Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-381/2020 06.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X1 katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobil idarə etmək hüququna malik olan AB 800326 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X2 məxsus “Daewoo Nexia” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad- Fatmai avtombil yolu ilə Fatmai qəsəbəsi istiqamətində saatda 50 kilometr saat sürətlə hərəkətdə olarkən yolun Abşeron rayonu, Fatmai qəsəbəsində yerləşən “Lukoyl” yanacaq doldurma məntəqəsinin yaxınlığından keçən hissəsində “X5” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin, “X5” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına başqa əmlaka ziyan vurmamalı olduğu halda bunlara əməl etməyərək həmin zaman onun hərəkət istiqamətində yolun sağ hissəsi ilə hərəkət edən piyadalar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 avtomobilin sol tərəfi vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, onurğa sütunun boyun şöbəsinin 6-cı boyun fəqərəsinin, sağ incik sümüyünün qapalı yerdəyişməyən sınıqları, alın və hər iki baldır nahiyyəsinin yumşaq toxumalarının əziyi, sağ yanaq nahiyyəsinin sıyrığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs4 qapalı kəllə beyin travması, baş-beyinin yüngül dərəcəli əzilməsi onurğa sütunun bel şöbəsinin L1,L2(1-2-ci bel) fəqərələrinin sağ yan çıxıntılarının sıyrıqlarından, ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, Zərərçəkmiş şəxs3 qapalı kəllə beyin travması və baş-beyin silkələnməsindən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs1 sol ayaq nahiyyəsinin yumşaq toxumalarının əziyi və sağ diz oynağı nahiyyəsinin qançırından ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Avtomobil idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Daewoo Nexia” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili o, günlük 20 manata Kətanov Vüqar adlı şəxsdən icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olur. Həmin avtomobili o, etibarnamə əsasında idarə edir. Bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində idarə etdiyi avtomobillə Abşeron rayonu, Mehdiabad-Fatmai avtomobil yolu ilə Abşeron rayonu, Fatmai qəsəbəsi istiqamətində saatda 50 kilometr saat sürətlə hərəkət edən zaman yolun “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yolun sağ kənarı ilə dörd nəfər şəxsin piyada hərəkət etdiyini görmüşdür. Avtomobili o, yolun sağ kənara çəkmişdir ki, həmin piyadalara dəyməsin, lakin buna baxmayaraq avtomobilin sol tərəfi həmin piyadalara dəymişdir. O, dərhal avtomobilini saxlayıb avtomobildən düşərək həmin piyadaların yanına gələrək onları avtomobilinə qoyaraq xəstəxanaya aparmaq üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsinə aparmış, sonra isə oraya X8 maşını çağırmış və X8 maşını Abşeron rayonu, Mehdiabad qəsəbəsində gələrək X8 maşını ilə həmin piyadaları Bakı şəhəri, X6 xəstəxanasına aparmış və lazımı köməklik göstərmişdir. Sonradan bilmişdir ki, avtomobillə vurduğu piyadalar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3dur. Törətmiş olduğu həmin yol-nəqliyyat hadisəsi özünün ehtiyyatsızlığı üzündən baş vermişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Goradil bağları massivində yerləşən fərdi evdə ailə üzvüləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə o, arvadı Şamama, oğlu Elcan və qızı Aytən ilə birlikdə Abşeron rayonu, Fatmai qəsəbəsində yaşayan qardaşıgilin evinə qonaq getmişdir. Saat təxminən 23 radələrində ailə üzvüləri ilə birlikdə qardaşının evindən çıxaraq yolun keçib sağ tərəfi ilə hərəkət edən zaman Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətindən gələn “Daevo Nexia” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil onları vurmuşdur. O xəsarət aldığı üçün avtomobilin sürücüsü adını sonradan Zaur kimi bildiyi şəxs onları öz avtomobili ilə Abşeron rayonu Mehdiabad qəsəbəsinə aparmış, oradan isə X8 avtomobilinə qoyaraq onları Bakı şəhəri, X6inə aparmışdır. Həmin vaxtı xəstəxanaya Zaurun özü də gələrək onlara köməklik göstərmişdir. Hazırda şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu Mehrablı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu Goradil bağlarında yerləşən fərdi evdə ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. xx xxxxxx 2020-ci il tarixdə o, əri Zamin, oğlu Elcan və qızı Aytən ilə birlikdə Abşeron rayonu Fatmai qəsəbəsində yaşayan qaynımgilin evinə qonaq getmişdir. Saat təxminən 23 radələrində ailə üzvüləri ilə birlikdə qaynının evindən çıxaraq yolun sağ tərəfi ilə piyada hərəkət edən zaman Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətindən gələn “Daevo Nexia” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil onları vurmuşdur. O da xəsarət aldığı üçün avtomobilin sürücüsü adını sonradan bildiyi Zaur adlı şəxs onları öz avtomobili ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsinə aparmış oradan isə X8 avtomobilinə qoyaraq onları Bakı şəhəri, X6inə aparmışdır. Həmin vaxtı xəstəxanaya Zaurun özü də gələrək onlara köməklik göstərmişdir. onun tələbi ondan ibarətdir ki, Zaur ona sağalana kimi köməklik göstərsin. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Goradil bağları massivində yerləşən fərdi evdə valideynləri ilə ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə mən anası Şamama, atası Zamin və qardaşı Elcan ilə birlikdə Abşeron rayonu Fatmai qəsəbəsində yaşayan əmisigilin evinə qonaq getmişlər. Saat təxminən 23 radələrində ailə üzvüləri ilə birlikdə əmisinin evindən çıxaraq yolu keçib sağ tərəflə hərəkət edən zaman Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətindən gələn “Daevo Nexia” markalı **-XX- *** dövlət qeydiyyat nişanlı avtomobil onları vurmuşdur. Onlar xəsarət aldıqları üçün avtomobilin sürücüsü adını sonradan Zaur kimi bildiyi şəxs onları öz avtomobili ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsinə aparmış oradan isə X8 avtomobilinə qoyaraq onları Bakı şəhəri, X6inə aparmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Goradil bağları massivində yerləşən fərdi evdə valideynləri ilə ilə birlikdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə o, anası Şamama, atası Zamin və bacısı Aytən ilə birlikdə Abşeron rayonu, Fatmai qəsəbəsində yaşayan əmisigilin evinə qonaq getmişlər. Saat təxminən 23 radələrində ailə üzvüləri ilə birlikdə əmisinin evindən çıxaraq yolu keçib sağ tərəflə hərəkət edən zaman Abşeron rayonu, Mehdiabad qəsəbəsi istiqamətindən gələn “Daevo Nexia” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil onları vurmuşdur. Onlar xəsarət aldıqları üçün avtomobilin sürücüsü adını sonradan Zaur kimi bildiyi şəxs onları öz avtomobili ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsinə aparmış, oradan isə X8 avtomobilinə qoyaraq qoyaraq onları Bakı şəhəri, X6inə aparmışdır. Həmin vaxtı xəstəxanaya Zaurun özü də gələrək onlara köməklik göstərmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 09 Ə№lirəyindəngörünürki,Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin müayinəsi travması, baş-beyin silkələnməsi, onurğa sütunun boyun şöbəsinin 6-cı boyun fəqərəsinin, sağ incik sümüyünün qapalı, yerdəyişməyən sınıqları, alın və hər iki baldır nahiyəsinin sıyrığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 08 Ə№lirəyindəngörünürki,Zərərçəkmiş şəxs4 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin müayinəsi travması, baş-beyinin yüngül dərəcəli silkələnməsi, onurğa sütunun bel şöbəsinin L1,L2 (1-2-ci bel ) fəqərələrinin sağ yan çıxıntılarının sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 44№lirəyindəngörünürki,Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol ayaq nahiyəsinin yumşaq toxumaların əziyi və sağ diz oynağı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 45№lirəyindəngörünürki,Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin müayinəsi travması, baş-beyin silkələnməsi bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli,8/29 saylı rəyinə əsasən istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Daevoo Nexia markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X5” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin xx xxxxxx 2020-ci il tarixli 2/139 saylı “alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:57-də ayıq vəziyyətdə olmuşdur. Cinayət işində olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmasına baxmayaraq onun sürücülük hüququndan məhrum olub-olmamasını müəyyən etmək məqsədi ilə Abşeron RPİ-nin DYPŞ-nə sorğu edilmişdir. Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli 256 saylı məktubundan görünür ki, xx.xx.1984-cu ildə Abşeron rayonunda anadan olmuş, Abşeron rayonu Mehdiabad qəsəbəsi M.Ə.Rəsulzadə küçəsi ev 18-də qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə AB 800326 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Abşeron rayon Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməmişdir. Hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirsədə onun hərəkətləri nəticəsində ümumilikdə dörd nəfər, onlardan ikisi azyaşlı olmaqla bir ailədən ibarət zərərçəkmiş şəxslər həyat üçün təhlükəli olan az ağır zərər vurmaya aid xəsarət almışlar. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və maddi sübut verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın.. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-381/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-381/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver