Məhkəmə qərarları › İş №1(012)-384/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-384/2021

10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-384/2021 10.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, ədliyyə müşaviri X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X5 iştirakı ilə xx.xx.1988-ci ildə Ukrayna Respublikasının Poltava şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Abşeron Rayon Məhkəməsinin 19.03.2029cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3 maddələri ilə təqsirlili bilinərək, CM-in 69.3-cü naddəsinə əsasən 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası məhkum edilmiş, və hal-hazırda cəzasını tam çəkməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2nda yaşamış, Abşeron Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 15.03.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədlə 10.01.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq qonaq otağındakı 25 manat dəyərində olan 1 ədəd maqnitafonu, 50 manat dəyərində olan 1 ədəd ütünü, mətbəxdəki 200 manat dəyərində olan 1 ədəd ətçəkən maşını, yataq otağındakı 40 manat dəyərində olan 1 ədəd direli, dolabın siyirməsindəki 200 manat dəyərində olan 1 ədəd qızıl boyunbağını, 150 manat dəyərində olan 1 ədəd qızıl boyunbağını və 130 manat dəyərində olan 1 ədəd qızıl qadın üzüyünü oğurlayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 795 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə 11.01.2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədəki 7 saylı yaşayış binasının 42 saylı mənzilinə giriş qapısının qıfılını açar seçmə yolu ilə açıb mənzilə qanunsuz daxil olmuş, mənzilin yataq otağındakı kiçik dolabın siyirməsində olan 370 manat nağd pulu və bir ədəd 370 manat dəyərində qızıl kişi üzüyünü oğurlayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 740 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə 11 mart 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsinin plastik materialdan olan pəncərəsini əli ilə itələyib açaraq yaşayış sahəsinə qanunsuz daxil olub evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan paltar dolabındakı ayaqqabı qutusunun içərisindən 1 ədəd 583 əyarlı 1000 manat dəyərində qadın qızıl boyunbağı, 1 ədəd 583 əyarlı 500 manat dəyərində qadın qızıl qolbağı, 1 cüt 583 əyarlı 5,7 qram çəkidə 399 manat dəyərində sırğa, 1 ədəd 583 əyarlı 5,00 qram çəkidə 350 manat dəyərində qızıl qadın üzüyü, 1 ədəd 100 manat dəyərində ürək şəklində qızıl klon, bundan başqa digər yataq otağında kompyuter stolunun üzərində kağız materialdan olan çantanın içərisindəki istifadə olunmamış 1 ədəd 150 manat dəyərində “Navi Force” markalı kişi qol saatını oğurlayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 2499 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, arada usta olduğu üçün iş olanda müxtəlif sexlərdə mətbəx mebeli düzəldir. 19.03.2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə Abşeron Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş. Son zamanlar maddi cəhətdən sıxıntıları olmuşdur. Bu səbəbdən də oğurluq etmək qərarına gəlmişdir. 2021-cu ilin yanvar ayının 10-da həftənin bazar günü xərcləməyə pulu olmadığına görə gecə saat 23 radələrində yaşadığı evdən çıxıb oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivindəki Niyazi küçəsinə gedib oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Həmin vaxt işıqları yanmayan kürsülü bir fərdi yaşayış evi diqqətini cəlb etmişdir. Evin həyət qapısına yaxınlaşmış və qapının bağlı olduğunu, evdə heç kimin olmadığını hiss edib, həmin qapının sağ yan tərəfindən hasara dırmaşaraq həyətə tullanmışdır. Ətrafa nəzər salıb heç kimin onu görmədiyinə əmin olub, evin giriş qapısına yaxınlaşıb əli ilə itələmişdir. Qapının bağlı olduğunu hiss edib evə daxil olmaq üçün münasib yer axtarmağa başlamışdır. Həmin vaxt qapının sol yan tərəfindəki plastik pəncərədən içəriyə daxil olmağın mümkün olduğunu hiss edib özü ilə götürdüyü vintaçanla pəncərəni açıb oradan içəriyə daxil olub oğurlamaq üçün münasib pul və qızıl-zinət əşyaları axtarmağa başlamışdır. Həmin vaxt yataq otağındakı dolabın siyirməsində 2 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzüyü görüb həmin qızıl əşyalarını götürüb cibinə qoymuşdur. Sonra yenə evdə axtarış aparsa da, başqa qızıl əşyası və pul tapa bilməyib, qonaq otağında olan avtomobil üçün 1 ədəd maqnitafonu, 1 ədəd ütünü, yataq otağında olan 1 ədəd direli, mətbəxdə olan 1 ədəd ətçəkən maşını həmin evdən götürdüyü yataq örtüyünün arasına yığıb bağladıqdan sonra həmin bağlamanı evə daxil olduğu yerdən çölə çıxarıb hasardan aşaraq oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Oğurladığı əşyaları yaşadığı evin həyətində gizlədib evə yatmağa getmişdir. Səhər tezdən saat 09 radələrində həmin bağlamanı götürüb, əşyaları satmaq üçün Xırdalan şəhərindən Bakı şəhərinə adambaşı bir manata gedən markasını və dövlət qeydiyyat nişanını bilmədiyi göy rəngli taksinin yük yerinə qoyub, Bakı şəhəri 20 Yanvar dairəsinə getmişdir. Həmin əşyaların taksidə olduğunu unutduğu üçün maşından düşən kimi cibində olan qızıl əşyalarını satmaq niyyəti ilə birbaşa piyada Memar Əcəmi metro stansiyasına tərəf getməyə başlamışdır. Yolda olarkən əşyaları taksidə unutduğunu xatırlayıb tez geriyə qayıtsa da, həmin taksini düşdüyü yerdə tapa bilməyib, yenidən Memar Əcəmi metro stansiyasının yanına getmişdir. Oğurladığı 2 ədəd qızıl boyunbağını və 1 ədəd qızıl üzüyü qızıl-zinət əşyalarının satıldığı “Moskva” ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsə 350 manata satıb tez oradan uzaqlaşıb Xırdalan şəhərinə evlərinə qayıtmışdır. Oğurluqdan əldə etdiyi pulları bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 11 yanvar 2021-ci il tarixdə təxminən saat 11 radələrində Xırdalan şəhəri 27-ci məhəllə ərazisində 7 saylı yaşayış binasının qarşısına gəlib, binanın blokuna girmiş və mərtəbələri çıxdıqda pilləkəndən solda narıncı rəngli dəmir qapısı olan mənzilin qapısı nəzərini cəlb etdiyi üçün qapını döyməyi qərara almışdır. Qapını bir neçə dəfə döysə də, açan olmadığı üçün mənzildə ev sahiblərini olmadığını başa düşmüş, mənzilin giriş qapısında olan qıfılı üzərində gəzdirdiyi müxtəlif açar növləri ilə yoxlamış və açarın biri ilə zərblə sıxıb qıfılın içərisini qıraraq qıfılı açmışdır. Daha sonra mənzilə daxil olmuş və mənzildə dəyərli əşya, pul, qızıl axtarmağa başlamışdır. Mənzilin girişində yerləşən dəhlizdə sağ tərəfdə yataq otağı yerləşdiyindən qapını açıb yataq otağına girmiş, yataq otağında olan mebelin dolablarındakı siyirmələri axtarmışdır. Taxtın yanında yerləşən kiçik dolabın siyirməsini açdıqda orada nağd pul görmüş, həmin pulu götürüb saymış, 370 manat olmuş, daha sonra dolabdan bir ədəd kişi üzüyü də tapıb cəld mənzili tərk etmişdir. Mənzilin giriş qapısından çıxıb ətrafa nəzər salmış, kənar şəxsin olmadığına əmin olduqdan sonra mənzili tərk edib getmişdir. Mənzildən götürdüyü qızıl üzüyü Bakı şəhəri, Memar Əcəmi metrosunun yaxınlığında yerləşən univermağın qarşısında tanımadığı şəxsə 120 manata satmış, daha sonra qızıldan əldə etdiyi pulu və mənzildən götürdüyü 370 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluğu tək törətmiş, onun yanında başqa heç kəs olmamış, etdiyi oğurluq barədə heç kəsə məlumat verməmişdir. Həmin açarı üstündə olan digər açarlarla birlikdə hadisədən sonra itirmiş, açarların yerini bilmədiyi üçün istintaqa təqdim edə bilməmişdir. Bundan sonra 11.03.2021ci il tarixdə saat təxminən 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən kafedə bir qədər spirtli içki qəbul etdikdən sonra kafedən çıxaraq piyada gəzməyə başlamışdır. Saat təxminən 12 radələrində Xırdalan şəhəri, 31-ci məhəllə, Ş.Ələkbərova küçəsi ilə piyada hərəkət edən zaman küçədə olan dalana girmiş, orada evlərə baxa-baxa gəzirmişdir. Həmin vaxt küçədə heç kim olmamışdır. Bir qədər hərəkət etdikdən sonra həmin küçədə həyətinin giriş qapısına qıfıl vurulmuş ev görmüşdür. Həmin evdə heç kimin olmadığı üçün qapıya qıfıl vurulmasını başa düşmüşdür. Ətrafa baxmış, heç kimin olmadığından əmin olduqdan sonra evin hasarına dırmaşaraq həyətə düşmüşdür. Evin plastik materialdan olan pəncərəsini əli ilə itələyərək açmışdır. Daha sonra içəri daxil olmuşdur. İçəridə olan zaman evin birinci mərtəbəsində heç bir əşya tapa bilmədiyi üçün ikinci mərtəbəyə qalxmışdır. Evin ikinci mərtəbəsində yataq otağında olan paltar dolabını açmışdır. Paltar dolabının içərisində aşağı hissədə ayaqqabı qutusunun içərisində olan 1 ədəd qadın boyunbağını, 1 ədəd qadın qolbağını, 1 ədəd kiçik ölçüdə ürək formasında klon, 1 cüt sırğanı, 1 ədəd qadın üzüyünü götürüb əynində olan şalvarın yan cibinə qoymuşdur. Bundan sonra digər yataq otağına keçmiş, həmin otaqdan isə kompyuter stolunun üstündə kağız materialdan olan çantanın içərisindəki 1 ədəd markası dəqiq yadında qalmayan kişi üçün qol saatını götürmüşdür. Həmin saatı isə əynində olan gödəkçənin yan cibinə qoymuş, qeyd etdiyi əşyaları götürdükdən sonra evə daxil olduğu pəncərədən çıxmışdır. Daha sonra evin hasarına dırmaşaraq ayağını hasarın küçə tərəfində divarda qurşadırılmış qaz sayğacının üzərinə qoyub küçəyə düşmüşdür. Bundan sonra küçə ilə qaçmağa başlamışdır. Həmin gün, yəni 11.03.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində texnikomun yaxınlığında yerləşən yarımtikili binanın içərisində qalmışdır. Səhəri gün, 12.03.2021-ci il tarixdə saat təxminən 12 radələrində tanışı Ramin adlı şəxslə Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 2 nömrəli orta məktəbin yaxınlığında rastlaşmış, söhbət əsnasında tanışı Raminə özünə məxsus qızılların olduğunu, həmin qızılları lombarda girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. Lakin, şəxsiyyət vəsiqəsini itirdiyi üçün, Ramindən ona qızıllarını lombarda girov qoymaqda köməklik göstərməsini xahiş etdikdə, Ramin ondan həmin qızılların oğurluq olub-olmamasını soruşmuşdur. Raminə həmin qızılları oğurlamadığını, özünə məxsus olduğunu demişdir. Bundan sonra Ramin ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində köhnə bazarın yaxınlığında yerləşən lombarda getmişlər. Həmin lombardda Raminin şəxsiyyət vəsiqəsi ilə oğurladığı qızıllardan 1 ədəd qadın qızıl üzüyü və 1 cüt qızıl sırğanı girov qoyaraq 500 manat pul götürmüşdür. Lombarddan çıxdıqdan sonra Raminə minnətdarlığını bildirib ayrılmışdır. Bundan sonra həmin gün, yəni 12.03.2021-ci il tarixdə saat təxminən 16 radələrində tanışı Azərin Xırdalan şəhərində yerləşən işlətdiyi dükana getmişdir. İçəri daxil olaraq Azərə yaxınlaşmış, Azərə ehtiyacı olduğunu bildirərək özünə məxsus bir ədəd köhnə qadın qolbağının və 1 ədəd kiçik ölçüdə qızıl klonun olduğunu, həmin qolbağı və klonu satmaq istədiyini demişdir. Azər həmin qızılların oğurluq olub-olmamasını soruşduqda, Azərə həmin qızılların özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Azər ona göstərdiyi 1 ədəd qızıl qadın qolbağını və 1 ədəd kiçik ölçüdə ürək formasında qızıl klonu zərgərə göstərib qiymətləndirmək üçün ona verməyisini demişdir. Həmin qızılları Azərə verib getmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra geri dükana qayıtmışdır. Bundan sonra Azər ona verdiyi 1 ədəd qızıl qadın qolbağı və 1 ədəd kiçik ölçüdə ürək formasında qızıl klonu elektron tərəzidə çəkmiş, həmin qızıl qadın qolbağı klonla birlikdə təxminən 8 qram olmuş, Azər qızılın 1 qramını 50 manatdan hesablamaqla, ona 400 manat pul vermişdir. Bundan sonra dükandan çıxmışdır. Aradan bir qədər keçdikdən sonra Bakı şəhərinə getmiş, əldə etdiyi ümumilikdə 900 manat pulu Bakı şəhərində şəxsi ehtiyaclarına xərcləmişdir. 13.03.2021-ci il tarixdə saat 15-16 radələrində oğurladığı 1 ədəd boyunbağı isə qızıl olmadığını güman edərək gümüş kimi Bakı şəhərində Şamaxinka deyilən ərazidə dəqiq yadında qalmayan yerdə tanımadığı şəxsə 50 manat müqabilində satmışdır. Həmin pulu da şəxsi ehtiyacına xərcləmişdir. 15.03.2021-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 5 nömrəli orta məktəbə dönən yolda iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim etdikdən sonra bilmişdir ki, onlar Abşeron rayon polis idarəsinin əməkdaşlarıdır. Polis əməkdaşları onu oğurluq hadisəsində şübhəli olduğu üçün Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Etiraz etməyib onlarla birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Polis idarəsində fərdi söhbət zamanı 11.03.2021-ci il tarixdə saat 12 radələrində ünvan 6 ünvanda yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 evindən oğurluq etdiyini etiraf etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 6 ay müddətdir ki, ünvan 7 ünvanında yerləşən evi alsa da ailəsi ilə birlikdə təxminən 1 ay orada yaşamışdır. Belə ki, 2021-ci iin yanvar ayının 7-də həyat yoldaşının müalicəsi ilə əlaqədar əvvəllər yaşadığı Şirvan şəhərinə qardaşıgilə getmişlər. Müalicə ilə əlaqədar təxminən 2 ay Şirvan şəhərində qalmışlar. 06 mart 2021-ci il tarixdə saat 11 radələrində Xırdalan şəhərindəki evlərinə qayıtdıqları vaxt evin qonaq otağının plastik pəncərəsinin açıq olduğunu, evdəki əşyaların səliqəsinin pozulduğunu, qonaq otağındakı 25 manat dəyərində olan maqnitafonun, 50 manat dəyərində olan ütünün, 40 manat dəyərində olan direlin, mətbəxdəki 200 manat dəyərində olan ətçəkən maşının, yataq otağındakı dolabın siyirməsində saxladıqları 200 manat dəyərində olan 1 ədəd qızıl boyunbağının, 150 manat dəyərində olan 1 ədəd qızıl boyunbağının və 130 manat dəyərində olan 1 ədəd qızıl qadın üzüyünün yerində olmadığını görüb evdə olmadıqları müddətdə oradan oğurluq olduğunu yəqin edib mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bildirirmişdir ki, əvvəllər həmin evdən oğurluq halları olmamış, oğurluq nəticəsində ona ümumilikdə 795 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olsa da, Abşeron rayonu, Xırdalan şəhərində kirayə yaşayır. Hazırda Ekonom taksi şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərir. X3 həqiqi hərbi xidmətə çağırıldığı üçün 02.01.2021-ci il tarixdə yoldaşı ilə birlikdə Hacıqabul rayonu, Muğanlı qəsəbəsinə getmişdir. Yoldaşı həmin gün rayonda qalmış, özü isə axşam radələrində Xırdalan şəhərinə qayıtmışdır. Həmin vaxtdan evdə tək yaşamış, səhərlər işə gedib, axşam evinə qayıdır. 11.01.2021-ci il tarixdə həmişəki kimi səhər saat 08:50 radələrində evdən çıxaraq işə getmişdir. Axşam təxminən saat 21:55 radələrində evə qayıdıb gəlmiş, mənzilin qapısını açmaq istədikdə açarın çöl tərəfə burulmadığını görmüş, belə olduqda qapının açıq olduğunu başa düşmüşdür. Qapını açıb içəri daxil olmuş və evin işıqlarını yandırmışdır. Həmin vaxt yataq otağının qapısının açıq olduğu və yataq otağında olan yataq dəstinin üstünün dağınıq olduğu diqqətini cəlb etmişdir. Belə olduqda yataq otağına daxil olmuş və otaqda olan siyirmələrin açıq olduğunu görüb siyirməyə baxmış, orada qoyduğu 370 manat pulun yerində olmadığını görüb oğurluq olduğunu başa düşmüşdür. Buna görə də baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişlər. Polislər getdikdən sonra siyirmədə qoyduğu qızıl nişan üzüyünün də yerində olmadığını görüb onun da oğurlandığını bilmişdir. Həmin nişan üzüyünün də maddi dəyərinin 370 manat təşkil edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. 2018-ci ildən Abşeron rayonu, Masazır qəsəbəsində “Bravo” super marketlər şəbəkəsində stok-menecer vəzifəsində çalışır. Anası Yasəmən isə Bakı şəhərində Papanin deyilən yerdə restoranda aşbaz işləyir. Hər gün səhər saat 07 radələrində evdən çıxıb işə gedir, axşam 18 radələrində isə işdən evə qayıdır. Həmçinin anası Yasəmən də, səhər saat 09 radələrində evdən çıxaraq işə gedir, axşam isə saat 09 radələrində işdən evə qayıdır. 11.03.2021-ci il tarixdə həmişə olduğu kimi o, saat 07 radələrində işə getmək üçün, anası isə yas mərasiminə getmək üçün onunla birlikdə evdən çıxmışdır. Həmin gün, yəni 11.03.2021-ci il tarixdə saat 12 radələrində işdə olan zaman qonşusu Süleyman ona zəng edərək evlərindən oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. Dərhal işdən çıxaraq yaşadığı ünvan 5 ünvanda yerləşən evlərinə getmiş, evin həyətinin qapısını açıb həyətə daxil olduqda evin plastik materialdan olan pəncərəsinin açıq olduğunu görmüşdür. Bundan sonra evin giriş qapısını açaraq içəri daxil olmuş, evin otaqlarında olan əşyalar dağılmış vəziyyətdə olmuşdur. Otaqlara baxan zaman evin ikinci mərtəbəsində yataq otağında paltar dolabının içərisində aşağı hissədə ayaqqabı qutusuna qoyduğu 1 ədəd 583 əyarlı 1000 manat dəyərində çəkisi dəqiq yadında olmayan qadın üçün qızıl boyunbağı, 1 ədəd 583 əyarlı 500 manat dəyərində çəkisi dəqiq yadında olmayan qadın üçün qızıl qolbaq, 1 cüt 750 əyarlı 800 manat dəyərində çəkisi dəqiq yadında olmayan qadın üçün italyan sırğası, 1 ədəd 583 əyarlı 200 manat dəyərində çəkisi dəqiq yadında olmayan kişi üçün qızıl üzük, 1 ədəd 583 əyarlı 500 manat dəyərində çəkisi dəqiq yadında olmayan qadın üçün qızıl üzük, 1 ədəd 583 əyarlı 500 manat dəyərində çəkisi dəqiq yadında olmayan qadın üçün qızıl üzüyünün, bundan başqa digər yataq otağında kompyuter stolunun üstündə kağız materialdan olan çantanın içərisindəki istifadə olunmamış 1 ədəd 150 manat dəyərində “Navi Force” markalı kişi üçün qol saatının yerində olmadığını aşkar etmişdir. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları gəlib evinə baxış keçirərək hadisə yerini müayinə etmişlər. Sonradan evi axtaran zaman ifadəsində qeyd etdiyi 1 ədəd 200 manat dəyərində olan kişi qızıl üzüyünü və 1 ədəd 500 manat dəyərində qadın qızıl üzüyünü yaşadığı evdə tapmışdır. Lakin sonradan 1 ədəd kiçik ölçüdə ürək formasında 100 manat dəyərində qızıl klonunun da oğurlandığını aşkar etmişdir. 11.03.2021-ci il tarixdə yaşadığı evdən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3650 manat deyil, 3050 manat maddi ziyan dəymişdir. Bundan başqa istintaqa əvvəl verdiyi ifadəsində qeyd etdiyi bir cüt sırğanın 750 əyarlı olduğunu güman etmiş, lakin 583 əyarlı olduğu müəyyən olunmuş, onun ümumiyyətlə qızılların əyarı barədə elə də məlumatı olmamış, bu səbəbdən də ifadəsində qızılların əyarlarını səhv deyə biləcəyini, bundan başqa ekspertizanın rəyi ilə razıdır, ona məxsus qızılların qiymətləri ilə razılaşır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid Şahid1 elan olunmuş ifadəsindən görünür ki, anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, arada usta olduğu üçün fərdi qaydada evlərdə təmir işləri görür. Təqsirləndirilən şəxs təxminən 4-5 il müddətdir ki, tanıyır. 12.03.2021-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı evin yaxınlığında, yəni Xırdalan şəhəri, 28ci məhəllədə yerləşən 2 nömrəli orta məktəbin yanında olan zaman tanışı Romanla rastlaşmış. Söhbət əsnasında Roman özünə məxsus qızılların olduğunu, həmin qızılları lombarda girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. Lakin, şəxsiyyət vəsiqəsini itirdiyi üçün, ondan qızıllarını lombarda girov qoymaqda köməklik göstərməyini xahiş etmişdir. Romandan həmin qızılların oğurluq olub-olmamasını soruşduqda, Roman ona həmin qızılların oğurluq olmamasını, özünə məxsus olduğunu demişdir. Uzun müddətdir Romanı tanıdığı üçün onunla razılaşmışdır. Bundan sonra Romanla birlikdə Abşeron rayonu, Xırdalan şəhərində köhnə bazarın yaxınlığında yerləşən lombarda getmişlər. Hər ikisi lombarda daxil olmuşlar. Lombardın işçisinə şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Roman isə 1 ədəd qadın qızıl üzüyü və 1 cüt qızıl sırğanı girov qoyaraq 500 manat pul götürmüşdür. Lombardda ona qızılların girov qoyulması ilə bağlı girov bileti verilmişdir. Bundan sonra onlar lombarddan çıxıb, sağollaşaraq ayrılmışlar. Aradan bir neçə gün keçdikdən sonra Romanın oğurluq cinayəti törətdiyini, lombarda onun şəxsiyyət vəsiqəsi ilə girov qoyduğu qızılları cinayət yolu ilə əldə etdiyini bilmişdir. Romanı təxminən 4-5 il müddətdir ki, tanıyır. Münasibətləri normal olmuşdur. Roman ona şəxsiyyət vəsiqəsini itirdiyini bildirdiyi üçün ondan özünə məxsus qızılları lombarda girov qoyaraq pul götürməkdə kömək etməsini xahiş etmişdir. Onun Romanın oğurluq etməyi barədə heç bir məlumatı olmamışdır. Roman onun şəxsiyyət vəsiqəsi ilə lombarda qızılları girov qoyaraq götürdüyü 500 manat puldan ona heç bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 11.03.2021-ci il tarixdən Abşeron rayonu, Xırdalan şəhəri, köhnə bazarın yaxınlığında yerləşən “Lombard”da mütəxəssis zərgər işləyir. Hər gün saat 10 radələrindən saat 19 radələrinədək işdə olur. 12.03.2021-ci il tarixdə saat təxminən 12 radələrində işdə oturan zaman bir nəfər ofisə daxil olaraq ona yaxınlaşmışdır. Şəxsiyyət vəsiqəsi olmadığına görə həmin şəxsin girov qoymaq istədiyi əşyanı qəbul etməkdən imtina etmişdir. Bundan sonra həmin şəxs çıxıb getmişdir. Aradan təxminən 20-25 dəqiqə keçdikdən sonra həmin şəxs başqa bir nəfərlə birlikdə yenidən ofisə gəlmişlər. Həmin şəxslərdən biri sonradan adını bildiyi Şahid1 özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək 1 ədəd 583 əyarlı 4 qram çəkidə qadın qızıl üzüyü və bir cüt 583 əyarlı 6,2 qram çəkidə qadın qızıl sırğasını girov qoymuşdur. Həmin qızılları dəyərləndirərək həmin şəxsə 500 manat pul vermişdir. Bundan sonra həmin şəxslər ofisdən çıxaraq getmişlər. Şahid1 şəxsiyyət vəsiqəsi ilə onun işlədiyi lombarda girov qoyduğu qızılların cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmamışdır, sonradan istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs lombardda ona girov şəklində 1 ədəd qızıl üzük və bir cüt sırğadan başqa, qaşı olmayan üzük və bir ədəd sünbül qızıl qolbaq da təqdim etmiş, lakin həmin üzüyü və qolbağı girov üçün yararsız bilib Romana qaytarmışdır. Ancaq girov biletində səhvən üzüyün qaşının olmadığını qeyd etmişdir. Romandan 1 ədəd qızıl üzük və bir cüt sırğadan başqa qızıl götürməmişdir. Təqsirləndirilən şəxs ona girov şəklində təqdim etdiyi 1 ədəd qızıl üzüyün qaşı yerində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 2015-ci ildən Abşeron rayonu, Xırdalan şəhərində, köhnə bazarın yaxınlığında yerləşən “Cəlil Telekom” adlı dükanı işlədir. Həmin dükanda xırdavat məhsullarının satışı ilə məşğul olur. Hər gün saat 11 radələrindən saat 19 radələrinədək işdə olur. Əvvəllər Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yaşamışdır. Təqsirləndirilən şəxs da eyni məhəllədə yaşadığı üçün tanımışdır. Romanla elə də münasibətləri olmamışdır. Sonradan isə anket məlumatında göstərilən ünvana köçmüşdür. 12.03.2021-ci il tarixdə saat təxminən 16 radələrində işdə oturmuş, həmin vaxt Roman içəri daxil olaraq ona yaxınlaşmışdır. Roman ona anasının xəstə olduğunu bildirmişdir. Bu səbəbdən də bir ədəd köhnə qadın qolbağının və 1 ədəd kiçik ölçüdə qızıl klonun olduğunu və həmin qolbağı və klonu satmaq istədiyini demişdir. Ümumiyyətlə qızıl alqısatqısı ilə məşğul olmadığı üçün qızıldan elə də yaxşı anlayışı yoxdur. Ona görə də Romana qızıldan anlayışı olmadığı üçün həmin qızılı ala bilməyəcəyini Romana demişdir. Roman israrla ona xahiş edərək anasına dərman almaq üçün həmin qızılı satmaq istədiyini bildirmişdir. Romanın təqdim etdiyi 1 ədəd qızıl qadın qolbağını və 1 ədəd kiçik ölçüdə ürək formasında qızıl klonu zərgərə göstərib qiymətləndirmək üçün ona verməsini Romana demiş. Roman da həmin qızılları ona verib getmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Roman dükana gəlmişdir. Romanın ona verdiyi 1 ədəd qızıl qadın qolbağını və 1 ədəd kiçik ölçüdə ürək formasında qızıl klonu Romanın yanında elektron tərəzidə çəkmiş. Həmin qızıl qadın qolbağı klonla birlikdə təxminən 8 qram olmuş. Romanın təqdim etdiyi qızılın 1 qramını 50 manatdan hesablamaqla, Romana 400 manat pul vermiş. Bundan sonra Roman çıxıb getmiş. Həmin qızıl qolbağı və klonu tanışına yoxlatdıran zaman həmin qolbağın aşağı əyarlı olduğunu ona bildirmişdir. Aradan təxminən bir neçə gün keçdikdən sonra Novruz bayramı ərəfəsində o, həmin qızıl qolbağı işlədiyi dükanda tanımadığı müştəriyə pula ehtiyacı olduğu üçün aldığı qiymətə, yəni 400 manata satmışdır. Klonu isə dəqiq xatırlamadığı yerdə itirmişdir. Təqsirləndirilən şəxs ona satdığı qızıl qadın qolbağı və klonun cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmamışdır. Romandan həmin qızılı alarkən oğurluq olub-olmamasını soruşduqda, Roman həmin qızılın anasına məxsus olduğunu, anasının xəstə olduğu üçün həmin qızılı satıb puluna anasına dərman alacağını ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Bakı şəhərində yerləşən Hərbi Hospitalın yaxınlığında “Bibari çiy köftə” adlı restoranda aşbaz işləyir. İki oğlu vardır. Oğlunun biri, yəni X9 evli olduğu üçün ondan ayrı yaşayır. Lakin o, həyat yoldaşı və digər oğlu Zərərçəkmiş şəxs3 birlikdə yaşayırlar. Oğlu Vüsal “Bravo” marketlər şəbəkəsində işləyir. Həyat yoldaşı X6 isə “Körpü bina tikinti” şirkətində işlədiyi üçün uzun müddət müxtəlif rayonlarda ezamiyyətdə olur. Oğlu Vüsal adətən hər gün səhər saat 07 radələrində evdən çıxıb işə gedir, axşam saat 18 radələrində isə işdən evə qayıdır. Həmçinin o, da səhər saat 09 radələrində evdən çıxaraq işə gedir, axşam isə saat 20 radələrində işdən evə qayıdır. 11.03.2021-ci il tarixdə saat 07 radələrində oğlu Vüsal işə getmək üçün isə yas mərasiminə getmək üçün birlikdə evdən çıxmışlar. Həmin gün, yəni 11.03.2021-ci il tarixdə saat 12 radələrində işdə olan zaman oğlu Vüsal ona zəng edərək evlərindən oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. Dərhal işdən çıxaraq taksi sifariş edib yaşadığı ünvan 5 ünvanda yerləşən evlərinə getmişdir. Evə çatan zaman Vüsal və qonşuların qapıda olduğunu görmüşdür. Bundan sonra evə daxil olmuşdur. Evin otaqlarında olan əşyalar dağılmış vəziyyətdə olmuşdur. Vüsal ona bildirmiş ki, Vüsala hədiyyə etdiyi qızılları oğurlanmışdır. Bundan sonra polis əməkdaşları gəlib evə baxış keçirərək müayinə etmişlər. Sonradan məlum olmuş ki, yaşadıqları evdən onun oğlu Zərərçəkmiş şəxs3 hədiyyə etdiyi 1 ədəd qızıl boyunbağı, 1 ədəd kiçik ölçüdə ürək formasında qızıl klon, 1 ədəd kişi qızıl üzüyü, 1 ədəd qadın üçün qızıl qolbaq, 1 cüt qızıl sırğa, 2 ədəd qadın üçün qızıl üzükləri və bundan başqa Vüsalın 1 ədəd kişi qol saatı oğurlanmışdır. Yaşadıqları evdə sonradan oğurlanmış qızıllardan 1 ədəd kişi qızıl üzüyünü və 1 ədəd qadın qızıl üzüyünü tapmışlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İşüzrə keçilirmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 may 2021-ci il tarixli 145 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən malların qiymətləndirilməsi zamanı Bakı şəhərinin ticarət şəbəkələrində mövcud olan qiymətlərə əsasən, 2021-ci ilin mart ayına 1 qram 583-585 əyarlı qızıl məmulatının qiymətinin orta hesabla 70,00 manat nəzərə alınmaqla, ekspertiza təyini haqqında qərarda qeyd olunan zərgərlik məmulatlarının orta bazar pərakəndə satış qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir:

1. Üzərində heç bir markalanma yazısı olmayan 1 ədəd üzük 583 əyarlı olmaqla 5,7 qram çəkidə - 399 manat;

2. Üzərində heç bir markalanma yazısı olmayan 1 ədəd sırğa 583 əyarlı olmaqla 5,00 qram çəkidə - 350 manat təşkil edir. Ekspertiza tədqiqatına təqdim olunan qızıl-zinət əşyalarının 2021-ci ilin mart ayına orta bazar qiyməti ilə ümumi dəyəri 749,0 manat müəyyən edilir. 12.03.2021-ci il tarixli, ƏİX 1/318820 nömrəli girov biletindən görünür ki, Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus qızıl-zinət əşyalarını X4 ********** nömrəli VÖEN əsasında işlətdiyi lombarda girov qoymuşdur. 17.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Əhmədov X10 Rayon Məhkəməsinin 19.03.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3 maddələri ilə təqsirlili bilinərək, CM-in 69.3-cü naddəsinə əsasən 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin 10.08.2021-ci il tarixli 3096 saylı məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 19.03.2029-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın 01 il 03 ay 02 gününü çəkmiş və cəzasının çəkilməyən hissəsindən 01 il 08 ay 26 günü qalmışdır. Abşeron rayon polis İdarəsinin 15.03.2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15.03.2021-ciil tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15.03.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 583 əyarlı olmaqla 5,7 qram çəkidə üzük və 1 cüt 583 əyarlı olmaqla 5,00 qram çəkidə sırğanın sahibi Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri iləəlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədəəldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmişşəxsin vəşahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinəəsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 19.03.2019-cu il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinəəsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinəəsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3-cü maddəsin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinəəsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinəəsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-cci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin 19.03.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 01 il 08 ay 26 gün hissəsi qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 15.03.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 200 ( iki yüz) manat ekspertiza məhkəmə-əmtəəşünaslıq ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi1 ədəd 583 əyarlı olmaqla 5,7 qram çəkidə üzük və 1 cüt 583 əyarlı olmaqla 5,00 qram çəkidə sırğanın sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş vəibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımıödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi X5 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 19.03.2019-cu il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün hissəsi ilə qismən birləşdirilsin, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 15.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 200 (iki yüz) manat məhkəmə-əmtəəşünaslıq ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi 1 ədəd 583 əyarlı olmaqla 5,7 qram çəkidə üzük və 1 cüt 583 əyarlı olmaqla 5,00 qram çəkidə sırğanın sahibi Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi X5 göstərdiyi 40 saat hüquqi yardıma görə 260 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar