Məhkəmə qərarları › İş №1(012)-38/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-38/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-38/2021 22.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızının və onun nümayəndəsi vəkil X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakı ilə xx.xx.1970-ci il tarixdə İmişli rayonu, Cahar kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, İmişli şəhəri, C.Qəhrəmanov küçəsində qeydiyyatda olmaqla faktiki olaraq İmişli rayonu, Cahar kəndində yaşamış, Abşeron Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli qərarı ilə barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə tanışı Zərərçəkmiş şəxs qızına Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 21-ci məhəllədə yerləşən yeni inşa olunmuş 14 mərtəbəli binanın 2-ci blokunun 5-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 76 kv.m olan mənzili göstərərək, həmin mənzilin ona məxsus olmasını və ucuz qiymətə ona satmaqla adına rəsmiləşdirilməsini bildirərək, sonuncuya evin çertyojunun şəkillərini “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə göndərməklə həmin mənzil üçün ilkin olaraq 5000 (beş min) manat, bir il ərzində hissə-hissə olmaqla 10000 (on min) manat, qalan məbləği isə 7 il 10 ay ərzində ayda 370 manat ödəməklə satacağı adı ilə Zərərçəkmiş şəxs ilə 2016-cı iıin dekabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində görüşərək, 5000 manat məbləğində pulunu, həmin evə işıq xətti çəkiləcəyi adı ilə 2017-ci iıin yanvar ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində görüşüb 2000 manat məbləğində pulunu, həmin evə qaz xətti çəkiləcəyi adı ilə 2017-ci iıin aprel ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda görüşüb 2000 manat məbləğində pulunu, həmin evə su xətti çəkiləcəyi adı ilə 2017-ci iıin iyul ayının axırlarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda görüşüb 2000 manat məbləğində pulunu, həmin evə lift çəkiləcəyi adı ilə 2017-ci iıin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda görüşüb 3000 manat pulunu, həmin evə müqavilə sənədləri düzəldilməsi adı ilə 2017-ci iıin dekabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində görüşüb 1000 manat məbləğində pulunu ümumilikdə 15000 məbləğində pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs qızına ümumilikdə 15000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 2016-cı ildən etibarən Aytəkin adlı xanımı tanımışdır. Aytəkingilin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evində kirayə yaşamışdır. Sonra Aytəkin ona zəng edərək bildirmişdir ki, “həyat yoldaşından ayrılıb və o, evin kirayə haqqını həyat yoldaşına yox onun özünə versin”. Beləcə Aytəkinlə aralarında münasibət yaranmış və Aytəkin ona Abşeron rayonu, Xırdalan şəhərindən ev almaq istədiyini bildirmişdir. Aytəkinə demişdir ki, “Abşeron rayonu, Xırdalan şəhərində bina tikən tanışları var həmin şəxslərin vasitəsi ilə ev ala bilərlər”. Həmin evə ikisi də pul qoyub almalı olmuşlar. Hətta həmin evin qiyməini orada işləyən Namiq adlı şəxsdən də öyrənmişdir. Bundan əlavə olaraq binanın şəkillərini və evin çertyojunun şəkillərini “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə Aytəkinə göndərmişdir. Bu müddət ərzində, Aytəkindən müxtəlif vaxtlarda Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığında 2000 (iki min),1000(min),(500) manat olmaqla bir il yarım ərzində ümumilikdə 11800 (on bir min səkkiz yüz) manat pul almışdır. Lakin həmin pulu ev almaq üçün yox borc kimi almışdır. Aytəkinə demişdir ki, həmin pulu düzəltdikdən sonra pulun üstünə pul qoyacaq və ev alacaqlar. Lakin işi alınmadığına görə o, evi ala bilməmiş və pulu Aytəkinə qaytara bilməmişdir. Aytəkin qardaşı İlkinlə 2019-cu ilin fevral ayında Masallı rayonunda görüşən zaman İlkin ondan, Aytəkindən aldığı 15000 manat pula görə borc müqaviləsi istəmişdir. Həmin vaxt İlkinə söz versə də sonra borc müqaviləsi verməmişdir. Bundan sonra isə Aytəkinin ondan polisə şikayət etdiyini bilmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qardaşının ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur və müxtəlif ünvanlara gedərək fizioterapevt kimi xəstələrə kömək etmişdir. Oun mobil nömrəsini xəstələr bir-birlərinə vemişlər və beləcə müxtəlif şəxslərə evlərində tibbi yardım göstərmişdir. 2016-cı ilin təxminən noyabr aylarında ona bir nəfər şəxs zəng vurub özünü Məbud adlı şəxs kimi təqdim edərək qızının onun köməyinə ehtiyacı olduğunu bildirmişdir. Həmin şəxslə Bakı şəhəri, 28 may metrosu yaxınlıqda görüşərək marşurut avtobusuna minmişlər. Həmin marşurut avtobusla Tibb Universitetinin yaxınlığında bir binaya daxil olmuşlar və oradakı mənzildə Məbud adlı şəxs ona Nübar adlı qızını göstərmişdir. Orada həmin qıza köməklik göstərmişdir. Məbud ona bildirmişdir ki, “onun bacısınında qolunda problemi var”. Məbud ona bacısının mobil nömrəsini vermiş və o, telefon vasitəsi ilə Məbudun Mərziyyə adlı bacısı ilə danışaraq Mərziyyəyə məsləhətlər vermişdir. Söhbətlərin birində Məbud ondan harada yaşadığını soruşmuşdur. Məbuda bildirmişdir ki, o qardaşı ilə bir ünvanda yaşayır. Məbud isə ona bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində özünə məxsus 3 ədəd mənzili vardır, Həmin mənzili Namiq adlı tanışından almışdır. Məbud ona demişdir ki, “hal hazırda həmin evlərdən birini ona ucuz qiymətə əlverişli şərtlərlə sata bilər. 2016-cı ilin dekabr ayının əvvəllərində o, taksiyə əyləşərək Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişdir. Orada Məbud ona bir bina göstərmişdir. Həmin binanın 5-ci mərtəbəsinə qalxmışlar və orada Məbud ona iki otaqlı sahəsi 76 kv.m bir mənzil göstərmişdir. Həmin mənzil onun xosuna gəlmişdir. Məbud ona bildirmişdir ki, ilkin olaraq həmin mənzil üçün 5000(beş min) bir il ərzində 10000 (on min) manat qalan məbləği isə 7 il 10 ay ərzində aylıq 370 manat olmaqla ödəməli olmuşdur. 5000 min manat pulu evə baxdıqdan təxminən 1 həftə sonra Məbud ondan istəmişdir. 2016-cı iıin dekabr ayının ortalarında həmin pulu qardaşı İlkindən alaraq Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində Məbudla görəşərək Məbuda vermişdir. Məbuddan müqavilə istədikdə isə Məbud ona bildirmişdir ki, 3 gündən sonra ona müqavilə verəcəkdir. Bundan sonra bir neçə dəfə Məbuda zəng vurmuş və Məbud müxtəlif bəhanələr gətirərək ona müqavilə verəcəyini bildirirmişdir. Bundan sonra Məbud onu anasıyla tanış etmişdir. Məbud 2017-ci ilin yanvar ayının əvvəllərində ona zəng edərək bildirirmişdir ki, evə işıq çəkilir 2000 manat pul lazımdır. 2017-ci iıin yanvar ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində Məbudla görəşərək Məbuda 2000 manat vermişdir. Həmin söhbətdən bir müddət sonra Məbud 2017-ci iıin aprel ayının ortalarında ona zəng edərək bildirmişdir ki, “evə qaz çəkilir 2000 manat pul lazımdır”, 2017-ci iıin aprel ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda Məbudla görəşərək Məbuda 2000 manat vermişdir. Məbud 2017-ci ilin iyul ayının axırlarında ona zəng edərək bildirmişdir ki, evə su çəkilir 2000 manat pul lazımdır, 2017-ci iıin iyul ayının axırlarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda Məbudla görəşərək Məbuda 2000 manat vermişdir. Məbud 2017-ci iıin sentyabr ayının əvvəllərində ona zəng edərək bildirmişdir ki, binaya lift çəkilir 3000 manat pul lazımdır. 2017-ci iıin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkda Məbudla görəşərək Məbuda 1000 manat vermişdir. Məbud 2017-ci ilin dekabr ayının ortalarında ona zəng edərək bildirmişdir ki, evin müqaviləsinə görə 3000 manat pul lazımdır. 2017-ci iıin dekabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi ərazisində Məbudla görəşərək Məbuda 3000 manat vermişdir. Məbud bu cür bəhanələrlə ondan bir il ərzində 10000 (on min) manat pul almışdır. Bundan sonra o, hər dəfə Məbuda evə baxmaq istədiyini bildirdikdə Məbud ona müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Məbud onu şantaj edərək bildirmişdir ki, onun qardaşı İlkinə deyəcək ki, o, Məbudla qeyri rəsmi nigahda olmuşdur. Beləcə Məbud onu susdurmaq istəmişdir. Bundan sonra bir müddət gözlədikdən sonra məcbur qalaraq Məbudun onu aldatması barədə polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs aldığı pulu indiyənədək qaytarmdığına görə ondan şikayətçidir. Məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs qızı təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldıraraq, mülki cavabdeh, təqsirləndirilən şəxsdən ona dəymiş maddi ziyanın, yəni 15.000 manat məbləğində pulun alınaraq, ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 116 mənzil 97-də kirayədə yaşayır. Zərərçəkmiş şəxs qızı onun bacısıdır və onunla bir yerdə onun evində yaşayır. Bacısı Aytəkin özünə fərdi ev tikmək istəmişdir. Təxminən 2016-cı ilin oktyabr ayında Aytəkin ona bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Məbud adlı müştərisi vasitəsi ilə ev tapıb, həmin ev Məbuda məxsusdur. Aytəkin ona bildirmişdir ki, həmin şəxsin ailə üzvlərini tanıyır və məbud həmin evi güzəştli şərtlərlə ona verəcəkdir. Bunun üçün də Aytəkin ondan 5000 (beş min) manat pul almışdır. Sonra həmin evi təmir etmək üçün hissə-hissə Aytəkin həmin Məbud adlı şəxsə 10000 manat pul vermişdir. Sonradan bilmişdir ki, Məbud adlı şəxs bacısı Aytəkini aldatmışdır. Telefon vasitəsi ilə bir neçə dəfə Məbudla əlaqə saxlayaraq danışdıqda Məbud ona pulu geri qaytaracağını bildirsə də onu aldatmışdır. 2019-cu ilin fevral ayında o, Masallı rayonunda Məbudla görüşmüş və Məbuda bildirmişdir ki, heç olmasa onunla borc müqaviləsi bağlasın. Orada Məbud onu borc müqaviləsi verməsi ilə bağlı yalan vəd verərək aldatmışdır. Bundan sonra dəfələrlə Məbuda zəng etsə də Məbud ona müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə Bakı şəhəri,Yasamal rayonu,Həsən bəy ünvan 3 ünvanında yaşayır. 2008-ci ildən etibarən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 21-ci məhəllədə bina tikməyə başlamışlar. Həmin binanı tikən şirkətin təsisçiləri sırasındadır. Əslən İmişlidən olan Məbud adlı şəxsi tanıyır. Məbudu təxminən 2-3 dəfə görmüşdür. Amma Məbudla hər hansı bir dostluq və ya iş əlaqəsi yoxdur. Məbud ona bir dəfə zəng vuraraq evlərin qiyməti ilə maraqlanmışdır. Əslən İmişli rayonundan olmasına baxmayaraq və Məbudun özünü yaxından tanımasa da qardaşını tanımışdır. Ona görə telefonla özünü ona təqdim etdikdən sonra Məbudla telefonla bir neçə dəfə danışmışdır. O, heç vaxt Məbud adlı şəxsə nə mənzil satmış nə də Məbudun hər hansı bir qohumuna mənzil satmışdır. Həmin binanın 2-ci blok 5-ci mərtəbəsində 1 ədəd 2 otaqlı 76 kv.m olan mənzil olsada həmin mənzilin ona heç bir aidiyyatı yoxdur və onda olan məlumata görə həmin mənzil başqa bir şəxsə satılmışdır. Məbud adlı şəxsin ondan mənzil alması ilə bağlı dedikləri yalandır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə iclasında Zərərçəkmiş şəxs qızının təqdim etdiyi bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı bir nəfər əynində bənövşəyi rəngli paltar, ağ rəngli şalvar, qəhvəyi rəngli yaylıq olan qadın fasadı çəhrayı və ağ rənglə rənglənmiş 14 mərtəbəli binanı göstərməsinin görüntüləri və fotoşəkilləri əks etdirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində bənövşəyi rəngli paltar, ağ rəngli şalvar, qəhvəyi rəngli yaylıq olan qadın Zərərçəkmiş şəxs qızıdır. Aytəkingilin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evində kirayə yaşamışdır. Sonra Aytəkin ona zəng edərək bildirmişdir ki, həyat yoldaşından ayrılıb və o, evin kirayə haqqını həyat yoldaşına yox onun özünə versin.. Beləcə Aytəkinlə aralarında münasibət yaranmış və Aytəkin ona Abşeron rayonu, Xırdalan şəhərindən ev almaq istədiyini bildirmişdir. O, isə Aytəkinə demişdir ki, “Abşeron rayonu, Xırdalan şəhərində bina tikən tanışları var həmin şəxslərin vasitəsi ilə ev ala bilərlər. Həmin evə ikisi də pul qoyub almalı olmuşlar. Hətta o, həmin evin qiymətlətrini orada işləyən Namiq adlı şəxsdən də öyrənmişdir. Bundan əlavə olaraq binanın şəkillərini və evin çertyojunun şəkillərini “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə Aytəkinə göndərmişdir. Bu müddət ərzində Aytəkindən müxtəlif vaxtlarda 2000 (iki min),1000(min),(500) manat olmaqla bir il yarım ərzində ümumilikdə 11800 (on bir min səkkiz yüz) manat pul almışdır. Lakin həmin pulu ev almaq üçün yox borc kimi almışdır. Aytəkinə demişdir ki, həmin pulu düzəltdikdən sonra pulun üstünə pul qoyacaq və ev alacaqmışlar. Lakin işi alınmadığına görə evi ala bilməmiş və pulu Aytəkinə qaytara bilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 22.01.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qızının təqdim etdiyi bir ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. 10.10.2019-cu il tarixli qərardan görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. 16.01.2020-ci il tarixli tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27.06.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 18.01.2020-ci il tarixli qərarından görünür ki, X6 barəsində 18.01.2020-ci il tarixdə MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalında həbs edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin və şahidin ifadələri, sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hər tərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddələrinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16.01.2020-ci il tarixdən 18.01.2020-ci il tarixədək Abşeron rayon polis idarəsində tutulduğu 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 26.11.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi mülki iddia tələbinin araşdırılması və ona qiymət verilməsi hazırki cinayət işinə baxılan müddətdə mümkün olmadığından, habelə mülki iddiaçı iddiasını əsaslandıra biləcək heç bir tutarlı sübutu məhkəməyə təqdim etmədiyindən və mülki iddia tələbi üzrə əlavə araşdırma aparılması tələb olunduğundan, zərərçəkmiş şəxsin mülki iddia tələbinin baxılmamış saxlanması məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia tələbini əsaslandıran müvafiq sənədləri təqdim etməmişdir. Odur ki, hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qızına təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X4 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16.01.2020-ci tarixdən 18.01.2020-ci il tarixədək tutulduğu 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26.11.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs qızı cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X4 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar