Məhkəmə qərarları › İş №1(012)-380/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-380/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-380/2025 07.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X10 Ənvər qızının sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayyon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, "xxxx" QSC-də atıcı vəzifəsində işləyən, Tovuz rayonu, Aşağı Öysüzlü ərazi dairəsi, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Tovuz rayonu Yuxarı-Öysüzlü kəndində yaşayan X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 2021 -ci ilin dekabr ayından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində sonuncuya məxsus yaşadığı Bakı şəhəri Xətai rayonu H.Aslanov metrostansiyası yaxınlığında yerləşən ünvanda 5000 manat, Tovuz şəhərində yerləşən “Kapital Bank ASC”-yə məxsus terminaldan özünəməxsus kart hesabına göndərdiyi 6100 manat vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 11100 manat pulunu etibarından sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu Şahid2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs2 özünə və qohumlarına bütün məsələlərdə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq sonuncudan əvvəllər xidmətdə olduğu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən işdən çıxması ilə bağlı hərbi biletində qeydin düzəlməsinə köməklik edəcəyi adı ilə 17 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən “Naxçıvanlılar” adlı kafedə ona 200 manat, Tovuz rayonu Qovlar şəhərində olan 4 sot torpaq sahəsinin əmisi X5 adına rəsmiləşdirilməsinə köməklik edəcəyi adı ilə 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığında 700 manat, mərhum atasının İ qrup əlilliklə bağlı almış olduğu sosial müavinətin anası X6 almasına köməklik edəcəyi adı ilə 06 noyabr 2022-ci il tarixdə Kürdəmir rayonu ərazisində olduğu zaman özünün adına olan "xxxx" ASC-yə məxsus bank kartı hesabından mobil tətbiq vasitəsilə onun "xxxx" ASC-yə məxsus “Leobank” adlı kart hesabına göndərdiyi 450 manat, qohumu X3 Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən torpaq sahəsində tikdirmiş olduğu evə görə Azərbaycan RespublikasıFHN-nin X8 idarəsindən icazə alınması ilə bağlı sənədin əldə edilməsinə köməklik edəcəyi adı ilə 2022-ci ilin dekabr ayının əvvəllərində Abşeron rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında 850 manat, azyaşlı qohumu X7 İ qrup əlil kimi sosial müavinət almasına köməklik edəcəyi adı ilə 2022-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında olduğu zaman özünün adına olan "xxxx" ASC- yə məxsus bank kartı hesabından mobil tətbiq vasitəsilə onun bank kartı hesabına göndərdiyi 300 manat, həmin işləri qısa zamanda görə bilməsi adı ilə 02 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən bazarda 500 manat vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 3000 manat pulunu etibarından sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Tovuz rayonu Yuxarı- Öysüzlü kənd sakini X2 tanıyır, Səbuhi onun doğma xalası oğludur, onunla sözügedən hadisə baş verənə kimi aralarında heç bir ədavətləri, narazılıqları və düşmənçilikləri olmamışdır. Onunla hazırdada münasibətləri yaxşıdır. Səbuhi Mehrəliyev Bakı şəhərində şirkətdə işləyirdi, sonradan həmin şirkətdən işdən çıxmışdı iş axtarırdı. Təxminən 2021-ci ilin axırları idi tarix dəqiq yadında deyil, Səbuhi ilə aralarında söhbət zamanı Səbuhi ona demişdir ki, “işdən çıxmışam, sənin tanışların olarmı məni bir işə düzəldə bilərsənmi?” Ona demişdir ki, tanışları çoxdur ancaq heç kim elə belə pulsuz iş görmür, onçun da ehtiyyat edir. Səbuhi ona demişdir ki, “imkan olsaydı məndə bir normal işə girib işləyərdim, ailə qurardım evlənmək vaxtım çatıb işsiz adama heç kim qız vermir”. Səbuhi ona belə deyəndə demişdir ki, “baxım görüm neyləyə bilərəm bir iki nəfər tanışlarıma deyərəm görüm əmələ gələrmi”. Bundan təxminən bir ay sonra Səbuhi ilə Bakı şəhərində görüşmüşlər, Səbuhiyə demişdir ki, “səni memar kimi işə düzəltmək əmələ gəlmir, lakin kiçik vəzifəyə düzəltmək olar sonradan yavaş yavaş irəli gedə bilərsən. Həmin işə girmək üçün 7-10 min arası pul lazımdı”. Səbuhi onunla razılaşmış və “qoy eyimizlə atamla anamla danışım razılaşım sənə deyərəm” demişdir. Onlar danışandan sonra telefonla xalası Solmazla yəni Səbuhinin anası ilə danışmışdır, ona demişdir ki, Səbuhini işə düzəltmək üçün hardasa 10000 manat pul lazımdır. Xalası Solmaz ona dedi ki, “qoy məsləhətləşim sənə xəbər deyəcəm”. Onarla telefonla danışdıqları günün səhəri günü xalası Solmaz ona zəng vurub dedi ki, “pulu düzəldib verəcəyik, təki iş düzəlsin iş düzələndə sənin hörmətini özüm edəcəm”. Solmaz xalasına demişdir ki, Səbuhidən onun heç bir təmənnası yoxdur, təki iş düzəlsin. Onlar Səbuhi ilə onu işə düzəltmək üçün 10000 (on min) manat pula danışıb razılaşmışlar. 2021-ci ilin sonlarında Səbuhi Bakı şəhərində Elmlər Akademiyası metrosunun yaxınlığında ona 6000 (altı min) manat pulu əlbəəl nağd şəkildə vermişdir. Həmin pulu Səbuhidən götürüb ona söz vermişdir ki, işini danışmışdır düzəldəcəkdir. Sonradan Səbuhi ona hissə hissə kartla 5000 (beş min) manat pul göndərmişdir. Həmin pulları ona göndərəndə bir dəfə onun kartı olmadığı üçün kafedə işləyən tanışı Dilbər adlı qadından xahiş etmişdir ki, kartının nömrəsini ona versin, həmin karta pul göndərəcəklər. O da razılaşıb kartım ona vermişdir, onun kartının nömrəsini Səbuhiyə göndərmişdir. Səbuhi də Dilbər adlı qadının kartına 1400 (bir min dörd yüz) manat məbləğində pul göndərmişdir, Dilbərdən kartı alıb həmin pulu kartdan çıxarıb kartı Dilbərin özünə qaytarmışdır. Bundan sonra Səbuhi yenə ona pul göndərəndə kafedə qulluqçu işləyən Daşdəmir adlı şəxsdən xahiş edib demişdir ki, kartı varsa nömrəsini ona versin ona pul göndərməlidirlər, Daşdəmir də kartının nömrəsini ona vermişdir. Daşdəmirin kart nömrəsini Səbuhiyə göndərib ona demişdir ki, pulu həmin karta göndərsin. Səbuhi də Daşdəmirin kartına 1000 (bir min) manat məbləğində pul göndərmişdir. Daşdəmirdən kartı alıb həmin pulu Bakı şəhərində yerini xatırlamadığı terminaldan 1000 manat məbləğində pulu çıxarıb kartı qaytarıb Daşdəmirə vermişdir. Dilbər adlı qadın və Daşdəmir adlı şəxs həmin pulun ona hansı məqsədlə göndərilməsini bilməmişlər. Onlardan xahiş edib demişdir ki, kartı yoxdu kartım ona versinlər, karta pul göndərəcəklər, onlarda etiraz etməmişlər, Həmin karta Səbuhinin göndərdiyi pulları özü çıxarıb kartı sahiblərinə qaytarmışdır. Onların həmin pulu hansı məqsədlə almağı barədə məlumatları olmamışdır. Səbuhi onu işə düzəltmək üçün ümumilikdə 11000 (on bir min) manat məbləğində pul vermişdir. Həmin pulları öz ehtiyyaclarına xərcləmişdir. Sonradan tanışlarından xahiş etmişdir ki, Səbuhini işə düzəltməyə kömək etsinlər lakin onu işə düzəltdirə bilməmişdir, pulları da xərclədiyindən geri qaytara bilməmişdir. Səbuhi ondan pulu tələb edəndə demişdir ki, “vaxt ver pulunu qaytaracam”. Səbuhinin pulunu tezliklə qaytarıb verəcəyini bildirmişdir. Səbuhidən aldığı pulların hamısını özü öz ehtiyyaclarına xərcləmişdir, Əliyar adlı şəxsin adını da özüm yalandan uydurmuşdur. Fikirləşmişdir ki, tanışları vasitəsilə Səbuhini işə düzəltdirər ancaq düzəltdirə bilməmişdir pulu da geri qaytarmağa maddi imkanı olmamışdır; Ancaq həmin pulu bir ay yarım müddətinə Səbuhiyə qaytaracağına söz vermişdir. Bundan başqa Tovuz rayonu Qovlar şəhər sakini X4 13 mart 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon polis idarəsinə ünvanladığı ərizənin məzmunu ilə tanış olmuşdur. Bununla bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs2 2022-ci il tarixdə tanımışdır. Onun Hüseynlə qohumluğu yoxdur, aralarında ədavət, düşmənçilik olmamışdır. Hüseyni onunla dostu Orxan tanış etmiş, onun telefon nömrəsini Hüseynə Orxan demişdir. 2022-ci ilin may ayında Bakı şəhərində olarkən Hüseyn onun istifadə etdiyi ***-***-**-** nömrəli telefona zəng edərək nömrəsini Orxandan soruşduğunu, onunla işinin olduğunu və görüşüb söhbət etmək istədiyini demişdir. Hüseynə Bakı şəhəri 28 May metrostansiyasının yaxınlığında olduğunu demiş və onu oraya dəvət etmişdir. Xatırlamadığı gün Hüseyn bir nəfər tanımadığı şəxslə gəlib onunla görüşmüşdür. Onlar “Qış parkı” adlanan əraziyə gedib orada yerləşən çay evində əyləşmişlər. Hüseyn ona əvvəllər Dövlət Sərhəd Xidmətində işlədiyini, təxminən bir ildir ki, işdən çıxarıldığını, lakin, hərbi biletini oradan götürə bilmədiyini, başqa dövlət orqanlarında işə düzəlmək üçün hərbi biletinin ona lazım olduğunu demişdir. Hüseyn ona müxtəlif dövlət orqanlarına ərizə yazdığını Orxanın vasitəsi ilə öyrənib bildiyini dedi və hərbi biletini almaq üçün ona kömək etməyini xahiş etmişdir. Hüseyndən nə səbəbə Dövlət Sərhəd Xidmətindən hərbi biletini ala bilmədiyini soruşmuşdur. Hüseyn ona iş yerində gizir rütbəsində olan şəxslə mübahisə etdiyi üçün qərəzli olaraq hərbi biletinin verilmədiyini demişdir. Hüseynə bir ərizəni 20-30 manata yazdığını, istədiyi halda Dövlət Sərhəd Xidmətinə ərizə yazmaqlarını demişdir. Hüseynə təxminən 20-30 manat pul verməsini, ərizə yazacağını, hərbi biletini aldıqdan sonra ondan 100-150 manat pul alacağını demişdir. Onların söhbətləri burada yekunlaşmış və Hüseyn onunla əlaqə saxlayacağını deyib getmişdir. Təxminən 15-20 gün sonra Hüseyn onun telefonuna zəng etmiş və onlar Bakı şəhəri Nərimanov rayonu ərazisində görüşmüşlər. Hüseyn ona atası Elşanın təxminən bir il əvvəl vəfat etdiyini, atasının sağlığında əlilliklə bağlı pensiya aldığını, anasının isə atasına baxdığına görə əlavə müavinət aldığım, atasının aldığı həmin pensiyanı anasının adına keçirməyini, pensiyanı anasının almasım demişdir. Hüseynə qanunvericilikdə həmin qaydanın olmasından xəbərinin olmadığını, lakin, bu barədə ərizə yazıb yoxlaya biləcəklərini demişdir. Hüseynə sənəd işlərinə görə ona 200- 300 manat pul verməsini demişdir. Hüseyn onunla razılaşıb ərizəni yazmağım demişdir. Bir gün sonra Hüseyn ona zəng edərək Tovuz rayonu Qovlar şəhərində əmisinə məxsus torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin mübahisəli olduğunu demiş və torpaq sahəsini alıb əmisinin adına keçirməyində köməklik etməyini xahiş etmişdir. Hüseynə əvvəllər makler işlədiyini, torpaqişlərini yaxşı bildiyini demişdir. Bir gün sonra Hüseyn yenidən ona zəng edərək Məhəmmədi kəndində yaşayan Səkinə adlı qohumunun olduğunu, Səkinənin mişar daşı alıb ev tikdirmək istədiyini, lakin, icra hakimiyyətinin Səkinəyə ev tikməyə icazə vermədiyini demişdir. Hüseyn ondan Səkinənin ev tikməsinə icazə verilməsinə kömək etməyini xahiş etmişdir. Hüseyn hansısa dövlət qurumlarının Səkinədən 1500 manat, başqa bir qurumun isə 1000 manat pul istədiyini demişdir. Hüseyndən icra hakimiyyətinin Səkinəyə ev tikməyə nə səbəbə icazə vermədiyini soruşmuşdur. Hüseyn ona Səkinənin evinin yola yaxın olduğunu, bu səbəbdən də icazə verilmədiyini demişdir. Hüseynə xəritəçəkmə komitəsinin əməkdaşlarının torpaq sahəsinə gəlməli olduğunu və torpağın sxemini çəkməli olduğunu demişdir. Hüseyn ona xəritəçəkmə komitəsinin əməkdaşlarının torpağın sxemini təxminən 300-350 manata çəkdiklərini, lakin, Səkinənin kasıb olduğunu, həmin pulu verə bilmədiyini demişdir. Hüseynə həmin qiymətin baha olduğunu, maksimum 150-200 manata etdiklərini demişdir. “Google” adlı internet səhifəsində axtarış vermiş və xəritə çəkən şəxsin telefon nömrəsini taparaq zəng etmişdir. Səkinənin torpaq məsələsini həmin şəxsə danışmışdır. Həmin şəxs torpağın sxemini çəkə bildiyini, bunun müqabilində 150 manat pul alacağını demişdir. Həmin şəxsin telefon nömrəsini Hüseynə vermişdir. Hüseyn isə həmin şəxslə danışmışdır. Bir gün sonra Hüseyn ona zəng edərək həmin şəxsin gəlib aparat vasitəsi ilə torpağın sxemini çəkdiyini, həmin şəxsə 150 manat pul verdiyini demişdir. Bir neçə gün sonra Hüseyn ona zəng edərək həmin şəxsin torpağın sxemini yenidən çəkdiyini və yenə də həmin şəxsə 150 manat pul verdiyini demişdir. Sonra xəritəçəkən şəxsə zəng edərək sənədləri nə vaxt verəcəyini soruşmuşdur. Həmin şəxs sənədin təxminən bir həftə ərzində hazır olacağım və ona göndərəcəyini demişdir. Hüseyn ona zəng edərək Səkinənin torpaq işinə görə hansı məbləğdə pul istəyəcəyini soruşmuşdur. Hüseynə Səkinənin torpaq işinə görə zəhmət haqqı olaraq ona 300-400 manat pul verməsini demişdir. 2022-ci ilin payız fəslində Tovuz rayonuna gedərkən Hüseynin əmisi Elfaqla görüşmüşdür. Elfaq torpaq məsələsi barədə ona ətraflı məlumat vermişdir. Elfaqa torpaq işinə görə birinci bələdiyyəyə getməklərini demişdir. Elfaqla birlikdə Qovlar şəhər Bələdiyyəsinin əməkdaşı Rövşənin yanına getmişlər. Rövşən torpaq sahəsinin Elfaqla qohumu arasında mübahisəli olduğunu, həmin məsələdə Elfaqa kömək edə bilməyəcəyini demişdir. Elfaqa torpaq məsələsinin onun xeyrinə həll olunması üçün təxminən 400-500 manat pulun lazım olduğunu, zəhmət haqqı olaraq isə 200-300 manat istədiyini demişdir. Elfaq torpaq işinin həll olunması ilə bağlı ona 700 manat pul verməyə razı olmuşdur. Elfaq Qovlar şəhərində ona 600 manat pul vermişdir. Bundan sonra Bakı şəhərinə qayıtmışdır. Bir neçə gün sonra isə Elfaq onun nömrəsini xatırlamadığı “Leo Bank” kartına 100 manat pul köçürmüşdür. Hüseyn Bakı şəhəri Gənclik adlanan ərazidə yerləşən ofisində anasının pensiya işi ilə bağlı ona 400 manat pul vermişdir. Hərbi bilet işi ilə bağlı Hüseyn onun bank kartına 50 manat pul köçürmüş, bir neçə gün sonra isə ona 150 manat pul vermişdir. Səkinənin işi bağlı isə Hüseyn ona hissə-hissə olmaqla 850 manat pul vermişdir. Bundan sonra da Hüseyn qeyd etdiyi işlərlə bağlı hissə-hissə olmaqla ümumilikdə 3000 manat pul vermişdir. Lakin, Hüseynin və qohumlarının işlərini düzəldə bilməmişdir, bununla bağlı heç bir iş görməmişdir. Hüseyndən aldığı puldan 700 manatını qaytarmışdır, lakin, onun 2300 manatını qaytara bilməmişdir. Bu səbəbdən Hüseyn onun barəsində şikayət etmişdir. Daha sonra isə həmin 2300 manatı da qaytarmışdır. Hüseyn ona 12270 manat deyil, ümumilikdə 3000 manat pul vermişdir. 9270 manat isə Hüseyn özü ona bildirmişdir ki, həmin pul 3000 manatın üzərinə gələn faiz puldur. Hüseyndən ümumilikdə 3000 manat pul almışdır. Onun 700 manatını Hüseyn polisə şikayət edənədək ödəmiş, qalan 2300 manatını isə təzəlikcə Hüseynə vermişdir. Zərərçəkmiş şəxslərlə tam barışmışdır, dəymiş zərəri tam ödəmişdir. Qanunvericilikdə nəzərdə tutulan 25% məbləği dövlət xəzinədarlığına ödəmişdir. Onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma xalası oğludur. Sözügedən hadisə baş verənə kimi onunla aralarında heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. Münasibətləri bir xala oğlu kimi yaxşı olmuşdur. Ramin uzun müddətdir ki, Bakı şəhərində yaşayır. O iş axtaran zaman, Ramin də bilirdi ki, o iş axtarır. 2021 -ci ilin sonlarında Ramin telefonla onun mobil telefonuna zəng vurub onunla, anasıyla və atasıyla telefonla danışmışdır, sonra ona demişdir ki, onu Daşınmaz Əmlakın Tovuz rayon şöbəsinə işə düzəltdirə bilər. Ramin ona dedi ki, bir nəfər Əmirəli adlı tanışı var, o həmin işi düzəltməyə söz verir. Ramin ona dedi ki, həmin şəxs onu Dövlət Qulluğuna keçmək üçün imtahandan keçirəcək sonrada işə düzəldəcək, həmin işə görə Ramin onlardan əvvəlcə 15000 (on beş min) manat pul istəmiş, sonra demişdir ki, həmin şəxslə danışıb 11000 (on bir min) manata razılaşmışdır. Onlar da Raminin bu təklifi ilə razılaşmışlar, Raminə demişdir ki, “işi düzəlt, sonra pulu verəcəyik”. Lakin Ramin demişdir ki, “həmin adam pulu əvvəlcədən istəyir”. Ona demişdir ki, “birdən pulu alıb işimi düzəltməz”, lakin Ramin ona demişdir ki, “narahat olma mən cavabdehəm, mənim tanışımdı, heç kim pulu əvvəlcədən almamış işi düzəltməz”. Ramin atasıyla anasıyla danışmış, onları da inandırmışdır, bundan sonra onlar 11000 (on bir min) manat pulu onu dövlət qulluğuna işə düzəltmək üçün xalası oğlu Təqsirləndirilən şəxs verməyə razılaşmışlar. xx.xx.2021-ci il tarixdə o Bakı şəhərinə getmişdir. Bakı şəhərində H.Aslanov metrosunun yaxınlığında Təqsirləndirilən şəxs kirayədə qaldığı evdə ona həmin günü 5000 (beş min) manat pul vermişdir. Ramin- həmin pulu ondan alandan sonra onlarla birlikdə Bakı şəhərində tanımadığı bir yerə getmişlər. Orada Ramin ondan aldığı sənədləri pulu kiməsə vermiş, ona demişdir ki, “həmin pulu və sənədləri tanışı Əmirəli adlı şəxsə verdim, sənin işin düzələcək narahat olma”. O da, bundan sonra iki gün Bakı şəhərində Raminin kirayədə qaldığı evdə qalıb sonra qayıdıb Tovuz rayonuna gəlmişdir. Bundan təxminən 15 gün sonra X16 şəhərinin ərazisində yerləşən terminalından Təqsirləndirilən şəxs ona verdiyi kart nömrəsinə 2000 (iki min) manat, bundan bir neçə gün sonra 535 (beş yüz otuz beş) manat, bundan bir neçə gün sonra yenə 1414 (bir min dörd yüz on dörd) manat, bundan bir neçə gün sonra 1010 (bir min ona) manat, bundan bir neçə gün sonra yenə 1010 (bir min ona) manat pul göndərdim. Həmin pulları göndərəndən təxminən bir həftə sonra Ramin ona dedi ki, “səni dövlət imtahanının “BB” kateqoriyasından qeydiyyatdan keçirmək lazımdı əlavə 100 (bir yüz) manat da pul göndərməlisən”. O da yenə X16 şəhərində yerləşən terminalı ilə Təqsirləndirilən şəxs ona nömrəsini verdiyi karta 100 (bir yüz) manat məbləğində pul göndərmişdir. Lakin Təqsirləndirilən şəxs onun işini düzəltməmişdir, hər dəfə ondan soruşanda onu müxtəlif bəhanələrlə aldat ki, düzələcək. Təxminən bir il Ramin ona demişdir ki, işin düzələcək narahat olma. Sonradan o maraqlanmışdır ki, “BB” kateqoriyasında imtahan bir həftədən sonra keçiriləcək, Raminə zəng vurub demişdir ki, “BB” kateqoriyasında imtahan başlayır məni niyə qeydiyyatdan keçirməmisiniz”. Ramin yenə onu aldadıb dedi ki, “narahat olma özləri həll edəcəklər”. Lakin onu imtahana da çağırmamışlar. Bundan sonra onlar başa düşmüşlər ki,. Ramin onları aldadır ona demişdir ki, pulu qaytar ver. Ramin dedi ki, “bir həftəyə kimi pulunu qaytarıb verəcəm”. Lakin pulunu qaytarıb verməmişdir. Sonradan atası, anası və onun israrıyla ondan pulu tələb edəndə Ramin dedi ki, “həmin pulu verdiyim Əmirəli adlı şəxsin torpağı var, pulun əvəzinə həmin torpağın sənədini ondan almışam, onun torpağını sənin adına sənədləşdirəcəm”. Lakin Ramin yenə onları aldatmışdır, nə pullarını qaytarmadı nə də torpağı onun adına sənədləşdirməmişdir. Ramin bu günə kimi onun işini düzəltməmiş nə də onun pulunu qaytarıb verməmişdir, ondan pulu tələb edəndə onu hər dəfə müxtəlif bəhanələrlə aldatmışdır. Sonra da ona borc müqaviləsi verdi ki, guya həmin adamla müqavilə bağlayıb pulu onlardan alacaq. Sonrada ona dedi ki, “evi satıram evi satıb sənin pulunu qaytaracam”. O görmüşdür ki, ramin onu aldadır, onun pulunu vermir, ona görədə məcbur olub şikayət ərizəsi yazmışdır. 5000 manatı Təqsirləndirilən şəxs verəndə yanlarında heç kim olmamışdır, qalan pulları isə terminalla göndərmişdir, həmin qəbzləri də təqdim etmişdir. Onun həmin məbləğdə pulu Raminə verdiyini atası, anası bilmişlər, çünki həmin pulu atasıyla anasından alıb Raminə vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Elşən oğlu ifadəsində göstərmişdir ki, Raminin onu Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini, Raminə 20000 manat pul verdiyini, işə qəbul olunma əmrini gözlədiyini, onu Raminlə tanış edəcəyini demişdir. 2022ci ilin sentyabr ayının əvvəlində Bakı şəhəri Qış parkında yerləşən çayxanada Orxan onu ilk dəfə Raminlə görüşdürmüşdür. Ramin Tovuz rayonu Avaztəpə kənd sakini olduğunu, onu tanıdığını, Qovlar şəhərində yerləşən bankda işlədiyini, hazırda isə jurnalist işlədiyini bildirmişdir. Raminə əvvəllər Dövlət Sərhəd Xidmətində gizir işlədiyini, sonra öz arzusuyla işdən çıxdığım, lakin, işdən çıxma səbəbinin hərbi biletdə düzgün yazılmadığını, hərbi biletdə işdən çıxarılma səbəbinin uyğunsuzluq göstərdiyini, dövlət işinə düzəltmək istədiyini, bu səbəbdən hərbi biletinin düzəlməli olduğunu, bununla bağlı Asan xidmətə müraciət etdiyini, oradan məhkəmə yolunun məsləhət edildiyini, lakin, məhkəmənin uzun müddət çəkdiyini demişdir. Raminə 12270 manat pul vermişdir. Lakin, Ramin onu aldaraq söz verdiyi işlərin heç birini görməmişdir. 2023-cü ilin mart ayında Raminin onu aldatdığını bilmiş və aprel ayında ondan pulunu geri tələb etmişdir. Ramin hər dəfə müxtəlif bəhanələr gətirib onu aldatmış, o, nə söz verdiyi işləri görməmiş, nə də onun pulunu qaytarmamışdır. Bu səbəbdən də o Raminin barəsində Binəqədi rayon polis idarəsinə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərər tam ödənilmişdir. Heç bir tələb və şikayəti yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilimiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 5-6 il bundan əvvəl Təqsirləndirilən şəxslə metrostansiyada tanış olmuşlar. Ramin ondan nömrəsini götürüb əlaqə saxlayacağını demişdir. Daha sonra onunla münasibətləri daha da artmışdır. Belə ki, onunla dost olmuşlar. Təqsirləndirilən şəxslə hər hansı bir ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs2 onun həmkəndlisidir. Belə ki, Zərərçəkmiş şəxs2la elə də çox münasibəti olmamışdır. Zərərçəkmiş şəxs2la hər hansı bir ədavəti olmamışdır. Hüseyni Ramindən əvvəl tanımışdır. Üzərindən uzun müddət keçdiyinə görə hər şey tam yadında deyil. Lakin Hüseynlə həmin ərəfələrdə, söhbətləri olan zaman, Hüseyn ona dövlət işlərindən anlayışı olan bir şəxsin olub-olmamasını soruşmuşdur. Həmin söhbətdən sonra Raminlə bir dəfə eyni yerdə olan zaman, Raminə dostlarının, yəni Hüseynin ona dediyi sözləri demişdir. Ramin də ona bu məsələlərdən anlayışı olduğunu demişdir. Tam dəqiq yadında deyil Hüseynlə Raminin tanış olmasında vasitəçilik etmişdir. Daha sonra onların arasında olan məsələdən heç bir xəbəri olmamışdır. Yalnız həmin vaxtdan 4-5 ay sonra Hüseyn ona zəng edərək, Raminin onu aldatdığını, dələduzluq yolu ilə pulunu ələ keçirdiyini bildirmişdir. Hüseyn ona “mənlik bir şey olmadığını, sadəcə olaraq pulu almaqda köməklik göstərməsini” demişdir. O Hüseynə demişdir ki, bacardığı qədər ona köməklik göstərəcəkdir. Hüseynə Raminin borclara görə evini satacağını dediyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdikləri şər və böhtan xaraketerlidir. Hüseynin Raminə pul verməsindən yalnız hadisədən 4-5 ay sonra bilmişdir. Hüseynin nə üçün belə ifadə verdiyini bilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. Zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin madddə ilə ittiham elan edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(062)-21/2024 saylı qərarından görünür ki, Əliyev Ramin Eldar oğlunun barəsində istintaq müddətinin sonunadək, yəni xx.xx.2024-cü il tarixədək müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmasə qərara alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin madddə ilə ittiham elan edilmişdir. Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublaiskı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaq davam etdirilmiş, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********** nöməli cinayət işi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdirilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-558/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 17 gün yəni, xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-589/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti istintaq müddətinin sonunadək, yəni 10 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-656/2024 saylı qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti 10 oktyabr 2024-cü il tarixədək müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-704/2024 saylı qərarından görünür ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində olan ev dustaqlığı qətimkan tədbirinin müddəti 15 gün, yəni 25 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, qərar təqsirləndirilən şəxsə elan olunmaqla və elan edilən ittihamın mahiyyəti ona izah olunmaqla, qərarın surəti ona təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxslərə dəymiş 14000 manat zərərin 25%-i, yəni 3534 manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onunla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərər tam ödənilmişdir. Heç bir tələb və şikayəti yoxdur. Gələcəkdə də olmayacaqdır. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxslərlə tam barışmışdır, dəymiş zərəri tam ödəmişdir. Qanunvericilikdə nəzərdə tutulan 25% məbləği dövlət xəzinədarlığına ödəmişdir. Qeyd olunanları nəzərə alaraq bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 39.1.11 -ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və əvvəllər barəsində bu əsasla məsuliyyətdən azad olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73, Cinayət Prosessual Məcəlləsinin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar