Məhkəmə qərarları › İş №1(012)-386/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-386/2023

24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-386/2023 24.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci ildə Bərdə rayonu, Kürdborakı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bərdə rayonu, Kürdborakı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanda yerləşən tanışı Zərərçəkmiş şəxs məxsus bərbərxanada olan zaman işçi masasının üzərində qoyulmuş sonuncuya məxsus 1 ədəd 1150 manat dəyərində “Samsung A53” markalı üzərində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefon, telefonun arxa hissəsində kaburada olan 1 ədəd 40 manat dəyərində “Paşa Bank”a aid hesab kartını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1200 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, valideynləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Arada narkotik vasitə istifadə edir. İşsiz olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Əmrah Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yaşadığı evin həyətində bərbərxana işlədir. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində həmin bərbərxananın yaxınlığından keçən zaman Əmrahın işdə olduğunu görüb içəriyə daxil olmuşdur. Həmin vaxt Əmrah bir nəfər tanımadığı azyaşlı uşağın saçını düzəldirdi. O, Əmrahla görüşüb hal-əhval tutmuşdur. Təxminən içəridə 30 dəqiqə əyləşmişdir. Əmrahla bir qədər söhbət etdikdən sonra işçi stolunun üzərində olan Əmraha məxsus mobil telefon diqqətini cəlb etmişdir. Həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Telefonu bir neçə dəfə götürsə də, risk etmədiyi üçün yerinə qoymuşdur. Lakin o, sonradan Əmrahın başının işə qarışdığını görüb həmin telefonu götürmüş, onun həmin telefonu götürməyini heç kim görməmişdir. O, telefonu götürüb əlində saxlamış və Əmrahla sağollaşıb çıxıb getmişdir. Bundan sonra narkotik vasitə almaq üçün oğurladığı “Samsung A53” markalı mobil telefonu satmaq qərarına gəlmişdir. Bu məqsədlə də o, tanışlarına mobil telefonu satdığını bildirmişdir. “Zamiq” adlı tanışı ilə əlaqə saxlayıb mobil telefonu satmaq istədiyini bildirdikdə Zamiq də ona telefonunu satmaqda köməklik edəcəyini demişdir. O da razılaşmışdır. Bundan sonra oğurladığı telefonu söndürüb üzərində olan mobil nömrəni çıxarmışdır. Telefonun kaburasının arxasında bir ədəd bank kartı da olmuşdur. O, çıxardığı nömrəni və bank kartını xatırlamadığı yerdə yolun kənarına atmışdır. Bundan sonra həmin gün saat təxminən 20 radələrində Zamiqlə Abşeron rayonu, Masazır qəsəbəsində “Cantəpə” adlanan yerdə görüşmüş, o, Zamiqə həmin mobil telefonu göstərərək tapdığını bildirmişdir. Zamiq də ona Araz adlı tanışının mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, həmin telefonu münasib qiymətə həmin şəxsə sata biləcəyini demişdir. Zamiqlə birlikdə görüşdükləri yerdən taksiyə əyləşib Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığına getmişlər. Orada Zamiq ona həmin şəxslə tək görüşməli olduğunu demişdir. O, da etiraz etməyib kənarda dayanıb Zamiqi gözləmişdir. Zamiq həmin adamla görüşüb bir neçə dəqiqədən sonra yanına gələrək mobil telefonu 120 manata satdığını demişdir. O, da həmin pulu Zamiqdən almışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 2 ünvanında ona məxsus bərbərxana yerləşir. O, həmin bərbərxananı asudə vaxtlarında işlədir. Təqsirləndirilən şəxs isə yaşadığı küçədə qonşuluqdan tanıyır. Onunla əvvəllər hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Hadisə baş verən gün, yəni xx.xx.2022-ci il tarixdə təxminən 19 radələrində o, həmin bərbərxanada azyaşlı müştərinin saçını düzəldən zaman Fərid bərbərxanaya gəlmişdir. İçəridə təxminən 30 dəqiqə qalmışdır. Ondan bir ədəd siqaret almış və söhbət etmişlər. Həmin vaxt iş stolunun üzərində ona məxsus “Samsung A53” markalı mobil telefon olmuşdur. Bir qədər söhbət etdikdən sonra Fərid çıxıb getmişdir. Onun başı işə qarışdığı üçün Fəridin tam olaraq nə vaxt getdiyini bilməmişdir. Fərid gedəndən sonra o, stolun üzərində mobil telefonunu tapa bilməmişdir. Fəridin həmin mobil telefonu da gedəndə oğurladığını başa düşmüşdür. O, həmin mobil telefonunda olan ***- ***-**-** mobil nömrəsi ilə əlaqə saxlamağa çalışsa da, həmin mobil nömrəyə zəng çatmamışdır. O da bu səbəbdən polisə şikayət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1150 manat dəyərində maddi ziyan dəymişdir. Sonda o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində hər gün gecə növbəsində polis serjantı Şahid2 və polis serjantı Şahid3lə birlikdə avtopatrul ilə xidmət aparırlar. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində PPXB-nün polis nəfərləri Şahid2 və Şahid3lə birlikdə avtopatrulla xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra həmin şəxsə üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənədinin olub-olmamasını soruşduqda, həmin şəxs qaçmaq istəmiş, lakin onu saxlayıb avtopatrula mindirmişlər. Son zamanlar Abşeron rayonu ərazisində baş vermiş oğurluqlarla əlaqədar həmin şəxsi şübhəli olduğu üçün Abşeron rayon polis idarəsinə aparmışlar. Polis idarəsinin növbətçi hissəsində həmin şəxsin xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs ilə fərdi söhbət zamanı o, Masazır qəsəbəsində bərbərxanadan mobil telefon oğurladığını etiraf etmişdir. Bundan sonra həmin şəxsin barəsində araşdırma aparılması üçün aidiyyəti üzrə raportla məruzə etmişlər. İş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nün polis nəfərləri Şahid2 məhkəmə iclasında və Şahid3 elan olunmuş verdikləri ifadələrindən görünür ki, onlar Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, təqsirləndiirlən şəxs Sadıqov X3 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmiş və həmin cəriməni xx.xx.2018-ci il tarixdə tam olaraq ödəmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsində qeyd edilir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini törədən zaman məhkumluğu ödənilmişdir. İş amteriallarında olan Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Sadıqov X3 rayonu, Masazır kəndi, S.Aşıq küçəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi cinayət üzrə özünü təqsirli bilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu ərazisinin hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə, yəni Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 61 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 366 (üç yüz altmış altı) manat məbləğində pul və məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını, saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda, yəni Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı 61 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 366 (üç yüz altmış altı) manat məbləğində pul və məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar