Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-383/2024 29.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cü il tarixdə İmişli rayonunda anadan olmuş, evli, orta təhsilli, İmişli şəhəri, Xiyabani küçəsi, ev 08 ünvanında qeydiyyatda olmaqla ünvan 1anında yaşayan yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə saat 01 radələrində xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikası, Göyçə mahalında doğulmuş, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olmaqla ünvan 1anında kirayə yaşadıqları evdə narkotik vasitə aludəçisi olan əri X8 əvvəllər də olduğu kimi narkotik vasitə əldə etmək üçün pulu tapa bilməməsi səbəbindən onunla mübahisə edərək ona pul tapmasını və anası Zümrüdə zəng edərək ondan pul istəməsini tələb etməsi, həmin tələblərə əməl etməyəcəyini, anası Zümrüddən pul istəməyəcəyini və narkotik vasitəyə görə anasının pulunun sərf olunmasından bezdiyini dedikdə mübahisəni davam edib gizli telefon işlətməsindən də xəbəri olduğunu, əxlaqsızlıq edərək pul qazanmalı olduğunu və qazandığı pulu ona verməyə borclu olduğunu deməsi, saçından tutaraq stola vurması və döyməsi nəticəsində alın nahiyəsinin dərialtı hematoması, sol bazunun, sağ saidin və sağ budun qançırları kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirməsi, mətbəx bıçağını götürərək özünü və onu öldürəcəyi ilə hədələməsi, fiziki və psixi zorakılıq göstərməsi, onu nalayiq sözlərlə söyüb təhqir etməsi kimi qanunsuz və əxlaqsız davranışlarına bərk əsəbləşdiyindən onun emosional halında dəyişiklik yaranmış, stress faktorun güclü təsiri nəticəsində emosional yaşantıları dərinləşmiş, keçirdiyi emosional hal onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərək dərketməsini məhdudlaşdırmış, emosional vəziyyətində həyəcan, yüksək psixiemosional gərginlik halı əmələ gətirmiş, hərəkət və davranışları üzərində olan iradi nəzarəti zəifləmiş, qısa zaman kəsiyində yaranmış güclü emosional yaşantı “affektiv partlayış” la nəticələnmiş, yaranmış şəraiti obyektiv qiymətləndirə bilməmiş, şüuru ilə davranış aktları arasında məntiqi əlaqə zəifləmiş, öz hərəkətlərini tam dərk etməmiş, çıxılmaz vəziyyətə düşmüş, hərəkətlərinin uzaq məqsədini idarə etməkdə çətinlik çəkən, hərəkətlərinə şüuri-iradi nəzarəti itirərək yaranmış dözülməz psixi şərait nəticəsində affekt halını keçirmiş, əri Elsevər Həsənovun qasıq nahiyəsinə bir ədəd bıçaqla qəsdən vuraraq sol qasıq nahiyəsinin sol bud arteriyasını kəsərək qarın boşluğuna nüfüz edib yoğun bağırsağı zədələyən, kəskin xarici və daxili qanitirməyə səbəb olmuş, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəlki olan sağlamlığa AĞİR zərərvurmanın əlamətinə malik xəsarət yetirərək qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2007-ci ildə X14 ilə ailə həyatı qurmuş, lakin aralarında rəsmi nigah bağlanmamışdır. 2008-ci ildə Aysu adlı övladı dünyaya gəlmişdir. Ailə qurduğu vaxtdan müxtəlif ünvanlarda kirayə yaşamışdır. 2023-cü ilin iyul ayının əvvəllərindən ünvan 1anında kirayə yaşamağa başlamışlar. Əri Elsevər narkotik vasitə aludəçisi olduğundan evdə tez-tez mübahisələri olmuşdur. 2022-ci ilin yay aylarında 3 ay müddətində əri Elsevər narkotik vasitə aludəçiliyi ilə bağlı Pirşahı yaxınlığında adını dəqiq xatırlamadığı özəl tibb müəssiəsində müalicə almışdır. Müalicə bitdikdən 2 ay sonra yenidən narkotik vasitələr qəbul etməyə başlamışdır. 24 avqust 2023-cü il tarixdə saat 14 radələrində qızı Aysun ilə birlikdə Novxanı qəsəbəsi yaxınlığında yerləşən “Local Beach” adlı çimərliyə getmişdir. Xalasıqızı Fidan əri Tərlan və 3 qızı ilə birlikdə oraya gəlmişdir. Saat 21 radələrində əri Elsevər də oraya gəlmiş və onlar ilə birlikdə oturmuşdur. Orada o, əri Elsevər, Fidan və onun əri Tərlan bir stolda oturmuşlar. Qızı Aysun, Fidanın qızları Zeynəb, Zəhra və Fatimə ayrı stolda oturmuşlar. Stolda o, əri Elsevər, Fidan və onun əri Tərlan pivə içmişdir. O əlavə olaraq içki kokteyli içmişdir. 25 avqust 2023-cü il tarixdə saat 01 radələrində əri Elsevər, qızı Aysun və Fatimə ilə birlikdə yaşadığı evə gəlmişdir. Evin mətbəxində əri Elsevər ilə əvvəllər də aralarında olduğu kimi eyni məzmunlu mübahisələri başlamışdır. Əri Elsevər narkotik vasitə aludəçisi olduğundan narkotik vasitəni qəbul etmək vaxtı çatdıqda evdə mübahisə salmışdır. Narkotik vasitə pulunu tapa bilmədikdə onunla mübahisə edərək pul tapmaqda kömək etməsini tələb etmişdir. Dəfələrlə anası Zümrüdə zəng edərək yalandan evdə pulu olmadığına görə pul istəmişdir. Anası Zümrüd də dəfələrlə ona pul vermişdir. Həmin pulu da əri Elsevərə vermişdir. Əri Elsevərə pulu verən kimi evdən çıxıb haradansa narkotik vasitə əldə edərək qəbul etmişdir. 25 avqust 2023-cü il tarixdə gecə saatlarında mətbəxdə olduğu vaxt əri Elsevər pulunun çatmadığını və ona narkotik vasitə almaq üçün pul verməsini tələb etmişdir. Əri Elsevərə pulunun olmadığını dedikdə anası Zümrüdə zəng edərək ondan pul istəməsini tələb etmişdir. Anası Zümrüddən pul istəməyəcəyini və narkotik vasitəyə görə anasının pulunun sərf olunmasından bezdiyini dedikdə qolundan tutaraq ona sillə vurmağa başlamışdır. Əri Elsevər onu döyərkən ona daha pul verməyəciyini qəti etiraz kimi demişdir. Əri Elsevər onun gizli telefon işlətməsindən də xəbəri olduğunu, əxlaqsızlıq edərək pul qazanmalı olduğunu və qazandığı pulu ona verməyə borclu olduğunu demişdir. Həmin vaxt əxlaqsız olmadığı halda onu bu cür alçatdığından gərgin vəziyyətə düşmüş, ağlamağa başlamışdır. Daha sonra, mətbəxdə bıçağı götürərək saçlarından tutub başını stolun küncünə vurmuşdur. Bıçaqla hədələyərək, onu da özünü də öldürəcəyini demişdir. Əri Elsevər çox qəzəbli olmuşdur. Əri Elsevərin onu öldürəcəyindən çox qorxmuşdur. Özünü itirmiş, nə edəcəyimi bilməmişdir. Həyəcanlı halda əlini həmin bıçağa atması yadındadır. Bundan sonra nə baş verdiyini xatırlaya bilməmiş, sanki, gözü qaralmışdır. Özünə gələndə əlində bıçaq olduğunu görmüş, yerdə isə qan ləkələri olmuş, yenə də, nə baş verdiyini anlaya bilməmişdir. Bədənini keyimiş kimi hiss etmiş, onu soyuq tər basmışdır. Daha sonra Elsevərin səsini eşidib, ona tərəf baxdıqda, qan içində qonaq otağında oturaq vəziyyətdə olduğunu görmüşdür. Hələ də nə baş verdiyini anlaya bilməmişdir. Həmin vaxt keyimiş vəziyyətdə və özünü taqətsiz hiss etsə də, Elsevərin qan içərisində olduğunu görüb ona kömək etməyə çalışmışdır. Birtəhər özünü toparlayıb, dəsmal götürərək onun yarasına sıxaraq qanaxmasını dayandırmaq istəmişdir. Həmin an uşaqların harada olduğunu görməmişdir. Elsevərin yanında yerə çöküb qalmış, ağlamışdır. Bir müddət sonra özünə gəldikdə anlamışdır ki, əri Elsevəri o vurmuşdur. Lakin, hadisənin necə baş verdiyini yadına sala bilməmişdir. Həyəcanlı şəkildə tutulacağından qorxduğuna görə evdə qan ləkələrini təmizləməyə başlamışdır. Mətbəxdə yerdə olan qan ləkələrini təmizləmişdir. Sonra qonşulardan kimsə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir.Əri Elsevəri hansı vəziyyətdə vurduğunu xatırlamır. Xatırladığına görə əri Elsevər onu döyərək, əlində bıçaq olarkən bıçağı ona doğru istiqamətləndirmişdir. Daha sonra baş verənləri xatırlamır. Elsevəri öldürmək fikri olmamışdır. Bıçağı əri Elsevərin əlindən konkret necə almasını xatırlamır. Çünki həmin vaxt özündə olmamışdır. Mətbəxdə əri Elsevəri hansı şərait vurduğunu xatırlamadığıma görə hadisədən sonra bıçağı mətbəxdə hara qoymasını da xatırlamır. Hadisə vaxtı şok vəziyyətdə olmuş, bir müddət sonra özünə gəldikdən sonra hadisəni törətdiyi bıçağı qonaq otağında əri Elsevərin meyitinin yanına qoymuşdur.Hadisə vaxtı qızı Aysu və Fatimə hamamda olmuşdur. Hadisənin təsirindən sonra özünə gəldikdə onların evdə olmadığını görmüşdür. Hadisənin təsiri altında olaraq 102 və 103 xidmətinə məlumat verməmişdir. Hadisə baş verdikdən sonra evə anası Zümrüd və qonşuların yığılmasını görmüşdür. Hadisə baş verəndən sonra evə Şahid4 və Şahid3 gəlməsini xatırlamır. Sonradan onlar da evə gəlməsini bilmişdir. Onlar evə gəldikdə şok vəziyyətində olduğuna görə evə gəlmələrini xatırlamır. Ərin Elsevərin öz-özünə xəsarət yetirməsi barədə fikir onun tərəfindən irəli sürülmüşdür. Tutulacağından qorxduğuna görə anasına və qonşulara əri Elsevərin özünə xəsarət yetirdiyini demişdir. Hadisə vaxtı əynində ağ rəngli köynək və çəhrayı rəngli şortik olmuşdur. Hadisə vaxtı Elsevər onun qolundan və saçından tutaraq döymüşdür. Buna görə də bədənində xəsarətlər vardır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X10 ifadəsində göstərmişdir ki, atası X11 və anası X16 ilə birlikdə yaşayır. 1 bacısı və 1 qardaşı var idi. X3 xərçəng xəstəliyindən vəfat etmişdir. Atası və anası yaşlı və xəstə olduqlarına görə zərəçəkmiş şəxsin hüquqi varisi qismində o tanınmaq istəmişdir. 2007-ci ildə qardaşı X1 Gülnar Yaqub qızı ilə ailə həyatı qurmuş, lakin aralarında rəsmi nigah bağlanmamışdır. Onların Aysu adlı qızı dünyaya gəlmişdir. Qardaşı Elsevər ailəsi ilə birlikdə müxtəlif ünvanlarda kirayə yaşamışdır. Atası və anası ilə birlikdə Samux rayonunda yaşadığına görə arabir qardaşı Elsevər ailəsi ilə birlikdə onlara qonaq gəlibgetmişdir. Ailə münasibətləri yaxşı olmuşdur. 25 avqust 2023-cü il tarixdə gecə saatlarında qardaşı Elsevərin yaşadığı evdə bıçaqla özünə xəsarət yetirərək intihar edib ölməsi barədə qohumları ona məlumat vermişdir. Bir gün sonra isə Təqsirləndirilən şəxs tutulması və qardaşı Elsevərin qəsdən bıçaq xəsarəti yetirilməsi nəticəsində ölməsi barədə məlumatı olmuşdur. Qardaşı Elsevərin hansı şəraitdə ölməsini dəqiq bilməsə də, sonradan qohumlardan eşitdiyimə görə hadisə baş verən gün onun evində arvadı Gülnar ilə mübahisələri olmuş, həmin mübahisə zəminində Təqsirləndirilən şəxs qardaşı Elsevərə bıçaqla xəsarət yetirmişdir. Qardaşı Elsevərin ölməsi faktı ilə bağlı istintaq edilən cinayət işi üzrə Təqsirləndirilən şəxs hər hansı bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında qanuni nümayəndə Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, X24 anası Gülnar Məmmədov ilə birlikdə yaşamışdır. X24 tikintidə işləmiş, anası isə heç bir yerdə işləməmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində anası, xalası Şahid4 və xalası qızları Zəhra, Zeynəb, Fatimə ilə birlikdə Novxanı qəsəbəsində adını xatırlamadığı çimərliyə getmişlər. Dənizdə xalası qızları ilə çimmiş, anası isə xalası ilə birlikdə dəniz qırağında restoranda oturmuşdur. Maması ilə xalası spirtli içki qəbul etmiş, o və xalası qızları isə yalnız yemək yemişlər. Təxminən axşam 21 radələrində xalasının əri Şahid3 ora gəlmiş, bir az keçmiş təxminən saat 23 radələrində atası Elsevər də çimərlikdə olan restorana gəlmişdir. Hamısı birlikdə restoranda oturmuş və atası ilə xalasının yoldaşı Tərlan da spirtli içki qəbul etmişlər. Daha sonra təxminən gecə saat 24 radələrində o, anası, atası və xalasının qızı Fatimə yaşadığı evə taksi ilə getmişlər. Xalası, xalası əri və uşaqları isə restoranda qalıb içkili olduqları üçün ayıq sürücü xidmətini gözləmişlər. Evdə olan zaman Fatimə ilə birlikdə hamam otağına keçmiş və sonuncunu saçları uzun olduğu üçün saçlarını yumağa kömək eləmişdir. Hamamda olarkən anasının atasına “bəsdi də narkamanlıq elədin bezdirmə bizi” sözlərini deməsini eşitmişdir. Hamam qapısını bir az aralayaraq nə baş verdiyini eşitmək üçün baş verənlərə qulaq asmışdır. Hamam qapısından qulaq asdıqda atası ilə anasının mətbəxdə mübahisə etdiyini, atasının anasından pul tələb etdiyini, nənəsi Zümrüdə zəng edərək pul istəməsini eşitmişdir. Atası anasını döyərkən anası ona daha pul verməyəciyini demişdir. Atası anasına “Sən əxlaqsızsan, pul qazanırsan, gizli telefonun da var” sözlərini demişdir. Fatimə də hamamda onun yanında sakit dayanaraq baş verənləri eşitmişdir. Anasının mətbəxdə ağlamasını da eşitmişdir. Bir neçə dəqiqə sonra atasının anasına sillə vurmasını eşitmişdir. Atası Elsevər çox qəzəbli və əsəbi olmuşdur. Atasının anasına “səni də, özümü də öldürəcəm” sözlərini deməsini də eşitmişdir. Çox qorxmuşdur. Qorxduğuna görə hamamdan çıxmışdır. Lakin baş verənləri eşitmişlər. Bir qədər sonra atasının qan axa-axa mətbəxdən qonaq otağına keçməsini görmüşdür. Atasının ona “Aysun mənə kömək elə” sözlərini demişdir. Hamamdan çıxanda atasının qonaq atağında həyəcanlı şəkildə qan içində olduğunu görmüşdür. Mətbəxə baxdıqda isə anasının əlində bıçaq keyimiş vəziyyətdə və hərəkətsiz dayanmışdır. Atası qışqıraraq “Aysun kömək elə” demişdir. Atasına necə kömək edəcəyini bilməmişdir. Ağlına ilk olaraq Fidan xalaya zəng edərək köməyə çağırmaq gəlmişdir. Fatimə ilə birlikdə qaçaraq evdən həyətə çıxmışlar. Qaçaraq Sultan şadlıq sarayının yanına çatmışlar. Xalası Fidana zəng edərək atasının qan içində olduğunu və tez köməyə gəlmələrini demişdir. Fatimə də yanında dayanıb həyəcanlı olmuşdur. Bir qədər sonra xalası Fidan və əri Tərlan maşınla ora çatmışlar. Onu və Fatiməni maşına əyləşdirib yaşadığı evə doğru getmişlər. O və Fatimə maşında oturmuşlar. Fidan və Tərlan evə qalxmışlar. Bir qədər sonra Fidan və Tərlan gələrək narahat olmamağını deyib oradan getmişlər. Xalası Fidan evinə gedərək orada onu biraz sakitləşdirmişlər. Onu da bildirir ki, evdə əvvəllər də atası ilə anası arasında tez-tez mübahisələr olmuşdur. Anası atasına tez-tez bəsdi narkamanlıq elədin sözlərini demişdir. Atasının da anasını dəfələrlə döyməsini görmüşdür. Hər dəfə anası mübahisə olanda ağlamış və özünü piss hiss etmişdir. Təxminən 1 il əvvəl atası Elsevər müailəcəyə gedərək bir müddət evdə olmamışdır. Sonradan müalicədən qayıtdıqda atası Elsevər ona qarşı yaxşı olmuşdur. Sonradan yenidən atası ilə anası arasında mübahsiələr olmuşdur. Valideynlərinin ona qarşı münasibətləri yaxşı olmuşdur. Valideynləri onu heç vaxt döyməmişdir. Atası Elsevərin hansı vəziyyətdə bıçaqla xəsarət almasını görməmişdir. Lakin atasının mətbəxdən qonaq otağına keçdikdən sonra anasının mətbəxdə əlində bıçaq keyimiş vəziyyətdə dayanmasını görmüş, anasının atasına bıçaqla vurmasını başa düşmüşdür. Mətbəxdə mübahisə etdiklərinə və atasının anasını söyərək vurmasına görə anası atasına bıçaqla vurmuşdur. Məhkəmə iclasında təhsil aldığı məktəbin müəlliməsi Nümayəndə və atasıŞahid3 iştirakı ilə dindirilən şahid yetkinlik yaşına çatmayan Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Şahid4 ilə 2006-cı ildə ailə həyatı qurmuş, aralarında rəsmi nigah bağlanmışdır. Nigahdan qızları Zəhra, Fatimə və Zeynəb dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs Fidanın xalası Zümrüdün qızıdır. Təqsirləndirilən şəxs ailəsi ilə ümumi dostluq münasibətləri olmuşdur. 24 avqsut 2023-cü il tarixdə saat 14 radələrində 3 qızı ilə birlikdə Noxvanı qəsəbəsi yaxınlığında yerləşən “Local Beach” adlı restorana getmişdir. Gülnar və onun qızı Aysun da ora gəlmişdir. Saat 21 radələrində oraya getmişdir. Elsevər oraya gəlmişdir. Orada o, əri Tərlan, Elsevər və Gülnar bir stolda oturmuşlar. Qızları Zeynəb, Zəhra və Fatimə, Gülnarın qızı Aysun ayrı stolda oturmuşlar. Təxmin saat 23:30 radələrində Elsevər, Gülnar, Aysun və Fatimə oradan getdilər. Qızı Fatimə də onlar ilə birlikdə getmək istədiyini dedikdə razılaşmışdır. Bir müddət sonra ayıq sürücü dəvət etmişlər. Ayıq sürücü “Porsche Cayenne” markalı, **- ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oradan hərəkətə başlama anında Fidana Aysundan zəng gəlmişdir. X18 bıçaqla xəsarət yetirməsini, Aysun və Fatimənin “Sultan” şadlıq sarayının yanında olmalarını demişdir. Ayıq sürücüyə dərhal “Sultan” şadlıq sarayının yanına sürməsini demişlər. Ora çatdıqda Aysun və Fatiməni həyəcanlı vəziyyətdə görmüşdür. Uşaqları maşına əyləşdirərək Gülnarın yaşadığı evə getmişlər. Maşını həyətdə saxlayaraq Gülnarın yaşadığı mənzilə qalxmışlar. Mənzil nömrəsini təxmini bildiyinə görə qonşulardan Gülnarın yaşadığı mənzilin nömrəsini soruşmuşlar. Daha sonra, Gülnarın yaşadığı mənzilin qapısını açıb içəri girmişlər. Gülnar ağlayaraq yerdə oturmuş vəziyyətdə görmüşdür. Gülnardan nə baş verdiyini soruşanda ağalayaraq cavab verməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olduqdan sonra Fidan xalası Zümrüdə zəng edərək Elsevərin ölməsi barədə məlumat versə də, Gülnarın Elsevəri bıçaqla xəsarət yetirməsi barədə heç nə deməmişdir. Gülnarın Elsevərə bıçaqla xəsarət yetirməsi barədə DİN-nin 102 xidmətinə və ya hər hansı bir formada hüquq-mühafizə orqanına, o cümlədən qeyri bir şəxsə məlumat verməmişlər. Hadisədən sonra Aysun və Fatiməni yaşadığı evə aparmışlar. Onlardan hadisə barədə ətraflı soruşduqda Gülnar ilə Elsevər arasında mübahisənin olması, Elsevərin Gülnarı döyərək pul istəməsi və onu alçaldıcı rəftar etməsi, Gülnarın Elsevərə bıçaqla xəsarət yetirməsi barədə demişlər.“Local Beach” adlı restoranda olarkən Təqsirləndirilən şəxs ilə Elsevər Həsənov arasında hər hansı bir münaqişə və ya mübahisə olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi ev 11, mənzil 85-dir. Bina 1 blokdan ibarətdir. Mənzil binanın 7-ci mərtəbəsində yerləşir. Mənzil 2 otaqlı olmaqla, 1 yataq və 1 qonaq otağından ibarətdir. Mənzilin qonaq otağında X8 meyiti aşkar edildi. Meyitin sol yan tərəfində yerdə 50x75 sm diametrdə qanabənzər gölməçə, divanın üzərində isə 35x27 sm diametrdə qanabənzər ləkə vardır. Meyitin sol yan tərəfində 01 ədəd çəhrayı rəngli, uzunluğu 235 mm, dəstəyi və tiyəsi saz yararlı vəziyyətdə olan bıçaq aşkar olundu. Meyitin ətrafında çoxsaylı və müxtəlif ölçülü qanabənzər ləkələr vardır. Mətbəxdə ağ rəngli stolun üzərində və bozumtul rəngli stulun oturacaq hissəsində qanabənzər ləkələr aşkar edilmişdir. Bundan başqa mənzilin eyvanının giriş qapısının dəstəyində və yerdə qanabənzər ləkələr vardır. Hadisə yerinin baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən aşkar olunmuş çəhrayı rəngli sərt plastik materialdan olan 01 ədəd mətbəx bıçağı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd bənövşəyi şortik və 01 ədəd qısaqol ağ rəngli köynək proses iştirakçıları və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq Abşeron rayon prokurorluğunun «Zərflər üçün» möhürü möhürlənməklə götürülmüşdür X8 meyitinin xarici müayinəsi zamanı bədəni üzərində sol qasıq nahiyəsində 2,1x0,7 sm ölçüdə, öndan baxanda şərti saat sferblatının 1 və 6 rəqəmləri istiqamətində, uzunsov oval formalı, kənarları hamar, yuxarı ucu küt, aşağı ucu iti olan, mənfəzində tünd-qırmızı rəngli laxtaşəkilli qan kütləsi görünən yara aşkar olunmuşdur. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 78 nömrəli xx.xx.2023-cü il tarixli, 1859 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsəarətlər- alın nahiyyəsinin dərialtı hematoması, sol bazunun, sağ saidin və sağ budun qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər; müddəti müayinədən 1-3 günə qədər olmaqla, qərarda qeyd olunan müddətlərdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə 24- 25 avqust 2023-cü il tarixlərdə qeyd olunan nahiyyələrin müvafiq olaraq kənar şəxs tərəfindən sərt örtüyə çırpılması nəticəsində və kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 78 nömrəli xx.xx.2023-cü il tarixli, 129 saylı rəyində göstərilmişdir ki, X2 almış olduğu xəsarət - sol qasıq nahiyəsinin sol bud arteriyasını kəsərək qarın boşluğuna nüfüz edib yoğun bağırsağı zədələyən və kəskin xarici və daxili qanitirməyə səbəb olmuş bir ədəd kəsilmişdeşilmiş yarası iti kəsici-deşici xarakterə malik əşyanın (alətin) təsirindən törənmiş, həyati olmuşdur, ölümündən az əvvəl əmələ gəlmişdir, ölümlə birbaşa səbəbli əlaqəli olmuş və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəlki olan sağlamlığa AĞİR zərərvurmanın əlamətinə malik olmuşdur. Yara kanalının istiqaməti öndən-arxaya, bir qədər soldan saga və aşağıdan-yuxarıya doğru olmuşdur. X2 ölümünə səbəb - sol qasıq nahiyəsinin sol bud arteriyasını kəsərək qarın boşluğuna nüfuz edib yoğun bağırsağı zədələyən və kəskin xarici və daxili qanitirməyə səbəb olmuş kəsilmiş-deşilmiş yarası olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhumun ölümü onun meyitxanadakı müayinəsindən (xx.xx.2023-cü il saat 10:00) 8-12 saat əvvəl baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2839 saylı rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, eləcə də cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılııq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda yüngül dərəcədə ifadə olunmuş depressiv epizod müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyyac olmasa da, hazırki psixi vəziyyətini nəzərə alınaraq nəzərət altında saxlanılması, zərurət yarandığı təqdirdə isə həkim-psixiatrın müşahidəsinə verilməsi tövsiyyə edilmişdir. Ekspert rəyinin məhkəmə-psixoloji ekspertizası üzrə nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs ünsiyyətçilik, emosionallıq, tez təsirlənmək, əsəbilik kimi fərdi-psixi xüsusiyyətlərə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmişdir. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman X6 üzləşdiyi situasiya (həyat yoldaşının uzun illərdir ki, narkotik maddə istifadəçisi olması, narkotik vasitə əldə etmək üçün ondan pul tələb etməsi, evdə mübahisə yaradaraq ünvanına nalayiq ifadələr işlətməsi, hadisə baş verən gün təkrar mübahisə yaratması, artıq ona verməyə pulunun olmadığını, anasından hər dəfə pul istəməkdən bezdiyini söylədikdə onu döyməsi, əxlaqısızlıq edərək pul qazanmalı olduğunu və qazandığı pulu ona verməyə borclu olduğunu deməsi, mətbəxdən götürdüyü bıçağı ona tərəf doğruldub saçlarından tutub başını stolun küncünə vuraraq, onu da, özünü də öldürəcəyini deməsi, həmin vaxt həyat yoldaşının onu öldürəcəyindən qorxması və s.) onun üçün affektogen olmaqla, qıcıqlandırıcıya qarşı yüksək həssaslıq yaratmış, qısa zaman kəsiyində yaranmış güclü emosional yaşantı “affektiv partlayışla nəticələnmiş, emosional vəziyyətində həyacan, yüksək psixi- emosional gərginlik halı əmələ gətirmiş, həmin zaman davranışı impulsiv olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı qəflətən baş vermiş güclü həyacan vəziyyətində - fizioloji affekt halında olmuşdur. Qeyd edilməlidir ki, fizioloji affekt vəziyyəti güclü emosional reaksiya olub, qısa zaman kəsiyində, yüksək psixiemosional gərginlik fonunda yaranmışdır. Fizioloji affek vəziyyəti insanın bütün psixi fəaliyyətini tamamilə əhatə edərək şüurün daralmasına, impulsiv hərəkətlərin əmələ gəlməsinə, iradi nəzarətin enməsinə gətirib çıxarmışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2023- cü il tarixli, 682/2023-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, zərərçəkmiş X8 ABO sistemi üzrə qan qrupu - Abeta/ll/ olmuşdur. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 20 manat milli pul əskinazı E.A.Həsənova məxsus şalvar, köynək, Təqsirləndirilən şəxs məxsus kofta və şortik üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” antigeni, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alınmışdır. Bu qan ləkələri Abeta/ll/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X12 məxsus ola bilərmiş. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində olan qanın yaranma müddətini təyin etmək mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 508-2023/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş zərərçəkmiş şəxs X12 məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək və şortik üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı olmuş və soyuq silah hesab edilməmişdir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklilik edilməmişdir. Azərbaycan Respubklikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərüffatı İstehsalat İstismarı Birliyinin 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxsə Yaqub qızı birliyin ərazisində yaşadığı müddət ərzində barəsində hər hansı şikayət daxil olmamaqla müsbət xarakterizə olunmuşdur. Zərərşəkmiş şəxs Elsevər Həsənovun atası X5 və anası X13 Samux rayon notariat ofisinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində göstərilmişdir ki, onların Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. xx xxxxxx 2008-ci il təvəllədlü Şahid1 anası Təqsirləndirilən şəxsdır. X27 PHŞ-nin 01,09.2023-cü il tarixli, PHŞ-6-17/2-2140 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu ildə İmişli rayonunda anada olmuş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Mərkəzin Psixosomatika şöbəsinə stasionar müalicəyə qəbul edilmiş, kliniki diaqnozu isə “Digər dissosiativ konversion pozuntu” olmuşdur. xx.xx.2023cü il tarixdə xəstə evə ambulator müalicəyə yazılmış, son kliniki diaqnozu isə “Digər dissosiativ konversion pozuntu” olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli cinayət işinə əlavə edilmiş hadisə yerinə və meyitə baxış protokolları, hadisə vaxtı Elsevər Həsənovun və Təqsirləndirilən şəxs əyinlərində olmuş paltarlara, eləcə də, cinayətin aləti olan bıçağa baxış protokolları, özünün təqsirləndirilən şəxs qismində istintaqa verdiyi etirafedici ifadələri, şahid ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 129 nömrəli, xx.xx.2023-cü il tarixli 1859 nömrəli, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2839 nömrəli, məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 682/2023-MTBŞ nömrəli, məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 508-2023/MTKŞ nömrəli rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnin törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvələr cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi və himayəsində bir azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 25 avqust 2023-cü il tarixdə tutulmunş, Abşeron rayon Məhkəməsinin 26 avqust 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir, Abşeron rayon Məhkəməsinin 15 oktyabr 2023-cü il tarixli Qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə tərəfindən ev dustaqlığı qətimkan tədbiri gücündə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən, tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1 maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə üzərinə daimi yaşayış yeri olan ünvan 1anını axşam saat 23:00-dan səhər 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, iş və yaşayış yerlərini nəzərə alaraq Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd mətbəx bıçağı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd bənövşəyi şortik və 01 ədəd qısaqol ağ rəngli köynək, meyitə baxış zamanı götürülmüş qısaqol, bozumtul-qara rəngli 01 ədəd köynək və 01 ədəd göy cins şalvar hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməli, 20 AZN pul hökm qanuni qüvvəyə minəndən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X7 təhvil verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 122.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 09 ay 04 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablamaqla, 01 (bir) il 06 (altı) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1anını axşam saat 23:00dan səhər 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, iş və yaşayış yerlərini nəzərə alaraq Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut olan və Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd mətbəx bıçağı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd bənövşəyi şortik və 01 ədəd qısaqol ağ rəngli köynək, meyitə baxış zamanı götürülmüş qısaqol, bozumtul-qara rəngli 01 ədəd köynək və 01 ədəd göy cins şalvar hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin, 20 AZN pul hökm qanuni qüvvəyə minəndən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X7 təhvil verilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-383/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-383/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver