Məhkəmə qərarları › İş №1(012)-385/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-385/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-385/2022 22.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Rəhimova (Yaqubova) X10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 28 sentyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2016-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 175,00 manat, cəmi 525,00 manat sabit pul məbləğində aliment tutulub X3 ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(004)-542/2021 saylı qərardadının və 28 sentyabr 2020-ci il tarixdən başlayaraq adıçəkilən övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170,00 manat, cəmi 510,00 manat sabit pul məbləğində aliment tutulub X3 ödənilməsinə dair Yasamal Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(004)-542/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 25 iyun 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 17 noyabr 2021-ci il tarixə kimi, cəmi 6630,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Rəhimova (Yaqubova) X12 maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş aktlarını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda ünvan 1 ünvanda yaşayır, yaşadığı ərazidə işəmuzd mebel təmiri üzrə usta kimi çalışır, Rəhimova (Yaqubova) X17 onun keçmiş arvadıdır, sonuncu ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Zülfü, Fəridə və Hüseyn adlı övladları doğulmuş, ilk dövrlərdə münasibətləri normal olsa da, sonradan arvadı ilə münasibəti pozulduğundan onunla ayrılmış, bu səbəbdən Zərərçəkmiş şəxs 2020-ci ildə məhkəməyə müraciət edərək uşaqların saxlanılması üçün ondan aliment tələb etmiş və nəticədə iddianın təmin tədbiri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(004)-542/2021 saylı qərardadına əsasən 28 sentyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2016-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 175,00 manat, cəmi 525,00 manat sabit pul məbləğində ondan aliment tutulub Yaqubova (Rəhimova) X18 ödənilməsi barədə qərara alınmış və sonradan mülki işin yekunu üzrə həmin məhkəmənin 27 aprel 2021-ci il tarixli, 2(004)-542/2021 saylı qətnaməsinə əsasən, 28 sentyabr 2020-ci il tarixdən başlayaraq övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170,00 manat, cəmi 510,00 manat sabit pul məbləğində ondan aliment tutulub Yaqubova (Rəhimova) X18 ödənilməsi və aliment tutularkən xx.xx.2021-ci il tarixli qərardad ilə tutulan müvəqqəti alimentin nəzərə alınması qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqələri icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən məhkəmə aktlarının icrası təmin olunmamış, həmin vaxt daimi iş yeri olmamış, yalnız vaxtaşırı işəmuzd mebel ustası kimi çalışmış, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati qaydada həbs edilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq qətnamə üzrə ümumiyyətlə aliment ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, icra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 6630,00 manat təşkil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, alimentin icra olunmamasının səbəbi keçmiş arvadı Zərərçəkmiş şəxs uşaqlarla görüşməsinə icazə verilməməsi olmuş, bundan başqa digər səbəb, aliment borcunun yüksək olmasıdır, lakin özü işəmuzd usta kimi işləsə də, aylıq alimentin ödənilməsinə imkanın olmasını təsdiqləmiş, həmçinin icra zamanı icra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinin filialına işlə təmin olunmaq üçün müraciət etməmişdir. Törətdiyi əməl cinayət olmasını başa düşdüyünü və əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindiriən Rəhimova (Yaqubova) X17 ifadəsində göstərdi ki, iddianın təmin tədbiri kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(004)-542/2021 saylı qərardadına əsasən Təqsirləndirilən şəxs 28 sentyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2016-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 175,00 manat, cəmi 525,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qərara alınmış və sonradan mülki işin yekunu üzrə həmin məhkəmənin 27 aprel 2021-ci il tarixli, 2(004)-542/2021 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 28 sentyabr 2020-ci il tarixdən başlayaraq övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170,00 manat, cəmi 510,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi və aliment tutularkən xx.xx.2021-ci il tarixli qərardad ilə tutulan müvəqqəti alimentin nəzərə alınması qət edilmişdir. Məhkəmə qərardadı və qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə və qərardad üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən qətnaməni icra etmək üçün borcluya yenidən müddət verilməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək aliment üzrə heç bir ödəniş etməmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 6630,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs uzun illərdi fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, Binəqədi rayon ərazisində özünə məxsus mebel düzəltmə sexi mövcuddur, lakin alimenti ödəməkdən yayınmaq məqsədi ilə sonradan həmin sexi başqa şəxsin adına keçirsə də, faktiki həmin işlə məşğul olmağa davam etmiş, onun kifayət gədər maddi imkanı vardır, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs qərəzli olaraq alimenti ödəməkdən yayınır, Təqsirləndirilən şəxs bir ata kimi öz övladları ilə maraqlanmır və evə heç bir köməklik göstərmir, qətnamə üzrə yaranmış aliment borcunu keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, hazırda qızı Zərərçəkmiş şəxs və nəvələri ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs keçmiş əridir, iddianın təmin tədbiri kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(004)-542/2021 saylı qərardadına əsasən Təqsirləndirilən şəxs 28 sentyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2016-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə 175,00 manat, cəmi 525,00 manat sabit pul məbləğində aliment tutulub Yaqubova (Rəhimova) X14 ödənilməsi barədə qərara alınmış və sonradan mülki işin yekunu üzrə həmin məhkəmənin 27 aprel 2021-ci il tarixli, 2(004)-542/2021 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 28 sentyabr 2020-ci il tarixdən başlayaraq övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170,00 manat, cəmi 510,00 manat sabit pul məbləğində aliment tutulub Yaqubova (Rəhimova) X14 ödənilməsi və aliment tutularkən xx.xx.2021-ci il tarixli qərardad ilə tutulan müvəqqəti alimentin nəzərə alınması qət edilmişdir. Məhkəmə qərardadı və qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə və qərardad üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs olunmuş, sonradan icra məmuru tərəfindən qətnaməni icra etmək üçün yenidən müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment üzrə heç bir ödəniş etməmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 6630,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs uzun illərdi fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, özünə məxsus mebel düzəltmə sexi mövcuddur, lakin alimenti ödəməkdən yayınmaq məqsədi ilə sonradan həmin sexi başqa şəxsin adına keçirsə də, faktiki həmin işlə məşğul olmağa davam etmiş, onun kifayət gədər maddi imkanı vardır, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs qərəzli olaraq alimenti ödəməkdən yayınır. Məhkəmə baxışında şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-542/2021 saylı, xx.xx.2021-ci tarixli qərardadı əsasında verilmiş xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs Zülfü oğlundan xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün aylıq cəmi 525,00 manat və Yasamal Rayon Məhkəməsinin 2(004)- 542/2021 saylı, xx.xx.2021-ci tarixli qətnaməsi əsasında verilmiş xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs Zülfü oğlundan aylıq cəmi 510,00 manat alimen pulu tutularaq X3 ödənilməsi qərara alınmışdır. Göstərilən icra vərəqələri müvafiq olaraq xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə şöbənin icraatına daxil olmuş həmin tarixlərdədə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmiş, xx.xx.2021-ci il tarixdə icra sənədləri bir icraata birləşdirilmiş və müvafiq icra hərəkətləri aparılmış, borclunun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla dəfələrlə əlaqə saxlanılıb şöbəyə dəvət edilməsinə baxmayaraq sonuncu şöbəyə gəlməkdən yayınmış, həmçinin Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi ilə bağlı görülmüş tədbirlər nəticə vermədiyindən xx.xx.2021-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Abşeron RPİ-nə göndərilmiş, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs polis tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmiş izahatı alınmış borclu şöbəyə gəlməməsinin və aliment öhdəliklərini təmin etməməsi ilə əlaqədar heç bir üzürlü səbəb bildirməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 3(012)-1005/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)-555/21 saylı, xx.xx.2021-cı il tarixli qərardadı ilə borclu şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borclu Təqsirləndirilən şəxs müvafiq qətənaməni ona inzibati tənbeh tətbiq olunmasına, cinayət məsuliyyətinə cəlb edilməsinə və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə həmçinin faktiki imkanlarından istifadə etməmiş, bundan başqa tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi (anası) Şahid3 Abşeron rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs icra müddətində ümumiyyətlə aliment ödəməməsini və borclunun 6630,00 manat ödənilməmiş borcun olmasını bildirmiş, həmçinin borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilməsini xahiş etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə aktlarını qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan X4 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyata alınsa da, Təqsirləndirilən şəxs əmək haqqı 250-350 manat olmaqla "xxxx" MMC-də və əmək haqqı 300-500 manat olmaqla "xxxx" MMC-də cilalayıcı vəzifələri təklif olunmuş və bu barədə məlumatlar vətəndaşın şəxsi kabinetinə yerləşdirilmiş, lakin sonuncu iş təklifini qəbul etməmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Abşeron Rayon Məhkəməsinin inzibati xəta haqqında 25 iyun 2021-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(004)-542/2021 saylı qərardadını və həmin məhkəmənin 27 aprel 2021-ci il tarixli, 2(004)-542/2021 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxs Yaqubov X9 Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(004)-542/2021 saylı qərardadını və həmin məhkəmənin 27 aprel 2021-ci il tarixli, 2(004)-542/2021 saylı qətnaməsini bilərəkdən qərəzli şəkildə icra etməmiş və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafı, bunu tamamlayan zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən yüngülləşdirici halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. İş materiallarında olan 15 sentyabr 2021-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müstəntiqin çağırışlarına gəlmədiyindən barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSYnə təhvil verilmiş, xx.xx.2022–cı il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarla həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, beləliklə o, 01 (bir) gün müddətinə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, həbs etmənin əvvəli həbs olunduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrumetmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, həbs etmənin əvvəli həbs olunduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar