Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-381/2021 03.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1987-ci ildə Russiya Ferderasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Lerik şəhəri, A.Əsədullayev küçəsi, ev 5-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24.04.2021-ci il tarixdə, saat 21 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, Bina 9, mənzil 12 a-da Əntiqə adlı şəxsin evində bacısı Zərərçəkmiş şəxs ilə Zərərçəkmiş şəxs başqa şəxslə restoranda yemək yeməkləri və səmimi olmaları videosunu “Tik-tok” sosila şəbəkəsində görməsi ilə bağlı irad bildirdiyinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunun sifət və burun nahiyələrinə bir neçə dəfə sillə zərbələri vurmaqla ona sol gözaltı burun nahiyyəsinin qançırları, burun sümüyünün qapalı cüzi yerdəyişən sınığı sol yanaq nahiyəsinin sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısı1 aya yaxındır ki, yaşadığı Lerik şəhərindən Bakışəhərinə işləməyə getmişdir. O, 23.04.2021-ci il tarixdə “Tik-tok” adlı sosial şəbəkədə bacısı ilə tanımadığışəxsin restoranda yemək yedikləri və səmimi olmaları barədə video paylaşım görmüş və Sənayın mobil telefonuna zəng edib bu məsələ barədə soruşaraq ona iradını bildirmiş, bacısı ona həmin şəxsin iş yoldaşı olmasını desədə o, ona inanmayaraq həmin günün səhərisi 24.04.2021-ci il tarixdə saat 21 radələrində Lerik şəhərindən Bakışəhərinə gəlmiş, bacısından zəng edərək harada olmasını soruşanda bacısı ona Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyindəƏntiqə adlışəxsin evində olmağını demişdir. Aradan biraz keçdikdən sonra o, həmin evə gələrək ondan həmin video barədə sourşaraq iradını bildirərəkən sonuncu onunla kobud danışaaq yaxşı elədiyini deməsinə görə aralarında mübahisə yaranmış və o, mübahisə zamanı bacısının əsəbləşərək sifət nahiyyəsinə bir neçə dəfə sillə zərbəsi ilə vurmuşdur. Həmin vaxt Əntiqə adlışəxs araya girərək onu evdən çıxarmışdır. Baş vermiş münaqişə təxminən 3-4 dəqiqə davam etmiş, həmin vaxt Sənayın ona hər hansı bir formada müqavimət göstərməmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1 aya yaxındır ki, yaşadığı Lerik şəhərindən Bakışəhərinə işləməyə gəlmişdir. 23.04.2021-ci il tarixdə “Tik-tok” adlı sosial şəbəkədə restoranda tanışı Ayxan adlışəxslə yemək yedikləri video paylaşım olduğu üçün Lənkəran şəhərində yaşayan qardaşı Rafiq onun mobil telefonuna zəng edib bu məsələ barədə soruşaraq ona iradını bildirmiş, o, qardaşına həmin şəxsin iş yoldaşı olmasını desədə qardaşı ona inanmayaraq onunla kobud danışmış və Bakışəhərinə Lerik şəhərindən gəlib bu barədə danışacağını ona demişdir. 24.04.2021-ci il tarixdə saat 21 radələrində qardaşı Rafiq Bakışəhərinə gəldiyini və harada olmağını zəng edərək ondan soruşmuşdur. O, ona Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyindəƏntiqə adlışəxsin evində olmağını demişdir. Aradan biraz keçdikdən sonra qardaşı həmin evə gələrək içəriyə daxil olan kimi onun üzərinə hücum çəkərək həmin şəxsin kim olduğunu ondan soruşmuşdur. Yenədə ona həmin şəxslə aralarında heç bir münasibət olmadığını və iş yoldaşı olmasını desədə ancaq qardaşı ona inanmayaraq sillə ilə bir neçə dəfə möhkəm zərbə ilə onun sifətinə burun nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. Sonra onun tanışıƏntiqə araya girmiş və onu evdən çıxararaq əvəzindən DİN-in 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, hadisə zamanı qarşı tərəfə hər hansı bir formada müqavimət göstərməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 12.05.2020-ci il tarixli 842 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sol gözaltı burun nahiyyəsinin qançırları, burun sümüyünün qapalı cüzi yerdəyişən sınığı sol yanaq nahiyəsinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişdirlər; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 24.04.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 07.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən 03.06.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X2 ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat məbləğdə pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-381/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-381/2021
03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver