Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-385/2021 14.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Quliyev Səfər Hüseyn oğlunun və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı məhkumluğu olmayan, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Quliyev Səfər Hüseyn oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quliyev Səfər Hüseyn oğlu 15.03.2021-ci il tarixdə saat 05 radələrində Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisindən keçən hissəsindəki radar qurğusunun yanında istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş şəxsi istehlak miqdarından artıq olan bir bükümdə – 1,127 qram çəkidə Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotk vasitələrin siyahısı»-na (Siyahı İ) daxil olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini götürərək satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, 15.03.2021-ci il tarixdə saat 05:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən «Abşeron» şadlıq sarayının yaxınlığında X9 Alayının 12-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin qabaq sol cibində «Winston» siqaret qutusunda olan bir ədəd bükümün içərisində həmin təmiz çəkisi 1,127 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Quliyev Səfər Hüseyn oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan öncə narkotik vasitəlirdən inyeksiya vasitəsi ilə istifadə etməyə başlamışdır. 15.03.2021-ci il tarixdə narkotik vasitə olan heroin qəbul etmək istədiyindən, o, internet sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxsə yazmışdır. Həmin şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş və o, sonuncudan narkotik vasitə hesab olan heroin istəmişdir. Həmin günü təxminən saat 05 radələrində həmin tanımadığı şəxs, internet vasitəsi ilə ona zəng vuraraq Bakı-Sumqayıt yolunda radarın yanında onun üçün bir büküm narotik vasitə heroin göndərdiyni bildirmişdir. Bu məqsədlə o, həmin yerə tanışı Şahid3la gəlmiş və oradan heroini götürüb avtomobilnə gəlmək istəyərkən, 2 nəfər polis əməkdaşı polis formasında ona yaxınlaşıb özlərini X10 12-ci patrul bölüyünün əməkdaşları kimi təqdim edərək, özlərini şübhəli apardıqları üçün onları polis idarəsinə dəvət etmişlər. O, bundan imtina etmədən könüllü olaraq həmin polis işçiləri ilə birlikdə Abşeron RPİ-nə gələrək, orada polis işçilərinin iştirakı ilə təhqiqatçı Rövşən Şashkərəmov tərəfindən üzərilərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı tanımadığı şəxsin ona nümunə üçün gündərdiyi bir büküm narkotik vasitə hesab olunan heroni əynində olan qara rəngli gödəkçəsinin sol qabaq cibindən çıxararaq polis işçilərinə təqdim etmişdir. Həmin prosess onu tutan şəxslərin və vəkilin iştirakı ilə keçirilmiş və videoçəkilişlə qeydə alınmışdır. Həmin büküm onun və digər iştirakçıların yanında təhqiqatçı tərəfindən açılaraq, cəm halında tərəzi vasitəsilə çəkiləndə 1,127 qram olduğu müəyyən olunmuşdur. Daha sonra həmin kütlə bükülərək zərfin içərisinə qoyulub, ağzı bağlanaraq möhürlənmişdir. Bu bardə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, o, digər iştirakçılarla birlikdə, həmin protokolla tanış olub düzgün yazıldığını bildikdən sonra, hər bir vərəqi imzalanmışdır. Narkotik vasitə olan heroini aldığı şəxsin soyadını, atasının adını, ünvanını və telefon nömrəsini bilmir, həmin şəxslə təsadüfən internet vasitəsi ilə tanış olmuşdur. Sonda o, əməlindən peşman olmasını bildirirək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ƏÇPA-nın 12-ci PB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsindən görünür ki, o, ƏÇPA-nın 12-ci PB-nin polis nəfəri vəzifəsində işləyir və 15.03.2021-ci il tarixdə saat 05:30 radələrində Abşeron rayonu, Xırdalan şəhərində həmkarı Şahid1la xidmət apararkən 25-ci məhəllədə yerləşən «Abşeron» şadlıq sarayının yaxınlığında iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb, həmin şəxslərə yaxınlaşaraq, özlərini təqdim edib onlardan şəxsiyyətlərini təsdiq edən sənəd soruşmuşlar. Həmin şəxslərin üzərində şəxsiyyətlərini təsdiq edən sənəd olmadığını görə, onları ərazidə xidmət aparan 9681 çağırışlı avtopatrula mindirib Abşeron RPİ-nə gətirdikdən sonra, bu barədə rəhbərliyə raportla müraciət etmişlər. Abşeron RPİ-nin NH-də həmin şəxslərin xx.xx.1985-ci il təvəllüdlü Quliyev Səfər Hüseyn oğlu və 24.04.1986-cı il təvəllüdlü Şahid3 olduqları müəyyən olunmuşdur. Həmin vaxt Səfər Quliyev üzərində narkotik vasitə heroin olduğunu bildirmiş və bu səbəbdən Abşeron RPİ-də xidməti otaqların birində, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı Rövşən Şahkərəmov tərəfindən Səfər Quliyevə və Şahid3 hüquq, vəzifələri izah edilmiş və bundan sonra Səfər Quliyevə müdafiəçi təyin edilmişdir. Video çəkiliş aparılan zaman, Səfər Quliyev onların yanında, əynində olan qara rəngli gödəkçəsinin qabaq sol cibindən üzərində «Winston» sözləri yazılmış siqaret qutusundan bir ədəd büküm çıxarmış və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin kütlə video çəkiliş və onların iştirakları ilə müvafiq ekspertiza təyin edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Şahid3 üzərin şəxsi axtarış keçirilən zaman, üzərindən dövriyyəsi qadağan olunmuş hər-hansı bir əşya aşkar edilməmişdir. Səfər Quliyevə həmin narkotik vasitəni hansı məqsədlə üzərində saxlaması və daşıması barədə sual verilərkən o, həmin narkotik vasitə olan heroini tanımadığı İİR-nın vətəndaşından «WhatsApp» sosial şəbəkə vasitəsi ilə pulsuz olaraq, nümunə kimi şəxsi istifadəsi üçün əldə etiyini bildirmişdir. Bundan sonra bu barədə protokollar tərtib edilmiş, həmin protokollar oxunaraq, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ƏÇPA-nın 12-ci PB-nin polis nəfəri, polis serjantı Şahid1 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında Şahid3 elan edilmiş ifadəsindən görünür ki, 15.03.2021-ci il tarixdə saat təxminən 05 radələrində tanışı Səfər Quliyev ona Xırdalan şəhərində yerləşən «Abşeron» şadlıq sarayının yaxınlığında üzü Bakı şəhəri istiqamətinə getdikdə, yolun sağ tərəfində sonuncu üçün İİR-nın vətəndaşı narkotik vasitə saxladığını və həmin narkotik vasitəni oradan tapıb götürəcəyini bildirmişdir. Səfər Quliyev deyilən ərazidə axtararaq, həmin bir büküm maddəni oradan tapıb götürdükdən sonra, təxminən saat 05:30 radələrində polis əməkdaşları onlara yaxınlaşaraq, şəxsiyyətlərini təsdiq edən sənəd soruşmuşlar. Üzərilərində şəxsiyyət vəsiqəsi olmadıqdan, onları Abşeron RPİ-nə gətirmişlər. X7 üzərində narkotik vasitə heroin olduğunu bildirmiş və bu səbəbdən otaqların birində polis əməkdaşları tərəfindən Səfər Quliyevin və onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, onun üzərindən dövriyyəsi qadağan olunmuş hər-hansı bir əşya aşkar edilməmiş, lakin Səfər Quliyev əynində olan qara rəngli gödəkçəsinin qabaq sol cibindən, üzərində «Winston» sözləri yazılmış siqaret qutusunu çıxarıb içərisində narkotik vasitə heroin olduğunu bildirmiş və həmin kütləni polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokollar tərtib olunumuş və bütün iştirakçılar tərəfindən həmin protokllar imzalanmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 16.03.2021ci il tarixli, 6/1054 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərinə «..Quliyev Səfər Hüseyn oğlunun üzərinə şəxsi axtarış..» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,127 qram olan qəvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. (Heroinin təmiz çəkisi-1,127 qram, tədqiqata sərf edildi-0.050 qram, qalıq-1,077 qram) Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Sİyahı-İ) daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 22.04.2021-ci il tarixli 1223 saylı rəyindən görünür ki, Quliyev Səfər Huseyn oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui – istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Quliyev Səfər Hüseyn oğlunun yaşadığı evə video çəkliş ilə baxış keçirilmiş və CD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 31.03.2021 -ci il tarixli tələbnamədən görünür ki, Quliyev X5 rayon məhkəməsinin 07.03.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təsirli bilinib 2000 manat cərimə cəzasına məhkum olunmuşdur. 19.07.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin 20.05.2016-cı il tarixli Amnistiya Haqqında qərarına əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Quliyev Səfər Hüseyn oğlu 15.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16.03.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və MSY-dən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Quliyev Səfər Hüseyn oğlunun göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd CD diskə baxış keçirlərkən, müdafiəçinin iştirakı ilə Quliyev Səfər Hüseyn oğlunun Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü siqaret kağızına və sellofan parçasına bükülü narkaotik vasitə olan heroin aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülməsi müəyyən edilmişdir Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Quliyev Səfər Hüseyn oğlunun törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Quliyev Səfər Hüseyn oğlunun həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Quliyev Səfər Hüseyn oğluna azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. İş materiallarında olan 18 saylı MKS-nın rəisi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Quliyev Səfər Hüseyn oğlu Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 47/11, mənzil 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. İş materiallarında olan məlumat vərəqindən görünür ki, Quliyev Səfər Hüseyn oğlunun 16.10.2005-ci il təvəllüdlü Səfər Məhərrəmov və 20.02.2011-ci il təvəllüdlü Selin Quluzadə adlı iki övladı var. Məhkəmə, Quliyev Səfər Hüseyn oğlunun törətdiyi əməldən peşmançılıq çəkməsini, himayəsində 1(bir) azyaşlı və 1(bir) yetkinlik yaşına çatmayan övladının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Quliyev Səfər Hüseyn oğlunun əməlində Azərbaycan Respublikası CMin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Təqsirləndirilən şəxs Quliyev Səfər Hüseyn oğlu Abşeron Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Quliyev Səfər Hüseyn oğluna Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Quliyev Səfər Hüseyn oğluna CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Sumqayıt şəhər Məhkəməsinin 19.05.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Quliyev Səfər Hüseyn oğlunun 15.03.2021-ci il tarixdən 16.03.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət azadlıqdan məhrumetmə cəzasının 1 ( bir) günü hesabı ilə hesablanmaqla, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt şəhər Məhkəməsinin 19.05.2021-ci il tarixli hökmü ilə həbs olunduğu vaxtdan, yəni 19.05.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Quliyev Səfər Hüseyn oğlunun üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,077 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Quliyev Səfər Hüseyn oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xıdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Quliyev Səfər Hüseyn oğluna ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Quliyev Səfər Hüseyn oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Quliyev Səfər Hüseyn oğlunun 15.03.2021-ci il tarixdən 16.03.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 1 ( bir) günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və qəti olaraq üzərində 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Quliyev Səfər Hüseyn oğluna Sumqayıt şəhər Məhkəməsinin 19.05.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 11 (on bir) ay 29 (iyirimi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19.05.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 1,077 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs Quliyev Səfər Hüseyn oğluna ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-385/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-385/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver