Məhkəmə qərarları › İş №1(012)-383/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-383/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-383/2025 14.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsillidir, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 28 yanvar 2023-cü il tarixdə saat 01:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksi 8 saylı binanın dəhlizindən Zərərçəkmiş şəxs1 məxsus 400 manat dəyərində qara rəngli “Summa” markalı velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 18 fevral 2023-cü il tarixdə saat 00:45 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən binanın blokundan Zərərçəkmiş şəxs2 məxsus 450 manat dəyərində velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 27 iyun 2023-cü il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Xırdalan şəhəri, MD 23 qəsəbəsi 30 saylı evin həyətinə qapısını açmaqla qanunsuz daxil olaraq oradan 700 manat dəyərində “Forbes” markalı velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 18 avqust 2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 2” yaşayış kompleksinidə yerləşən kişi salonunun qarşısından Zərərçəkmiş şəxs4 məxsus 1299 manat dəyərində “X7” markalı velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, hazırda ittiham olunduğu cinayət əməli ilə bağlı epizodlar çox olduğundan hadisələri təfərrüatı ilə xatırlaya bilmədiyini, bununla əlaqədar istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 29 yanvar 2023-cü il tarixdə gecə saatlarında oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park Yaşayış kompleksinə gəlmiş, AAAF park Yaşayış kompleksində yerləşən 25-ci binaya daxil olmuş, dəhlizləri yoxlamaq məqsədi ilə yuxarı mərtəbələrə qalxmış. Həmin binanın 6-cı mərtəbəsində boruya bərkidilmiş “Summa” markalı velosipedi görmüş. Velosipedin bağlandığı trosu qırmış, velosipedi oradan götürüb sürüb həmin yerdən uzaqlaşmışdır. Həmin gün oğurladığı “Summa” markalı velosipedi Biləcəridə qum maşınları dayanan yerdə təxminən 50-60 yaşlarında tanımadığım bir kişiyə 80 manata satmışdır. Həmin kişiyə velosipedin özümə məxsus olduğunu demişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarıma xərcləmişdir. Bundan başqa 18 fevral 2023-cü il tarixdə gecə saatlarında oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən binaya gəldim. Bloka daxil oldum, blokun içərisində velosipedi görmüş, velosipedi oradan götürüb sürüb həmin yerdən uzaqlaşmışdır. Həmin gün oğurladığı markasını və ölçüsünü xatırlamadığı velosipedi “Ər-Riyad” ticarət mərkəzinin qarşısında tanımadığı bir oğlana 50 manata satmışdır. Həmin oğlana velosipedin özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığımı demişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 27 iyun 2023-cü il tarixdə gecə saat 22:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Medkalon” deyilən ərazidə evlərin arası ilə tək piyada hərəkət edərkən ağrıları olduğundan narkotik almaq üçün pul əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmiş və həmin ərazidə yerləşən dəmir listlərdən hasarı olan evin taxta qapısını açıb həyətə baxdıqda həyətdə velosiped olduğunu görmüş və ətrafda kimsənin olmadığına əmin olduqdan sonra həmin velosipedi oğurlamış və sürərək oradan uzaqlaşmışdır. Oğurladığı velosiped “Forbes” markalı olmuşdur. 28 iyun 2023-cü il tarixdə oğurladığı “Forbes” markalı velosipedi Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən velosiped təmiri yerində işləyən Nəriman adlı şəxsə 150 manata satmışdır. Həmin şəxsə velosipedin özünə məxsus olduğunu pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 18 avqust 2023-cü il tarixdə 23 saatlarında oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Kristal 2 yaşayış kompleksinə gəlmişdir. Kristal 2 yaşayış kompleksində yerləşən bərbərxananın qarşısında yaşıl rəngli, velosipedin dayandığını görmüşdür. Bir qədər müşahidə aparmış, velosipedin sahibin yanında olmadığını müəyyən etmiş, sonra velosipedin yanına yaxınlaşıb,velosipedi oradan götürüb sürüb həmin yerdən uzaqlaşmışdır. Səhəri gün oğurladığım yaşıl rəngli, diametri 29 olan velosipedi Sabunçu bazarında velosipedin özünə məxsus olduğunu bildirib tanımadığı şəxsə 220 manata satmışdır. Əldə etdiyii pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirini bir daha etiraf edərək, törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş zərərin qismən ödənilməsini, ilk dəfə məsuliyyətə cəlb edilməsini, himayəsində qeyri rəsmi nikahdan azyaşlı, iki övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, 31 iyul 2023-cü ildə Bakı şəhəri Nəsimi rayonunda yerləşən "İki təkər" adlı mağazadan diametri 29 olan nağd satışda 1299 manat dəyərində olan velosipedi kredit yolu ilə əldə etmişdir. O, gəlir məqsədi üçün aldığı velosipedi sifarişlərin çatdırılması üçün istifadə etmişdir. Hadisə günü, yəni 18 avqust 2023-cü il tarixdə gecə saatlarında təxminən 11 radələrində velosipedi kişi salonunun qarşısında saxlayaraq, içəri daxil olmuş, təqribən bir neçə dəqiqə sonra salondan çıxdıqda velosipedin yerində olmadığını aşkar etmişdir. O, Abşeron rayonu Xırdalan şəhərində yerləşən Kristal 2 Yaşayış Kompleksinin mühafizə xidmətinə yaxınlışaraq, velosipedinin oğurlanmasını, bu səbəbdən kamera görüntülərinə baxması üçün xahiş etmiş, lakin sonuncu onlarda ele bir sistemin mövcud olmadığı bildirilmişdir. Bundan sonra o, Abşeron rayon Polis İdarəsinə gələrək, baş vermiş hadisə barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Sonda baş vermiş hadisə nəticəsində oğurlanan velosiped ona qaytarılmadığından və ya ziyanının hər hansı hissəsi ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, baş vermiş hadisədən təxminən bir neçə ay əvvəl oğluna kreditlə 700 manat dəyərində "Forbes" markalı velosiped almış və həmin velosiped oğlu tərəfindən sürüldükdən sonra yaşadıqları evin qarşısında saxlamışdır. Hadisə günü, yəni 27 iyun 2023-cü il tarixdə, təxminən gecə saat 10-11 arası pəncərədən baxarkən oğluna məxsus velosiped yerində olmuş, lakin həmin saatdan 20 dəqiqə keçməmiş velosipedi həmişəki yerdə görməmiş, dərhal çölə çıxaraq axtarsa da, tapa bilməmişdir. Bundan sonra ətrafa diqqətlə nəzər salarkən həyətinin giriş qapısnın açıq olduğunu gördükdən sonra əmin olmuşdur ki, həmin velosiped oğurlanmışdır. Sonda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməsə də, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş, həmçinin məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməsə də, sonuncu ilə barışıq əldə edərək, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş, həmçinin məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə özünə Çin istehaslı olan "Summa" markalı velosipedi almışdır. Həmin velosipedimi yaşadığı binanın 6-cı mərtəbəsində mənzilimin qarşısında plasmas boruya kilidə bağlamışdır. 28 yanvar 2023-cü il tarixdə saat 21 radələrində evə gəlmiş. Həmin vaxt velosipedi həmşəki yerində plasmas boruya trosla bağlanıb kilidlənmiş halda olmuşdur. 29 yanvar 2024-cü il tarixdə saat 08 radələrində işə gedərkən velosipedin yerində olmadığını aşkar etmişdir. Velosipedini axtarmış, qonşulardan soraqlaşmış, lakin tapa bilməmiş, bundan sonra velosipedin naməlum şəxs(lər) tərəfindən oğurlandığını başa düşmüşdür. Hadisə nəticəsində ona 400 manat ziyan dəymişdir. Hadisə ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etdim, hadisə yerinə polis əməkdaşları gəlmiş, o, bu barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 1 il əvvəl bacısı oğluna X4 velosiped almışdır. Cavad İmanov həmin velosopedi yaşadığı Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən binanın blokunda saxlamışdır. 18 fevral 2023-cü il tarixdə həmin velosiped blokdan naməlum şəxs(lər) tərəfindən oğurlanmışdır. Hadisə nəticəsində ona 450 manat ziyan dəymişdir. Hadisə ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir, hadisə yerinə polis əməkdaşları gəlmiş, o bu barədə ərizə ilə müraciət etmişdir Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən Xırdalan şəhəri 20-ci məhəllədə yerləşən velosiped təmiri məntəqəsini işlədir. Təxminən 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs onun işlədiyi velosiped təmiri məntəqəsinə bir ədəd markasını xatırlamadığı velosiped gətirib şəxsiyyət vəsiqəsini göstərib özünə məxsus olduğunu bildirərək satmaq istədiyini demiş o, həmin velosipedi 150 manata almışdır. Həmin velosipedin ehtiyat hissələrini digər velosipedlərin təmirində istifadə etmişdir. Velosipedin oğurluq olmasından məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir;

2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 12 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* №-li cinayət işi başlanaraq, icraata qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı ********* №-li cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir;

4. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır;

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;

6. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə ********* №-li cinayət işi üzrə icraat cinayət törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından dayandırılmışdır;

7. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və materialın əlavə araşdırma aparılmasından ötrü qaytarılması” barədə 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış HK-1/1598 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi haqqında Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Ələddin Alməmmədovun 02 mart 2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir;

8. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 24 mart 2024cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, icraata qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismindı tanınmışlar;

9. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında 25 mart 2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* №-li cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin keçirilmısi üçün dayandırılmış icraat təzələnmişdir;

10. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 26 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ********* №-li cinayıt işinə birləşdirilməklə, cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmiş; ********* №-li cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir;

11. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi” haqqında 26 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* №-li cinayət işi ********* №-li cinayət işinə birləşdirilməklə, cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir;

12. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında 30 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir;

13. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 30 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;

14. “Qətimakn tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış verilmişdir;

15. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin icraatı təqsirləndirilən şəxsin yeri müəyyən edilərək, istintaqa təqdim olunanadək dayandırılmışdır;

16. “Axtarışda olan şəxsin tutulması” haqqında 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində tutularaq, Abşeron RPİ-nə gətirilmiş və İstintaq Şöbəsinə təhvil verilmişdir;

17. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir;

18. Abşeron rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 4(012)-696/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir.

19. “Sübutların qiymətləndirilməsi haqqında” 05 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 30 may 2024cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 180-cı maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması və baxış keçirilməsi protokolları maddi sübut və iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər sübut növü kimi qəbul edilmişdir;

20. Abşeron rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasının 1(012)-1113/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilərək, barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxslər və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin qismən ödənilməsini cəzanı yüngülləşdirən hal olaraq nəzərə alır, sonuncunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir; Qeyd olunan halları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəyərək, barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin cəza təyin edilərkən digər hallar da nəzərə alınaraq cəza həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 30 sentyabr 2024-cü il tarixdəm məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyrinə 1299 manat, Zərərçəkmiş şəxs2 xeyrinə 450 manat pul vəsaiti tutularaq, ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs4 xeyrinə 1299 manat, Zərərçəkmiş şəxs2 xeyrinə 450 manat məbləğində pul vəsaiti tutularaq, ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 30 (otuz) saat görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar