Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-388/2023 26.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Şamaxı rayonunda anadan olmuş, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, Ovçulu kəndində qeydiyyatda olub Abşeron rayonu, 28 May qəsəbəsi, nömrəsiz həyət evində yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 22-ci kilometrliyində idarə etdiyi Mercedes Benz E200 markalı ** TR *** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cii maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxşnlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almayan texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək piyada keçidi ilə yolun solundan sağma adi qaçışla keçən piyada X7 avtomobilin qabaq sağ hissəsi ilə piyada keçidində vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Elnarə Əzizovanın açıq kəllə-beyin travması, sol gicgah-təpə sümüklərinin açıq və kəllə əsası sümüklərinin sınıqları, baş beyinin yumşaq qişaları altına, beyin toxumasına və mədəciklərinə qansızmalar, kəskin xarici və daxili qanaxma ilə nəticələnmiş sağ diz oynağı nahiyəsinin aşağı 1/3-dən baldırın travmatik amputasiyası və qaraciyərin cırılmış yarası, sağ gicgah nahiyəsinin əzilmiş cırılmış yarası, alın nahiyəsinin, burunun, alt çənənin, gövdənin arxa səthində kürək və bel nahiyələrini əhatə edən sahənin, sağ qalça nahiyəsinin, sol baldırın sıyrıqları və qarm nahiyəsinin sağ hissəsinin qançırı kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq alaraq hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 yanvar 2023-cü il tarixdə saat 19:30 radələrində etibarnamə əsasında idarə etdiyi özünə məxsus olan Mercedes Benz E200 markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonundan Bakı şəhərinə gələrkən Bakı-Şamaxı-Yevlax yolunun 22-ci kilometrliyinə çatdıqda avtomobili sol zolaq ilə 40- 50 km/saat sürətlə yaxın vuran işıqlarla hərəkət edən zaman qarşısında piyada keçidi zolağına çatmağa az qalmış yolu soldan sağa bir piyada qadının keçdiyini görüb ayağını tormoza atsa da piyadanı avtomobilin ön sağ tərəfi ilə vurmuşdur. Piyada irəliyə sağa asfalt üzərinə yıxılmış, o, tez idarə etdiyi avtomobili qabaqda saxlayıb tez yerə düşüb piyadaya yaxınlaşmış, piyada ağır xəsarət almış və tərpənməmişdir. O, dərhal təcili tibbi yardjıma zəng vurmuş, piyada hadisə yerində ölmüşdür. Piyada yolu zolaqlar ilə adi qaçışla keçmiş və tək olmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. O. heç bir spirtli içki qəbul etməmişdir. Məhkəmə baxışında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X3 göstərdi ki, X8 onun qızıdır. 01 yanvar 2023-cii il tarixdə saat 19:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 22-ci kilometrliyində 1992-ci il təvəlldiidlü Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E200 CDİ markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən piyada Ağsu rayonu Kalva kəndində anadan olan, 1980-ci il təvəllüdlü X7 vurmuş, nəticədə piyada X8 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür səhəoi günü qızı Elnarənin meyiti meyitxanada müayinə olunduqdan sonra təhvil almış və Ağsu rayonu Kalva kənd qəbiristanlığında dəfn etmişlər. O, qeyd etmişdir ki, qızı Elnarə Əzizovanın dəfn və yas mərasimi ilə əlaqədar sürücü və qohumları tərəfindən maddi köməklik göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və iddiası yoxdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X3 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs və qohumları tərəfindən maddi köməklik göstərildiyi üçün Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti, tələbi və iddiası yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 01 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X5 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər açıq kəllə-beyin travması, sol gicgah-təpə sümüklərinin açıq və kəllə əsası sümüklərinin sınıqları, baş beyinin yumşaq qişaları altına, beyin toxumasına və mədəciklərinə qansızmalar, kəskin xarici və daxili qanaxma ilə nəticələnmiş sağ diz oynağı nahiyəsinin aşağı 1/3-dən baldırın travmatik amputasiyası və qaraciyərin cırılmış yarası, sağ gicgah nahiyəsinin əzilmiş cırılmış yarası, alın nahiyəsinin, burunun, alt çənənin, gövdənin arxa səthində kürək və bel nahiyələrini əhatə edən sahənin, sağ qalça nahiyəsinin, sol baldırın sıyrıqları və qarın nahiyəsinin sağ hissəsinin qançırı həyat əlamətlərinə malik olmaqla mərhumun ölümündən az əvvəl, xx.xx.2023-cü il tarixdə yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan, hansı ki, onun ölümünə səbəb olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb baş beyinin yumşaq qişaları alıtna, beyin toxumasına və mədəciklərinə qansızmalarla miişayitə olunan sol gicgahtəpə və kəllə əsası sümüklərinin sınıqları olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olur ki, ölüm onun meyitinin meyitxanadakı (xx.xx.2023-cü il, saat 11:00) müayinəsindən təxminən 14-16 saat əvvəl baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DİN-nin X4 xidmətindən daxil olmuş bir ədəd diskə baxış keçirilən zamanı videogörüntüniin 5.46-cı dəqiqəsində bir nəfər piyadanın Şamaxı istiqamətindəki yodan Bakı istiqamətindəki yola keçdiyini və Bakı istiqammətindəki yolun sol zolağında avtomobilin ön hissəsi ilə vurulduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 14 fevral 2023-cü il tarixli, 8/259 nömrəli rəyindən məlum olur ki, Mercedes Benz E200 markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cii maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 01 yanvar 2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2023-cii il tarixli 0xx-xx-3808/2023 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BB 229750 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş üzrə Mercedes Benz E200 markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobil və yolnəqliyyat hadisəsini əks etdirən bir ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, disk cinayət işinə əlavə edilmiş, avtomobil saxlanılması üçün sahibinə qaytarılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdırlar. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 07 oktyabr 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Şamaxı rayon İHB-nın Ovçulu kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi arayış və xasiyyətnamədən görünür ki, İsayev X9 rayonun Ovçulu kəndində xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 ilə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti ehtiyatsızlıq nəticəsində törətməsi, hadisədən dərhal sonra zərərçəkmiş şəxsin hüquqi varisinin ailəsinə maddi və mənəvi cəhətdən dəstək göstərməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışması, ona qarşı şikayət və tələblərinin olmaması, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təyin olunacaq cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə olmamış və barəsində xx.xx.2023-cü il tarixdə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X16 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 85 (səksən beş) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltzam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş X16 İdarəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış Mercedes Benz E200 markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 85 (səksən beş) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-388/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-388/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver