Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-387/2023 16.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi X4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Museyib oğlunun xx xxxxxx 1998-ci ildə Abşeron rayonu, Fatmayı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, YDM-də operator işləyən, məhkumluğu olan, Abşeron rayonu, Fatmayı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1–ci maddəsi ilə 24 aprel 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 185.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 24 avqust 2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Fatmayı kəndi, Sarı Aşıq küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq orada saxlanılan sonuncuya məxsus nəqliyyat vasitəsi hesab edilən “ATV 250” markalı kvadrosiklı idarə etmək həvəsinə gəldiyindən Zərərçəkmiş şəxs2 icazəsi olmadan həmin kvadrosiklın sükanı arxasına əyləşmiş, mühərriki işə saldıqdan sonra kvadrosiklı hərəkət etdirib qaçıraraq talama məqsədi olmadan ələ keçirmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 dekabr 2021-ci ildə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsində qəbiristanlığın yaxınlığında yerləşən evinin həyətində, küçə istiqamətində olan sexinə qapıdakı jalüzü qaldırıb açmaqla qanunsuz daxil olaraq, oradan 270 manat dəyərində 1 ədəd böyük qaynaq aparatı, 100 manat dəyərində 1 ədəd balaca qaynaq aparatı və 130 manat dəyərində 1 ədəd laqondanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 500 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 24 avqust 2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Fatmayı kəndi, Sarı Aşıq küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq orada saxlanılan sonuncuya məxsus nəqliyyat vasitəsi hesab edilən “ATV 250” markalı kvadrosiklı idarə etmək həvəsinə gəldiyindən Zərərçəkmiş şəxs2 icazəsi olmadan həmin kvadrosiklın sükanı arxasına əyləşmiş, mühərriki işə saldıqdan sonra kvadrosiklı hərəkət etdirib qaçıraraq talama məqsədi olmadan ələ keçirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Fatmayı kəndində yaşayır. Zərərçəkmiş şəxs2 uşaqlıqdan tanıyır. Belə ki, Zərərçəkmiş şəxs2 onların evin yaxınlığında da evləri var. Sonuncu ara-sıra həmin evdə gəlib qalır. Bundan başqa onun Zərərçəkmiş şəxs2 dörd təkərli kvadrosiklı olmasından və həmin evdə saxlamasından da xəbəri olmuşdur. Zümrüdxanım kvadrosiklı onların evlərindən təxminən bir kilometr uzaqlıqda yerləşən fərdi yaşayış sahəsində saxlayırdı. Onun Zümrüdxanımla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 da uşaqlıqdan tanıyır. Belə ki, Əli ara-sıra onların evin yaxınlığında yaşayan qohumugilə gəldiyi üçün onların münasibəti yaranmışdır. Əli ilə çox yaxşı münasibəti var. 24 avqust 2022-ci il tarixdə o, işdə olan zaman Əli onun yanına gələrkən Əliyə tanıdığı Zərərçəkmiş şəxs2 evinin həyətində kvadrosiklı olduğunu və kvadrosiklı götürüb sürə biləcəyini bildirmişdir. Belə ki, Zümrüdxanım həmin evə ara-sıra gəlib getdiyindən sonuncunun kvadrosiklını götürməklərindən xəbəri olmayacağını və onlarda bir müddət sürüb sonra yerinə qoyacaqlarını düşünmüşdür. Bu məqsədlə o, Əli ilə 24 avqust 2022-ci il tarixdə axşam saat 11 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Fatmayı kəndi, Sarı Aşıq küçəsində yerləşən fərdi yaşayış sahəsinin qarşısına gəlmişlər. Bundan sonra o, hasardan tullanaraq evin həyətinə daxil olmuş və darvazanın qapısını açaraq Əlinin də içəri girməsinə şərait yaratmişdir. Daha sonra o, Əli ilə köməkləşərək həmin kvadrosiklı çölə çıxartmışdır. Bundan sonra onlar kvadrosiklın dartaraq təxminən evdən 30 metr uzaqlaşdıraraq üzərində olan açarla işə salıb sürüb getmişlər. Təxminən onlar, yəni özü və Əli həmin kvadrosiklı Goradil və Fatmayı kəndləri ərazisində gecə saat 03-04 radələrinədək idarə etmişlər. Onlar həmin kvadrosiklı bir müddət idarə etdikdən sonra aparıb Fatmayı kəndində Zümrüdxanımın yaşadığı evindən bir neçə küçə aralıqda küçədə saxlayıb getmişlər. Həmin günün sabahı onlar polis əməkdaşlarının həmin kvadrosiklı qaçıran şəxsləri axtardığını eşitdikdə dərhal o, Əli ilə birlikdə Mehdiabad polis bölməsinə yaxınlaşaraq törətdikləri əməli səmimi etiraf etmişlər. O, mülki iddianı qəbul etmədiyini, zərərçəkmiş şəxsə 1500 manat pul verdiklərini bildirdi. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. 20 dekabr 2021-ci il tarixdən qonşusu X2 təklifi ilə sexdə köməkçi kimi işləməyə başlamışdır. Həmin vaxtı təxminən 13-15 yaşlarında Xəyal adlı bir oğlan uşağı da Nicatın yanına gəlib-gedirdi. 27 dekabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Pirşağı yolunda olan zaman yolun kənarında yerləşən fərdi yaşayış sahəsinin yanında dəmir jaluzla örtülmüş kiçik obyektin olduğunu gördükdə həmin obeyktə yaxınlaşıb ətraflı baxdıqda jaluzun yalnız bir tərəfinin qıfılla bağlandığını, digər tərəfin isə qıfılının bağlanmadığını aşkar etmişdir. Daha sonra o, ətrafa baxıb hər hansı bir şəxsin onu görmədiyindən tam əmin olduqdan sonra kilidi bağlanmayan tərəfin jaluzunu qaldırıb içəri daxil olmuşdur. İçəri kiçik olduğundan o, qısa zaman içərisində içəriyə ətraflı baxış keçirmiş və oradan 01 ədəd böyük qaynaq aparatı, 01 ədəd kiçik qaynaq aparatı və 01 ədəd laqonda aşkar etmişdir. Bundan sonra o, təmir avadanlıqlarını özü ilə götürüb jaluzə tərəf yaxınlaşmış və bir daha ətrafda hər hansı bir şəxsin olmadığındna əmin olub oradan uzaqlaşmışdır. Oradan çıxdıqdan sonra o, şübhə çəkməmək üçün həmdə hava qaranlıq olduğundan evə getmiş və ələ keçirdiyi aparatları yaşadığı evin həyətində gizlətmişdir. Bu barədə isə nə ailə üzvlərinə, nə də başqa tanışlarına heçnə deməmişdir. 28 dekabr 2021-ci il tarixdə o, həmin aparatları özü ilə birlikdə götürüb işlədiyi sexə aparmışdır. Orada Nicata həmin 01 ədəd böyük qaynaq aparatının, 01 ədəd kiçik qaynaq aparatının və 01 ədəd laqondanın özünə məxsus olduğunu və pul lazım olduğu üçün satmaq qərarına gəldiyini bildirmişdir. Nicat ondan aparatları neçəyə satdığını soruşduqda o, 70 manata balaca qaynaq aparatını, 35 manata isə laqondanı satdığını demişdir. Nicatda özünün ehtiyacının olmadığını, lakin İmişli rayonunda yaşadığı əmisi oğlu Nihad Gülmaliyevin ala biləcəyini demiş və zəng edib bu barədə Nihaddan soruşduqda o, hazırda onları ala bilməyəcəyini bildirmişdir. Bundan sonra o, Nicatın avtomobili ilə həmin aparatları yaşadığı evin həyətinə aparmışdır. Həmin günün sabahı Nicat ona Nihadın həmin aparatları almaq istədiyini deyərkən razılaşmış və 70 manata balaca qaynaq aparatını, 35 manata isə laqondanı satmışdır. Daha sonra Nicat ondan 15 manat borcunu istəsə də, o, pula ehtiyacı olduğunu və hazırda borcu qaytara bilməyəcəyini deyərkən Nicatda bu səbəbdən böyük qaynaq aparatını özü ilə aparacağını və borcunu ödədikdə qaytaracağını demiş, oda razılaşmışdır. Bundan sonra əldə etmiş olduğu pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 24 avqust 2022-ci il tarixdə o, tanışı Təqsirləndirilən şəxs2 işdə olan zaman yanına getmiş, həmin vaxt Kənan ona tanıdığı Zərərçəkmiş şəxs2 evinin həyətində kvadrosiklı olduğunu və kvadrosiklı götürüb idarə edəcəklərini bildirmişdir. Belə ki, Kənan ona Zümrüdxanımın həmin evə ara-sıra gəlib getdiyini bu səbəbdən sonuncunun kvadrosiklı götürməklərindən xəbəri olmayacağını və onlar da həmin kvadrosiklı bir müddət sürüb sonra yerinə qoyacaqlarını bildirərkən oda onunla razılaşmışdır. Bu məqsədlə o, Kəna ilə 24 avqust 2023-cü il tarixdə axşam saat 11 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Fatmayı kəndi, Sarı Aşıq küçəsində yerləşən fərdi yaşayış sahəsinin qarşısına gəlmişlər. Bundan sonra Kənan hasardan tullanaraq evin həyətinə daxil olmuş və darvazanın qapısını açaraq onun da içəri girməyinə şərait yaratmışdır. Daha sonra o, Kənanla köməkləşərək həmin kvadrosiklı çölə çıxartmış, onlar kvadrosiklı təxminən evdən 30 metr uzaqlaşdıraraq üzərində olan açarla işə salıb sürüb getmişlər. Onlar kvadrosiklı Goradil və Fatmayı kəndləri ərazisində təxminən gecə saat 03-04 radələrinədək idarə etmişlər. Onlar həmin kvadrosiklı bir müddət idarə etdikdən sonra aparıb Fatmayı kəndində Zümrüdxanımın yaşadığı evindən bir neçə küçə aralıqda küçədə saxlayıb getmişlər. Həmin günün sabahı onlar polis əməkdaşlarının həmin kvadrosiklı qaçıran şəxsləri axtardıqlarını öyrənərkən o Kənan ilə birlikdə Mehdiabad polis bölməsinə yaxınlaşaraq törətdikləri əməli səmimi etiraf etmişlər. O, mülki iddianı qəbul etmədiyini, zərərçəkmiş şəxsə 1500 manat pul verdiklərini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun Abşeron rayonu, Fatmayı kəndi, Sarıaşıq küçəsində yerləşən fərdi yaşayış sahəsi vardır. Bir müddətdir ki, qardaşının yoldaşının səhhətində problem olduğundan o, qardaşının yoldaşı ilə birlikdə başqa yerdə qalmış, lakin ara-sıra öz evinə gəlib getmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 10 radələrində o, evdə işlərini görüb çıxmış və yenidən qardaşıgilin evinə getmişdir. xx.xx.2022-ci il tarixdə günorta saat bir radələrində o, evə qayıtmış, o, evə çatan zaman darvazanın qapısının azca açıq olduğunu görmüşdür. O, evə girən zaman üzərini stol və stolla bağladığı ona məxsus olan işlənmiş vəziyyətdə 2021-ci ildə aldığı kvadrosiklının həyətdə olmadığını görmüşdür. Həmin vaxt o, dərhal DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmışlar. Bundan bir neçə gün sonra həmin kvadrosikli kənd ərazisindən tapmışdır. Kvadrosiklı tapdıqdan sonra kvadrosiklın bərbad və yararsız vəziyyətdə olduğunu görmüşdür. Belə ki, həmin kvadrosiklın 4 təkərləri, akkumulyatoru, əyləc sistemi, arxa oxu, arxa və qabaq işıqları, yük yeri yararsız vəziyyətə düşmüşdür. Ona məxsus ATV 250 markalı kvadrosikli 2021ci ildə işlənmiş vəziyyətdə 2800 manata almışdır. O, həmin kvadrosiklə 1600 manat nağd pul, üstündə 1200 manatlıq moped verib həmin kvadrosiklı almışdır. Bundan başqa o, həmin kvadrosiklı Gəncə şəhərində aldığı üçün kəndlərinə gətirmək üçün də 200 manat pul xərcləmişdir. Ümumilikdə həmin kvadrosiklə sahiblənmək üçün onun 3000 manat xərci çıxmışdır. Həmin kvadrosikl 2019-cu il model olmaqla üzərində hər hansı problem və nasasazlıq olmamış, işlək və saz vəziyyətdə olmuşdur. Həmin kvadrosikl qaçırıldıqdan sonra 4 təkərləri, akkumulyatoru, əyləc sistemi, arxa oxu, arxa və qabaq işıqları, yük yeri yarasız vəziyyətə düşməsi nəticəsində ona 2500 manat məbləğində ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın ödənilməsinə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirdi ki, cavabdeh Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli üzrə vurulmuş cəmi 2500 (iki min beş yüz) manat miqdarında ziyanın və ödənilmiş 45 (qırx beş) manat miqdarında dövlət rüsumunun əvəzinin müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi X6 ifadəsində bildirdi ki, o, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oğludur. Hadisə nəticəsində onlara 2500 (iki min beş yüz) manat maddi ziyan dəymişdir. Təqsirləndiriləndirilən şəxslər tərəfindən 1500 (min beş yüz) manat pul ödənilmişdir. Onlar təqsirlındirilən şəxslərdən şikayətçidirlər və dəymiş ziyanın tam ödənilməsini tələb edirlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, yaşadığı evin həyətində, qəbirstanlıq tərəfdə, küçə istiqamətində 2018-ci il tarixdən açdığı dəmir sexində tək işləyir. Orada pəncərə barmaqlıqlar, dəmir qapılar və digər qaynaq işləri ilə məşğul olur. Sexdə hər gün saat 10 radələrindən, saat 17 radələrinə qədər işləyir, bəzən iş olduqda evə daha gec gedir. İş vaxtı qurtarıb evə gedəndə sexin qapısındakı jaluzu qıfıl ilə bağlamışdır. Sexdəki jaluzu bir tərəfindəki qıfılı ilə bağlamış, digər tərəfin qıfılı xarab olduğundan bağlaya bilməmişdir. 26 dekabr 2021-ci il tarixdə saat 17 radələrində sexin jaluzunu bağlayıb evinə getmiş və səhəri günü yəni, 27 dekabr 2021-ci il tarixdə saat 10 radələrində işə gəldikdə sexin jaluzunun qıfılı olmayan tərəfi yuxarı qaldırıldığını görmüşdür. O, jaluzu açıb sexə daxil olduqda sexdə saxladığı əmək alətlərindən 270 manat dəyərində 1 ədəd böyük qaynaq aparatı, 100 manat dəyərində 1 ədəd balaca qaynaq aparatı və 130 manat dəyərində 1 ədəd loqanda aparatın yerində olmadığını görmüş, və gecə kiminsə sexə daxil olub, onları oğurladığını bilmişdir. Oğurluq zamanı ona ümumilikdə 500 manat dəyərində maddi ziyan dəymişdir. Oğurluq barədə yaşadığı Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Sonradan polis bölməsində olduqda orada sexdən oğurlanmış həmin əmək alətlərini görmüş və tanımışdır, oradakı tanımadığı polis əməkdaşına onların sexindən oğurlandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Mehdiabad sovxoz yolunda yerləşən avtomobil təmiri servisində avtomobil üzrə rəngsaz işləyir. Təxminən 2021-ci ilin dekabr ayının axırlarında işdə olduğu vaxt sonradan adını öyrəndiyi 13 yaşlı X10 adlı oğlan yanına gəlib ondan sənət öyrənmək istədiyini, sənətini öyrətməyini xahiş etmişdir. O, da razı olmuş hər gün saat 10 radələrində işə gəlməyini, iş vaxtı qurtaranda evinə gedəcəyini demişdir. İş vaxtının nə vaxt qurtardığını dəqiq bilmir, ona görə ki, işi olanda bəzən axşam saat 23 radələrinə qədər işləyir, işi olmayanda isə tez evinə gedirdi. Təxminən 25-26 dekabr 2021-ci il tarixlərində qonşusu Təqsirləndirilən şəxs1 da öz xahişi ilə yanında işləməyə götürmüşdür. Əli yeznəsi Seyranın VAZ-21074 markalı avtomaşının işə düşmədiyindən həyətlərində sökdüyünü, lakin düzəldə bilmədiyini ona demişdir. Buna görə o, Seyrangilə getmiş və avtomaşının düzəltmişdir. Seyran onun yanında Əlinin işlədiyini bildikdə Əli işə gəlməyəndə zəng edib xəbər verəcəyini demişdir. Oradan Əli ilə işə getmişdir. Təxminən 28 dekabr 2021-ci il tarixdə işdə olduğu vaxt Əli və Xəyal iş yerinə 1 ədəd böyük qaynaq aparatı, 1 ədəd balaca qaynaq aparatı və 1 ədəd laqonda satmağa gətirmişlər, Əli ona həmin əşyaların özünün olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Əli ona 70 manata balaca qaynaq aparatını, 35 manata laqondanı satmasını demişdir. O, bu barədə İmişli rayonunda yaşayan əmisi oğlu X3 mobil telefonuna zəng edib ona dedikdə, Nihad ona pulu olmadığı üçün hələlik istəmədiyini demişdir. Bundan sonra o, idarə etdiyi VAZ-21099 markalı ** CL *** dövlət nömrə nişanlı maşını ilə həmin 1 ədəd böyük qaynaq aparatı, 1 ədəd balaca qaynaq aparatı və laqondanı aparıb Əligilin küçə qapısında düşürtmüşdür. Təxminən 29 dekabr 2021-ci il tarixdə əmisi oğlu Nihad onun hesab kartına 105 manat pul köçürmüş və həmin aparatları onun üçün alıb, ona göndərməyini xahiş etmişdir. 30 dekabr 2021-ci il tarixdə Əlinin evinə getmiş 70 manata ondan 1 ədəd balaca qaynaq aparatı və 35 manat 1 ədəd laqondanı almışdır. O, əvvəllər Əliyə borca verdiyi 15 manat pulu qaytarmasını istəmiş, Əli pulu olmadığını demiş, buna görə də həyətində olan böyük qaynaq aparatını ondan götürüb nə vaxt 15 manatını qaytarsa qaynaq aparatını verəcəyini demişdir. 02 yanvar 2021-ci il tarixdə tanımadığı yol maşını ilə Əlidən aldığı həmin balaca qaynaq aparatı və loqandanı İmişli rayonuna yaşayan əmisi oğlu Nihada göndərmişdir. 03 yanvar 2022-ci il tarixdə saat 13 radələrində işə gedərkən Abşeron rayon Polis idarəsinin polis əməkdaşları onu saxlamış və Əlinin ona satdığı həmin 1 ədəd qaynaq aparatının və 1 ədəd loqondanın oğurluq olduğunu, həmçinin böyük qaynaq aparatının da oğurluq olduğunu bilmişdir. O, da polis əmkdaşlarına aldığı əşyaları əmisi oğluna göndərdiyini və böyük qaynaq aparatın isə onda olduğunu demişdir. Sonrada böyük qaynaq aparatın polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt aparatların Təqsirləndirilən şəxs1 tərəfindən oğurlandığı aydın olmuşdur. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/922 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunmuş 3 adda istifadəyə yararlı əşyaların köhnəlməsi nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni xx.xx.2021-ci il tarixə orta bazar qiyməti təxminən 270,00 manat müəyyən edilir. Həmin əşyaların ayrı ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6889 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 1 ədəd 2019-cu il buraxılışlı, 250 kub sm mühərrikli, işlənmiş, işlək və saz vəziyyətdə olan ATV 250 markalı kvadrosiklin 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2000,00 manat müəyyən olunur. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd böyük qaynaq aparatı, 1 ədəd balaca qaynaq aparatı və 1 ədəd laqonda sahibinə qaytarılmışdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus “ATV 250” markalı kvadrosikl sonuncuya təhvil verilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri dinləyib, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi özlərinin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanıyüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmış və cəzasını xx.xx.2022-ci il tarixdə tam çəkib qurtarmışdır. İş materiallarında olan Fatmayı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Fatmayi kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərini etiraf etməsini nəzərə alır. Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını saat 23:00-dən saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini etiraf etməsini nəzərə alır. Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.2.1-ci maddəslərinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 185.2.1-ci maddələri ilə təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmiş, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş, daha sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tutulduğu 05 (beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 10 (on) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını saat 23:00-dən saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd böyük qaynaq aparatının, 1 ədəd balaca qaynaq aparatının, 1 ədəd laqondanın sahibinə qaytarılması və Zərərçəkmiş şəxs2 məxsus “ATV 250” markalı kvadrosiklin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə mülki iddianı və təqdim olunan sübutları nəzərdən keçirib müvafiq hüquq normalarına əsaslanıb belə qənaətə gəlir ki, iş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia üzrə kifayət qədər sübutlar, o cümlədən “ATV 250” markalı kvadrosiklə vurulmuş ziyana dair nöqsan aktı təqdim edilmədiyi üçün mülki iddia baxılmamış saxlanılmalı və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməldir. İş üzrə təyin edilmiş 50 (əlli) manat ekspertiza xərci müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz iyirmi) manat məbləğində və , Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlanıldığı bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1.-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 05 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlanıldığı bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 10 (on) gün müddət ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd böyük qaynaq aparatının, 1 ədəd balaca qaynaq aparatının, 1 ədəd laqondanın sahibinə qaytarılması və Zərərçəkmiş şəxs2 məxsus “ATV 250” markalı kvadrosiklin sahibinə təhvil verilməsi nəzərə alınsın. Mülki iddia baxılmamış saxlanılsın və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanla bağlı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə təyin edilmiş 50 (əlli) manat ekspertiza xərci müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulsun. Təqsirləndirilən şəxs2 məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatıüçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz iyirmi) manat məbləğində, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğuğu vaxtdan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-387/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-387/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver