Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-387/2025 20.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Xüsusi ittihamçı X9 və X10 və onların vəkili-nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs X4, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X11 iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən,orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X4 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçılar X9 və X14 xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X12 barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci və 148-ci maddələri ilə cinayət işi başlanmasına dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Xüsusi ittihamçılar şikayətini onunla əsaslandırmışlar ki, onlar ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan X12 ilə tanış olmuşlar,həmin şəxsi nəzakətli və abırlı bir şəxs kimi tanıdıqları üçün bir neçə dəfə evinə qonaq qismində dəvət etmişlər. 2024-cü ilin mart ayından Nərgiz onların ünvanına içkili halda “Tik-Tok” sosial şəbəkəsində qərəzli olaraq nalayiq və təhqiramiz ifadələr istifadə etməklə həqiqətə uyğun olmayan, ləyaqətlərini alçaldan məlumatlar yaymışdır. Dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq o, buna məhəl qoymamış öz iyrənc əməllərini davam etdirmişdir. Ona görə də, onun haqqında polis şöbəsinə şikayət etmiş və xahiş etmiş ki, məsuliyyətə cəlb olunsun.Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi X1 Nərgiz Rafailovna barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edərək Abşeron Rayon Məhkəməsinə təqdim etmişdi.09. 04. 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında dindirilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X12 özünü təqsirli bilərək, izahatında göstərdi ki, içkili halda “Tik-Tok” sosial şəbəkəsində polis əməkdaşlarının, Çinarə Məcidovanın və Elmira Məmmədovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Əməlindən peşiman olduğunu, bundan sonra heç bir platformada, heç bir şəxs haqqında təhqiredici ifadələr işlətməyəcəyini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etdi.Məhkəmə hesab etmişdir ki, X4 əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddələrinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur.Abşeron Rayon Məhkəməsinin 3(012)- 708/2024 saylı 09. 04. 2024-cü il tarixli qərarına əsasən X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ona 70 (yetmiş) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.Bundan əlavə X12 eyni əməllərinə görə sahə rəisi polis baş leytenantı X13 tərəfindən tərtib edilmiş protokola əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(0120-1548/2024 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (bir yüz) manat cərimə edilmişdir.Çirkin əməllərindən çəkinməyən X12 barəsində tənbeh tədbirləri tətbiq olunmasına baxmayaraq təkrarən xırda xuliqanlıq hərəkətləri etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh edilmişdir.Bütün bunlara baxmayaraq, X12 yenə də çirkin əməllərindən əl çəkmir onların barəsində “Tik-Tok” sosial şəbəkəsində qərəzli olaraq nalayiq və təhqiramiz ifadələr istifadə etməklə həqiqətə uyğun olmayan, ləyaqətimizii alçaldan məlumatlar yaymaqda davam edir.Bundan başqa X12 çıxışlarında dəfələrlə əlində bıçaq tutaraq bildirir ki, Məcidova Çinarəni və qızını evdən çıxaracam hər ikisini və ya özümü öldürəcəm. Bizi hətta ölümlə hədələyir. Uzun zamandır ki, səksəkə içərisində yaşayır, işə gedib-gələndə ehtiyat edirik. Məqsədi, niyyəti nədir? Bəlli deyil,Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. X2ra böhtan ataraq ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə Azərbaycan Respublikası CM-nin 147.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir.Eyni zamanda X12 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə (təhqir; yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) nəzərdə tutulan cinayət əməlini törətmişdir.Məhkəməyə təqdim olunan video görüntülərdən görünür ki, X12 - 02. 07.2024-cü il tarixində saat 03:06, 10:40, 10:41, 10:43, yenə də 10:43 dəqiqələrində və 10. 07. 2024-cü tarixində saat 04:41, 05:56, 05:56, 05:56, və 06:03 dəqiqələrində içkili halda “Tik-Tok” sosial şəbəkəsində polis əməkdaşlarının, Çinarə Məcidovanın və Elmira Məmmədovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında Xüsusi ittihamçılar X9 və X10 və onların vəkili-nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, X12 barəsində yalnız Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi üzrə məsuliyyətə cəlb olunmasını, ittihamın CM-nin 147-ci maddəsinə aid hissədə imtina etdiklərinin nəzərə alınmasını xahiş etdi, xüsusi ittihamın məzmununa uyğun izahat verdi və bildirdi ki, məhkəmə istintaqından və məhkəmə ekspertizasının rəyindən göründüyü kimi X12 xüsusi ittihamçıları dəfələrlə “Tik-Tok” sosial şəbəkəsində nalayiq formada təhqir etmişdir. Onun əməlində CM-nin 148-ci maddəsinin tərkib hissəsinin olması sübutdur. Ona görə də, o, CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib, ona ən ağır cəza verilməlidir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X9 və X14 xüsusi ittihamın məzmununa uyğun izahat verib, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını və onun ən ciddi cəza ilə cəzalandırılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş təqsirləndirilən şəxs X12 elan olunan ittiham üzrə özünü təqsirli bildi.İzahatında göstərdi ki,xüsusi ittihamçıları “Tik-Tok” sosial şəbəkəsindən tanımış, aralarında yaxşı münasibət yaranmışdır.Qeyd edir ki, spirtli içkilər qəbul edir, bunun təsiri altında özünü idarə edilmir. X9 və X10 ünvanlarına dediklərindən çox peşimandır, onlardan dönə-dönə üzr istəyir, bu ondan asılı deyil,artıq müalicə də alır, söz verir ki, bir daha Elmira xanımı və onun ailəsini narahat etməyəcək, bunun nəzərə alınması və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmənin 28 yanvar 2025-ci il tarixli qərarı ilə məhkəmə linqvistik və məhkəmə narkoloji ekspertizası təyin edilmiş, Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ekspertlərinə tapşırılmış və Ekspertlərin qarşısında aşağıdakı sual qoyulmuşdur ki, - təqdim olunan video görüntülərdə olan məlumatlarda X3 və X10 şərəf və ləyaqətini nalayiq formada alçaldan, nüfuzdan salan sözlər və ifadələr varmı, bu sözlər və ifadələrin hər hansı biri təhqir və böhtan sayılırmı? X4 hal-hazırda alkol xəstəsidirmi, əgər alkoqol xəstəsidirsə o, hadisə törədən vaxt, yəni 2024-cü ilin 02 iyul, 10 iyul və xx.xx.2024-cü il tarixlərində anlaqlı olmuşdurmu və halhazırda anlaqlıdırmı, onun hazırda alkoqolizmdən məcburi müalicəyə ehtiyacı varmı, əgər anlaqlı deyilsə, onun barəsində hansı növ tibbi xarakterli məcburi tədbir tətbiq olunmalıdır?. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2025-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan videogörüntülərdə olan məlumatlarda işlədilmiş ifadələr X3 və X10 şərəf və ləyaqətini nalayiq formada alçaldan, nüfuzdan salan təhqiredici xarakterli söz və ifadələrdir. Materialldakı təhqir xarakterli ifadələr rəyin tədqiqat hissəsində göstərilən- “qəhbə,suka, qoca qəhbə və s.daha ağır formada ifadə olunan təhqiramiz ifadələrdir. CD diskə məhkəmə iclasında baxış keçirilərkən də ekspert rəyində göstərilənlər öz təsdiqini tapmışdır. İş üzrə Məhkəmə Narkoloji ekspertizasının 07 may 2025-ci il tarixli rəyindən görünür ki, X6 alkoqoldan sui-istifadə etməsi nəticəsində asılılıq sindromu askar olunur. Lakin müayinə zamanı abstinensiya, kəskin intoksikasiya əlamətlərinin olmamasını, öş vəziyyətinə tənqidi münasibətın formalaşmasını nəzərə alaraq, həmçinin alkoqolizm xəstəliyinə xas olan xarakterik kliniki təzahürlərin sönməsi ilə əlaqdədar hal-hazırda X4 alkoqolizmdən məcburi müalicə olunmasına zərurət yoxdur. Beləliklə, məhkəmə tərəflərin izahatları və işin məhkəmə tərəfindən araşdırılan halları, məhkəmə ekspertizasının rəyi ilə,X12 - 02. 07.2024-cü il tarixində saat 03:06, 10:40, 10:41, 10:43, yenə də 10:43 dəqiqələrində və 10. 07. 2024-cü tarixində saat 04:41, 05:56, 05:56, 05:56, və 06:03 dəqiqələrində içkili halda “Tik-Tok” sosial şəbəkəsi vasitəsi ilə, kütləvi qaydada Çinarə Məcidovanın və Elmira Məmmədovanın ünvanına - “qəhbə,suka, qoca qəhbə və s.daha ağır formada ifadə olunan təhqiramiz ifadələr işlətməklə onların şəxsiyyətini nalayiq formada alçaldan ifadələr işlətməsi tam sübut olunur. Bütün bu göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X12 əlində heç bir mötəbər sübutu olmadan X9 və X10 şərəf və ləyaqətini ləkələyən və onları nüfuzdan salan məlumatları kütləvi informasiya resurslarında yayaraq onlara qarşı CM-nin 148-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətmişdir. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Bununula əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Beləliklə, məhkəmə araşıdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X12 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxs X4 CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayətdə təqsiri sübuta yetirildiyindən, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və ona həmin maddə həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X4 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmədə təqsirləndirilən şəxs X4 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar və cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, X4 şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir.Odur ki, məhkəmə hesab edir ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində ictimai işlər cəzası təyin edilməli və onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, xüsusi ittihamçılar ittihamın yalnız CM-nin 148-ci maddəsi üzrə müdafiə etdiklərindən, bu ittihamın 147.2-ci maddəsindən imtina kimi qəbul edilməli və xüsusi ittihamın CM-nin 147.2-ci maddəsi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə tərəfindən qərar çıxarılır. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyindən, xüsusi ittihamçıların xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsdən şikayətinin olmaması səbəbindən xüsusi ittihamçıların vəsatəti təmin edilməli və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut olan 05 ədəd CD disk işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci 400 manat məbləğində pul təqsirləndirilən şəxs X5 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Müdafiəçinin 20 saat hüquqi yardımına görə 220 manat məbləğində pul dövlət büdçəsinin vəsaiti hesabına tutulub Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 44.2.1,321,351,352,353,356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X12 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi üzrə işin icraatına xüsusi ittihamçıların ittihamdan imtinna etmələri əsasında xitam verilsin. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 300 (üç yüz) saat müddətinə ictimai işlər cəzası təyin edilsin. Cəza çəkdiyi müddətdə onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İş üzrə 400 manat məhkəmə ekspertizası xərci təqsirləndirilən şəxs X5 Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. Müdafiəçinin 20 saat hüquqi yardımına görə 220 manat məbləğində pul dövlət büdçəsinin vəsaiti hesabına tutulub Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 verilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hokmün icrası Sumqayıt Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-387/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-387/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver