Məhkəmə qərarları › İş №1(012)-38/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-38/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-38/2023 19.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeyydiyyatda olan, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsinə əsasən 09 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin may ayının əvvəllərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində onunla birlikdə həmin müəssisədə cəza çəkən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 may 2017-ci il tarixli hökümü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4 və 128-ci maddələri ilə təqsirli bilinərək 17 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Göygöl rayonunun Topalhəsənli kənd sakini Şahid1 Nürəddin oğlunun yaxın qohumlarının əmlakını ələ keçirmək qərarına gəlib, sonuncudan oğlu Zərərçəkmiş şəxs mobil telefon nömrəsini öyrənmiş və cəzaçəkmə müəssisəsində olan telefonla Zərərçəkmiş şəxs zəng edib əlaqə yaradaraq, özünü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin Anar adlı həkimi kimi təqdim edib, atası Şahid1 adını Azərbaycan Respublikası Prezident aparatında işləyən qohumlarının köməkliyi ilə 35000manat pul qarşılığında Azərbaycan Respublikası Prezidenti yanında Əfv komissiyasının siyahısına daxil etdirəcəyini yalan vəd verib, aldadaraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Mədud Məsulliyyətli Cəmiyyətin Göygöl Poçt filalından onun tanışı Şahid3 adına 15 may 2020-ci il tarixdə göndərdiyi 2182 manat, 22 may 2020-ci il tarixdə göndərdiyi 3000 manat, 03 iyun 2020-ci il tarixdə göndərdiyi 1200 manat, 18 iyun 2020-ci il tarixdə göndərdiyi 2800 manat, 06 iyul 2020-ci il tarixdə göndərdiyi 1000 manat, 08 iyul 2020-ci il tarixdə həmin şəxsin adına Zərərçəkmiş şəxs qaynatası Şahid2 adı ilə göndərdiyi 1000 manat, 22 iyul 2020-ci il tarixdə göndərdiyi 2000 manat, 05 avqust 2020ci il tarixdə göndərdiyi 5000 manat, 12 avqust 2020-ci il tarixdə göndərdiyi 3500 manat, 21 avqust 2020-ci il tarixdə göndərdiyi 2500 manat, 27 avqust 2020-ci il tarixdə göndərdiyi 2000 manat nağd pulu tanışı Şahid3 vasitəçiliyi ilə ünvan 3 ünvanda yerləşən X7 qəbul edib ona çatdırması ilə ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Fəxrəddin oğluna ümumilikdə 26182 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2012-ci ilin dekabr ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hömü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəssisəsində çəkir. Əvvəllər Milli Təhlükəsizlik Nazirliyinin Baş Maliyyə İdarəsində kapitan rütbəsi ilə “Nəzarət Təftiş” şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2021 -ci ilin dekabr ayında isə Ədliyyə Naziriliyinin Müalicə müəssisəsində cəza çəkərkən mobil telefondan istifadə etdiyinə görə barəsində Ədliyyə Nazirliyinin İstintaq İdarəsində cinayət işi başlanaraq Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmiş və onun Azərbaycan Respublikası CM-nin 317.1 -ci maddəsi ilə təqsirli olması sübuta yetirildiyi üçün çəkdiyi azadlıqdan məhrum etmə cəzasına 2 ay əlavə edilmişdir. Göygöl rayonunun Topalhəsənli kənd sakini, 9 saylı cəzaçəkmə müəssisəsində, hal-hazırda isə Ədliyyə Nazirliyinin Müalicə müəssisəsində cəza çəkən keçmiş polis əməkdaşı olan Şahid1 Nürəddin oğlunu sonuncu ilə eyni müəssisədə cəza çəkdiyi vaxtdan tanıyır. Əvvəllər Şahid1lə heç bir düşmənçiliyi və ədavəti olmayıb, sonuncunun oğlu Ehtibarla qarşı dələduzluq cinayəti törətməyini etiraf edir və Fəxrəddinin cəzaçəkmə müəssissəsindən azad edilməsi üçün onun oğlu Ehtibardan 26182 manat pul almışdır. Belə ki, 2020-ci ilin aprel ayında o, Fəxrəddinin xəbəri olmadan sonuncunun oğlu Ehtibarın hazırda nömrəsini xatırlamadığı mobil telefonuna zəng edib, yalan danışaraq adının Anar olduğunu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində həkim işlədiyini və atasını xəstə olduğu üçün vaxtından əvvəl azadlığa buraxdıra biləcəyini deyib, lazım olduqca ondan hissə-hissə pul alacağını söyləmiş, Ehtibar da onunla razılaşmış, bundan sonra o, əvvəllər onunla eyni cəzaçəkmə müəssisəsində cəza çəkmiş və cəzasını başa vuraraq azadlığa çıxmış, dostluq münasibəti saxladığı Şahid3 ilə əlaqə yaradaraq sonuncudan Göygöl rayonunda yaşayan Ehtibar adlı şərikinin poçt vasitəsi ilə onun adına göndərilən pulları hissə-hissə gətirib ona verməsini xahiş etmiş, Rafiq də etiraz etməyib razılaşmışdır. Fləmin vaxtdan bir neçə gün sonra o, Ehtibara zəng edib, atasının həbsdən buraxılması üçün ilkin olaraq 2182 manat pul lazım olduğunu deyərək, həmin pulu Rafiqin adına göndərməsini söyləmiş, Ehtibar da həmin mıəbləğdə pulu Rafiqin adına göndərmiş, sonuncu da həmin pulu lazım olduqca gətirib ona vermişdir. Bundan sonra Ehtibar və sonuncunun qaynatası Əlastan onun sözü ilə Rafiqin adına müxtəlif məbləğlərdə pullar göndərmişlər. Rafiq də pulların hamısını gətib cəzaçəkmə müəssisəsində ona vermiş, o, həmin pulların çox az miqdarını özünə, qalanını isə Fəxrəddinin müalicəsinə xərcləmişdir. Fləmin ərəfədə o, Ehtibarı inadırmaq üçün sonuncunun yaşadığı Göygöl rayon Topalhəsənli kəndinin icra nümayəndəsinə zəng edib Fəxrəddinin azadlığa buraxılması üçün köməklik etmək istədiyini deyib, necə adam olduğunu soruşmuşdur. Bundan bir müddət sonra Ehtibar atası Fəxrəddinin vaxtından əvvəl azadlığa buraxılmadığını görüb ona verdiyi pulları geri istəmiş, o da dostu Rafiqin vasitəsi ilə Fəxrəddinin qudası Əlastana və oğlu Ehtibarın adına bir neçə dəfəyə olmaqla poçt vasitəsi ilə ümumilikdən 11000 manat pul qaytarmışdır. Şahid3 Zərərçəkmiş şəxs onun şəriki olduğunu söyləsə də necə şərik olması və Ehtibarı aldadıb atasının azadlığa buraxılması ilə bağlı söz verib pul alması barədə heç nə dedməmiş, Zərərçəkmiş şəxs aldığı pullardan Şahid3 verməmiş, sonuncu onunla dostluq etdiyinə görə həmin pullardan təmənnası olmamış, həmçinin Fəxrəddinə də azadlığa buraxdıracağı ilə bağlı heç nə deməmiş, sonuncunun oğlu Ehtibardan da bu barədə atasına heç bir söz deməməsini xahiş etmiş, Ehtibarın nömrəsini isə atası Fəxrəddinlə danışan zaman sonuncunun telefonunda görüb yadında saxlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Fəxrəddin oğlu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonunun Topalhəsənli kəndində yaşayır. Fərdi əməklə məşğul olub ailəsini dolandır. Atası Şahid1 Nürəddin oğlu 2016-cı ildə Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsi ilə təqsirli bilinərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Atası keçmiş polis əmədaşı olduğuna görə cəzasını Bakı şəhərində yerləşən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində çəkir. O, atası ilə telefon vasitəsi ilə əlaqə saxlayır. 2020-ci ilin may ayında istifadəndə olan ***-***-**-** nömrəli mobil telefonuna +**********0000 nömrəsindən zəng gəlmiş, o, telefona cavab verərkən onunla danışan şəxs özünü Anar müəllim kimi təqdib edib, X10 komissiyasının üzvü olduğunu və onun atasının 65 yaşdan yuxarı olduğu üçün “Covid-19” xəstəliyinə görə adını əfv olunacaq məhkumların siyahısına sala biləcəyini, həmçinin buna görə ona zərəçəkmiş şəxslə barışıq ərizəsi və əfv üçün müəyyən sənədlər lazım olacağını bildirmiş, o da çox sevinmiş və razılaşıb minnətdarlığını bildirmişdir. Fləmin şəxs bir neçə gündən sonra gizli nömrə ilə yenə onun mobil telefona zəng edib, atasının öldürdüyü şəxsin ailəsinə məhkəmə tərəfindən 2182 manat cərimə kəsildiyini və həmin cərimənin zərərçəkmiş şəxsin ailəsinə onun nəzarəti ilə göndərilməli olduğunu bildirib, göndəriləcək pulu Şahid3 adına göndərməsini, sonuncunun onun işlədiyi şöbənin maliyyə işçisi olduğunu söyləmiş, o da həmin şəxsin dediyi kimi, xx.xx.2020-ci il tarixdə qohum-əqrabadan 2182 manat pul yığıb, Göygöl rayon Mərkəzi Poçtuna gedərək həmin pulu Şahid3 adına göndərib, qəbzi götürüb özündə saxlamış, bundan 5 dəqiqə sonra özünü Anar müəllim kimi təqdim edən şəxs onun telefonuna zəng edib, pulun gəldiyini bildirmişdir. Həmin tarixdən sonra Anar müəllim onunla həmişə gizli nömrə ilə əlaqə saxlayaraq atasının adını əfv edilən məhkumların siyahısına salmaq məqsədi ilə müəyyən sənədləşmə üçün dəfələrlə müxtəlif məbləğlərdə pullar istəmiş, o da poçt vasitəsi ilə Şahid3 adına 22 may 2020-ci il tarixdə 3000 manat, 03 iyun 2020-ci il tarixdə 1200 manat, 18 iyun 2020-ci il tarixdə 2800 manat, 06 iyul 2020-ci il tarixdə 1000 manat, 22 iyul 2020-ci il tarixdə 2000 manat, 05 avqust 2020-ci il tarixdə 5000 manat, 12 avqust 2020-ci il tarixdə 3500 manat, 21 avqust 2020-ci il tarixdə 2500 manat, 27 avqust 2020-ci il tarixdə 2000 manat, 08 iyul 2020-ci il tarixdə isə qaynatası Şahid2 adından 1000 manat göndərib qəbzlərini götürmüşdür. Özünü ona Anar müəllim kimi təqdim edən şəxs bir dəfə +**********000 nömrəli, bir dəfə də +**********08 nömrəli telefonlarla əlaqə saxlamış, qaynatası Əlastan hər bir şeydən xəbərdar olduğundan Anar müəllim sonuncu ilə də bir neçə dəfə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb danışmış və 2020-ci ilin avqust ayının sonlarında həmin şəxsin dələduz olduğunu, onun pulunu yalan yerə aldığını, 17 il 6 ay azadlıqdan məhkum edilmiş şəxsin əfv siyahısına düşə bilmədiyini söyləmiş, buna görə də Anar müəllim növbəti dəfə Əlastana zəng edən zaman sonuncu şikayət edəcəklərini deyib, verdikləri puluları qaytarmasını tələb etmiş, bundan sonra Anar müəllim də onun göndərdiyi puldan xx.xx.2020-ci il tarixdə 3500 manatını qaytarmış, sonra isə nə ona, nə də Əlastana zəng etməmişdir. O da aldadıldığını hiss edib, baş verənlər barədə telefonla atası Fəxrəddinə danışmış, sonuncu da bundan sonra Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət ərizəsi göndərmişdir. O, axrıncı pulu göndərənə kimi atası Fəxrəddinə bu barədə heç nə deməmiş, çünki özünü ona Anar müəllim kimi təqdim edən şəxs ilk danışıqları zamanı ondan bu barədə atasına heç nə deməməsini xahiş etmişdir. Özünü ona Anar müəllim kimi təqdim edən şəxsin adını və vəzifəsini ona yalan dediyini, həmin şəxsin atası ilə birlikdə Ədliyyə Nazirliyinin Penitesiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs olduğunu atası Fəxrəddinlə danışdıqdan sonra bilmişdir. Təqsirləndirilən şəxs onun atasının adını Əfv olunan məhkumların siyahısına saldıracağını vəd edərək, 2020-ci ilin may ayından avqust ayınadək bir neçə dəfəyə olmaqla ondan poçt vasitəsi ilə ümumilikdə 26182 manat pulu aldadıb almışdır. Həmin puldan 11000 manat məbləği ödənilsə də təqsirləndirlən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Nürəddin oğlu ifadəsində göstərmişdir ki, 2016-cı ilin avqust ayının 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, barəsində çıxarılmış hökm qanuni qüvvəyə mindikdən sonra isə keçmiş polis əməkdaşı olduğuna görə cəzasını Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində çəkməyə başlamışdır. Bundan sonra səhhətində baş verən ciddi problemlərələ bağlı onu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürmüşlər. Hal-hazırda cəzasının çəkilməmiş hissəsini həmin müəssisədə çəkir. 2020-ci ilin mart ayında “Covid 19” pandemiyası ilə bağlı yaşları 65- dən yuxarı olan məhkumların ölkə Prezidentinin Əfv fərmanı ilə azadlığa buraxılacağı barədə söhbətlər eşitdiyinə görə bununla əlaqədar ölkə rəhbərliyinə ərizə ilə müraciət etmiş, lakin ona törətdiyi cinayət əməlinin ağır cinayətlər kateqoriyasına aid edildiyinə görə adının Əfv fərmanında olacaq şəxslərin siyahısına salınmasının mümkün olmadığı barədə cavab gəlmişdir. Həmin cavabdan sonra o, adının qeyd edilən fərmanda olan məhkumların siyahısına düşməyəcəyini yəqin edib bir daha heç bir yerə müraciət etməmişdir. Həmin vaxtdan təxminən 1 ay sonra, yəni 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs onun cəza çəkdiyi 9 saylı müəssisəyə gəlmişdir. Cəzaçəkmə müəssissəsində həftədə 2 dəfə məhkumlara ailə üzvləri ilə mobil telefon vasitəsilə əlaqə saxlamağa icazə verildiyinə görə o, ailə üzvlərinə zəng edən zaman Vüqar ona yaxınlaşıb, nömrə kartını əlindən alaraq “ağsaqqal sən nömrəni gec yığırsan, kimi yığmaq istiyirsənsə nömrəni mənə de yığım" deyərək müraciət etmiş, o da razılaşaraq oğlu Ehtibarın istifadəsində olan ***-***-**-** nömrəsini Vüqara söyləmiş, sonuncu da öz növbəsində həmin nömrəni yığıb telefonu ona vermiş, o da bu hərəkətinə görə Vüqara təşəkkürünü bildirib, oğlu ilə danışıb sağollaşmışdır. Həmin vaxtdan 20-25 gün sonra Vüqarla cəzaçəkmə müəssisəsinin qarşısında təsadüfən rastlaşdıqları vaxt sonuncu onunla işi olduğunu deyib, kənara çəkilib söhbət etməyə başlamış və onun adının Əfv fərmanına salınması ilə bağlı ölkə prezidentinə ərizə yazıb, həmin ərizəni cənab prezidentə çatdırmaq lazım olduğunu və bu işdə ona köməklik edə biləcəyini söyləmiş, o da həmin məsələ ilə bağlı mart ayında ərizə ilə müraciət etdiyini, lakin müsbət cavab almadığını bildirmiş, həmin vaxtı Vüqar ona qohumlarının yaxşı vəzifələrdə işlədiyini və xətrini istədiyinə görə prezident aparatında işləyən qohumunun köməkliyi ilə ərizəsini təmənnasız olaraq cənab prezidentə çatdıracağını söyləmişdir. Həmin vaxtı o, Vüqara inanmasa da mədəniyyət xatirinə öz minnətdrlığım bildirmişdir. 2020-ci ilin oktyabr ayının axırlarında o, hal-əhval tutmaq üçün cəzaçəkmə müəssisəsindən oğlu Ehtibara zəng etmiş, həmin vaxtı aralarındakı söhbət əsnasında Ehtibar ondan eyni cəzaçəkmə müəssisəsində səsi qadın səsinə oxşayan kimi isə tanıyıb-tanımadığını soruşmuş, o da Vüqarın səsinin qadın səsəinə oxşadığını xatırlayıb, oğlu Ehtibara bu barədə bildirib, nə baş verdiyini soruşmuş, Ehtibar da həmin şəxsin onun adının Əfv fərmanına salınması üçün 35000 manat pul aldığını söyləmiş, o da oğlu Ehtibardan bu məsələ ilə bağlı ona nə üçün bir söz demədiyini soruşmuş, Ehtibar da Vüqarın bu barədə ona heçnə deməməsini tapşırdığını, guya ona sürpriz etmək istədiyini söyləmişdir. O, Ehtibarla danışıb qurtardıqdan sonra çox əsəbləşdiyinə görə insult keçirmiş və sağ əli ilə sağ ayağı tutulmuşdur. Bundan sonra onu 9 saylı cəzaçəkmə müəssisəsindən Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə yerləşdirmişlər. Həmin müəssisədə yataq şəraitində müalicə alan zaman Vüqar onun yanına gedib, müalicəmə köməklik etmək istəmiş, o da Vüqara əməllərindən xəbərdar olduğunu və oğlundan aldadaraq 35000 manat pul aldığını deyərək, pulları geri qaytarmasını tələb etmiş, Vüqar da heç bir söz deməyib, otaqdan çıxıb getmişdir. Bundan sonra o, Vüqarı bir daha görməmiş, lakin Vüqar ondan xəbərsiz oğlu Ehtibar və qudası Əlastanla əlaqə saxlayaraq onlara özünü prezedent aparatında Əfv Komissiyasının üzvü kimi təqdim edərək, onun adının əfv olunacaq məhkumların siyahısına salacağını vəd verib, oğlu Ehtibardan 2020-ci ilin may ayından avqust ayınadək olan müddətdə poçt vasitəsi ilə tanışı Şahid3 adına göndərilməklə xeyli miqdarda pulları aldadıb ələ keçirdiyini öyrənmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsilə ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2017-ci ildə cəzamın sonu ilə azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs 2015-ci ildə onunla birlikdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi vaxtdan tanıyır və dostluq edir. 2017-ci ildə azadlığa buraxıldıqdan sonra da Vüqarla mütəmadi əlaqə saxlayıraq tez-tez yanına gedib-gəlir. 2020- ci ilin may ayında Vüqar cəzaçəkmə müəssisəndən onun mobil telefonuna zəng edib, Göygöl rayonunda olan hansısa şərikinin poçt vasitəsi ilə onun adına pul vuracağını bildirmiş və həmin pulu götürüb hissə-hissə ona çatdırmasını xahiş etmişdir. O da Vüqara etiraz etməmiş və bundan sonra Göygöl şəhərinin Mərkəzi X1 adından və dəfə də Şahid2 adından öz adına göndərilmiş müxtəlif məbləğlərdə pulları Abşeron rayonu Xırdalan şəhərindəki poçt filialından götürüb, Vüqarla görüşərək sonunciya vermişdir. Həmin pulların hansı məqsədlə Vüqara göndərildiyini bilməmiş, Vüqarın 9 saylı cəzaçəkmə müəssisəsində onunla birlikdə cəza çəkən Şahid1 Nürəddin oğlunun adını Əfv fərmanına saldırmaq adı ilə Fəxrəddindən xəbərsiz sonuncunun oğlu Ehtbarla əlaqə saxlayb aldadaraq pulları onun adına göndərməsini xahiş etdiyini bununla əlaqədar Göygöl RPŞ-nə izahat vermək üçün çağırıldığı vaxt bilmiş, Şahid1 və sonuncunun oğlu Zərərçəkmiş şəxs heç zaman görməmiş, onların heç biri ilə bircə dəfə də olsun mobil telefonla danışmamış, Göygöl rayonundan adına göndərilən pulların da hansı səbəbdən göndərilməsi barədə heç bir məlumatı olmamış, sadəcə olaraq Vüqarın ona dediklərini yerinə yetirərək, öz adına göndərilən pulları poçt filialından götürüb, Vüqara vermiş və sonuncunun xahişi ilə Zərərçəkmiş şəxs və Şahid2 adına poçt vasitəsi ilə müxtəlif məbləğlərdə pullar göndərmişdir. Poçt vasitəsi ilə adına göndərilən və öz adından göndərilən həmin pulların dəqiq vaxtı və məbləğləri barədə poçt filialından rəsmi arayış ala bilər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonunun Toplahəsənli kəndində yaşayır. Göygöl rayon Topalhəsənli kənd İƏD üzrə nümayəndənin müavini vəzifəsində işləyir. Şahid1 Nürəddin oğlunu və ailə üzvlərini yaxşı tanıyır. Onlarla münasibəti həmişə yaxşı olub, Fəxrəddin 2017-ci ildə qonşusu X9 qəsdən öldürdüyünə görə həbs olunub, hal-hazırda cəza çəkir. 2020-ci ilin təxminən may-iyun aylarında saat 10-11 radələrində o, icra nümayəndəliyində olarkən nümayəndəliyin telefonuna zəng gəldiyinə görə o, dəstəyi götürüb cavab vermiş, telefonda incə səsli bir kişi onunla alçaq tonla danışmağa başlamış, həmin şəxs özünü Anar müəllim kimi təqdim edərək, X3 komisiyasınm üzvü olduğunu bildirmiş, bundan sonra o da özünü təqdim edib, dialoqa girməyə başlamış, həmin şəxs Şahid1 Nürəddin oğlunun yaşı 65-dən yuxan olduğuna görə “Covid 19” pandemiyası ilə əlaqədar Prezidentin Əfv fərmanının siyasına düşmək üçün müraciət etdiyini və Fəxrəddinin işinə baxdığını deyib, sonuncu və ailəsi barədə suallar verəcəyini bildirmiş, o da etiraz etməyib, verdiyi sualları cavablandırmış, telfon danışığını başa vurarkən həmin şəxs ehtiyac olarsa yenə onunla əlaqə saxlayacağını bildirmiş və bundan sonra 3-4 dəfə də nümayəndəliyin telefonuna zəng edib, Fəxrəddin və ailə üzvləri barəsində maraqlanmış, sonuncu dəfə nümayəndəliyə zəng edib, Fəxrəddin azadlığa buraxılasa öldürdüyü adamın yaxınları ilə yaxşı yola gedəcəkləri barədə ona sənəd göndərməsini xahiş etmiş, o da şifahi sorğu əsasında sənəd göndərmədiklərini bildirmişdir. Həmin şəxs isə rəsmi sorğu göndərəcəyini deyib telefonu söndürmüş və bir daha nümayəndəliyə zəng etməmişdir. Həmin şəxsin Şahid1lə birlikdə cəza çəkən məhbus Təqsirləndirilən şəxs olduğunu və Fəxrəddinin oğlu Zərərçəkmiş şəxs aldadaraq sonuncunun atasının vaxtından əvvəl azadlığa buraxılması adı ilə aldadaraq xeyli məbləğdə pulunu aldığını sonradan bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Mədud Məsulliyyətli Cəmiyyətin Göygöl Poçt filalının və "xxxx" MMC-nin ödəniş xidmətləri şöbəsinin istintaq materiallarına əlavə edilmiş aryışlarından görünür ki, Zərərçəkmiş şəxs Fəxrəddin oğlu və Şahid2 tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək poçt köçürməsi vaitəsi ilə Şahid3 adına 11 dəfəyə olmaqla cəmi 26182 manat pul köçürməsi göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 06 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nə edilən dəyişikliklə əlaqədar əməli CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif olunmuş və CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 06 il müddətinə cəza saxlanılmışdır. Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 67.1-ci maddələri tətbiq olunmaqla 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bəkı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq olunmaqla 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 317-2.1 ci maddəsi ilə təqsirli bilinərək CMnin 66.5-ci maddəsi tətbiq olunmaqla 09 il, 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail RPİ- nin istintaq şöbəsində barəsində CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işinin icraatına xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı Cəzaşəkmə Müəssisəsində cəza çəkir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 317-2.1 ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsi tətbiq olunmaqla 09 il, 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Şahidlər Şahid3, Şahid2, Şahid4 poçt vasitəsi ilə məhkəməyə teleqram vuraraq, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Şahid3 "xxxx" MMC-nin Göygöl rayon filialından onun adına göndərilmiş pul köçürmələri və onun adından göndərilmiş pul köçürmələri barədə "xxxx" MMC-nin ödəniş xidmətləri şöbəsi tərəfindən verilmiş arayışları cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs eyni xarakterli cinayətləri yenidən törətməsinin qarşısını almaq məqsədilə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzasının məqsədlərini təmin edə bilər. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi onun cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi yaranır və Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti təqsirləndiyi maddələrin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 09 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin ödəniş xidmətləri şöbəsi tərəfindən verilmiş arayışlar cinayət işi materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət nəticəsində dəymiş ziyan 26182 manat ziyanın 11000 manatı ödənilmiş, 15182 manatı ödənilməmişdir. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqi olması izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 09 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqi olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin ödəniş xidmətləri şöbəsi tərəfindən verilmiş arayışlar cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar