Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-380/2021 27.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 qızının oğlunun iştirakı ilə xx xxxxxx 1956-cı ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Abşeron Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5 və 68-ci maddələrinə əsasən qəti olaraq 01 il 04 ay 05 gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 2500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Qobu qəsəbəsi, Natəvan küçəsi, ev 35-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 22000,00 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitini və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli 2(012)-5933/2017 saylı, həmçinin ondan 30000,00 manat məbləğində borc, müqavilə rəsmiləşdirilərkən banka ödənilmiş 60,00 manat və dövlət büdcəsinə ödənilmiş 30,00 manat, cəmi 30090,00 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(012)-289/2020 saylı qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli, 3(012)-1265/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla 22.10.2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 13 yanvar 2021-ci il tarixə kimi qətnamə üzrə borcunu ödəməyərək zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(012)-5933/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 22000,00 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitini və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi ondan tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Eyni zamanda Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(012)-289/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, 30000,00 manat məbləğində borc, müqavilə rəsmiləşdirilərkən banka ödənilmiş 60,00 manat və dövlət büdcəsinə ödənilmiş 30,00 manat, cəmi 30090,00 manat məbləğində pul ondan tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Hər iki qətnamə üzrə verilmiş icra vərəqələri aidiyyəti üzrə icra olunması üçün Abşeron Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icra işləri başlanaraq bir icraata birləşdirilmiş,icra zamanı icra olunması üçün ona könüllü müddət verilməsinə baxmayaraq həmin müddət ərzində tələbi icra etməmiş, barəsində məcburi icra tədbirləri həyata keçirilmiş, icra vərəqələri tərəfindən icra olunmadığından barəsində icra məmuru tərəfindən iki dəfə inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuş, sonuncu protokol üzrə Abşeron Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500,00 manat miqdarında inzibati qaydada cərimə olunmuş,bundan sonra icra etmək üçün ona müddət verilsə də, həmin icra vərəqələrini icra etməmiş,icra zamanı Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(012)-5933/2017 saylı qətnaməsi üzrə cəmi 1550,00 manat məbləğində ödəniş etmiş,lakin hazırda məsuliyyətini dərk edərək həmin qətnamələri hissəhissə icra etməsinə söz verir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2011-ci ildə Təqsirləndirilən şəxs biznes qurması üçün 27000,00 ABŞ dolları məbləğində pulu borc vermiş, sonradan həmin borc müqaviləsini rəsmiləşdirmiş, lakin dəfələrlə borcun qaytarılmasını tələb etsə də, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək yalnız 5000,00 ABŞ dolları məbləğində pulun qaytarılmasını təmin etmiş, qalıq məbləğin qaytarılmasının tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2(012)-5933/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 22000,00 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30,00 manat pul vəsaiti tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müdət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş pul borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən iki dəfə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,00 manat miqdarında inzibati qaydada cərimə olunmuş, bundan sonra qətnaməni icra etmək üçün icra məmuru tərəfindən borcluya yenidən müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib qətnamə üzrə pulu qaytarmamış, qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra zamanı borcu ona 1550,00 manat məbləğində pul ödəmiş, Təqsirləndirilən şəxs uzun müddət Qobu qəsəbəsi üzrə bələdiyyənin sədri və müavin vəzifəsində çalışmış, özünə məxsus böyük torpaq sahələri vardır və kifayət qədər maddi imkana malikdir, lakin müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən qərəzli şəkildə yayınır, Təqsirləndirilən şəxs qətnamə üzrə ona borclu olduğu pul məbləğinin qaytarılmasında köməklik göstərilməsini xahiş edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə arasında 30.08.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış və 30000,00 manat məbləğində pulu borc vermiş, müqaviləyə əsasən Təqsirləndirilən şəxs həmin pulu 30.08.2019-cu il tarixdə borcun qaytarılmasını öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməyərək müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayındığından iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(012)-289/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(012)-289/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs onun xeyrinə 30000,00 manat məbləğində borc, müqavilə rəsmiləşdirilərkən banka ödədiyi 60,00 manat pul, dövlət büdcəsinə ödənilmiş 30,00 manat, cəmi 30090,00 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müdət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş pul borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Abşeron Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,00 manat miqdarında inzibati qaydada cərimə olunmuş, bundan sonra icra məmuru tərəfindən qətnaməni icra etmək üçün ona yenidən müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib qətnamə üzrə pulu qaytarmamış, qətnamənin icrasından qərəzli olaraq yayınmış, Təqsirləndirilən şəxs uzun müddət Qobu qəsəbəsi üzrə bələdiyyə sədri və müavin vəzifəsində çalışmış, özünə məxsus böyük torpaq sahələri vardır və kifayət qədər maddi imkana malikdir, lakin müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən qərəzli şəkildə yayınır, Təqsirləndirilən şəxs ona borclu olduğu 30090,00 manat məbləğində pulun qaytarılmasında köməklik göstərilməsini xahiş edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5933/2017 saylı, 13.11.2017-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 22000,00 ABŞ dolları (ödəniş günü üçün Azərbycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 30,00 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Abşeron Rayon İcra və Probasiya Şöbəsində 04.12.2017-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Həmçinin Abşeron Rayon Məhkəməsinin 2(012)-289/2020 saylı, 20.09.2019-cu il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 30.090 manat tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Həmin icra vərəqəsi üzrə 17.03.2020-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmiş,qeyd olunan icra sənədləri 17.03.2020ci il tarixdə bir icraatda birləşdirilərək icra tədbirləri davam etdirilmiş,Abşeron Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, borclu dəfələrlə məhkəmə qərarlarının icrası ilə əlaqədar şöbəyə dəvət olunmuş, lakin gəlməkdən boyun qaçırmış,bu səbəbdən Abşeron Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli qərardadı əsasında borclu polis əməkdaşları tərəfindən məcburi qaydada gətirilmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs 07.01.2019-cu il və 25.08.2020-ci il tarixlərdə Abşeron Rayon Məhkəməsi tətəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə növündəinzibati tənbeh edilmiş,inzibati tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcların ödənilməsini təmin etməmiş,borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs 22.10.2020-ci il tarixdə yenidən xəbərdarlıq göndərilmiş, Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmiş, yalnız Abşeron Rayon Məhkəməsinin 2(012)-5933/2017 saylı, 13.11.2017-ci il tarixli icra sənədi üzrə 1550,00 manat ödənişi təmin etmişdir.İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, bir dəfə inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etməmişdir.Tələbkar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şöbəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını üçün təqdimat verilməsini xahiş etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnamələrini qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli 2(012)-5933/2017 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 22000,00 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitini və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(012)-289/2020 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 30000,00 manat məbləğində borc, müqavilə rəsmiləşdirilərkən banka ödənilmiş 60,00 manat və dövlət büdcəsinə ödənilmiş 30,00 manat, cəmi 30090,00 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli, 3(012)-1265/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 17.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-308,2020 saylı, 13.10.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5 və 68-ci maddələrinə əsasən qəti olaraq 01 il 04 ay 05 gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 2500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin 02.08.2021-ci il tarixli 2586 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 1 (012)-308/2020 saylı hökmü ilə təyin edilmiş, 01 il 04 ay 05 gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasından 10 ayını çəkmiş, 06 ay 05 gününü çəkilməmiş qalmış, 2500 manat məbləğində cərimə cəzasından bu günə qədər heç bir ödəniş edilməmiş, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 03 ay 20 gününü çəkmiş, 01 il 02 ay 10 günü isə ҫəkilməmiş qalmısdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmək əməlləri Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19.03.1997-ci il tarixli Qərar). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 1(012)- 308,2020 saylı, 13.10.2020-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmədə təklif edilsə də təqsirləndirilən şəxs borcundan hər hansı bir məbləği zərərçəkmiş şəxslərə ödəməkdən qəti imtina etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin 1(012)-308,2020 saylı, 13.10.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 04 (dörd) ay 10 (on) gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası, 2500 manat məbləğində cərimə cəzası və 01(bir) il 15 (on beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27.09.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 1(012)-308,2020 saylı, 13.10.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 04 ay 10 gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası, 2500 manat məbləğində cərimə cəzası və 01(bir) il 15 (on beş) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs 2500 manat məbləğində cərimə cəzası, 04 ay 10 gün müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş 2500 manat cərimə cəzası müstəqil icra edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 27.09.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-380/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-380/2021
27.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver