Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-383/2021 08.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Sənan qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, məhəllə 30, ev 1, mənzil 51-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12.06.2020-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı sonuncunu əl və ayaq zərbələri ilə bədənin müxtəlif nahiyələrinə vuraraq qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, ənsə nahiyəsinin və təpə nahiyəsinin sol yarısının dərialtı hematomaları, sağ sağrı nahiyəsinin və sağ burun orta 1/3-nin iç səthinin qançırları, sağ çiyin qurşağının sıyrıqları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa Yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 18.03.2018-ci ildə Zərərçəkmiş şəxs Səna qızı ilə ailə həyatı qurmuş, həmin nigahdan 25.01.2019-cu il tarixdə qızı X6 dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra ailəsinə məxsus ünvan 2 ünvanına köçmüşlər. Onlar ailə həyatı qurduqdan sonra 2020-ci ilin yay aylarında Zərərçəkmiş şəxs ilə yola getməmiş, tez bir müddətdə ona cavab qaytarmış, bu səbəbdən də aralarında mübahisə baş vermişdir. O, Zərərçəkmiş şəxs «gəl bu evi satıb Yevlax rayonuna köçüb orada yaşayaq»-demiş, Zərərçəkmiş şəxs və sonuncunun ailə üzvləri buna etiraz etmişlər. 11.06.2020-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs nənəsi Solmaz Kazımova onun evinə qonaq gəlmiş, səhəri gün 12.06.2020-ci il taixdə saat 13 radələrində Solmaz Kazımova ona demiş ki, evi satmasın, nəvəsi bura gəlin köçüb əgər belə etsə özünü doğrayıb qanını onun üstünə tökəcəkdir. Solmaz onun yaşadığı evdən qayçını götürüb özü bədən nahiyəsinə xəsarətlər yetirməyə başlamış, o, Solmazın əlindən qayçını almaq istəmiş, lakin sonuncu ona imkan verməmiş və ona dırnağı ilə xəsarət yetirmişdir. Bundan sonra Solmaz öz istifadəsində olan mobil telefondan Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə zəng vuraraq onun tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bundan sonra o da istifadəsində olan mobil telefonla Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə zəng vurub yaşadığı evə ekspertiza göndərilməsini, ona şər atıldığını demiş və yaşadığı evdən çıxıb getmişdir. Təxminən 1 aya yaxın yaşadığı evə gəlməmiş və sonra Türkiyə Respublikasına işləmək üçün çıxıb getmişdir. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, 12.06.2020-ci il tarixdə saat 13 radələrində Solmaz Kazımovanı və Zərərçəkmiş şəxs yaşadığı evdə vurmamış və onlara heç bir bədən xəsarəti yetirməmiş, mübahisə zamanı yaşadığı evdə arvadı və arvadının nənəsi olmuşdur. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir və iş üzrə icraata xitam verilməsini məkəmədən xajiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 30.03.2018-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nigaha girmiş, həmin nigahdan qızı X6 dünyaya gəlmişdir. Ailə qurandan 3 ay keçdikdən sonra aralarında sözlə mübahisələr başlamış, sonradan isə onu döyüb söyməyə başlamışdır. O, Mənsurun ciblərində yanmış falqalar tapmış, bir neçə dəfə evdə adını bilmədiyi göy rəngli dərmanlar tapmışdır. 11.06.2020-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxslə aralarında sözlə mübahisə baş vermiş, həmin vaxt Mənsur onun kürək nahiyəsindən yumruqla 3 dəfə zərbələr vurmuş və çıxıb getmişdir. O, olanlar barədə nənəsi X4 zəng vurub bildirmiş, həmin gün axşam saat 23 radələrində nənəsi Yevlax şəhərindən onlara gəlmişdir. 12.06.2020-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs yuxudan oyanandan sonra nənəsi Solmaz ona öyüd vermək istəmiş və «niyə belə edirsən, Sənan səni müalicə etdirdi, sən niyə onun əziyyətini yerə vurursan»-demişdir. Mənsur isə əsəbləşərək qışqırıb «sizin nə işiniz qalıb ki, mən neynirəm»-demiş və onun üzərinə gələrək telefonu əlindən alıb «bəsdir hamıya zəng vurub məlumat verirsən»-deyib onun başını 3 dəfə divara vurmuş, sonra nənəsi onları aralamaq istəyərkən Mənsur onu tutub dəhlizə tərəf apara-apara yumruqlarla kürəyindən və sifət nahiyəsindən vurmuş, nənəsi də onları aralamaq istəyərkən Mənsur Solmazında bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Mənsur narkotik vasitə istifadə etdiyi üçün heç bir əsaslı səbəb olmadan onunla mübahisə etmiş, əksər vaxtlar evə gec gəlmiş, gələndə isə halı özündə olmamış, hadisə baş verən zaman orada nənəsi Solmaz Kazımova olmuş, mübahisə təxminən 1 saat davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş X3 ifadəsindən görünür ki, 11 iyun 2020-ci il tarixdə nəvəsi Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhərindəki evinə getmişdir. 12.06.2020-ci il tarixdə saat 13 radələrində Aytənin əri Mənsurla mübahisə etmişdir. Mübahisə zamanı Mənsur Aytənin başını divara vurmuşdur. O, bunu görüb onları aralamaq üçün müdaxilə etdikdə Mənsur əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. O, həmin dava-dalaşın hansı səbəbdən olduğunu nəvəsi Aytəndən soruşduqda sonuncu ona bildirmişdir ki, əri Mənsur narkotik vasitələrdən istifadə etdiyi üçün onun əlində olan mobil telefonunu satmaq istədikdə aralarında mübahisə yaranmışdır. O, da onları ayırmaq üçün müdaxilə etdikdə Mənsur onu da döymüşdür. Aralarında olan dava-dalaş təxminən 30 dəqiqə davam etmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə vaxtı ətrafda onlardan başqa heç kim olmamış, mübahisə evin içərisində baş vermiş, qonşular da səs-küyə gəlməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının 12.06.2020-ci il tarixli 1096 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zaman bədəninin üzərində aşkar olunmuş xəsarətlər-qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, ənsə nahiyəsinin və təpə nahiyəsinin sol yarısının dərialtı hematomaları, sağ sağrı nahiyəsinin və sağ budun orta 1/3-nin iç səthinin qançırları, sağ çiyin qurşağının sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, 12.06.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. 03.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs tərəfindən 08.06.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilmədir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-383/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-383/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver