Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-381/2025 16.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1 qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi qaydada kənd təsərrüfatı ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək buna inandırıb sonuncunun oğlu X4 həqiqi hərbi xidmətdən saxlatdıracağına dair yalandan vəd verilib aldadaraq bu adla 17 noyabr 2022-ci il tarixdə Abşeron rayonu, Xıdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin ərazisində Zərərçəkmiş şəxs qardaşı Şahid vasitəsi ilə göndərdiyi 7000 manat pul vəsaitini alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs 7000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Şahid və bacısı Zərərçəkmiş şəxs tanıyır, bu şəxslərlə onun heç vaxt ədavəti, narazılıq və düşmənçiliyi olmamışdır. Gülnarəni anasının vasitəsilə tanımış, belə ki, anası həkim olmuşdur və Gülnarə anasının iş yoldaşı olmuşdur. 2022-ci ilin avqust ayının sonlarında Gülnarə və qardaşı Ramil ilə söhbət edən zaman Gülnarə ona bildirmişdir ki, həmin ildə oğlu Rəvanın hərbi xidmətə getməsi üçün çağırış gəlmiş, lakin ərinin ölümü oğluna psixoloji təsir etmiş, buna görə də oğlunu hərbi xidmətdən saxlatdırmaq istəyirlər. O, Gülnarəyə və Ramilə bildirmişdir ki, Rəvanı hərbi xidmətdən saxlatdıra bilər. Gülnarə və Ramil ondan bunu necə edəcəyini soruşduqda o, lazımi tanışlarının olmasını demişdir. O, bu işin həlli üçün Gülnarədən 7000 manat pul verməsini istəmişdir. Gülnarə razılaşaraq bildirmişdir ki, həmin məbləğdə pulu düzəltmək üçün 1-2 ay vaxt lazımdır, çünki həmin məbləğdə pulu hazırda yoxdur və pulu düzəldib xəbər edəcək. Bundan sonra bir-neçə dəfə Gülnarənin qardaşı Ramil ilə Xırdalan şəhərində görüşüb bu işlə bağlı söhbət etmişdirlər. Görüş zamanı Ramilə söz vermişdir ki, narahat olmasınlar və dedikləri işi həll edəcəkdir. 17 noyabr 2022-ci il tarixdə Ramil ona zəng edərək bacısının pulu hazır etdiyini və görüşmək istədiyini bildirmişdir. Həmin günü o, Ramili Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə dəvət etmişdir. Orada Ramil ilə görüşərək yanacaq doldurma məntəqəsində sonuncudan 7000 manat pulu almışdır. O, pulu sayaraq götürmüş və bir daha söz vermişdir ki, Rəvanı hərbi xidmətdən saxlatdıracaqdır. Bundan sonra Ramildən ayrılıb getmişdir. Sonrakı günlərdə Rəvanın hərbi xidmətə getməməsi üçün kömək edə biləcək şəxs axtarmış, lakin sonra bunu edə bilməmişdir. Aldığı 7000 manat pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Ramil və Gülnarə isə işlə maraqlandıqda sonunculara yalandan demişdir ki, işi həll edəcəkdir. Lakin bir neçə ay sonra Ramil və Gülnarə başa düşmüşdürlər ki, o, bu şəxsləri aldadır və odur ki, pulun qaytarılmadsını tələb etmişdirlər. O, da Ramil və Gülnarəyə pulun qaytaracağını söz vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş zərəri tam ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, o anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır, əvvəl evli olmuş, belə ki, İlqar Fərzəliyev ilə ailə həyatı qurmuş, birgə nikahdan bir qızı və bir oğlu olmuşdur, əri İlqar 2020-ci ildə xəstəliyi ilə bağlı ölmüşdür. Əri öləndə oğlu sarsılaraq taravması yaranmışdır. Şahid onun qardaşıdır və onlar birlikdə yaşayırlar. 2022-ci il tarixdə oğlu Rəvanın hərbi xidmətə getməsi üçün çağırış gəlmişdir. Əri İlqar öldükdə oğlu Rəvanda psixoloj problemlər yarandığına görə onlar oğlunun hərbi xidmətə getməsinə narahat olmuşlar. Buna görə də qərara gəlmişlər ki, oğlunu hərbi xidmətdən saxlatdırsınlar. Bunun üçün o, və qardaşı Ramil bir neçə yaxın qohumlara və tanışlara müraciət etmişdirlər. Belə ki, oğlu Rəvanı hərbi xidmətdən saxlatdırmağa məsul şəxs axtardılar. 2022-ci ilin avqust ayının sonlarında anasının iş yoldaşının oğlu Təqsirləndirilən şəxs Qabil oğluna bu barədə bildirdikdə sonuncu oğlu Rəvanı hərbi xidmətdən saxlatdıra biləcəyini demişdir. O, və qardaşı Aqildən bunu necə edəcəyini soruşduqda sonuncu bildirmişdir ki, Müdafiə Nazirliyində və Müdafiə Nazirliyinin tibb xidmətində yüksək vəzifədə işləyən tanışları vardır, həmin şəxslər ilə danışaraq bu şəxslərin köməkliyi ilə oğlunu hərbi xidmətdən saxlatdırmaq olar. Aqilinin anası həkim və onun anasının iş yoldaşı olduğundan onlar Aqilə inanmışlar. Bundan əlavə Aqil o, qədər inandırıcı danışırdı və yüksək vəzifəli şəxslər əlaqələli olduğunu bildirirdi. Eyni zamanda Aqil demişdir ki, bir neçə dəfə tanışlarını hərbi xidmətdən saxlatdırmışdır. Aqil onlardan bunun müqabilində 7.000 manat pul istəmişdir. O, da razılaşmışdır və Aqilə bildirmişdir ki, həmin məbləğdə pulu düzəltmək üçün ona 1-2 ay vaxt lazımdır, pulu düzəldib xəbər edəcik. Aqil də pul hazır olduqda bu barədə ona bildirməyini demişdir. Bundan sonra qardaşı Ramil Aqil ilə 2-3 dəfə Xırdalan şəhərində görüşərək bu iş barədə danışmışlar, qardaşı Aqilə pulu hazır edəcəyini bildirmiş, sonuncu da qardaşına söz vermişdir ki, heç bir problem olmayacaq və işi həll edəcək. 18 avqust 2022-ci il tarixdə o, kredit götürmək üçün "xxxx" ASC-nin Abşeron rayonu Xırdalan şəhərinə gəlmişdir və banka kredit götürmək üçün müraciət etmişdir. Bankdan 21 faiz olmaqla 48 ay müddətində aylıq 135 manat 63 qəpik ödəmək şərti ilə 4380 manat pulu kredit götürmüşdür. 12 oktyabr 2022-ci il tarixdə özünə məxsus qızılları Bakı Metropolitenin “Memar Əcəmi” stansiyası yaxınlığında olan "xxxx" QSC-də girov qoyaraq 921 manat 10 qəpik pul götürmüşdür. Həmin pulların üzərinə evində olan özünə məxsus topladığı pulu da qoyaraq 7.000 manat düzəltmişdir. Həmin pulu 17 noyabr 2022-ci il tarixdə qardaşı Ramilə vermişdir ki, Aqilə çatdırsın. Həmin günü qardaşı Ramil onun yanında Aqilə zəng edərək pulun hazır olduğunu bildirmişdir. Aqil də pulu haradan götürəcəyini soruşduqda qardaşı Aqili 2-3 dəfə görüşüb söhbət etdikləri Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində görüşməyi dəvət etmişdir. Həmin günü qardaşı pulu götürüb Aqillə görüşə getmişdir və sonra qayıdıb bildirmişdir ki, pulu Aqilə vermişdir. Qardaşı pulu Aqilə verən zaman sonuncunun səsini mobil telefonunda qeyd etmişdir. X9 səs yazısını ona göstərmişdir, Aqil səs yazsında pulu almasını və nə üçün almasını bildirir. Bundan sonra onlar bir müddət gözləmişlər, lakin heç bir nəticə olmamış, dəfələrlə Aqildən soruşduqda o, bizə müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. Ancaq onlara məlum olmuşdur ki, Aqil onları aldatmışdır. Bundan sonra qardaşı Ramil Aqildən pulu tələb etmişdir, Aqil pulu qayataracağına söz versə də, vədinə əməl etməyərək pulunu qaytarmamışdır. X10 danışan zaman sonuncunun səsini qeyd edirdi. Həmin səs yazılarını araşdırtmaya könüllü təqdim etmişlər.Təqsirləndirilən şəxs Qabil oğluna 7000 manat pul verilən zaman özü orada olmamış, pulu qardaşı Ramil tək olaraq Aqilə vermişdir. Aralarında pulun verilməsi ilə bağlı qəbz və yaxud müqavilə olmamışdır. Ancaq Aqilin səs yazıları vardır. Təqsirləndirilən şəxs Qabil oğluna verilmiş 7000 manat pul ona məxsus olmuşdur. O, həmin pulun bir qismini kredit götürüb vermişdir. Təqsirləndirilən şəxs Qabil oğlu oğlunu hərbi xidmətdən saxlatdıracağını söz verəndə bildirmişdir ki, Müdafiə Nazirliyində və həmin nazirliyin tibb xidmətində yüksək vəzifədə işləyən yaxın dostları vardır, həmin tanışlarının vasitəsilə oğlunu hərbi xidmətdən saxlatdıracaq.Zərərçəkmiş şəxs məhkəməyə şifahi və yazılı şəkildə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən sonuncuya qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığını, barəsində çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır, Gülnarə hospitalda tibb bacısı işləyir və onunla birgə yaşayır. Bacısı Gülnarə əvvəllər İlqar Fərzəliyev adlı şəxslə ailə həyatı qurmuş, birgə nikahların bir qızı və bir oğlu olmuşdur, bacısının əri İlqar 2020-ci ildə xəstələnərək ölmüşdür və sonuncunun ölməsi bacısı oğlu Rəvana psixoloji taravma yaratmışdır. 2022-ci il tarixdə bacısı oğlu Rəvanın həqiqi hərbi xidmətə getməsi üçün çağırış gəlmişdir. İlqar öləndə Rəvanda psixoloj problemlər yarandığına görə o, və anası Gülnarə Rəvanın hərbi xidmətə getməsinə görə narahat olmuşlar. Buna görə də qərara gəlmişlər ki, Rəvanı hərbi xidmətdən saxlatdırsınlar. Bunun üçün onlar bir neçə yaxın qohumlarına və tanışlarına müraciət etmişlər, Rəvanı hərbi xidmətdən saxlatdırmaq üçün məsul şəxs axtarmışlar. 2022-ci ilin avqust ayının sonlarında anasının iş yoldaşının oğlu Təqsirləndirilən şəxs Qabil oğluna bu barədə bildirdikdə sonuncu tanışlarının olduğunu və Rəvanı hərbi xidmətdən saxlatdıra biləcəyini demişdir. Aqildən bunu necə edəcəyini soruşduqda Aqil bildirmişdir ki, Müdafiə Nazirliyində və Müdafiə Nazirliyinin tibb xidmətində yüksək vəzifədə işləyən tanışları vardır, həmin şəxslər ilə danışaraq sonuncuların köməkliyi ilə Rəvanı hərbi xidmətdən saxlatdırmaq olar. Aqilinin anası həkimdir və onun anasının iş yoldaşı olduğundan onlar Aqilə inanmışlar. Bundan əlavə Aqil o, qədər inandırıcı danışırdı və yüksək vəzifəli şəxslərin adlarını çəkirdi ki, onları tam inandırmışdı. Aqil onlardan bu işin həlli üçün 7000 manat pul vermələrini istəmişdir. Onlar Aqil ilə razılaşmışlar və o, Aqilə bildirmişdir ki, həmin məbləğdə pulu toplamaq üçün onlara 1-2 ay vaxt lazımdır, çünki həmin məbləğdə pulları hazırda yoxdur və pulu düzəldib xəbər edəcəkdir. Aqil də pul hazır olduqda bu barədə bildirməyimizi demişdir. Bundan sonra o, Aqil ilə 2-3 dəfə Xırdalan şəhərində görüşərək bu iş barədə danışmışlar, o, Aqilə pulu hazır edəcəklərini bildirmişdir, sonuncu da ona söz vermişdir ki, heç bir problem olmayacaq və işi həll edəcəkdir. 18 avqust 2022-ci il tarixdə bacısı ilə kredit götürmək üçün "xxxx" ASC-nin Abşeron rayonu Xırdalan şəhərindəki filialına gəlmişlər və bacısı həmin Bankdan kredit götürmək üçün müraciət etmişdir. Bankdan 4380 manat pul 21 faiz olmaqla 48 ay müddətində aylıq 135 manat 63 qəpik ödəmək şərti ilə bacısına kassadan verildi. Bundan başqa, 12 oktyabr 2022-ci il tarixdə bacısı özünə məxsus qızılları Bakı Metropolitenin “Memar Əcəmi” stansiyası yaxınlığında olan "xxxx" QSC-də girov qoyaraq 921 manat 10 qəpik pul götürmüşdür. Həmin pulların üzərinə bacısı evində olan, sonuncuya məxsus pulu da əlavə edərək 7000 manat etmişdir. 17 noyabr 2022-ci il tarixdə bacısı Gülnarə ona həmin 7000 manat pulu Aqilə çatdırmaq üçün vermişdir. Həmin günü o, bacısının iştirakı ilə Aqilə zəng edərək pulun hazır olduğunu bildirmişdir. Aqil də pulu haradan götürəcəyini soruşduqda o, Aqili əvvəl 2-3 dəfə görüşüb söhbət etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə dəvət etmişdir. Həmin günü o, 7000 manat pulu götürüb getmişdir və Aqil ilə Xırdalan şəhərindəki qeyd edilən “Lukoil” yanacaq doldurma məntəqəsində görüşmüşdür. Orada Təqsirləndirilən şəxs 7000 manat pulu vermişdir, sonuncu pulu sayaraq götürmüşdür və bir daha söz vermişdir ki, bacısı oğlu Rəvanı əsgərlikdən saxlatdıracaq. O, Aqilin xəbəri olmadan mobil telefonu ilə aralarında aparılan danışıqlarının səsini yazmışdır. Sonra isə Aqildən ayrılıb yaşadığı evə gəlmişdir və pulu verməsi barədə bacısı Gülnarəyə məlumat vermişdir. Bundan sonra onlar bir müddət gözlədilər, lakin heç bir nəticə olmadı, dəfələrlə Aqildən soruşmuşdur ki, vəd etdiyi iş nə yerdədir, sonuncu da ona müxtəlif bəhanələr gətirib yüksək vəzifədə işləyən şəxslərin adlarını çəkmişdir. Ancaq sonra ona məlum olmuşdur ki, Aqil onları aldadır. Odur ki, o, Aqildən 7000 pulun qaytarılmasını tələb etmişdir, sonuncu da söz vermişdir ki, pulu qayataracaq, lakin sonra pulu qaytarmamışdır. O, Aqil ilə danışan zaman səslərini telefon vasitəsi ilə qeyd edirdi. Həmin səsləri araşdırma zamanı təqdim etmişdir.Təqsirləndirilən şəxs Qabil oğluna 7000 manat pul verən zaman yanlarında heç kim olmamışdır, Aqil və o, tək olmuşlar. Təqsirləndirilən şəxs Qabil oğluna 7000 manat pul verməyi ilə bağlı aralarında qəbz və yaxud müqavilə yazılmamışdır, olmamışdır, ancaq Aqilin səs yazıları vardır. Təqsirləndirilən şəxs verilmiş 7000 manat pul bacısı Gülnarəyə məxsus olmuşdur. Həmin pulun bir qismini Gülnarə kredit götürüb Aqilə onun vasitəsilə vermişdir.Təqsirləndirilən şəxs danışıq zamanı bildirmişdir ki, Müdafiə Nazirliyində və həmin nazirliyin tibb xidmətində yüksək vəzifədə işləyən yaxın dostları vardır, həmin tanışlarının vasitəsilə bacısının oğlunu hərbi xidmətdən saxlatdıracaqdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması və icraata götürmək barədə” 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir;
2. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır;
3. “İttiham elan edilməsi üçün şəxsin tutulması” haqqında 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə şübhəli şəxs – xx.xx.1982-ci ildə Şamaxı şəhərində anadan olmuş, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan olunmuşdur;
4. “Cinayət işinin icraatının dayandırılması” haqqında 04 iyul 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edildiyindən ********* saylı cinayət işinin icraatı dayandırılmışdır;
5. “Axtarışda olan şəxsin tutulması” barədə 17 sentyabr 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə Şamaxı rayonu ərazisidə tutularaq Abşeron RPİ-nə gətirilmiş və aidiyyəti üzrə Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir;
6. “Cinayət işi üzrə icraatının təzələnməsi” haqqında 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq, Sabunçu RPİ-nin MSY-nə təhvil verildiyindən ********* saylı cinayət işinin icraatı təzələnmişdir;
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 iyun 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;
8. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;
9. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə” 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, dərhal saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir.
10. “Maddi sübut kim tanınma haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi 03 vərəqdən ibarət sənədlərin surətləri və korpusunun bir tərəfi qara, digər tərəfi qırmızı rəngli, üzərində “SanDisk” yazılmış yaddaş kartı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır.
11. “Sübutların qiymətləndirilməsi” haqqında 16 sentyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, baxış əldə edilmiş maddi sübutlar və işdə olan digər istintaq materialları sübut növü kimi qəbul edilmişdir.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini əməlində cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən Şamaxı rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ümumilikdə 04 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; Qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 03 vərəqdən ibarət sənədlərin surətləri və korpusunun bir tərəfi qara, digər tərəfi qırmızı rəngli, üzərində “SanDisk” yazılmış yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ümumilikdə 04 (dörd) gün müddət hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən Şamaxı rayon hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 03 vərəqdən ibarət sənədlərin surətləri və korpusunun bir tərəfi qara, digər tərəfi qırmızı rəngli, üzərində “SanDisk” yazılmış yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Firuzə Kərimova