Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-385/2025 24.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş, bərbər işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il saat 00 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ünvan 3 ünvanında yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs “Tik Tok” sosial şəbəkəsində gözlərinin çəkilmiş şəkillərini yerləşdirdiyini görüb sonuncunun yaşadığı mənzilə gələrək bu səbəbdən qısqanclıq zəminində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı “Sədərək” Ticarət Mərkəzindən qanunsuz olaraq əldə edib, üzərində gəzdirdiyi soyuq silah hesab edilən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı ilə Zərərçəkmiş şəxs sol əl nahiyəsinə qəsdən zərbə vuraraq ona sol əlin İİ barmağının kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək qeyd etmişdir ki, 1980-cı il təvəllüdlü Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. O, Lalə ilə 2018-ci ildə Abşeron rayon məhkəməsinin qərarı ilə boşanmışdırlar. Onlar 2003-cü il tarixdə ailə həyatı qurmuşdurlar və birgə nigahlarından 2004-ci il təvəllüdlü oğlu Şahid1 və 2007-ci il təvəllüdlü oğlu X4 dünyaya gəlmişdir. Onlar ayrldıqdan bir il sonra Lalə ona yaxınlaşaraq səhv etdiyini və yenidən birləşərək birlikdə yaşamaqlarını təklif etmişdir. Lalə çox peşman olmasını bildirdiyindən o, Laləni bağışlamış və boşanmaqlarına baxmayaraq Abşeron Rayonu 27-ci məhəllə bina 2 A mənzil 17-də 2023-cü ilə kimi birlikdə yaşamışdırlar. Sonradan aralarında yenidən mübahisələr yarandığından o, Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq massivi Osman Sarıvəlli küçəsində özünə 2 otaqlı ev alaraq 2023-cü ildən həmin evə köçərək orada yaşamağa başlamışdır. xx.xx.2024-cü il tarixdə o, Tik-Tok sosial şəbəkəsində Lalənin gözlərinin çəkilmiş şəkillərini görmüş və bunun ona qarşı xəyanət olmasını düşünərək məsələni aydınlaşdırmaq üçün Lalənin yaşadığı ünvan 4 ünvanına getmişdir. 01 iyun 2024-cü il tarixdə, saat 00:00 radələrində o, Lalənin yaşadığı evə gedərək qapını döymüşdür. Lalə qapını açmış və o, telefonunda olan şəkilləri Laləyə göstərərək nə üçün belə etdiyini deyərək əsəbi halda özü ilə gətirdiyi açılıb-qatlanan bıçaqla Laləni vuran zaman görmüş, sonuncu əlini qabağa verdikdə o, əlindəki bıçaqla Lalənin qabağa vermiş olduğu əlinə bıçaqla xəsarət yetirmişdir. Yəni o, bıçağı Laləyə tərəf atmış, sonuncu qorxduğu üçün bıçağın tiyəsindən tutduqda o, qəsdən bıçağı geriyə dartmışdır ki, bıçaq Lalənin əlini kəssin, elədə etmiş və bıçaq onun əlini kəsmişdir. Bundan sonra o, evdə təxminən 4-5 dəqiqə Lalə ilə söz mübahisəsi edərək evi tərk etmişdir. Əlavə olaraq bildirmişdir ki, münaqişə konkret olaraq yaşadığları ünvan 5 ünvanında evin içərisində ümumilikdə 4-5 dəqiqə ərzində davam edərək tez bir zamanda bitmişdir. Qeyd etmişdir ki, hadisə zamanı evdə heç kim olmamış, yalnız ikisi olmuş, münaqişə zamanı Lalə ona heç bir xəsarət yetirməmiş, o, Laləni söyməmiş, həmin bıçağı Sədərək ticarət mərkəzindən tanımadığı şəxsdən və tanımadığı mağazadan əldə etdiyini bildirərək, həmin yeri xatırlamadığı üçün həmin yeri göstərə bilməyəcəyini qeyd etmişdir. Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət Məcəlləsinin 128ci maddəsi üzrə icraata xitam verilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə iş üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 1978-ci il təvəllüdlü X2 onun keçmiş həyat yoldaşıdır. O, Raufla 2018-ci ildə Abşeron rayon məhkəməsinin qərarı ilə boşanmışdır. Onlar 2003-cü il tarixdə ailə həyatı qurmuşdurlar və onların birgə nigahdan 2004-ci il təvəllüdlü oğlu Şahid1 və 2007-ci il təvəllüdlü oğlu X4 dünyaya gəlmişdir. Onlar ayrıldıqdan bir il sonra aralarında evlə bağlı çox sayda çəkişmələr başlamış və o, məcburiyyətdən Raufla eyni ünvanda birlikdə yaşasalarda tez- tez aralarında mübahisələri olmuşdur. 2023- cü ilə kimi birlikdə yaşamışdırlar. Sonradan aralarında yenidən mübahisələri yarandığından, Rauf onu 2023-cü il tarixdə təkrar döydüyünə görə sonuncunun barəsində polisə şikayət etmişdir. Raufa Azərbaycan Respubilkası CM-nin 128-ci maddəsi ilə iş başlanılaraq məhkəməyə verilmiş və sonuncunun barəsində hökm oxunmuşdur. ünvan 4 ünvanında evdə olan zaman 01 iyun 2024-cü il tarixdə, saat 00:00 radələrində o, ev qapısının döyüldüyünü eşitmiş və qapını açan zaman heç bir səbəb olmadan Rauf evə daxil olaraq özü ilə gətirdiyi bıçaqla ona hücum etmişdir. Rauf özü ilə gətirdiyi açılıb-qatlanan bıçaqla onu vuran zaman Raufun bıçaqla ona xəsarət yetirəcəyini görərək əlini qabağa vermiş və Raufda əlindəki bıçaqla onu vurmuşdur. Həmin vaxt o, Raufun əlindəki bıçağı tutaraq sonuncudan həmin bıçaqı onun bədəninə vurmamasım çox xahiş etmişdir ki, sakitləşsin. Lakin o, Raufun əlindəki bıçağı tutaraq saxlamışdır ki, sonuncu ona başqa bir xəsarət yetirməsin. Lakin Rauf yenidən bıçağı geri çəkərək onun əlinə bıçaqla xəsarət yetirmişdir. Bundan sonra o, evdə təxminən 4-5 dəqiqə Raufla söz mübahisəsi edərək evi tərk etmişdir. Əlavə olaraq bildirmişdir ki, münaqişə konkret olaraq onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ev 3 mənzil 5- də evin içərisində ümumilikdə 4-5 dəqiqə ərzində davam edərək tez bir zamanda bitdiyini, hadisə zamanı evdə oğlu Şahid1 olduğunu, övladlarını məsələyə qarışdırmamaq üçün adını çəkmək istəməsə də, əslində həmin vaxt oğlu Rüfət onu Raufun əlindən almışdır. Münaqişə zamanı o, Raufa heç bir xəsarət yetirmədiyini və söymədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Anası Zərərçəkmiş şəxs Abşeron RPİ-nə müraciəti ilə əlaqədar izahat verməyi ona aydındır. Bununla əlaqədar onu qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs da, onun anasıdır. Valideynləri mütəmadi olaraq dalaşdıqlarına görə təxminən bir il bundan əvvəl onlar atalarından ayrılaraq ayrı yaşamaqa başlamışdırlar. Buna baxmayaraq atası mütəmadi olaraq onları narahat etmişdir. Sonuncu dəfə 01 iyun 2024 cü il tarixində saat 00:00 radələrində evlərinin qapısı döyülmüş, anası qapını açan zaman atasının sərxoş vəziyyətdə evə daxil olduğunu görmüşdür. Atasının qarşısını kəsib onları narahat etməməsini deyən zaman, atası olan Rauf belindən açılıb-bağlanan bıçağı çıxararaq onlara sakit qalmaqlarını, yerlərində oturmaqlarını bildirmişdir. Bundan sonra atası Rauf, onun anasına yataq otağına getməsini bildirmişdir. Anası yataq otağına qaçaraq qapını kilitləmək istəyən zaman atası qapıya müdaxilə etmiş, bıçaqla qapını açmağa çalışmışdır. Həmin vaxt anası əlindən xəsarət almış və o, atasını yerə yıxmışdır. Həmin vaxt səs-küyə babası gəlmiş və sonucnu, onun atasının əlindəki bıçaqı almışdır. Bundan sonra anası otaqdan çıxaraq DİN-nin 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları onların evə gələrək atasını polis idarəsinə aparmışdırlar. Anasının barmağı kəsildiyi üçün bu barədə 103 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun keçmiş yeznəsidir. Zərərçəkmiş şəxs da, onun qızıdır. Sonuncuların 2003-cü il tarixdə ailə həyatı qurduqlarını söyləmişdir. Həmin nikahdan 2 övladları olmuşdur. Qızı Lalə ilə yeznəsi Rauf mütəmadi olaraq dalaşdıqlarına görə təxminən bir il bundan əvvəl ayrılmışdırlar. Buna baxmayaraq Rauf mütəmadi olaraq onları narahat etmişdir. O, qızının qonşusu olduğu üçün olanlardan da, məlumatı olmuşdur. 01 iyun 2024-cü il tarixində saat 00 radələrində qızının evindən səs-küy gəldiyini eşitmişdir. Dərhal qızını evinə gedərək qapını açmış, həmin vaxt nəvəsi Rüfət və keçmiş yeznəsi Raufun yerdə olduqlarını, Raufun əlində bıçaq olduğunu görmüşdür. O, Raufun əlindən bıçağı almış, bundan sonra qızı otaqdan çıxaraq DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra polis əməkdaşları oraya gələrək yeznəsi Raufu polis idarəsinə aparmışdırlar. Qızının barmağı kəsildiyi üçün bu barədə 103 xidmətinə məlumat vermişdirlər. Həmin xəsarəti qızına Raufun yetirdiyini bildirmişdirlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Cinayət işi başlanması və aiddiyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına soyuq silah hesab edilən bıçaqla yüngül zərər vurulması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. - "MTE və PA ETT Birliyi" X8 Abşeron rayon şöbəsininxx.xx.2024-cü il tarixli 1112 nömrəli rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər –sol əlin İİ barmağının kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəno xx.xx.2024cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Səfərov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökmdən verilmiş apellyasiya şikayətinin baxışına xitam verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/985 saylı məhkəmə ballistik ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatı ov bıçağıdır, soyuq silah hesab edilir -Baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 3-di. Baxış zamanı evin giriş qapısının qarşısında yerdə qan ləkələri vardır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsinin arayışından görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-626/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzası xx.xx.2024-cü il tarixdə başa çatdığından barəsində olan şəxsi işi qeydiyyatdan çıxarılmışdır. -Zərərçəkmiş şəxs kimi tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. -“Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. -Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılmışdır. -“Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 09.09 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. -Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. -“Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı maddi sübut qismində tanınaraq saxlanması üçün Abşeron RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. -Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. -Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilib. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, o, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirli hesab edilsin, cinayət işinə həmin maddə üzrə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs törətdiyi əməl özünün etirafedici və şahid ifadələri, iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 64 manat məhkəmə ballistik ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı məhv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zaman 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirli hesab edilsin, cinayət işinə həmin maddə üzrə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalında dərhal həbsə alınsın. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ballistik ekspertizasının xərci cəmi- 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mikdikdən sonra iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı məhv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir X6
Məhkəmə qərarları › İş №1(012)-385/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-385/2025
24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver