il tarixdə qardaşı Şəmsətdin onun və ailə üzvülərinin razılığı ilə həmin mənzili Təqsirləndirilən şəxs hər ay 250 manat ödəmək şərti ilə kirayə yaşamağa vermişlər. Ceyhun həyat yoldaşı ilə həmin mənzilə köçüb yaşamağa başlamışdır. 26 noyabr 2020-ci il tarixdə qardaşı Şəmsətdin saat 20:30 radələrində ona zəng edib, kirayə pulunu almaqdan ötrü Ceyhunla görüşmək üçün həmin mənzilə getdiyi vaxtı orada heç kimin olmadığını, Ceyhungilə məxsus əşyaların evdən çıxmaq üçün hazır vəziyyətdə qoyulduğunu və eyvanda quraşdırdıqları, 1300 manat dəyərində olan, “Bocsh” markalı kombi istilik aparatının yerində olmadığını bildirib, Ceyhuna zəng edib bu barədə soruşduğunu, sonuncunun da əvvəl həmin kombini xarab olduğuna görə söküb təmirə apardığını, sonra isə 20 noyabr 2020-ci il tarixdə saat 14 radələrində heç kimin xəbəri olmadan söküb, Bakı şəhəri 3-cü mikrorayon bazarının yaxınlığında tanımadığı şəxsə 350 manata satdığını bildirdiyini və buna görə polisə şikayət etməməsini xahiş etdiyini söyləmişdir. O da bunu eşitdikdən sonra qardaşı Şəmsətdindən bu barədə polisə məlumat verməsini xahiş etmiş, sonuncu da məlumat vermişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilərkən Şahid1 Arzuman oğlu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Masallı rayonu Bambaşı kəndində yaşayır. Təxminən 10 il olar ki, idarə etdiyi avtomobillərlə taksi fəaliyyəti göstərib pul qazanır. 2020-ci ilin oktyabr ayında Bakı şəhərinə gəlib oradan hər gün 20 manat pul ödəmək şərti ilə qara rəngli «Nissan Sanny» markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibindən yol vərəqəsi ilə icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmağa başladır. Həmin ərəfədə, yəni 20 noyabr 2020-ci il tarixdə Bakı şəhəri «Elimlər Akademiyası» metrostansiyasının yaxınlığında həmin avtomobillə dayanıb sərnişin gözlədiyi vaxtı saat 15 radələrində Xırdalan şəhəri «AAAF-Park» yaşayış kompleksində kirayədə yaşayan qohumu Təqsirləndirilən şəxs ona zəng edib, kirayədə yaşadığı evin kombi istilik aparatını təmirə aparmaq üçün idarə etdiyi avtomobillə yaşadığı ünvana getməsini xahiş etmiş, o da 20-25 dəqiqə ərzində Xırdalan şəhəri, «AAAF-Park» yaşayış kompleksinə Qalibin yaşadığı binanın qarşısına gedib, Ceyhuna zəng edib gəldiyini xəbər vermiş, sonuncu da kombini götürməkdə köməklik etmək üçün mənzilə gəlməsini xahiş etmiş, o da maşından düşüb, pilləkənlərlə Ceyhunun yaşadığı binanın 2-ci mərtəbəsinə çıxanda sonuncunun kombini qucağına alıb mənzildən çıxdığını görüb onunla birlikdə həmin “Bochs” markalı kombini maşınının yük yerinə qoyub, Ceyhunun göstərməsi ilə Bakı şəhəri 3-cü mikrorayon bazarının yanına getmişlər. Ceyhun maşını oradakı kombi təmiri və satışı mağazasının qarşısında saxladıqdan sonra Ceyhun həmin mağazaya gedib bir neçə dəqiqədən sonra geri qayıtmış və maşının yük yerində olan kombini götürüb həmin mağazaya aparıb, ona təşəkkür edib getməsini söyləmiş, o da maşınını sürüb getmişdir. Bundan bir neçə gün sonra Ceyhunun həmin kombini oğurladığına görə ev sahibinin ondan şikayət etdiyini eşitmiş və sonuncuya zəng edib bu hərəkətinə görə ona iradını bildirmiş, Ceyhun da ev sahibinə yeni kombi alıb verəcəyini söyləmişdir. Qohumu Ceyhunun həmin kombini oğurladığını bilməmiş, sonuncu ona həmin kombini xarab olduğuna görə təmirə apardığını söyləmiş, bu barədə ev sahibi şikayət etdikdən sonra bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 zərərçkmiş şəxs Əsmət Vəkilovanın ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 08.05.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayon məhkəməsinin 21.07.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 3500 manat cərimə cəzasına məhkum olunmuş, 03.10.2017-ci il tarixdə qeydiyyatdan çıxarılmış, 11.07.2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3, 67.1, 68.2-ci maddələri tətbiq edilməklə 03 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına və 3500 manat cərimə cəzasına məhkum olunmuş, 29.08.2017-ci il tarixdə Bakı Apellyasiya məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 2500 manat cərimə cəzası ilə həbsdən azad edilmiş, Masallı rayon məhkəməsinin 20.12.2018-ci il tarixli qərarı ilə cərimə cəzası aylıq qazancından 10% ödəməklə 01 il islah işləri cəzası ilə əvəz olunmuşdur. Masallı rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Masallı rayon məhkəməsinin 20.12.2018-ci il tarixli qərarı ilə təyin edilmiş aylıq qazancından 10% ödəməklə 01 il islah işləri cəzası çəkilməmiş qalmışdır. 18.01.2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. 27.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.04.2021-ci il tarixdə Masallı rayonu ərazisində tututlaraq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. 27.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27.04.2021-ci il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxin, şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Masallı rayon məhkəməsinin 20.12.2018-ci il tarixli qərarından yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Masallı rayon məhkəməsinin 20.12.2018-ci il tarixli hökmü ilə təyin edilmiş qazancından 10% məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri cəzası ilə qismən birləşdirilməli, Azərbaycan Respublikası CM-in 68.1.3-cц maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26.04.2021-ci tarixədən 28.04.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Masallı Rayon məhkəməsinin 20.12.2018-ci il tarixli qərarı ilə təyin edilmiş çəkilməmiş qazancından 10% dövlət nəfinə pul tutulmaqla 01 il müddətinə islah işləri cəzası ilə qismən birləşdirilsin, Azərbaycan Respublikası CM-in 68.1.3-cц maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26.04.2021-ci il tarixdən 28.04.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq üzərində 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Masallı rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 50 saat göstərdiyi hüquqi yardıma görə 300 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar