Məhkəmə qərarları › İş №1(012)-387/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-387/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-387/2021 14.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinə 2 ədəd divan, 1 ədəd uşaq çarpayısı, 1 ədəd paltar dolabı və 1ədəd komputer masasını 1700 manata düzəldəcəyi adı ilə aldadaraq 2020-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1la Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən mebel sexinin qarşısında görüşərək 700 manat pulunu, həmin vaxtdan 10 gün sonra sifariş verdiyi mebel üçün material alacağını vəd verərək Zərərçəkmiş şəxs1la Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən mebel sexinin qarşısında görüşərək sonuncudan əlavə olaraq 100 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 800 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə talamaq məqsədlə 15.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yaşadığı evindəki istifadə olunmuş mebel dəstini 1780 manat məbləğində qiymətləndirərək götürməsi və əlavə olaraq ondan 900 manat alacağı, ümumilikdə 2680 manat müqabilində evinin 2 yataq otağı üçün yeni çarpayı dəstləri düzəldəcəyi adı ilə aldadaraq, həmin gün Zərərçəkmiş şəxs2 ilkin olaraq 300 manat pul və evində olan 1780 manat məbləğində dəyərləndirdikləri istifadə olunmuş mebel dəstlərini alaraq ələ keçirmiş, yeni mebel dəstlərini düzəltmək üçün material alacağını vəd verib Zərərçəkmiş şəxs2la onun yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evində görüşüb sonuncudan əlavə olaraq 600 manat pulu vahid niyyətlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 2680 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 2 ünvanda ailə üzviləri ilə birlikdə yaşayır. Fərdi olaraq mebel təmiri ilə məşğul olur. Bununla bağlı onun heç bir yerdə sexi yoxdur. Arada bir lazım olanda Abdullaya məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən mebel sexində mebel üçün detallar kəsdirmişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində Nüsrət adlı bir nəfər şəxs onun mobil telefonuna zəng edərək ondan mebel ustası olduğunu soruşanda o da həmin şəxsə yalandan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən mebel sexində usta işlədiyini bildirmişdir. Həmin şəxs ona mebel lazım olduğunu bildirmiş və onunla görüşmək istəmişdir. O da buna etiraz etməmişdir. Nüsrət adlı şəxs onu yaşadığı evinə dəvət etmişdir. O, Nüsrət adlı şəxsin yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evinə gedib Nüsrətin sifariş etdiyi mebellərin ölçülərini götürmüşdür. O, Nüsrətdən 2 ədəd divan, 1 ədəd uşaq çarpayısı, 1 ədəd paltar dolabı və 1ədəd komputer masası sifariş qəbul eədərək həmim sifarişə aid olan mebellərin ölçülərini götürdükdən sonra 1700 manat müqabilində həmin mebelləri düzəldəcəyinə söz vermişdir. Ertəsi gün Nüsrətlə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən mebel sexinin qarşısında görüşmüş və ilkin olaraq Nüsrətdən 700 manat pul almışdır. Həmçinin bundan təxminən 10 gün sonra o, Nüsrətə zəng edərək material almaq üçün 200 manat da lazım olduğunu demişdir. O, Nüsrətlə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən mebel sexinin qarşısında görüşən zaman Nüsrət ona pulunun olmadığını deyib 100 manat pul vermişdir. Həmin vaxt o, Nüsrətə təxminən 1 ay müddətində mebellərin hamısını hazır edib evinə gətirəcəyinə söz vermişdir. Sonra isə Nüsrətin ona verdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmiş və Nüsrət hər dəfə ondan mebellərinin hazır olmasını soruşduqda müxtəlif bəhanələr gətirərək Nüsrəti aldatmışdır. Bundan başqa bildirmişdir ki, 15.09.2020-ci il tarixdə Afiq adlı bir nəfər şəxs onun mobil telefonuna zəng edərək ondan mebel ustası olduğunu soruşanda o da həmin şəxsə də yalandan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində yerləşən mebel sexində usta işlədiyini bildirmişdir. Həmin şəxs mebel lazım olduğunu bildirmiş və onunla görüşmək istəmişdir. O da buna etiraz etməmişdir. Afiq adlı şəxs onu yaşadığı evinə dəvət etmişdir. Afiq adlı şəxsin yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evinə gedib mebeli hansı qiymətə düzəldəcəyi barədə söhbət etdikdən sonra razılaşmışlar ki, o, Afiqin yaşadığı evdən istifadə olunmuş mebelləri qiymətləndirərək götürsün və Afiqin sifarişinə əsasən gördüyü işə görə Afiqdən əlavə pul alsın. O, Afiqlə razılaşıb Afiqin yaşadığı evdə olan mebellərə nəzər yetirdikdən sonra 1 komplekt çarpayını, qonaq otağında olan güzgülü termonu və taxt və qardirobu ümumilikdə 1780 manata qiymətləndirib götürməyə razılaşaraq Afiqin ona görəcəyi işə əlavə olaraq olaraq 900 manat verməli olduğumu söyləmiş və ümumilikdə Afiqin verdiyi sifarişi qiymətləndirdiyi mebellərlərin pulu ilə birlikdə 2680 manat müqabilində Afiqə 2 yataq otağı üçün çarpayı dəstləri düzəldib gətirəcəyinə söz vermişdir. Həmin gün maşın gətirib Afiqin yaşadığı evindən istifadə olunmuş mebelləri götürüb apararkən Afiqdən 300 manat pul almışdır. 24.09.2020-ci il tarixdə o, Afiqin yaşadığı evinə gələrək mebelləri düzəltmək üçün material almağa görə əlavə 600 manat pul istəmiş Afiqdə ona 600 manat pul vermişdir. O, Afiqə oktyabr ayının 10-na qədər yeni mebelləri düzəldib gətirəcəyinə yalandan söz vermişdir. Sonra isə Afiqin ona verdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmiş və Afiq hər dəfə ondan mebellərinin hazır olmasını soruşduqda müxtəlif bəhanələr gətirərək Afiqi aldatmışdır. Hazırda zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə ailəsi ilə birlikdə yaşayır. Hazırda “AAY” dövlət agentliyində sürücü işləyərək ailəsini dolandırır. 2020-ci ilin sentyabr ayının əvvəllərində yaşadığı evə mebel düzəltdirmək üçün mebel ustası axtararkən arvadı ona demişdir ki, “tanıdığı bir qadının qardaşı mebel ustasıdır”. Həmin mebel ustasının, yəni Samir adlı şəxsin mobil telefonunu öyrəndikdən sonra o, Samirin ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Samir ona həqiqətəndə Abşeron rayonu, Mehdiabad qəsəbəsində sexdə mebel ustası işlədiyini bildirdikdən sonra o, ölçüləri götürmək üçün Samiri yaşadığı evə dəvət etmişdir. Samir evə gəlib sifariş etdiyi mebellərin ölçülərini götürmüşdür. O, Samirə 2 divan, 1 uşaq çarpayısı, 1 şkaf və 1ədəd komputer masası sifariş etmiş və Samir ölçüləri götürdükdən sonra 1700 manat müqabilində həmin mebelləri düzəldəcəyinə söz vermişdir. Ertəsi gün O, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Samirin işlədiyi mebel sexinə gedib onunla görüşmüş və ilkin olaraq Samirə 700 manat vermişdir. Həmçinin bundan təxminən 10 gün sonra Samir ona zəng edərək material almaq üçün 200 manat da lazım olduğunu demişdir. O, Samirə indi dediyi qədər pulunun olmadığını, 100 manat verə biləcəyini söyləmiş və həmin gün yenidən Samirin işlədiyi sexə gedib 100 manat pulu Samirə vermişdir. Həmin vaxt Samir ona təxminən 1 ay müddətində mebellərin hamısını hazır edib evə gətirəcəyinə söz vermişdir. Bundan bir neçə gün sonra Samirlə işin gedişatı barədə söhbət edərkən Samir ona işin getdiyini, mebellərin hissə-hissə hazır olduğunu bildirmişdir. Bildirmişdir ki, bundan bir neçə gün sonra qardaşı Afiq də yaşadığı ata evinə mebel düzəltdirmək qərarına gəlib ondan Samirin mobil nömrəsini almışdır. Sonradan eşitmişdir ki, Samir qardaşı Afiqin yaşadığı evə də gələrək evdən istifadə olunmuş mebelləri 1780 manata qiymətləndirərək götürmüş və əlavə olaraq Afiqdən 900 manat alıb ona mebel düzəldəcəyinə söz vermişdir. Eləcə də həmin ərəfədə dayısı Şahid2 da evinə mebel düzəltdirmək üçün Samirə 500 manat versə də Samir hər üçünü aldadaraq verdiyi sözə əməl etməmişdir. Samirlə dəfələrlə əlaqə saxlayıb mebeli düzəltməsini, yaxud da ona verdikləri pulları geri qaytarmasını bildirməklərinə baxmayaraq sonradan Samir mobil telefonunu da söndürərək onlarla əlaqəni kəsmişdir. Ona görə də 20.10.2020-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək Samir adlı şəxs tərəfindən aldadıldıqlarını və bu barədə tədbir görülməsini xahiş etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə ailəsi lə birlikdə yaşayır. Hazırda “AAY” dövlət agentliyində sürücü işləyərək ailəsini dolandırır. 15.09.2020-ci il tarixdə eşitmişdir ki, qardaşı Nüsrət yaşadığı evə mebel düzəltdirmək üçün Samir adlı mebel ustasına sifariş vermişdir. Ona görə də o da öz evinə mebel düzəltdirmək qərarına gəlib Samirlə qardaşı Nüsrətgildən çıxarkən görüşüb danışmışdır. Samirlə yaşasdığı evə mebeli hansı qiymətə düzəldəcəyi barədə söhbət etdikdən sonra razılaşmışlar ki Samir onun yaşadığı evdən istifadə olunmuş mebelləri qiymətləndirərək götürsün və Samirə əlavə pul verisin. Bu məqsədlə Samir yaşadığı evdə mebellərə nəzər yetirdikdən sonra 1 komplekt çarpayını, qonaq otağında olan güzgülü termonu və taxt və qardirobu ümumilikdə 1780 manata qiymətləndirib götürmüş və ona əlavə olaraq 900 manat verməli olduğunu söyləmişdir. Samir həmin 2680 manat müqabilində ona 2 yataq otağı üçün çarpayı dəstləri düzəldib gətirəcəyinə söz vermişdir. Həmin gün Samirə yaşadığı evdən istifadə olunmuş mebelləri götürüb apararkən 300 manat vermişdir. 24.09.2020-ci il tarixdə Samir yaşadığı evə gələrək mebelləri düzəltmək üçün material almağa görə əlavə 600 manatı da verməsini bildirmişdir. Həmin vaxt Samirə razılaşdıqları kimi qalan 600 manatı da vermişdir. Samir oktyabr ayının 10-na qədər yeni mebelləri düzəldib gətirəcəyinə söz vermişdir. Samirin söz verdiyi müddətdə Samirlə əlaqə saxlayarkən Samir mebellərin hələ hazır olmadığını, qısa müddətdə hazır edəcəyini bildirmişdir. Həmçinin Samir material almağı üçün pulunun olmadığını deyərkən Samirdən soruşmuşdur ki, “bəs ona verdikləri pulları nə edib”. Həmin vaxt Samir həmin pulların yarısını başqa ehtiyaclarına, yarısını da onların mebelləri düzəltmək üçün materiallara verdiyini söyləmişdir. Bundan sonrakı vaxtlarda da Samirin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə dəfələrlə əlaqə saxlamaqlarına baxmayaraq Samir hər dəfə müxtəlif bəhanələr gətirərək verdiyi sözə əməl etməmişdir. Sonradan Samir mobil telefonunu da söndürərək onlarla əlaqəni kəsdiyinə görə 20.10.2020-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək Samir adlı şəxs tərəfindən aldadıldığını və bu barədə tədbir görülməsini xahiş etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə ailəsi ilə birlikdə yaşayır. Hazırda “AAY” dövlət agentliyində mexanizator işləyir. 2020-ci ilin sentyabr ayının ortalarında söhbət əsnasında ona məlum olmuşdur ki, bacısı oğlu Nüsrət və Afiq yaşadıqları evə mebel düzəltdirmişlər. Onların evinə də mebel dəsti lazım olduğuna görə bacısı oğlu həmin vaxt Nüsrətdən Samir adlı mebel ustasının mobil telefonun almış və oğlu X2 mobil telefonuna zəng edib sifariş götürməyi üçün Samiri yaşadığ evə dəvət etmişdir. Samir evə gəlib çarpayıların ölçülərini götürmüş və həmin vaxt oğlu Ramin onun yanında Samirə 500 manat vermişdir. Samir 2020-ci ilin oktyabr ayının 10-na qədər 2 uşaq çarpayısı, 1 böyük çarpayı və 1 ədəd şkaf düzəldib gətirəcəyinə söz vermişdir. Lakin sonradan Samirin ***- ***-**-** nömrəli mobil telefonu ilə dəfələrlə əlaqə saxlamaqlarına baxmayaraq Samir verdiyi sözə əməl etməyərək nə pullarını geri qaytarmış, nə də sifariş götürdüyü mebeli düzəldib gətirməmişdir. Samir oğlu və bacısı oğlanları Nüsrətlə Afiqi də aldadaraq pullarını ələ keçirdiyinə görə 20.10.2020-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək Samir adlı şəxs tərəfindən aldadıldıqlarını və bu barədə tədbir görülməsini xahiş etmişlər. Bildirmişdir ki, həmin 500 manat pulu Samirə onun yanında oğlu Ramin Rəhimov versə də həmin pul ona məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Vaqif küçəsi ev 4/2-də ailə üzvüləri ilə birlikdə yaşayır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsində mənə məxsus mebel sexi yerləşir. Samir adlı şəxsi təxminən iki aydır tanıyır. Samir ona mebel ustası olduğunu bildirmişdir. Samir bəzi vaxtlarda ona məxsus sexə gəlib ödəniş etməklə dəzgahlarda ustalara taxta kəsdirmişdir. Samir ona məxsus sexdə işləməmiş həmin sexdə Səfər adl usta işləmişdir. Təxminən 15 gündür Samir onun sexinə gəlməmiş lakin bu müddət ərzində bir neçə şəxs həmin sexə gələrək Samiri soruşmuşlar. Samirə mebel sifariş verdiklərini lakin Samiri tapa bilmədiklərini bildirmişlər. Samirin ona məxsus sexdə sifariş qəbul etməsi barədə məlumatı olmamış və ümumiyyətlə Samir onun işçisi olmamış, yuxarıda qeyd etidyi kimi bəzi vaxtlarda sexdə olan dəzgahlardan istifadə etmişdir. Sonradan bilmişdir ki, Samir müştərilərə onun sexini göstərib orada işlədiyini bildirmiş və sifarişlər qəbul etmişdir. Samir adlı şəxs ümumiyyətlə ona məxsus sexdə hər hansı sifariş qəbul etməyib ola ola bilsin ki, küçədə kiməsə ona məxsus sexdə işləməsi barədə yalan məlumat vermişdir. Bu barədə onun məlumatı olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 02.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 975 manat dövlət büdcəsinə ödəniş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, onlara dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onların Təqsirləndirilən şəxs qarşı şikayətləri və tələbləri olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu ziyanı tam şəkildə ödəyərək onlarla barışmışdır, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətləri və tələbləri olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xıxdalan şəhər bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai və məhəkə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0000001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün.Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar