Məhkəmə qərarları › İş №1(012)-386/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-386/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-386/2021 16.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1995-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 50 manat müqabilində 1(bir) ədəd selofan parçasına bükülmüş təmiz çəkisi 0,200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini və 1(bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 1,720 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Abşeron rayonu Novxanı qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 06.02.2021-ci il tarixdə səhər saat 14 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində, Abşeron rayon polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirilmiş və orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının arxa yan cıbındən 1 (bir) ədəd selofon parçasına bükülü, həmin ümumi təmiz çəkisi 0,200 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə-metamfetamin və 1 ( bir) ədəd siqaret kağızına bükülmüş həmin təmiz çəkisi 1,720 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsülla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailə üzvüləri ilə birlikdə Abşeron rayonun Novxanı kəndində yaşayır. O, bir neçə vaxt olar ki, hərdən bir narkotik vasitə olan heroin və metamfetamindən istifadə edir. 06.02.2021-ci il tarixdə günorta saat 14 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində, Ş.Qurbanov küçəsi ərazisində olan vaxtı, polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edəndən sonra, narkotik vasitələrin daşınmasında və üzərində gəzdirməkdə şübhəli olduğunu deyib, onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Abşeron RPİ-də xidməti otaqlardan birində video çəkliş aparmaqla və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl, ona üzərində qanunsuz olaraq saxladığı hər hansı əşya, pedmet, narkotik vasitə və psixotrop maddə olub-olmamasını soruşmuşlar. Əynində olan boz rəngli şalvarının arxa sağ cibindən olan 1 (bir) ədəd şəffaf rəngli selofan parçasına bükülmüş psixotrop maddə olan metamfetamini və 1 (bir) ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Həmin iki ədəd bükümlərdə olan metamfetamini və marixuananı 05.02.2021-ci il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən 50 (əlli) manata özü istifadə etmək üçün almış, özü istifadə etmək üçün əynində olan şalvarının arxa sağ cibində saxlamışdır. 06.02.2021-ci il tarixdə saat 14 radələrində polis əməkdaşları onu Abşeron rayonu Novxanı kəndi Ş.Qurbanov küçəsində, yaşadığı evin yaxınlığında saxlayarkən həmin iki büküm onun əynində olan şalvarının arxa yan cibindən aşkar edilərək götürülmüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş, həmin 2 (iki) ədəd bükümlərdə narkotik vasitə olan heroin və psixotrop maddə matamfetamin polis əməkdaşları tərəfindən kağız zərfə qablaşdırılmış, iştirakçılar və onun tərəfindən həmin zərf imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və vəsatət daxil olmadığı üçün, orada olan iştirakçılar və o, həmin protokolu imzalamışlar. Heç vaxtı heç kimə narkotik vasitə və psixotrop maddə verməmiş və ya satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayının əvvəlində icraatına, xx.xx.1995-ci ildə Abşeron rayonu Novxanı kəndində anadan olmuş, həmin kəndə daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatının yoxlanılması üçün polis idarəsinin rəhbərliyinə məruzə edərək qrup yaratmış, həmin qrupa rayon polis idarəsinin Cinayət Axtarış Şöbəsinin digər əməliyyat müvvəkkili polis baş leytenantı Şahid2 da daxil olmuşdur. 06.02.2021-ci il tarixdə saat təxminən 14 radələrində əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 oğunun iştirakı ilə, Abşeron rayonu, Novxanı kəndi, Ş.Qurbanov küçəsində Təqsirləndirilən şəxs saxlayaraq Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli ağ zolaqlı şalvarının arxa sağ cibindən bir ədəd şəfaf rəngli selefona bükülmüş narkotik vasitə heroinə bənzər və bir ədəd siqaretin qızılı kağızına bükülmüş psixotrop maddəyə bənzər metemfetamin aşkar edilərək götürülmüşdür. Həmin bir ədəd şəfaf rəngli selofanda heroinə bənzər və bir ədəd siqaretin qızılı kağızına bükülmüş metamfetaminə bənzər maddə itştirakçıların yanında qablaşdırılaraq təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən həmin protokol və içərisində narkoitik vasitə olan zərf imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəfaf rəngli selefona bükülmüş narkotik vasitəyə bənzər heroini və bir ədəd siqaretin qızılı kağızına bükülmüş psixotrop maddəyə bənzər metemfetamini 05.02.2021-ci il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən 50 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitələrdən heç kimə vermədiyni, satmadığını yalnız özü istifadə etdiyni bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-in əməliyyat müvvəkkili, polis baş leytenantı Şahid2 şahid Seyidağa Mahmudiovun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 07.02.2021-ci il tarixli 6/558 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs üzərindən» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,200 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 1,720 qram olan qəhvəyi rəngli maddə qustar üsulla hazırlanmış narkotik vasitə –heroindir. (qalıq 1,670 qram - 0,050 qram narkotik vasitə olan heroin, qalıq 0,150 qram – 0,050 qram psixotrop maddə metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahi 1) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 31.03.2021-ci il tarixli «906» №li rəyindən görünür ki, X2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olant metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəsitəliyi) aşkar olunur. Lakin hal-hazıroda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətinin olmasını nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əlil olması ilə əlaqədar olaraq, narkomaniyyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 11.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon polis idarəsinin 06.02.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 08.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08.02.2021-ci il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının arxa sağ cibindən 1(bir) ədəd selofan parçasına bükülmüş ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və 1(bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06.02.2021-ci il tarixdən 08.02.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalından həbs olunduğu 16.07.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 81 (səksən bir) manat 82 (səksən iki) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,670 qram narkotik vasitə olan heroin və 0,150 qram psixotrop maddə - metamfetamin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06.02.2021-ci tarixdən 08.02.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 iyul 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 81 (səksən bir) manat 82 (səksən iki) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 1,670 qram narkotik vasitə olan heroin və 0,150 qram psixotrop maddə - metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar