Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-388/2022 25.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs оğlunun və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Bakı şəhəri, Səbail rayonu Parlament prospekti-3 ünvanında qeydiyyatda olmaqla ünvan 2rəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.3- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 Abşeron Mərkəzi rayon xəstəxanasının birinci mərtəbəsində yerləşən iş otağına açıq qapıdan qanunsuz daxil olaraq dolabdakı əl çantasında olan pul kisəsindən 260 manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs оğlu təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 15 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs2 Abşeron Mərkəzi rayon xəstəxanasındakı xidməti iş otağına qanunsuz daxil olaraq sonuncunun otaqdakı dolabda saxladığı əl çantasının içərisindəki pul qabından bir ədəd Beynəlxalq banka aid plastik “tam” kredit kartını və 16 manat nağd pulu oğurlayaraq, həmin günü saat 11:20 dəqiqədə Bakı Beynəlxalq Avtovaqzalında yerləşən bankomat vasitəsi ilə həmin kredit kartının bank hesabından 500 manat pulu çıxararaq, elektron məlumat daşıyıcısı olan plastik kartıdan istifadə etməklə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 516 manat məbləğində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 21 sentyabr 2021- ci ıl tarixdə saat 13 radələrində Abşeron rayon, Mərkəzi xəstəxanasına infeksionist həkimin yanına getmək üçün 1 -ci mərtəbədə olan otaqlardan birinə daxil olmuş, həmin vaxtı otaqda heç kimin olmamasından istifadə edərək, oradan oğurluq etmək qərarına gəlib dərhal btaqdakı dolabı açmış və dolabın içərisində olan əl çantasına baxıb, oradakı pul kisəsinin içərisində olan pulları götürüb şalvarının cibinə qoyub, tez oradan çıxıb uzaqalaşmış və oğurladığı pulları sayıb, 260 manat olduğunu bildikdən sonra pulları həmin günü şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin oğurluğu etməyi barədə heç kimə bir söz deməmişdir. Bu oğurluğu etdikdən bir neçə gün sonra, yəni 2021 -ci ilin oktyabr ayının ortalarında tarixini dəqiq xatırlamadığı gündə pulu olmadığına görə yenə oğurluq etmək üçün Abşeron Mərkəzi rayon xəstəxanasına getmiş, saat təxminən 10 radələrində oradakı otaqların birindən bir qadın həkimin çıxıb digər otağa keçdiyini görüb, otaqda başqa heç kimin olmadığını düşünüb, içəriyə daxil olmuş, həmin vaxtı otaqda heç kimin olmadığını görüb, tez otaqdakı dolaba baxmış, orada bir qadın əl çantasının olduğunu görüb, həmin çantanın içərisini yoxlamış, çantadakı pul kisəsini açıb içərisində 16 manat pul və üstündə 4 rəqəmli şifrəsi olan bir ədəd Beynəlxalq banka aid plastik kart olduğunu görüb, həmin pulları və kartı götürüb tez otaqdan çıxıb oradan uzaqlaşaraq avtobusa minib, Bakı Beynəlxalq Avtovaqzalına getmiş və oradakı bankomatların birinə oğurladığı həmin kartı salıb 500 manat pul çıxarıb cibinə qoyub, oradan yaşadığı evə getmişdir. Həmin günü axşamüstü saat təxminən 17 radələrində azyaşlı uşaqları ondan bəzi ərzaq malları almasını xahiş etmiş, o da onlarla birlikdə yaşadığımı yerə yaxınlıqda olan “Qız qalası” marketə gedib, oğurladığı həmin kartla bəzi ərzaqlar almaq istəmiş, lakin kart bloklandığına görə o, aldığı ərzaqların pulunu cibində olan nəğd puldan ödəmiş, pulun qalanını da bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmiş, oğurladığı plastik kartı da bloklandığına görə həmin kartı hazırda xatırlamadığı yerdə zibil qutusuna tullamış, həmin oğurluğu etməsi barədə heç kimə deməmişdir. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan tərəfindən ödənilmişdir, törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəхs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, Abşeron Mərkəzi rayon xəstəxanasında tibbbacısı işləyir. 5 ay olar ki, hər gün səhər saat 09:00-dan 14:30-dək həmin xəstəxanada COVİD-19 pandemiyası əleyhinə peyvənd vurur. xx.xx.2021-ci il tarixdə də saat 09 radələrində həmişəki kimi iş yerindəki peyvənd otağına keçib gələn şəxsləri gözləməyə başlamış, bir neçə dəqiqədən sonra dalbadal olaraq 4 nəfərə peyvənd vurmuş, həmin vaxtı qeydiyyatçı operator işə gecikdiyinə görə o, bir neçə dəqiqəliyə qeydiyyat aparmaq üçün qonşu otağa keçib qayıtmış, bundan az sonra qeydiyyatçı gəldiyinə görə o, peyvənd otağından çıxmamışdır. Həmin günü saat 11:20 radələrində peyvənd otağında olduğu vaxt mobil telefonunun “Bir bank” proqramı vasitəsi ilə ona Beynəlxalq banka aid tam kredit kartından 500 manat pulun çıxarılması barədə mesaj gəlmiş, o da bundan şübhələnib, tez peyvənd otağında dolabda olan əl çantasındakı pul qabını açıb, oradakı kartlarının yerində olub-olmadığını yoxlamış, həmin vaxtı Beynəlxalq banka aid tam kredit kartının və həmin pul qabında olan 16 manat pulunun yerində olmadığını görüb oğurladığını yəqin edib, Beynəlxalq banka zəng edib bu barədə məlumat vermiş, onlar da mobil telefonundakı proqram vasitəsi ilə həmin kartını bloklamağım tövsiyyə etmişlər. O da həmin üsülla kartını bloklamış və bundan sonra bu barədə polisə məlumat vermişdir. Həmin vaxtı kredit kartının hesabında 2991 manat pul olmuş, naməlum şəxsin həmin puldan 500 manatını Bakı Beynəlxalq Avtovaqzalındakı bankomatdan çıxardıqdan sonra həmin gün saat 17 gədələrində Bakı şəhəri Binəqədi rayonu ərazisindəki “Qız qalası” marketdən alver etmək istəmiş, lakin kart bloklandığı üçün həmin vaxtı alver edə bilməmiş, bu barədə onun mobil telefonuna bildiriş mesajı gəlmişdir. Dəymiş ziyan ödənildiyindən, hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron Mərkəzi rayon xəstəxanasında həkim işləyir, 21 sentyabr 2021 -ci il tarixdə saat 09:00-da işə gedib əl çantasını iş otağındakı dolaba qoymuş, həmin günü saat 13:40-dan saat 14:20-dək olan müddətdə nahar fasiləsi zamanı otağın qapısını örtərək, xəstəxananın digər otağında olan iş yoldaşlarının yanına getmiş, geri qayıdanda iş otağındakı dolabda saxladığı hədiyyəlik əşyaların döşəməyə düşdüyünü görmüş, bunun təsadüf nəticəsində baş verdiyini düşünüb, hər hansı ciddi hadisə baş verməsindən şübhələnməmiş, lakin həmin günü saat 15:20-də dolabdakı əl çantasında olan pul kisəsinə baxarkən, orada saxladığı 286 manat puldan 260 manatının yerində olmadığını görüb, otaqda olmadığı müddətdə kiminsə içəriyə daxil olub çantasındakı pulları oğurladığını və həmin anda da dolabdakı hədiyyəlik əşyaları döşəməyə düşürdüyünü yəqin etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs оğlunun Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.2, 177.2.3cü mаddəsi ilə təqsirləndirilməsinə dаir Sumqаyıt şəhər polis idarəsinin icrааtındа cinаyət işi оlduğu göstərilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimatın təmin edilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ibtidai istintaq dövründə ona dəymiş ziyan tam ödənilmişdir, ona görə də Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs1 tərəfindən poçt vasitəsi ilə məhkəməyə göndərilmiş teleqramdan görünür ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və ibtidai istintaq dövründə ona dəymiş ziyan tam ödənilmişdir, ona görə də Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 il müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixə 10 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkmiş, 07 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddələrilə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin saxlanc yerinə qanunsuz daxil olmaqla və elekron məlumat daşıyıcısı olan plastik bank kartından istifadə etməklə özgələrin əmlakını gizli olaraq talamaqla оğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı övladının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən 2-ci Qarabağ müharibəsində hərbçi olaraq arxa cəbhədə iştirak etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslər təqsirləndirilən şəsxə qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs оğlu Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olması müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 06 ay 13 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 06 ay 13 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 günün azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-388/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-388/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver