Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-385/2024 08.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2001-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, Üçqovaq küçəsi-1/21 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan “Azik” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 03 bükümdə, ayrı-ayrılıqda 0,393 qram, 0,320 qram, 0,328 qram, ümumilikdə 1,041 qram çəkidə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı əldə edib, Xırdalan şəhərinə daşımış və saxlamış, xx.xx.2023-cü il tarixdə saat 00:10-da həmin 3 bükümdə ümumilikdə 1,041 qram çəkidə narkotik vasitəqurudulmuş marixuananı 15 manat müqabilində tanışı Şahid3 sataraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1”, bina 19, 196 nömrəli mənzilin pəncərəsindən həyətdə gözləyən Şahid3 atmış, sonuncu narkotik vasitə qurudulmuş marixuananı götürüb cibinə qoyaraq oradan uzaqlaşdıqda Abşeron RPİ-nin Post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılarkən 03 bükümdə olan, ayrı-ayrılıqda 0,393 qram, 0,320 qram, 0,328 qram, ümumilikdə 1,041 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananı üzərindən yerə atmış və polis əməkdaşları tərəfindən həmin narkotik vasitə qurudulmuş marixuana götürülərək Abşeron RPİ-yə təqdim edilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə edir. Hazırda məhkəmədə icraatda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə barəsində cinayyət işi vardır. Nicatı təxminən hadisədən 1 ay əvvəl dostu Elvin vasitəsi ilə tanımışdır. Nicatın da narkotik vasitə istifadəçisi olduğunu və birlikdə əvvələr bir-iki dəfə marixuana istifadə etdiyini bildirmişdir. Sonuncu dəfə 17 avqust 2023-cü il tarixdə saat 20 radələrində əvvəllər tanıdığı Azik adlı şəxslə əlaqə saxlayaraq sonuncu ilə Bakı şəhəri, Sabunçu rayonu, “Razin” qəsəbəsində görüşərək, həmin şəxsdən 1 ədəd şəffaf sellofan paketində olan el arasında nəşə kimi bilinən narkotik vasitə olan marixuananı almış və yaşadığı ünvana gəlmişdir. Həmin narkotik vasitədən 2 dəfə çəkmək yolu ilə yaşadığı mənzildə olan zaman istifadə etmişdir. 18 avqust 2023-cü il tarixdə saat 23 radələrində Nicat ona zəng edərək, ondan istifadə etməsi üçün üç büküm marixuana istəmiş, əvəzində isə nə zamansa onda da narkotik vasitə olarsa ona verə biləcəyini bildirmişdir. O da, Nicatı tanıdığından sonuncuya marixuana vermək qərarına gəlmiş, onu yaşadığı ünvan 3 ünvanının qarşısına gəlməsini bildirmişdir. xx.xx.2023-cü il tarixə keçən gecə saat 00:10-da Nicat ona zəng edərək, binanın həyətində olmasını bildirmiş, o, marixuananı üç bükümdə ağ kağıza bükərək düzəltməklə, otağın pəncərəsindən yerə atan zaman götürməsini bildirmiş, sonuncu onun təklifi ilə razılaşmışdır. O, yaşadığı mənzilin pəncərəsindən həmin üç büküm marixuananı aşağı tullamış, təxminən 1 dəqiqə sonra binanın həyətindən səs-küy gəlməsini eşitmiş və pəncərədən baxdıqda isə ətrafda heçnə görməmişdir. Təxminən 30-40 dəqiqə sonra Nicatın dostu Elvin onun istifadəsində olan mobil nömrəyə zəng etdikdə Nicatın polis əməkdaşları tərəfindən saxlanılmasını, bu səbəbdən özünə bıçaq xəsarəti yetirməsini və xəstəxanaya aparılmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun istifadəsində olan mobil nömrəyə zəng edərək, onu qonşularının şikayəti əsasında Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O polis idarəsinə gəlmiş, orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmişdir. İnzibati binanın xidməti otaqlardan birində videoçəkiliş altında o, könüllü olarq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən göy rəngli qoruyucu keysli 1 ədəd ( bir ) “iPhone” 11 markalı üzərində ***-***-**-** saylı mobil nömrə olan **********596558 saylı İMEi kodlu mobil telefonunu təqdim etmiş, üzərinə keçirilən baxış zamanı üzərindən heç bir qanunsuz əşya və maddə aşkar olunmamışdır. Bundan sonra həmin mobil telefon zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzaları ilə təsdiq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, orada ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf etməsini desələr də, o buna razı olmadığı üçün döyülərək, təzyiqlərə məruz qaldığından məcbur qalıb video çəkiliş vaxtı həmin narkotik vasitəni Nicat adlı şəxsə pul qarşılığında satmasını bildirmişdir. Əslində isə narkotik vasitə ona məxsus olsa da Nicata narkotik vasitəni pulla satmamış, onu Nicata verərkən bildirmişdir ki, Nicat da nə vaxsa ona alıb qaytarar. Əməlindən peşiman olmasını, ilk məhkumluğunu və qadın olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid3 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, o, təqribən 2 il əvvəl narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. Bir neçə aydır ki, artıq istifadə etmir. Nərmin adlı şəxsi hadisədən təxminən 1-2 ay əvvəl tanımışdır. Nərmini bir neçə dəfə görmüş və dostu Elvinin vasitəsi ilə tanımış, onunla birlikdə 2-3 dəfə narkotik vasitə olan marixuana istifadə etmişdir. Belə ki, sonuncu dəfə 18 avqust 2023-cü il tarixdə saat 23 radələrində Nərminin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək istifadəsi üçün üç büküm marixuana istəmiş və özündə olanda da qaytaracağını bildirmişdir, sonuncu onunla razılaşaraq, yaşadığı ünvan 3 ünvanın qarşısına gəlməsini bildirmişdir. O, xx.xx.2023-cü il tarixə keçən gecə saat 00:10-da Nərminin dediyi ünvanın qarşısında getdikdə sonuncu təxminən həmin ünvanda 9-cu mərtəbədə yaşadığını bildirmişdir. O, ünvanda olan zaman Nərminə zəng etmiş və binanın qarşısında həyətdə olduğunu dedikdə, sonuncu həmin vaxt aşağı düşə bilməyəcəyini, həmin üç büküm marixuananı kağız parçasına bükərək ona atacağını bildirmişdir. O Nərminin dediyi ilə razılaşdıqda, sonuncu həmin bükümləri 9-cu mərtəbənin pəncərəsindən ona tullamışdır. O, həmin bükümü götürüb cibinə qoyaraq, yoluna davam edən zaman xidmət aparan polis əməkdaşlarının ona tərəf yaxınlaşdığını gördükdə, qorxaraq həyəcanlanmağa başlamışdır. İlkin olaraq oradan qaçıb uzaqlaşmaq istəsə də, lakin edə bilməyəcəyini başa düşərək yerində dayanmışdır. Polis əməkdaşları ona üzərində narkotik vasitə şübhəsi olduğunu qeyd edərək onu polis idarəsinə dəvət etmişlər. Bu zaman o, cibində olan marixuananı yerə atmış, digər cibində isə olan bıçağı çıxararaq polis əməkdaşlarına yaxın gəlmələrini bildirmişdir. Həmçinin polis əməkdaşlarının ona yaxınlaşmaması və həmin şəxsləri qorxudmaq məqsədi ilə özünə həmin bıçaq ilə 3 dəfə qarın nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Bu zaman polis əməkdaşı onun əl qolundan tutaraq, ilk öncə bıçağı əlindən almış, digər polis əməkdaşı isə yerə atdığı marixuana olan bükümü götürmüşdür. Daha sonra polis əməkdaşları onu xidməti avtomobilləri ilə Xırdalan şəhərində yerləşən xəstəxaya aparmış və orada onun qarın nahiyyəsinə tikiş atmışlar. Səhər açıldıqda isə onu polis idarəsinə gətirmişlər. Bundan əlavə Şahid3 məhkəmə iclasında dindirilən zaman əlavə olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxs narkotik istifadəçisi olmasını əvvəllər birlikdə narkotik vasitə istifadə etdikləri zamandan bilmişdir. O, Nərmindən narkotik vasitənin əldə edilməsi üçün hər hansı məbləğ danışmamış, həmin vasitəni alarkən pul verməmiş, həmin vasitə ona sonuncu tərəfindən “hədiyyə” şəkilində vermişdir. Məhkəmə istintaqında şahid qismində dəvət edilərək, dindirilmiş Abşeron rayon polis İdarəsinin PPXB-nin polis serjantı Şahid2 ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 23:55-də Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1” yaxınlığında bölüyün polis nəfəri, polis serjantı, Şahid1 ilə xidmət apararkən bir nəfər şəxsin binanın yanında dayanaraq özünü şübhəli apardığını müşahidə etmiş, həmin şəxs isə onları görməmişdir. Onlar kənardan həmin şəxsin hərəkətlərini izləməyə başlamış, həmin şəxs mobil telefonla kimləsə danışa-danışa binanın yuxarı mərtəbəsinə boylanmış, onlar isə bu zaman həmin binanın yuxarı mərtəbələrinə tərəf nəzər salmışdırlar. Həmin vaxtı artıq xx.xx.2023-cü il saat 00:10 olmuşdur. Bu zaman bir qadının pəncərədən aşağı boylandığını və əlindəki kiçik bağlamanı yerə atdığını görmüşdürlər. Bu zaman aşağıda olan kişi cinsli həmin şəxs sözügedən bağlamanı götürərək cibinə qoymuşdur. Bu zaman onlarla həmin şəxsin arasında olan məsafə 5-6 metr olduğundan onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişdirlər və anket məlumatları barədə öyrənmək istəmişdirlər. Bu zaman həmin şəxs həyəcanlanmağa başlamış və cibindan ağ kağız bükümü çıxararaq yerə atdıqdan sonra digər cibindən də bıçaq çıxararaq gözlənilmədən özünün qarın nahiyəsinə xəsarət yetirmişdir. Onlar bıçağı dərhal həmin şəxsin əlindən alaraq sonuncunu zərərsizləşdirmişdirlər. Daha sonra həmin şəxsi xidməti avtomobillərinə mindirmişdirlər və bundan sonuncunun yerə atdığı ağ kağız bükümü yerdən götürərək özlərində saxlamaqla həmin şəxsi xidməti avtomobil ilə Abşeron rayon mərkəzi xəstəxanasına çatdırmışdırlar. Xəstəxanada olan zaman həmin şəxsin Şahid3 olduğu onlara məlum olmuşdur. Şahid3 xəstəxanada həkim nəzarətində qalmış, onlar isə Şahid3 yerə atdığı bükümü, Nicatın özünə xəsarət yetirdiyi bıçağı və mobil telefonunu özləri ilə Abşeron RPİ-nə gətirmişdirlər. Orada raportla rəhbərliyə məruzə edərək telefon, bıçaq və bükümləri təhvil vermişdirlər. Həmin bükümə baxış keçirilməsi RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru İsmət Musayevə həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən onların iştirakı ilə həmin bükümə baxış keçirilmişdir. Büküm açılan zaman içərisindən 03 ədəd ağ kağız bükülülər aşkarlanmış, həmin bükülülərdə açılaraq içərilərinə baxış keçirilən zaman narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar edildi. Təhqiqatçı tərəfindən araşdırma zamanı marixuanaya bənzər maddəni Şahid3 Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1” yaşayış binasının 9-cu mərtəbəsindən atan şəxsin şəxsiyyəti müəyyənləşdirilərək Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin şəxs Abşeron RPİ-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs polis idarəsində gəldikdən sonra təhqiqatçmm xidməti otağına daxil olaraq özünü təqdim etmiş və təhqiqatçı tərəfindən sonuncuya verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nicatı təxminən 1 aydır ki, dostu Elvinin vasitəsi ilə tanımışdır və Nicatında narkotik vasitə istifadəçisi olmasından xəbərdar olmuşdur. Nicata əvvələr də 15-20 manat marixuana satdığını, sonuncu dəfə isə 17 avqust 2023-cü il tarixdə saat 20 radələrində əvvəllər tanıdığı Azik adlı şəxslə əlaqə saxlayaraq sonuncu ilə Bakı şəhəri, Sabunçu rayonu, “Razin” qəsəbəsində görüşdüyünü, orada həmin şəxsdən 100 manat müqabilində 1 ədəd şəffaf sellofan paketində olan el arasında nəşə kimi bilinən narkotik vasitə olan marixuananı alaraq yaşadığı ünvana gəlmişdir. Həmin narkotik vasitədən 2 dəfə çəkmək yolu ilə istifadə etdiyini bildirmişdir. Həmçinin 18 avqust 2023-cü il tarixdə saat 23 radələrində Nicat istifadəsində olan mobil nömrəyə zəng edərək Nərmindən istifadə etməsi üçün 03 büküm marixuana istəmiş və pulunu iki-üçü günə verəcəyini bildirmişdir. Nərmin də, Nicatı tanıdığından sonuncuya marixuana vermək qərarına gəlmiş və yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 1”, bina 19 ünvanın qarşısına gəlməsini bildirmişdir. xx.xx.2023-cü il tarixə keçən gecə saat 00:10-da Nicat ona zəng gedərək binanın həyətində olmasını bildirmişdir. Nərmində üzərində qalan marixuananı 03 bükümdə düzəldərək həmin üç bükümü ağ kağıza bükərək otağın pənəcərəsinə yaxınlaşmış, Nicata zəng edərək həmin bükümü pəncərədən yerə atacağını və aşağıdan götürməsini bildirmişdir. Nicat da, onunla razılaşmış və Nicatla telefonla danışa danışa sonuncunun həyətdə olmasını gördükdən sonra yaşadığı binanın 9-cu mərtəbəsində olan otağın pəncərəsindən həmin 03 büküm marixuananı aşağı tullamışdır. Nərmin, həmin marixuananı tulladıqdan təxminən 1 dəqiqə sonra binanın həyətindən səsküy gəlməsini eşitdiyini bildirmiş, lakin binanın pəncərəsindən aşağı baxdıqda isə heçnə görməmişdir. Təxminən 30-40 dəqiqə sonra Nicatın dostu Elvin, Nərminin istifadəsində olan mobil nömrəyə zəng etdikdə Nicatın polis əməkdaşları tərəfindən saxlanılmasını, bu səbəbdən özünə bıçaq xəsarəti yetirməsini, xəstəxanaya aparılması barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşlarının Nərminin istifadəsində olan mobil nömrəyə zəng edərək, sonuncunu Abşeron rayon polis idarəsinə dəvət etdiklərini qeyd etdikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçının xidməti otağında hüquq və vəzifələri izah edilmiş, sonuncuya dövlət tərəfindən vəkil təyin edilməklə şübhəli şəxs qismində təhqiqatçı tərəfindən tutularaq üzərinə video çəkilişlə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl təhqiqatçı İ.Musayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etməsi bildirilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs hal-hazırda üzərində heç bir qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirdikdən sonra 1 ədəd ( bir ) “iPhone” 11 markalı üzərində mobil telefonunu təqdim etmişdir. Həmin mobil telefon zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuş və video çəkilişin qeydə alındığı CD disk protokola əlavə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılıqı əsasında ərizəsi alındıqdan sonra yaşadığı Xırdalan şəhəri, “Kristal Abşeron 1”, bina 19, mənzil 196 ünvanda yerləşən mənzilə baxış keçirilmişdir. Lakin həmin mənzildən qanunla qadağan edilmiş maddə və əşya aşkarlanmamışdır. Bu barədə də protokol tərtib edilməklə imzalanmışdır. Həmçinin Şahid3 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsi, R.Rza küçəsində fərdi yaşayış evinə baxış keçirilmiş, lakin həmin mənzildən qanunla qadağan edilmiş maddə və əşya aşkarlanmamışdır. Bu barədə də, protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 19 avqust 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2023-cü il, saat 03:00-dan hesablanmışdır. - “Hadisə yerinə baxış keçirilməsi barədə” 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron” Yaşayış Kompleksinin həyətində 19-cu binanın qarşısında baş vermişdir. Ətrafda videomüşahidə kameraları mövcud olsa da, hadisənin görüntülərini əldə etmək mümkün olmamışdır. - “Evə baxış keçirilməsi barədə” 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal ünvan 4 ünvanında yerləşən mənzilin hər bir otağına tərəflərin iştirakı ilə baxış keçirilmiş və həmin mənzildən qanunla qadağan olmayan heç bir maddə və əşya aşkar olunmamışdır. - “Şübhəli şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 20 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 21 avqust 2023-cü il tarixli, 3-16-16/2-7/1189 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üç ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.393 qram, 0,320 qram 0,328 qram, ümumi çəkisi 1.041 qram bitki mənşələli kütlələr tərkibində narkotik maddələr olan çətənə, (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanın təmiz çəkisi - 1,041 qram, tədqiqata sərf edildi – 0,06 qram, qalıq – 0,981 qramdır. Aparılmış tədqiqatın dəyəri 72 manat təşkil edir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Rövşən Cavadovun 21 avqust 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilərək, Abşeron RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X2 haqqında 31 avqust 2023-cü il tarixli, 5597 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 sentyabr 2023-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Sübutların qiymətləndirilməsi” 09 noyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilməsi və götürülmə aparılması haqqında protokol, üzləşdirmə protokolları, baxış protokolları, videogörüntünün olduğu 01 ədəd disk və həmin diskə baxış keçirilməsi protokolu işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilmiş, maddi sübut əhəmiyyəti kəsb edən 1,041 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qalıq qalmış 0,981 qran qurudulmuş marixuana saxlanılması üçün Abşeron RPİnin saxlanc yerinə təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini təklif edir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən göy rəngli qoruyucu keysli 1 ədəd ( bir ) “iPhone” 11 markalı üzərində ***-***-**-** saylı mobil nömrə olan **********596558 saylı İMEi kodlu mobil telefonunu təqdim emişdir. Həmin mobil telefon zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Narkotik vasitəni Təqsirləndirilən şəxs satış məqsədi ilə deyil şəxsi istifadəsi üçün əldə etdiyini bildirsə də, onu başqa şəxsə bükümlərə ayırmaqla hədiyyə verdiyini sonra isə verdiyi şəxsdən gələcəkdə ona narkotik vasitə vermək kimi gözləntisinin olmasını etiraf etməklə digər formada şəxsi marağının olduğunu təsdiq etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış aparılması haqqında protokol və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Həmçinin özünün müdafiəsi üçün gətirdiyi dəlili, yəni 3 ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.393 qram, 0,320 qram 0,328 qram, ümumi çəkisi 1,041 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə, (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı hədiyyə olaraq verdiyini bildirməklə dolayısı ilə əməlini etiraf etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs faktiki olaraq saxlanıldığı - 2 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 08 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5597 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,981 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 08 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Polis İdarəsinin saxlancına təhvi verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0,981 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 01 (bir) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-385/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-385/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver